Bu gün Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəb açıldı... - FOTO .....                        Əli ətçəkən maşında qalan azyaşlının həyatı xilas edildi .....                        Paşinyan da Putinə zəng etdi .....                        Tələbə krediti üçün ayrılan vəsaitin məbləği artdı .....                        Ərdoğan Qəbələ sammitindən paylaşım etdi - FOTO .....                        "TDT+" formatının təsis edilməsi haqqında qərar imzalandı .....                        Roma Papası ilk dəfə xarici səfərə çıxır - Türkiyəyə .....                        Bakıda 3 nəfərin 28 min manatı ələ keçirildi .....                        DİN sutkalıq xidmət tətbiq etdi .....                       
Bu gün, 17:15
Bu gün Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəb açıldı... - FOTO


Bu gün Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəb açıldı... - FOTO

1901-ci il oktyabrın 7-də Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə müsəlman Şərqində ilk dünyəvi Qızlar Məktəbi qapılarını cəmiyyətin üzünə açdı. Bu hadisə ilk növbədə bir təhsil müəssisəsinin yaranması hadisəsi kimi qəbul edilsə də əsil mənasında bir xalqın düşüncə tərzinin dəyişməsinə, qadının cəmiyyətdə yerinin tanınmasına doğru atılmış ilk addım idi.
Tağıyev o dövrün bu sahədə ən böyük stereotiplərindən birini sındırdı. Qızların təhsil almasının “lüzumsuz” iş sayıldığı bir zamanda məktəbin binasının tikintisindən tutmuş, müəllimlərin Avropadan gətirilməsinə qədər hər detalı nəzərə alan böyük bir iş başlatdı.
İllər keçdikcə “Tağıyevin məktəbi” adı ilə tanınan, bu təhsil ocağı maarifçiliyin real bünövrəsi kimi tarixə düşdü.
Tağıyevin təşəbbüsü təhsilin gücünün nəyə qadir olduğunu onun sosial bərabərlik vasitəsinə çevrildiyi zaman ortaya çıxdığını sübut etdi.
Onun ilk məzunları – Rəhilə Hacıbababəyova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Liza Muxtarova, Nazlı Tahirova və digərləri Azərbaycan qadınının ictimai və siyasi həyatda fəal rol oynamasının da təməlini qoydular.
Sonradan Qızların təhsili ailə münasibətlərində, uşaq tərbiyəsində, ictimai həyatda və milli düşüncədə böyük dəyişiklik yaratdı.
Bu məktəbin məzunları tariximiz üçün həlledici məqamlarda Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını müdafiə edən ziyalılara çevrildilər. Yəni bir məktəb, əslində, bir millətin intellektual dirçəlişinin başlanğıcına çevrildi.
Bu gün Zeynalabdin Tağıyevin başlatdığı bu missiya müasir Azərbaycan dövlətinin təhsil və humanitar siyasətində, I Vitse prezident Mehriban xanım Əliyevanın-həm Heydər Əliyev Fondunun prezidenti, həm də Azərbaycanın birinci xanımı kimi – qadın və qızların təhsil imkanlarını genişləndirmək istiqamətindəki çoxşaxəli fəaliyyətində davam etdirilir.
Onun təşəbbüsü və xeyir-duası ilə reallaşdırılan “Təhsilə Dəstək” proqramları çərçivəsində ölkənin bütün bölgələrində onlarla yeni məktəb binası, uşaq bağçası və təhsil mərkəzləri inşa olunub və müasir avadanlıqlarla təmin edilib, “Yeniləşən Azərbaycana yeni məktəb” təşəbbüsü ilə kənd və qəsəbələrdə qızların təhsildən kənar qalma riski minimuma endirilib, istedadlı qızların təqaüd proqramları və beynəlxalq olimpiadalarda iştirakına dəstək verilib, "Azərbaycan gəncliyi xarici ölkələrdə təhsildə” proqramı ilə çoxlu sayda istedadlı qız tələbə dünya universitetlərində təhsil almaq imkanı qazanıb.
Onun beynəlxalq səviyyədə təhsil və qadın hüquqları sahəsində təşəbbüsləri qızların təhsilinə dəstək, mədəni irs və qadınların elmdə iştirakı məsələlərini qlobal müstəviyə çıxarmaqla Azərbaycanın bu sahədə beynəlxalq nüfuzunu gücləndirib.
Bu missiya həm də keçmişlə bu gün arasında milli özünüdərkin, qadın gücünün və intellektual inkişafın birləşdiyi bir körpüdür. “Bir qız oxuyarsa, bir ailə işıqlanar; bir xalq maariflənər”. Bu fikri dünən Tağıyevin xeyriyyəçilik fəlsəfəsi, bu gün isə Mehriban Əliyevanın humanizm dəyərlərini yaşadan fəaliyyəti sübut edir.
Bu dəyərlər cəmiyyətin bütün təbəqələrini birləşdirən yeni layihələrin və təşəbbüslərin də əsasında dayanır.
Əlbəttə ki, Yeni Əsr, Yeni Yanaşmalar və yeni təşəbbüslər ortaya qoyur.
Düz 120 il sonra, 2021-ci ildən etibarən – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bu ideyanın yenidən canlandırılması üçün təsis etdiyimiz “Qızların Təhsilinə Dəstək” layihəsi vasitəsilə regionlarda yaşayan, sosial və iqtisadi səbəblərdən təhsildən uzaqlaşmaq riski ilə qarşılaşan qızları əhatə etməyi hədəflədik...
Bu məqsədlə hazırda qızların orta və ali təhsilə davam etməsi üçün onlara maddi və psixoloji dəstək göstərir, maarifləndirici görüşlər və təlimlər təşkil edir,ilhamverici qadın rollarını tanıtmaqla gənc qızlarda özünəinam formalaşdır mağa çalışırıq.
Həmçinin qızların təhsildən uzaq qalmasının əsas səbəblərini– sosial təzyiq, iqtisadi çətinliklər və mənfi stereotiplərin addım-addım aradan qaldırılması üçün səyləri birləşdiririk.

Layihəmizin əsas mesajı aydındır:
“Hər qızın oxumaq, öyrənmək və öz taleyini müəyyənləşdirmək haqqı var.”
Odur ki bu 4 il ərzində qızların:
* orta və ali təhsilə davam etməsini təşviq
etmək
* erkən nikah hallarının qarşısını almaq,
* valideynlər və yerli icmalar arasında maarifləndirməni gücləndirməklə yüzlərlə ailənin həyatına toxunmağa çalışdıq.

Qanunvericiliyin təkmilləşməsi və yeni icra mexanizmlərinin yaradılması üzərində bütün tərəfdaşlarımızla səmərəli əməkdaşlıq qurduq.
Nəticədə təhsildən ayrılmaq üzrə olan onlarla qızlar məktəbə qayıdıb, bir çoxu ali təhsil müəssisələrinə daxil olub.
Bir qismi bu arzusuna çatmaq üçün hazırlıq kurslarına cəlb olunub.
Bu prosesə ilk ildə qatılan onlarla tələbə qız isə məzun olaraq artıq müstəqil həyata qədəm qoyub.
Reallaşmasına çox böyük həvəslə çalışdığımız isə "Gələcəyə əmin addımlarla" Səhid xanımlarının təhsilinə dəstək proqramımızdır.Bu çərçivədə təhsil alan xanımların sayı bu ilin nəticələri də daxil olmaqla artıq 34 nəfərdir.
Azərbaycan xalqına "ZƏFƏR"i yaşadan igid oğullarımızın xanımları və yadigarlarına layiqli və qürurlu həyat bəxş etmək üçün onların öz ayaqları üzərində möhkəm dayanmasına imkan verəcək təhsil və əmək vərdişləri əldə etmələrinə yardımçı olmaq bizə qürur verir.
Bir sözlə qadının, xüsusilə gənc qızların təhsilinə yatırılan sərmayənin, çəkilən zəhmətin əslində, bütün millətin gələcəyinə qoyulan investisiya olduğuna əminliyi artırmağa çalışırıq.
Bu isə bir layihənin icrasından daha böyük hədəfə xidmət edir.
Zeynalabdin Tağıyev cəmiyyətə bir məktəb deyil, bir düşüncə tərzi bəxş etdi. Bu gün dövlət qurumları, vətəndaş cəmiyyəti və fərdi təşəbbüslər həmin ideyanı müasir şəraitdə yenidən həyata keçirir.
Hazırkı nəticələrimiz sübut edir ki, qadının ictimai, siyasi, sosial statusu, eləcə də bir fərd olaraq bugünü və gələcəyi üçün ən güclü sosial müdafiəsi təhsildən başlayır.
Cəmiyyətin inkişaf səviyyəsinin göstəricisi, insan hüquqlarının təmin edilməsi, inkluzivliyin,davamlı və dayanıqlı inkişafın etibarlı bünövrəsi də təhsildir.
Əgər 124 il bundan əvvəl Zeynalabdin
Tağıyev bu millətə maarifin qığılcımını bəxş etdisə,İndi bu alov minlərlə gənc qızın gözündə, sinif otaqlarında, laboratoriyalarda, universitet auditoriyalarında parlayır.
Bu isə inkişaf və çiçəklənmə naminə xalqın azad ruhunun, qadının iradəsinin ifadəsi və dövlətin onu təmin etmək yolunda sərgilədiyi siyasətin təntənəsidir.

Bahar Muradova

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri






Bu gün, 16:59
Əli ətçəkən maşında qalan azyaşlının həyatı xilas edildi


Əli ətçəkən maşında qalan azyaşlının həyatı xilas edildi

Əli ətçəkən maşında qalan 2 yaşlı körpə Göyçay Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində körpənin əli ətçəkən maşından çıxarılıb və ona zəruri tibbi yardım göstərilib. Bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, 27.08.2023-cü il təvəllüdlü körpəyə sağ əlin çoxsaylı əzilmiş, cırılmış yaraları diaqnozu təyin olunub və həkim-cərrahların peşəkarlığı, eyni zamanda çevik müdaxiləsi nəticəsində hər hansı ciddi xəsarət almadan xilas olunub.
"Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Tövsiyə edirik ki, bu kimi halların təkrarlanmaması üçün valideynlər daha diqqətli olsunlar. Təhlükə riski daşıyan bu cür avadanlıqlar, mexaniki və elektrikli cihazlar uşaqların nəzarətsiz şəkildə yaxınlaşa bilməyəcəyi yerlərdə saxlanılmalıdır.
Hər bir valideyn bilməlidir ki, ən sadə məişət əşyası belə azyaşlı üçün təhlükə mənbəyinə çevrilə bilər",- deyə məlumatda qeyd edilib.
Bu gün, 16:55
Paşinyan da Putinə zəng etdi


Paşinyan da Putinə zəng etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb və onu 73 yaşının tamam olması münasibətilə təbrik edib.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında bildirilib.
Ermənistanın baş naziri ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Paşinyan Putinin ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə şəxsi töhfəsini qeyd edib.


Bu gün, 16:48
Tələbə krediti üçün ayrılan vəsaitin məbləği artdı


Tələbə krediti üçün ayrılan vəsaitin məbləği artdı

Bu il verilən təhsil tələbə kreditlərinin məbləğində ötən illərlə müqayisədə artım qeydə alınıb.
Bu il tələbələrə 18 725 570 manat məbləğində təhsil krediti kredit verilib.
Məlumat üçün bildirək ki, 2021-ci ildə bu rəqəm 11 962, 2022-ci ildə 10 milyon 220 min 125, 2023-cü ildə 13 milyon 865 min 504, 2024-cü ildə isə 17 milyon 491 min 142 manat olub.
Qeyd edək ki, bu günə qədər tələbələrə ümumilikdə 60 milyon 314 min 303 manat təhsil krediti verilib.
Bu gün, 16:43
Ərdoğan Qəbələ sammitindən paylaşım etdi - FOTO


]Ərdoğan Qəbələ sammitindən paylaşım etdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşü barədə özünün “X” hesabında paylaşım edib.
Ərdoğan sammitlə bağlı düşüncələrini bölüşüb.
“Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsini Azərbaycanın qədim tarixinə şahidlik edən gözəl şəhəri Qəbələdə keçirdik. İmzalanmış Qəbələ Bəyannaməsinin Türk dünyası başda olmaqla bütün dost və qardaş ölkələr üçün xeyirli olmasını arzulayıram.
Təşkilatın geridə qalan 16 ili qısa müddətdə “dildə, fikirdə, işdə birlik” şüarı ilə əldə etdiyi uğurlara yenilərini əlavə edirik. Belə bir dövrdə zirvəmizin mövzusunun “Regional Sülh və Təhlükəsizlik” kimi müəyyənləşdirilməsini son dərəcə yerində və mənalı hesab edirik.
Digər əlaqədar beynəlxalq təşkilatlar və ittifaqlarla qarşılıqlı əlaqə içində səsini və gücünü ortaya qoya bilən bir vizyonu həyata keçirməliyik. Bu baxımdan, bu gün razılaşdırdığımız TDT+ formatının üçüncü tərəflərlə əməkdaşlığımıza yeni bir nəfəs gətirəcəyinə ürəkdən inanıram.
Terrorizmdən qeyri-qanuni miqrasiyaya, kibertəhdidlərdən iqlim dəyişikliyinə qədər məsələlərdə ortaq mövqe ilə cavab verə biləcəyimizi, öz səma qübbəmiz altında öz təhlükəsizliyimizi gücləndirə biləcəyimizi düşünürəm. İyul ayında keçirilən Türk Dövlətləri Təşkilatı Müdafiə Sənayesi Qurumlarının Birinci Toplantısını bu mənada mühüm bir addım kimi dəyərləndirirəm.
Nəqliyyat, enerji təhlükəsizliyi və ticarət inteqrasiyası sahələrindəki təşəbbüslərimizi də bu yanaşmanı tamamlayan hissələr kimi görürük.
Aramızdakı enerji və rabitə əlaqələrini daha səmərəli hala gətirəcək layihə və investisiyalara diqqət yetirməyimiz hamımızın mənafeyinə uyğundur. Xəzər üzərindən keçən Orta Dəhlizi daha da səmərəli etməliyik.
Cənubi Qafqazdakı hadisələri sadəcə izləməkdə qalmır, bölgədə sülh və sabitliyin bərqərar olması üçün atılan addımları səmimiyyətlə dəstəkləyirik. Azərbaycan və Ermənistan arasında 8 avqustda imzalanmış birgə bəyanatı bu istiqamətdə xeyirli bir addım kimi görür, davamının gəlməsini arzulayırıq. Özbəkistan, Qırğızıstan və Tacikistan arasında sərhədlərin birləşmə nöqtəsinin müəyyənləşdirilməsinə dair mart ayında imzalanan sazişi də məmnunluqla qarşılayırıq. Zirvəmizin xeyirli olmasını diləyir, Azərbaycana və dəyərli qardaşım cənab Əliyevə yüksək səviyyəli qonaqpərvərliklərinə görə təşəkkür edirəm” , - Türkiyə lideri paylaşımında qeyd edib.



Bu gün, 16:36
"TDT+" formatının təsis edilməsi haqqında qərar imzalandı


"TDT+" formatının təsis edilməsi haqqında qərar imzalandı

Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci sammiti çərçivəsində "TDT+" formatının təsis edilməsi haqqında qərar imzalanıb.
Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, tədbirin yekununda iştirakçı ölkələrin liderləri Türk Dövlətləri Təşkilatının Qəbələ Bəyannaməsi və TÜRKSOY Beynəlxalq Təşkilatının gücləndirilməsi haqqında qərar da daxil olmaqla bir neçə əsas sənədi imzalayıblar.
Bu gün, 16:28
Roma Papası ilk dəfə xarici səfərə çıxır - Türkiyəyə


Roma Papası ilk dəfə xarici səfərə çıxır - Türkiyəyə

Roma Papası XIV Leo noyabrın sonunda Türkiyə və Livana səfər edəcək.
Bu barədə Reuters Vatikana istinadən məlumat yayıb.
Bu, 1,4 milyard üzvü olan Katolik Kilsəsinin yeni liderinin İtaliyadan kənarda ilk səfəri olacaq.
Papa Leo noyabrın 27-dən 30-dək Türkiyəyə, daha sonra noyabrın 30-dan dekabrın 2-dək Livanda olacaq.
Səfər zamanı onun Yaxın Şərqdəki xristianların problemlərinə toxunacağı və bütün regionda sülhə çağıracağı gözlənilir.
Bu gün, 16:18
Bakıda 3 nəfərin 28 min manatı ələ keçirildi


Bakıda 3 nəfərin 28 min manatı ələ keçirildi

Nəsimi və Nizami rayonlarında dələduzluq edən şəxslər saxlanılıblar.
Nəsimi və Nizami rayonları ərazisində naməlum şəxslər üç nəfər paytaxt sakinini aldadaraq ümumilikdə 28350 manatlarını ələ keçirib.
Vətəndaşların polisə müraciətləri əsasında keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı V.Yadullayev, 38 yaşlı R.Musayev və əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı N.Vəliyeva müəyyən olunaraq saxlanılıblar.
Hər üç faktla bağlı araşdırma aparılır.


Bu gün, 16:12
DİN sutkalıq xidmət tətbiq etdi


DİN sutkalıq xidmət tətbiq etdi

III MDB Oyunları zamanı idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri tədbirlər görülüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yarışların keçirildiyi şəhərlərdə nəqliyyatın hərəkəti tənzimlənib, iri tutumlu avtobusların və digər nəqliyyat vasitələrinin maneəsiz hərəkəti üçün şərait yaradılıb.
Oyunların keçirildiyi məkanlarla yanaşı, istirahət obyektləri, restoranlar, otellər və qonaqların sıx toplaşdığı digər yerlərdə də təhlükəsizlik tədbirləri gücləndirilib.
Avtobus parkları və xidmət nəqliyyatı DİN əməkdaşlarının 24 saatlıq mühafizəsi altında olub.
Xidmətin səmərəli təşkili məqsədilə hər gün keçirilən təlimatlarda şəxsi heyətin vəzifə öhdəliklərinə dair tapşırıqlar verilib.
Bütün müraciətlərə operativ reaksiya verilib, idmançıların, qonaqların, azarkeşlərin və nümayəndə heyətlərinin təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılıb.
Bu gün, 16:08
Qəbələdə keçirilən Zirvə Görüşündə "TDT+" formatı təsis edildi


Qəbələdə keçirilən Zirvə Görüşündə "TDT+" formatı təsis edildi

TDT+ formatının yaradılması barədə qərar qəbul edilib.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekunları ilə balı mətbuat konfransında bildirib.
Nazir deyib ki, TÜRKSOY-un gücləndirilməsi və genişləndirilməsi də razılaşdırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!