Türk Dünyası Mediatorlar Birliyi təsis edildi .....                        Ersin Tatar Qəbələ zirvəsindən danışdı .....                        Bakı metrosunda yenilik: Qatarın nə vaxt gələcəyi ekranlarda görünür .....                        Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş .....                        Bakı Avrasiya Universitetində əcnəbi tələbələrlə "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib .....                        Yardımlıda müəllim şagirdi döyüb? - Araşdırma başladı .....                        İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI .....                        Tramp Ərdoğandan nə xahiş edib? - Türkiyə lideri açıqladı .....                        Tramp Çikaqonu “işğal edəcək”? .....                       
Dünən, 13:47
FHN əməkdaşı həbs edildi - İş yoldaşını aldadıb 66 min manatını alıb


FHN əməkdaşı həbs edildi - İş yoldaşını aldadıb 66 min manatını alıb

Fövqəladə Hallar Nazirliyinin “Azərinşaatlayihə” institutunun sabiq mühəndisi iş yoldaşını aldatmaqda ittiham olunur.
İnstitutun Ofelya adlı əməkdaşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda dələduzluq) ilə təqsirli bilinib.
Məlumata görə, Ofelya 2021-ci ildə iş yoldaşı Fəridi çoxmərtəbəli binadan mənzil alacağına inandırıb. O, Fəridə binadan biri 42,5 kv.m-lik, digəri isə 69,5 kv.m-lik iki mənzilin satılacağı və yaxın vaxtlarda təhvil veriləcəyi barədə yalan vəd verib.
Fərid bu təklifə inanaraq müxtəlif tarixlərdə Ofelyaya ümumilikdə 66 min 100 manat məbləğində vəsait verib. Lakin nə mənzil alınıb, nə də pul qaytarılıb.
Sonradan təqsirləndirilən şəxs istintaq zamanı 30 min manat hissəni geri qaytarıb, qalan məbləği ödəməkdən boyun qaçırıb.
FHN əməkdaşı məhkəmədə özünü təqsirli bilməyib. O, pulu “borc kimi” aldığını, heç kimə mənzil vəd etmədiyini bildirib. Lakin iş materiallarında olan səs yazıları, WhatsApp yazışmaları və şahid ifadələri bu versiyanı təkzib edib.
Məhkəmədə dindirilən şahidlər də təsdiqləyiblər ki, pullar mənzil almaq adı ilə verilib, söhbət borcdan getməyib.
İş materiallarında təqdim olunan səs yazısında Ofelyanın zərərçəkmişə evləri təhvil verəcəyi barədə danışdığı müəyyən olunub. Yazışmalarda da aldığı məbləğlər və vədlər açıq şəkildə qeyd edilib.
Məhkəmə hesab edib ki, Ofelya Abbasova tamah niyyəti ilə etibardan sui-istifadə edərək özgə əmlakını ələ keçirib və bu əməl Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tam uyğundur.
Məhkəmənin hökmü ilə Ofelya Abbasova 5 il müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin təqsirləndirilən şəxs zərərçəkmişə 36 min 100 manat maddi zərər, 3 min manat mənəvi zərər və 208 manat dövlət rüsumu olmaqla ümumilikdə 39 min 308 manat tutulmasına qərar verilib.
Dünən, 13:39
Kimya üzrə Nobel mükafatı bu şəxslərə verildi


Kimya üzrə Nobel mükafatı bu şəxslərə verildi

2025-ci ildə kimya üzrə Nobel mükafatı laureatları kimlərdir?
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub.
Susumu Kitavaga, Richad Robson və Omar M. Yaghi sözügedən sahə üzrə 2025-ci ilin laureatları elan edilib.
2024-cü ildə kimya üzrə Nobel mükafatına kimlər layiq görülmüşdü?
Xatırladaq ki, ötən il kimya üzrə Nobelə David Beyker, Demis Hassabis və Con M. Camper layiq görülüblər.
Dünən, 13:22
Azərbaycanla Xorvatiya arasında qarşılıqlı ticarət göstəriciləri yüksəkdir


Azərbaycanla Xorvatiya arasında qarşılıqlı ticarət göstəriciləri yüksəkdir

Azərbaycanla Xorvatiya arasında qarşılıqlı ticarət göstəriciləri yüksəkdir.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova xorvatiyalı həmkarı Qordan Yandrokoviçlə birlikdə keçirdiyi brifinqdə deyib.
S.Qafarova diqqətə çatdırıb ki, son 11 ildə Azərbaycan və Xorvatiya parlament sədrləri arasında ilk səfər və görüş həyata keçirilir:
"İki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərinə nəzər yetirdikdə, qarşılıqlı ticarət göstəricilərinin yüksək səviyyədə olduğunu müşahidə edilir. Enerji sahəsi iqtisadi əlaqələrimizdə mühüm yerə malikdir. Bildiyiniz kimi, bu gün Azərbaycan 10 Avropa, o cümlədən 8 Avropa İttifaqı ölkəsinə qaz ixrac edir ki, Xorvatiya da bu ölkələrdən biridir. Müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün müntəzəm müzakirələr aparılır. Bu mənada, "İqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiya"nın fəaliyyəti xüsusi aktuallıq kəsb edir".
İki ölkə parlamentləri arasındakı əlaqələrin daha da genişləndirmək üçün yaxşı imkanların mövcud olduğunu deyən sədr əlavə edib ki, Yandrokoviçin səfəri bu imkanlardan istifadə etmək niyyətini təsdiq edir:
"Bu gün dostluq qruplarımızı daha fəal əməkdaşlığa dəvət etdik. Parlament üzvlərimzin qarşılıqlı səfərlərinin sayının artırılması arzuolunandır. Digər tərəfdən, beynəlxalq parlament təşkilatlarındakı nümayəndə heyətlərimizin daha da sıx təması, qarşılıqlı maraq doğuran məsələlərdə qarşılıqlı dəstəyi də əhəmiyyətlidir".
Dünən, 13:16
Yollarda görünüş məsafəsi məhdudlaşacaq


Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Oktyabrın 8-i gecə və səhər bəzi yerlərdə dumanlı hava şəraiti müşahidə olunacaq.
Bu barədə Milli Hirometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Dünən, 13:09
Keçmiş arvadını məktəbin qarşısında öldürmək istədi - 15 il HƏBS


Keçmiş arvadını məktəbin qarşısında öldürmək istədi - 15 il HƏBS

Keçmiş həyat yoldaşını öldürməyə cəhd edən 1969-cu il təvəllüdlü Əfqan Səfərova (ad şərtidir) hökm oxunub.
Hadisə 10 fevral 2025-ci il tarixdə, Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 270 nömrəli tam orta məktəbin qarşısında baş verib.
Araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs həmin məktəbdə xadimə işləyən keçmiş həyat yoldaşı Gülsadətlə (ad şərtidir) görüşərək birgə yaşadıqları illərdə xərclədiyi vəsaitin geri qaytarılmasını tələb edib. Qadının bu tələbi rədd etməsindən sonra o, evinə gedərək "rezak" (kəsici alət) götürüb və günün ikinci yarısında yenidən məktəbin qarşısına qayıdıb.
Saat 15 radələrində qadın işdən çıxarkən arxadan yaxınlaşaraq onun boğaz və əl nahiyələrinə zərbələr endirib. Hadisə zamanı ərazidə şagirdlər də olub.
Zərərçəkmişin qışqırığını eşidən taksi sürücüsü Cavid adlı şəxs hadisəyə müdaxilə edərək hücum edən şəxsi dayandırıb və rezakı onun əlindən alıb. Yaralı qadın xəstəxanaya çatdırılıb və vaxtında göstərilən tibbi yardım nəticəsində həyatı xilas edilib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs cinayəti törətdiyini qismən etiraf etsə də, qadını öldürmək niyyətində olmadığını bildirib. Lakin şahidlərin ifadələri, ekspertiza rəyləri və toplanmış digər sübutlar onun qəsdən öldürməyə cəhd etdiyini təsdiqləyib.
Zərərçəkmiş qadın məhkəmədə ifadə verərək keçmiş ərinin davamlı şəkildə onu döydüyünü, hədələdiyini və təqib etdiyini, hadisə günü də “səni öldürəcəyəm” deyə təhdid etdiyini bildirib.
Hökmə əsasən, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2 (qəsdən adam öldürməyə cəhd - xüsusi amansızlıqla törədildikdə) və 221.3 (xuliqanlıq - silah qismində istifadə olunan əşya ilə törədildikdə) maddələri ilə təqsirli bilinib.
Məhkəmə onu 15 il 3 ay müddətinə azadlıqdan məhrum edib.
Dünən, 13:00
Xocalının bu kəndinə növbəti köç oldu - FOTO


Xocalının bu kəndinə növbəti köç oldu - FOTO

Oktyabrın 8-də Xocalının Xanyurdu kəndinə növbəti köç həyata keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, ölkəmizin müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmış 69 nəfərdən ibarət 18 ailə bu gün Xanyurdu kəndinə qayıdıb.
Rəsmilər, sakinləri doğma kəndlərinə dönüş münasibətilə təbrik edib, yeni tikilmiş fərdi yaşayış evlərinin açarlarını onlara təqdim ediblər.
Qeyd edək ki, Xanyurdu kəndində sakinlər üçün müasir standartlara uyğun fərdi evlər inşa olunub, elektrik, qaz, su təchizatı, rabitə və internet infrastrukturu tam şəkildə təmin edilib.
Xatırladaq ki, bugünədək Xocalı rayonunun Xanyurdu kəndinə 69 ailədən ibarət 237 nəfər keçmiş məcburi köçkün köçürülüb.





Dünən, 12:55
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi


Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "BYD" markalı 77-SH-182 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Vəzirov İbrahim saxlanılıb.
Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü İ.Vəzirovun idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Dünən, 12:54
İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib


İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xorvatiya parlamentinin sədri Azərbaycana ilk dəfə səfər etdiyini deyərək, paytaxt Bakının gözəlliyinin onda dərin təəssürat hissi yaratdığını bildirdi.
Qordan Yandrokoviç Prezident İlham Əliyevi Azərbaycan dövləti və xalqı naminə gördüyü işlərə və xidmətlərinə görə təbrik etdi. Qonaq, həmçinin Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində əldə edilmiş nəticələr münasibətilə də təbriklərini çatdırdı.
Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Qordan Yandrokoviç parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi üçün imkanların mövcud olduğunu vurğuladı. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd edən qonaq dostluq qrupları ilə yanaşı, müxtəlif parlament komitələri arasında da əməkdaşlığın vacibliyinə toxundu.
Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi.
Xorvatiyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafını daim dəstəkləməsi vurğulandı.
Görüşdə ikitərəfli münasibətlərin dostluq və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiyi bildirildi, enerji, sərmayələr, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu diqqətə çatdırıldı, ölkələrimizin beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində əlaqələrinin inkişaf perspektivləri müzakirə olundu.



Dünən, 12:23
Türk liderləri növbəti dəfə bu ölkədə toplaşacaq


Türk liderləri növbəti dəfə bu ölkədə toplaşacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərini başa vurduqdan sonra ölkəsinə dönüş zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Ərdoğan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi ilə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Toplantısı uğurla başa çatıb. O, təşkilatın son illərdə ciddi inkişaf yolu keçdiyini vurğulayıb:
“3 oktyabrda Türk Dövlətləri Əməkdaşlıq Gününü qeyd etdik. Beləliklə, təşkilatımızın təməlini qoyan Naxçıvan Sazişinin 16-cı ildönümünü geridə qoyduq. Qısa müddətdə bu qurum ailə məclisimizə çevrildi və türk dünyasının ortaq vizyonunu qlobal miqyasda daha görünən etdi”.
Ərdoğan qeyd edib ki, Qəbələdə keçirilən zirvə toplantısında xarici siyasət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub:
“Türk dünyasının institusional birliyinin dərinləşdirilməsi ilə yanaşı, digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atmağı qərara aldıq. Həmçinin "Türk Dövlətləri Təşkilatı Plus" adlı yeni formatın yaradılmasına dair razılıq əldə olundu.”
Ərdoğanın sözlərinə görə, Qəbələ Bəyannaməsində müdafiə sənayesi, enerji, nəqliyyat və strateji minerallar sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi yer alıb. Zirvənin əsas mövzusu isə regional sülh və təhlükəsizlik olub.
“Qəzza, Suriya və Cənubi Qafqazda sabitlik məsələləri də birgə bəyanatda öz əksini tapdı. Xarici işlər nazirlərimizin bu istiqamətdə daha sıx toplanması üçün göstəriş verdik”, - o bildirib.
Prezident, həmçinin Türkmənistan və Azərbaycanın birgə təşəbbüsü ilə Füzulidə inşa ediləcək məscidin təməlqoyma mərasiminə canlı bağlantı ilə qatıldıqlarını xatırladıb.
Türkmənistanın Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fonduna müşahidəçi üzv qismində qəbulunu “türk ailəsinin tamlanması istiqamətində mühüm mərhələ” adlandırıb.
Ərdoğan Şimali Kipr Türk Respublikasının təşkilatda daha yüksək səviyyədə təmsil olunmasının vacibliyini vurğulayıb: “2022-ci ildən etibarən Şimali Kiprin təşkilatla birbaşa əlaqələri artıb. Qəbələ Zirvəsində də Kipr türklərinin haqlarının qorunması ilə bağlı dayanışma ifadələri birgə bəyanatda öz əksini tapdı. Şimali Kiprin Türk Akademiyasına müşahidəçi üzv qismində qəbuluna dair qərar da qüvvəyə mindi.”
Ərdoğan çıxışında təşkilatın artıq yalnız mədəni deyil, strateji bir birlik olduğunu qeyd edib:
“Türk Dövlətləri Təşkilatı artıq təkcə mədəni bir birləşmə deyil, strateji dayanışma platformasıdır. Qlobal gərginliklər bizi də yaxından təsir edir. Təhlükə olan yerdə təbii ki, tədbir də olacaq. Biz istihbarat, sərhəd təhlükəsizliyi və kibermüdafiə sahələrində çoxşaxəli əməkdaşlıq aparırıq. Dünya miqyasında təhlükəsizlik xərcləri artır, biz də bu istiqamətdə lazımi addımları atırıq.”
Türkiyə Prezidenti sonda bildirib ki, təşkilatın beynəlxalq nüfuzu sürətlə artır və qarşıdakı dövrdə bu əməkdaşlıq daha da dərinləşəcək:
“Türk Dövlətləri Təşkilatı artan nüfuzu və genişlənən təsir dairəsi ilə qlobal aktora çevrilir. Biz bu yolu davam etdirəcəyik, əməkdaşlığımızı daha da gücləndirəcəyik. Növbəti zirvə gələn il Türkiyədə keçiriləcək.”
Dünən, 12:11
Çiskin, duman, 28 dərəcə isti... - Sabahın havası


Çiskin, duman, 28 dərəcə isti... - Sabahın havası

Oktyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman, az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-19° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında az çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!