Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                        Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib .....                        Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi .....                        Müdafiə Nazirliyini aldadan iş adamının CƏZASI AZALDILDI .....                        Prezident daha bir qəbul keçirdi .....                       
9-10-2025, 23:01
Ələtdəki hava limanına yeni rəhbər təyin edildi


Ələtdəki hava limanına yeni rəhbər təyin edildi

Ələt Azad İqtisadi Zonasında yaradılan yeni hava limanı idarəsinin idarə heyətinin sədri bəlli olub.
Bu vəzifə 2025-ci ilin sentyabrından etibarən Cavad Dbilaya həvalə edilib.
C.Dbila hazırda paralel olaraq "Silk Way Alat Free Economic Zone” şirkətinin baş direktorudur. O, şirkətə yarandığı 2023-cü ildən bu tərəfə ona rəhbərlik edir.
Cavad Dbila 2000-ci ildən Azərbaycanın hava nəqliyyatı sektorunda çalışır. O 2011-2014-cü illərdə AZAL-da yüksək vəzifələrdə çalışsa da, sonradan, 2017-ci ildən "Silk Way Holding”ə vitse-prezident kimi transfer olunub.
"Silk Way AFEZ” Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən şirkətdir və o "Silk Way Group”a daxildir. Şirkətin ƏAİZ-dəki yeni hava limanı 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq və yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək.
Eyni zamanda hava limanı layihəsində fərdi ekspeditor anbarlarının, tez xarab olan yüklər üçün terminalların və müasir ofis binalarının inşasını nəzərdə tutur.
9-10-2025, 22:53
“HƏMAS dağıdılmasa, Netanyahu hökumətini devirəcəyik”


“HƏMAS dağıdılmasa, Netanyahu hökumətini devirəcəyik”

İsrailin ultra-sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzəda atəşkəs sazişinə qarşı çıxıb.
O, Baş nazir Banyamin Netanyahu hökumətini təhdid edib.
“Əgər HƏMAS hökuməti dağıdılmayacaqsa, yaxud bizə yalnız formal olaraq dağıdıldığı deyiləcək, amma əslində başqa ad altında fəaliyyətini davam etdirəcəksə "Yəhudi Gücü" partiyası Netanyahu hökumətini dağıdacaq", - o qeyd edib.
Nazir, həmçinin bildirib ki, partiyası ABŞ-ın vasitəçiliyi ilə əldə olunan və HƏMAS-la daimi atəşkəsi nəzərdə tutan sazişə qarşı səs verəcək.
9-10-2025, 22:20
Qəzzada müharibə başa çatdı: döyüşlər dayandırıldı


Qəzzada müharibə başa çatdı: döyüşlər dayandırıldı

HƏMAS-ın rəhbəri Xalil əl-Həyya televiziya ilə yayımlanan çıxışında Qəzza zolağında müharibənin başa çatdığını və daimi atəşkəsin başladığını elan edib.
“HƏMAS bu gün müharibənin sonunu və daimi atəşkəsin başlanmasını bəyan edir”, – deyə əl-Həyya bildirib.
Onun sözlərinə görə, əldə olunan razılaşma çərçivəsində Rəfah sərhəd-keçid məntəqəsi hər iki istiqamətdə açılacaq, İsrail isə bütün qadın və azyaşlı fələstinli məhbusları azad edəcək.
Modern.az-ın məlumatına görə, Əl-Həyya əlavə edib ki, ABŞ, ərəb ölkələri və Türkiyə HƏMAS-a Qəzzəyə qarşı müharibənin birdəfəlik dayandırılacağına dair təminat veriblər.
Qeyd edək ki, bu bəyanat ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan Qəzzə atəşkəsi sazişinin imzalanmasından sonra səslənib. Razılaşma İsrailin qismən geri çəkilməsini və girov–məhbus mübadiləsini də nəzərdə tutur.
İsrail tərəfi bildirir ki, girovların azad edilməsi bazar və ya bazar ertəsi baş tutacaq. Hazırda baş nazir Benyamin Netanyahu təhlükəsizlik kabineti ilə birgə sazişin ratifikasiyasını müzakirə edir.
9-10-2025, 21:56
Əminəm ki, Rusiya-Ukrayna müharibəsi də bitəcək


Əminəm ki, Rusiya-Ukrayna müharibəsi də bitəcək

Biz yeddi müharibəni və böyük münaqişələri həll etdik. İsrail-HƏMAS məsələsi sayca səkkizincidir.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp kabinet iclasında çıxışı zamanı deyib.
“Düşündüm ki, bəlkə də hamısından ən sürətli Rusiya-Ukrayna müharibəsinin həlli olacaq, ancaq əminəm ki, bu da baş verəcək. Lakin onlar həftədə təxminən 7 min insan itirirlər və bu, olduqca pis görünür. Onların əksəriyyəti gənc əsgərlərdir. Bu müharibə heç vaxt olmamalı idi. Əgər mən Prezident olsaydım, heç vaxt baş verməzdi”, - deyə Tramp bildirib.
9-10-2025, 21:49
Qəzzaya yardım aparan gəmidə azərbaycanlılar da var imiş - RƏSMİ


Qəzzaya yardım aparan gəmidə azərbaycanlılar da var imiş - RƏSMİ

Oktabrın 8-də Qəzzaya humanitar yardım aparan gəmidə saxlanılan Azərbaycan vətəndaşlarının Türkiyəyə geri qayıtması nəzərdə tutulur.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
O qeyd edib ki, saxlanılan şəxslər arasında olan 2 nəfər Azərbaycan vətəndaşı - Pərvin Əzimov və Orxan Səmədzadə ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.
"İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə grri qayıtması nəzərdə tutulur", - XİN rəsmisi bildirib.
9-10-2025, 21:20
MDB nazirləri Düşənbədə görüşdülər


MDB nazirləri Düşənbədə görüşdülər

Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" səhifəsində paylaşım edilib.
Xarici işlər nazirləri MDB dövlət başçılarının qarşıdan gələn Zirvə Toplantısının gündəliyinə baxacaq, açıq dialoq platforması kimi mühüm beynəlxalq və regional problemlər, o cümlədən MDB çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq barədə fikir mübadiləsi aparacaqlar.
9-10-2025, 21:08
Qardaşı tərəfindən bıçaqlanan gənc xəstəxanada öldü


Qardaşı tərəfindən bıçaqlanan gənc xəstəxanada öldü

Ötən gecə Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb.
36 yaşlı Calal Abdullayev tərəfindən bıçaqlanan qardaşı, 22 yaşlı Camal Abdullayev bu gün axşam saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, bıçaqlanma hadisəsi Liman şəhəri ərazisində baş verib. Qardaşlar arasında yaranan mübahisə zamanı böyük qardaş kiçik qardaşa kəsici-deşici alətlə xəsarət yetirib.
Hadisədən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən C.Abdullayev polisə gələrək könüllü təslim olub.
9-10-2025, 20:30
"Bakı Kristal Zalı" böyük məbləğdə zərər açıqladı


"Bakı Kristal Zalı" böyük məbləğdə zərər açıqladı

“Bakı Kristal Zalı” MMC 2024-cü ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb. Hesabat şirkətin ötən ilki cüzi mənfəətdən böyük həcmli zərərə keçdiyini göstərib.
Bu kəskin pisləşmənin əsas səbəbi, inzibati xərclərin, xüsusilə də köhnəlmə və amortizasiya xərclərinin kəskin artımı olub. Bununla belə, bu böyük zərərə baxmayaraq, şirkətin balansı demək olar ki, dəyişməz qalıb.

Mənfəət və zərər hesabatının təhlili

Şirkət 2024-cü ili 2,4 milyon manat xalis zərərlə başa vurub. Bu, ötən ilki 4,9 min manatlıq mənfəətdən kəskin fərqlənir.
Şirkətin cəmi əməliyyat gəlirləri 2,7 milyon .anat təşkil edib. Bu, ötən ilə nisbətən 824,7 min manat (23,4%) azalma deməkdir
Əsas əməliyyat gəlirləri 617,2 min manat olub ki, bu da illik 295,2 min manat (91,7%) artımdır.
Digər gəlirlər isə 2,1 milyon manat təşkil edib, il ərzində 1,1 milyon manat (35,1%) azalıb.
Cəmi əməliyyat xərcləri 5,1 milyon manat olub. Bu da illik 1,6 milyon manat (45,1%) artım deməkdir.
Material xərcləri 39,0 min manata enərək 106,3 min manat (3,7 dəfə) azalıb.
Sair əməliyyat xərcləri 799,1 min manat təşkil edib ki, bu da illik 826,4 min manat (2 dəfə) azalmadır.
Lakin inzibati xərclər 4,3 milyon manata bərabər olub. Bu xərclərdə illik 2,5 milyon manat (2,4 dəfə) artım baş verib.
Bu artımın əsas səbəbi isə köhnəlmə və amortizasiya xərcləridir. Bu xərclər 2,8 milyon manat olub ki, bu da illik 2,5 milyon manat və ya 10,4 dəfəlik bir artımdır.
Əmək haqqı xərcləri isə 1,5 milyon manat səviyyəsində demək olar, dəyişməz qalıb.
Nəticədə. şirkətin əməliyyat nəticəsi ötən ilki 6,2 min manatlıq mənfəətdən 2,4 milyon manatlıq zərərə keçib.
Mənfəət vergisi üzrə isə ötən ilki 1,2 min manatlıq xərc bu il tamamilə sıfırlanıb.
Şirkətin cəmi aktivləri 192 milyon 273 min manat təşkil edib. Bu, ilin sonu ilə müqayisədə cəmi 123,6 min manat (0,1%) artımdır və demək olar, dəyişməz qalıb.

Aktivlərin vəziyyəti

Cəmi uzunmüddətli aktivlər 185 milyon 456 min manat olub. Bu da illik 372,1 min manat (0,2%) azalmadır.
Torpaq, tikili və avadanlıqlar 165,4 milyon manata bərabər olub. Bu göstərici son bir il ərzində 2,8 milyon manat (1,7%) azalıb.
Sair uzunmüddətli maliyyə aktivləri isə 2,4 milyon manat (13,8%) artımla 20,1 milyon manata yüksəlib.
Cəmi cari aktivlər isə 6 milyon 818 min manata yüksəlib. Bu, illik 495,7 min manat (7,8%) artımdır.
Pul vəsaitləri 1 milyon 656 min manat olub ki, bu da illik 246,7 min manat (17,5%) artımdır.
Qısamüddətli debitor borcları 2,3 milyon manata yaxınlaşıb. Bu isə illik 84 min manat (3,8%) artımdır.
Ehtiyatlar isə 2,9 milyon manata yüksələrək 165,0 min manat (6,1%) artıb.

Kapital və öhdəliklərin vəziyyəti

Hesabatda şirkətin cəmi kapitalının 191 milyon 580 min manat səviyyəsində dəyişməz qaldığı göstərilib. Cəmi öhdəliklər 692,8 min manat təşkil edib. Bu da illik 123,6 min manat (21,7%) artımdır.
Şirkətin uzunmüddətli öhdəliyi olmayıb.
Vergi və sair məcburi ödənişlər 124,0 min manat (23,7%) artaraq 647,3 min manata çatıb.
Qısamüddətli kreditor borcları isə 45,5 min manat səviyyəsində, demək olar ki, dəyişməz qalıb.
9-10-2025, 20:24
Qəzza müharibəsini bitirdik - TRAMP


Qəzza müharibəsini bitirdik - TRAMP

ABŞ Prezidenti Donald Tramp Qəzzada uzun müddətdir davam edən müharibənin sona çatdığını açıqlayıb.
Ağ Evdə keçirilən hökumət iclasında çıxış edən Tramp İsrail və HƏMAS arasında atəşkəs sazişinin imzalandığını bildirib və onu “Yaxın Şərqdə tarixi dönüş nöqtəsi” adlandırıb.
“Dünən gecə Yaxın Şərqdə illərlə mümkün olmayan bir addım atdıq. Biz Qəzza müharibəsini bitirdik,” – deyə Tramp bəyan edib.
Onun sözlərinə görə, razılaşma çərçivəsində bütün girovların azad edilməsi təmin olunacaq və bu proses bazar ertəsi və ya çərşənbə axşamı yekunlaşacaq.
O, həmçinin İsrail ordusunun Qəzzanın bəzi hissələrindən çıxacağını və qarşılıqlı əsir məhbus mübadiləsinin həyata keçiriləcəyini qeyd edib. Baş nazir Benyamin Netanyahu cümə axşamı parlamenti toplayaraq planı təsdiqləmək niyyətindədir.
Tramp çıxışı zamanı ABŞ-ın vasitəçilik missiyasına dəstək verən ölkələrə - Qətər, İndoneziya və digər dövlətlərə təşəkkür edib. O, vitse-prezident Cey Di Vens və Yaxın Şərq üzrə müşaviri Stiv Vitkoffun da danışıqlarda mühüm rol oynadığını vurğulayıb.
“Qəzza yenidən qurulacaq. Orada olan sərvət və regional imkanlar bu ərazini qısa zamanda dəyişə bilər. Sadəcə azacıq dəstək Qəzzada möcüzə yaradacaq,” - Tramp bildirib.
ABŞ Prezidenti həmçinin İranın da bu prosesdə iştirak etməyə hazır olduğunu açıqlayıb: “İran artıq bizə sülh üzərində işləmək istədiyini bildirib. Biz onlarla əməkdaşlıq edəcəyik.”
Donald Tramp Yaxın Şərqə səfər etməyi və Misirdə keçiriləcək imzalama mərasimində iştirak etməyi planlaşdırdığını da söyləyib.
Atəşkəsin birinci mərhələsi çərçivəsində İsrail ordusunun mərhələli şəkildə geri çəkilməsi və bütün saxlanılanların azad edilməsi nəzərdə tutulur. Bu razılaşma ABŞ Prezidentinin 20 maddəlik “Qəzza sülh planı”nın birinci addımı hesab olunur.
9-10-2025, 19:47
Türkiyə Qəzzada sülhə nəzarət edəcək


Türkiyə Qəzzada sülhə nəzarət edəcək

Türkiyə Qəzza zolağında atəşkəs razılaşmasının icrasına nəzarət edəcək beynəlxalq işçi qrupuna qoşulacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
O bildirib ki, Ankara anklavın bərpası işlərində iştirak edəcək.
Reuters agentliyinin məlumatına görə, işçi qrupa Türkiyə ilə yanaşı ABŞ, Qətər, Misir və İsrail də daxildir. Türkiyə nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın 20 maddəlik sülh planı əsasında aparılan İsrail–HƏMAS danışıqlarında da iştirak edib.
Məlumata əsasən, Türkiyə ayrıca bir qrupun formalaşmasında da yer alacaq. Həmin qrup Qəzzada həlak olmuş israilli girovların cəsədlərinin tapılması və qaytarılması üzərində çalışacaq.
Eyni zamanda Avropa ölkələri də Qəzzaya mümkün sülhməramlı qüvvələrin göndərilməsini müzakirə edir. “Sky News” telekanalının məlumatına görə, Fransanın paytaxtında cümə axşamı bir sıra Avropa dövlətlərinin xarici işlər nazirlərinin görüşü keçiriləcək və Qəzzada müharibədən sonrakı vəziyyətin sabitləşdirilməsi yolları müzakirə olunacaq.
Xatırladaq ki, İsrail və HƏMAS arasında atəşkəs rejimi 9 oktyabrda qüvvəyə minib. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan razılaşmanın birinci mərhələsi bütün girovların azad edilməsini və İsrail qoşunlarının razılaşdırılmış mövqelərə çəkilməsini nəzərdə tutur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!