İsa Həbibbəyli Akif Əlizadəni təltif etdi .....                        Misir Mərdanov təltif olundu .....                        Tokayev azərbaycanlı xeyriyyəçini təltif etdi .....                        Baş nazir sahibkarlarla bağlı qərarda dəyişiklik etdi .....                        Paşinyan yenidən namizəd oldu .....                        Ceyhun Bayramov Əlcəzairəyə getdi .....                        Bu şəxslərin icbari tibbi sığorta haqqı azaldılır .....                        Türkiyədə zəlzələ - İstanbulda da hiss edildi .....                        Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır .....                       
14-10-2025, 23:44
Putin müharibəni bitirmək istəmir - Tramp


Putin müharibəni bitirmək istəmir - Tramp

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin barədə sərt açıqlama verib.
O, hesab edir ki, Kreml rəhbəri Ukraynadakı müharibəni dayandırmaq niyyətində deyil və Rusiya iqtisadiyyatı yaxın zamanda çökmək ərəfəsindədir.
Tramp bu fikirləri Argentinanın prezidenti Xavyer Mileylə Ağ Evdə keçirilən görüş zamanı səsləndirib. O, həmçinin Ukrayna prezidenti Zelenskinin yaxın günlərdə Vaşinqtonda keçiriləcək görüşdə ABŞ-dan “Tomahawk” tipli raketlərin tədarükünü istəyəcəyini bildirib.
“Zelenski silah istəyəcək. O, "Tomahawk" raketləri almaq niyyətindədir. Bizdə bu raketlərdən çoxdur”, – deyə Tramp vurğulayıb.
Tramp həmçinin qeyd edib ki, Putinə qarşı şəxsi münasibəti dəyişməsə də, onun qərarlarını anlaya bilmir:
“Vladimirlə çox yaxşı münasibətlərimiz olub. Bəlkə indi də elədir. Amma mən anlamıram, niyə bu müharibəni davam etdirir. O, sadəcə müharibəni bitirmək istəmir”.
ABŞ lideri əlavə edib ki, davam edən hərbi kampaniya və sanksiyalar fonunda Rusiya iqtisadiyyatı “tezliklə dağılacaq”.
14-10-2025, 23:34
Ramiz Mehdiyevin özü bu şuranın üzvü, oğlu nazir müavinidir


Ramiz Mehdiyevin özü bu şuranın üzvü, oğlu nazir müavinidir

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev həbs olunub.
DTX Baş İstintaq İdarəsi tərəfindən keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində Ramiz Mehdiyevlə bağlı cinayət işi başladılıb.
Bu gün Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
Ramiz Mehdiyev hazırda Təhlükəsizlik Şurasının üzvüdür.
O, bu vəzifəyə 2019-cu ildə təyin edilib.
87 yaşlı akademikin oğlu Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir.
Onların vəzifələrində qalıb-qalmayacağı yaxın günlərdə məlum olacaq.
14-10-2025, 22:57
Qəzzanı idarə edəcək 15 nəfər seçilib"


Qəzzanı idarə edəcək 15 nəfər seçilib"

"15 fələstinli texnokratdan ibarət qrup müharibədən sonra Qəzza zolağını idarə edəcək".
Bynu Misirin xarici işlər naziri Bədr Əbdülati "Associated Press" agentliyinə deyib.
Nazirin sözlərinə görə, namizədlər artıq seçilib və İsrail tərəfi ilə razılaşdırılıb. Onların adları hələ açıqlanmır.
Əbdülati qeyd edib ki, 15 nəfərdən ibarət "inzibati komitə" HƏMAS da daxil olmaqla, Fələstindəki bütün fraksiyalar tərəfindən təsdiqlənib.
O əlavə edib ki, HƏMAS keçid dövründə heç bir rol oynamayacaq.
14-10-2025, 22:41
Zığda yanğın: 2 nəfər xəsarət aldı


Zığda yanğın: 2 nəfər xəsarət aldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evində yanğınla müşayiət olunan partlayışın baş verdiyi və genişlənərək yaxınlıqdakı tikililərə keçmə riskinin yüksək olduğu müəyyən edilib
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanan evdə xəsarət alaraq təhlükəli vəziyyətdə qalmış 1 nəfər xilas olunub, yanğının qonşu evlərə keçməsinə imkan verilməyib
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli üçotaqlı evin bir otağının yanar konstruksiyaları və tavanı 30 kv.m sahədə yanıb. Yanğın zamanı ümumilikdə 2 nəfər xəsarət alıb.
Evin qalan hisssi və qonşu evlər yanğından mühafizə edilib.
14-10-2025, 17:35
Prezidentdən ETSN-lə bağlı fərman


Prezidentdən ETSN-lə bağlı fərman

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilməsi səlahiyyəti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) verilib.
14-10-2025, 17:28
Hikmət Hacıyev Litva səfiri ilə müzakirələr apardı


Hikmət Hacıyev Litva səfiri ilə müzakirələr apardı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus (Kęstutis Vaškelevičius) ilə görüşüb.
Bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, görüş çərçivəsində Azərbaycanın artmaqda olan regional rolu, ikitərəfli münasibətlər, Avropa İttifaqı-Azərbaycan münasibətləri, Ukrayna, regional inkişaflar barədə müzakirələr aparılıb:
"Görüş Azərbaycanın regional diplomatiyanın ön sıralarında olduğu, sammitlərlə zəngin bir ayda baş tutub".
14-10-2025, 17:22
Ordumuz hərəkətə keçdi - Zərbə PUA-larından istifadə olundu


Ordumuz hərəkətə keçdi - Zərbə PUA-larından istifadə olundu

2025-ci ilin hazırlıq planına əsasən, hərbi hissə və bölmələrdə inspeksiya yoxlaması çərçivəsində gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, real döyüş şəraitinə uyğunlaşdırılmış məşqlərdə hərbi qulluqçular müasir texniki vasitələr və yeni döyüş taktikasından istifadə edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
Aerozol pərdəsindən və ərazinin qorunma xüsusiyyətlərindən istifadə etməklə mobil yarımqruplar tərkibində fəaliyytələr yerinə yetirilib.
Tapşırıqların icrası zamanı zərbə PUA-sından da məharətlə istifadə edilib.


14-10-2025, 17:19
Spiker Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşdü


Spiker Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşündə iştirak etmək məqsədi ilə Pakistanda səfərdədir.
Oktyabrın 14-də Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Lahor şəhərində Pakistanın Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüblər.
Görüşdə ölkələrimiz arasında əlaqələr və parlament əməkdaşlığının genişləndirilməsi müzakirə olunub. Bildirilib ki, xalqlarımızın mədəni, dini və mənəvi yaxınlığı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin əsasını təşkil edir. Vurğulanıb ki, dövlət başçıları arasında sıx siyasi təmaslar, dostluq münasibətləri bütün sahələrdə əlaqələrin inkişafına böyük təsir göstərir, xalqlarımızı və dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırır.
Söhbət zamanı Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin İslamabadda keçirilən üçtərəfli görüşün və orada müzakirə olunan məsələlərin əhəmiyyəti qeyd edilib. Bildirilib ki, parlament sədrlərinin bu üçtərəfli əməkdaşlıq mexanizmi, keçirilən görüşlər, qarşılıqlı səfərlər, o cümlədən nüfuzlu beynəlxalq parlament təşkilatlarında deputatlarımızın birgə fəaliyyəti, prinsipial məsələlərdə ortaq mövqe sərgiləməyi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlament müstəvisində də gücləndirilməsinə xidmət edir.
Görüşdə ikitərəfli və üçtərəfli formatda əməkdaşlığımızın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.



14-10-2025, 17:12
Ombudsmanın nümayəndələri Ağdərədəki kütləvi məzarlığı yerində araşdırdılar


Ombudsmanın nümayəndələri Ağdərədəki kütləvi məzarlığı yerində araşdırdılar

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən törədilmiş insanlıq əleyhinə və müharibə cinayətlərinin qurbanlarının, o cümlədən itkin düşmüş şəxslərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayır.
Bu barədə Ombudsmanın Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, işğalan azad olunmuş ərazilərdə aparılan qazıntılar zamanı aşkar edilən kütləvi məzarlıqlar Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərini bir daha sübut etməkdədir: "Bu istiqamətdə həyata keçirilən tədbirlər və aparılan axtarışlar nəticəsində son günlərdə bir sıra mühüm faktlar üzə çıxıb. Belə ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının topladığı məlumatlar və şahid ifadələri əsasında Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində, döyüş mövqeyi olmuş yüksəklikdə aparılan axtarışlar nəticəsində Azərbaycan hərbi qulluqçularına aid olduğu ehtimal edilən 10-dan çox insan qalığı aşkar olunub.
Beynəlxalq humanitar hüquqa əsasən, itkin düşmüş şəxslərin taleyi barədə məlumatların toplanması və onların yaxınlarının həqiqəti bilmək, məlumat almaq hüquqları təmin edilməlidir. Azərbaycan Ombudsmanı itkin düşmüş soydaşlarımızın taleyi haqqında məlumatların əldə edilməsi, o cümlədən Ermənistanın törətmiş olduğu müharibə cinayətləri nəticəsində pozulmuş insan hüquq və azadlıqlarının bərpası istiqamətində müvafiq tədbirlər, faktaraşdırıcı missiyalar həyata keçirməkdədir. Ombudsmanın həyata keçirmiş olduğu növbəti faktaraşdırıcı missiyası çərçivəsində Aparatın əməkdaşları Müqalib Mahmudov və Sevinc Şener tərəfindən Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində müvafiq araşdırma aparılıb və faktoloji materiallar toplanılıb.
Kütləvi məzarlıqlardan toplanmış materiallar əsasında monitorinqin nəticələrinə dair Ombudsman tərəfindən müvafiq hesabat hazırlanaraq ictimaiyyətə və beynəlxalq təşkilatlara təqdim ediləcək".



14-10-2025, 16:59
Sabiq icra başçısının həbs müddəti uzadıldı


Sabiq icra başçısının həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan icra başçısı Musa Şəkiliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub.
Bu gün Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının vəsatəti əsasında verilmiş təqdimata baxılıb. Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbiri 4 ay müddətinə uzadılıb. Qeyd edək ki, DTX iyunda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur. İyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!