Elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq .....                        Sabirabadda pulnan əlillik dərəcəsi verən vəzifəli şəxslərə cinayət işi açıldı .....                        Sabah azarkeşləri sevindirmək istəyirik - Qurban Qurbanov .....                        Azərbaycanlı ekspert İrəvanda “Zəngəzur dəhlizi” ifadəsini İZAH ETDİ .....                        Balakəndə 17 yaşlı qızı oğurlayan dəstə üzvləri tutuldu .....                        Azərbaycanlı politoloq İrəvanda çıxış etdi: “Sülhlə bağlı realist olmalıyıq” .....                        Salman bin Əbdüləziz İlham Əliyevə məktub göndərdi .....                        Sabah gecə ilin ən heyrətamiz səma hadisəsi baş verəcək .....                        Ankarada gərginlik - Ərdoğanla Bağçalının arası dəyib .....                       
14-10-2025, 16:33
Sahibə Qafarova və türkiyəli həmkarı Lahora səfər edib


Sahibə Qafarova və türkiyəli həmkarı Lahora səfər edib

Azərbaycan və Türkiyə parlament sədrləri Lahora səfər ediblər.
Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədi ilə Pakistanda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş oktyabrın 14-də Lahor şəhərinə gediblər.
Spiker Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyətini Lahor şəhərinin Əllamə İqbal Beynəlxalq hava limanında Pakistanın Pəncab Əyalət Məclisinin sədri Malik Əhməd Xan, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətləri Lahor şəhərində əvvəlcə Pakistanın mənəvi qurucusu, ictimai-siyasi xadimi, filosofu və şairi Əllamə Məhəmməd İqbalın məqbərəsini ziyarət ediblər. Məqbərənin önünə əklil qoyan spikerlər xatirə kitabını imzalayıblar.
Sonra Badşahi məscidinə baş çəkən qonaqlar, burada Pakistanın tarixi keçmişinin və dini irsinin əzəmətini seyr ediblər.
Səfərin davamında nümayəndə heyətləri Pəncab Əyalət Məclisinə gələrək məclisin inzibati binası və burada yaradılan şəraitlə tanış olublar.






14-10-2025, 16:11
Energetik-alim Tahir Cəfərov kitablarını Prezident Kitabxanasına hədiyyə edib


Energetik-alim Tahir Cəfərov kitablarını Prezident Kitabxanasına hədiyyə edib

Prezident Kitabxanasında alimlər, ziyalılar və ictimai xadimlərlə görüşlər bir ənənəyə çevrilib. Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, texniki elmlər üzrə doktor, professor Tahir Cəfərov Prezident Kitabxanasının qonağı olub, görülən işlərlə tanış olub və kitablarını Kitabxana fonduna hədiyyə edib.
Tahir Cəfərov Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-elektromexanik ixtisası üzrə bitirdikdən sonra Mingəçevir Tikinti Trestinin Elektrik Quraşdırma İdarəsində usta, Mingəçevir SES-də kaskadın mühəndisi, Dövlət Enerji Nəzarət İdarəsinin Mingəçevir şəhər şöbəsinin rəisi, Mingəçevir Elektrik Şəbəkəsinin direktoru, Sənaye və Energetika Nazirliyində Energetika şöbəsinin müdiri, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” MMC-nin baş energetiki vəzifələrində işləyib. Ölkənin energetika siyasətinin formalaşması və bu sahədə Avropa Direktivinə uyğun islahatların aparılması üzrə Avropa İttifaqının ekspertləri ilə birgə yeni qanun layihələrinin hazırlanmasında texniki direktor kimi iştirak edib. Hazırda “Azərişıq” ASC-nin Tədris Mərkəzində müasir texnologiyaların tətbiqi üzrə məsləhətçi vəzifəsində çalışır.

Professor Tahir Cəfərov “Bərpa Olunan Enerji Mənbələrinin Energetika Sisteminə inteqrasiyasında Hidroakkumulyasiya Elektrik Stansiyalarının rolu” (Bakı, 2013), “Elektroenergetika – varlıqla yoxluğun astanasında” (Bakı, 2015), “Smart market. Elektroenergetika - islahatlar və intellektual bazar” (Bakı, 2017), “Elektrik işığının qaranlıqları” (Bakı, 2025) kitablarının və energetika sisteminin fəaliyyət effektivliyinin artırılması, SES-lərin təhlükəsizliyi, müasir texnologiyaların energetikaya tətbiqi, bərpa olunan enerjidən istifadə və digər məsələrlə bağlı 50-yə yaxın məqalələrin və layihələrin müəllifidir.
Energetika sahəsində görkəmli alim həmçinin yuxarıda adları sadalanan kitablarının elektron versiyalarını da kitabxanaya təqdim edib.
Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova professor Tahir Cəfərova öz kitabları ilə kitabxana fondunu daha da zənginləşdirdyi üçün minnətdarlıq edib, ona elmi işlərində uğurlar arzulayıb.

14-10-2025, 16:08
Əhalinin gəlirləri açıqlandı


Əhalinin gəlirləri açıqlandı

Cari ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq 66 milyard 267,3 milyon manat və ya hər nəfərə orta hesabla 6471,8 manat olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri 58 milyard 253 milyon manat təşkil edib.
14-10-2025, 16:05
İlham Əliyev Kiqali Düzəlişini təsdiqlədi


İlham Əliyev Kiqali Düzəlişini təsdiqlədi

Prezident İlham Əliyev "Ozon qatını dağıdan maddələr haqqında" Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişi təsdiqləyib.
Dövlət başçısı bununla bağlı müvafiq qanunu imzalayıb.
14-10-2025, 15:56
Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək


Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək

Nazirlər Kabinerti “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”na dəyişiklik edib.
Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, yeni sənədə əsasən, kommunal xidmətlər göstərən dövlət müəssisələrin siyahısına İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi də əlavə olunub.
"Agentlik işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarına münasibətdə bu fəaliyyəti həyata keçirəcək. Digər mühüm dəyişiklik isə agentlik tərəfindən maliyyə yardımının verilməsinə başlanılmasıdır. Belə ki, qərarla agentlik “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzurda yaradılmış sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara istehlak olunan kommunal xidmətlər üzrə maliyyə yardımı 2023-cü il yanvarın 1-dən hesablayaraq ödəyəcək. Yəni, həmin sahibkarlar üçün əvvəlki dövrdə ödənilən kommunal xidmətlərə görə də yardım veriləcək.
Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər üzrə ödədiyi vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir. Ödənişlər aylıq olaraq hesablanır və sahibkarın hesabına köçürülür. Güzəştlər 10 il müddəti əhatə edir. Nazirlər Kabinetinin sözügedən qərarı ilə isə bu yardımdan istifadə miqyası daha da genişləndirildi. Bu güzəştlərə əsasən, sahibkar ay ərzində 1000 manatlıq kommunal ödəniş edərsə onun 200 manatı büdcə vəsaiti hesabına geri qaytarılır. Bu güzəştlərdə məqsəd işğaldan azad olunan ərazilərimizə daha çox sərmayənin cəlb edilməsi, Qarabağ və Şərqi Zəngəzurda çalışan sahibkarların daha yaxından dəstəklənməsidir".
14-10-2025, 15:48
Avtoxuliqanlıq edən sürücü həbs olundu


Avtoxuliqanlıq edən sürücü həbs olundu

Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər zamanı dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobildə sayrışan işıqlar quraşdıran, konstruksiya dəyişikliyinə yol verən və avtoxuliqanlıq edən Hikmət Abasov saxlanılıb.
H.Abasov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin də qərarı ilə həmin şəxs 8 sutka inzibati qaydada həbs olunub.
14-10-2025, 15:38
Azərbaycanda nikahlar artıb, boşanmalar azalıb


Azərbaycanda nikahlar artıb, boşanmalar azalıb

Ötən ay ölkədə qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 31403 nikah və 13869 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.
14-10-2025, 15:33
Şuşakəndin sakinlərinə yeni mənzillərin açarları təqdim edildi - FOTO


Şuşakəndin sakinlərinə yeni mənzillərin açarları təqdim edildi - FOTO

Oktyabrın 14-də Xocalı rayonunun Şuşakənd kəndində növbəti köç mərhələsi həyata keçirilib. Bu mərhələdə kəndə 27 ailə, 116 nəfər köçürülüb və onlara mənzillərin açarları təqdim olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, açarların təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov vurğulayıb ki, sakinlərin rahat yaşayışı və məşğulluğunun təmin olunması dövlətin əsas prioritetlərindəndir və vətəndaşların işlə təminat məsələsi aidiyyatı dövlət qurumlarının nəzarətindədir.
Xatırladaq ki, bundan əvvəlki mərhələlərdə Şuşakənd kəndinə 15 ailə köçürülüb. Beləliklə, indiyədək kənddə ümumilikdə 42 ailə məskunlaşdı.







14-10-2025, 15:29
Əhalinin sayı açıqlandı


Əhalinin sayı açıqlandı

2025-ci ilin yanvar-avqust aylarında əhalinin sayı 24 611 nəfər və ya 0,24 faiz artaraq 2025-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 249 500 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
14-10-2025, 15:21
ATƏT sədrinin Bakıya səfəri ləğv edildi - Rəsmi səbəb açıqlandı


ATƏT sədrinin Bakıya səfəri ləğv edildi - Rəsmi səbəb açıqlandı

ATƏT sədrinin Azərbaycana səfərinin təxirə salınmasının səbəbi açıqlanıb.
XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin bölgəyə səfəri Azərbaycan Respublikasından başlamalı idi.
"Bu səfər 13 oktyabr tarixinə nəzərdə tutulmuşdu. Lakin cənab Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi və onun, habelə rəhbərlik etdiyi nümayəndə heyətinin sammitdə iştirak etməsi səbəbindən qeyd edilən səfər təxirə salındı. Hazırda Finlandiya xarici işlər nazirinin ölkəmizə səfərinin yeni tarixləri üzərində iş aparılır", - XİN rəsmisi vurğulayıb.

***

14:57

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb.
Məlumatı "Report" yayıb.
Qeyd edək ki, Elina Valtonenin oktyabrın 13-15-i üçün Cənubi Qafqaza nəzərdə tutulan regional səfəri çərçivəsində Azərbaycana gəlməsi nəzərdə tutulmuşdu.
ATƏT-in fəaliyyətdə olan sədri oktyabrın 14-də Ermənistana səfər edib, sabah isə o, Gürcüstana gedəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!