Elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq .....                        Sabirabadda pulnan əlillik dərəcəsi verən vəzifəli şəxslərə cinayət işi açıldı .....                        Sabah azarkeşləri sevindirmək istəyirik - Qurban Qurbanov .....                        Azərbaycanlı ekspert İrəvanda “Zəngəzur dəhlizi” ifadəsini İZAH ETDİ .....                        Balakəndə 17 yaşlı qızı oğurlayan dəstə üzvləri tutuldu .....                        Azərbaycanlı politoloq İrəvanda çıxış etdi: “Sülhlə bağlı realist olmalıyıq” .....                        Salman bin Əbdüləziz İlham Əliyevə məktub göndərdi .....                        Sabah gecə ilin ən heyrətamiz səma hadisəsi baş verəcək .....                        Ankarada gərginlik - Ərdoğanla Bağçalının arası dəyib .....                       
14-10-2025, 15:14
Xocalının Təzəbinə kəndinə növbəti köç oldu


Xocalının Təzəbinə

kəndinə növbəti köç oldu
- FOTO

Oktyabrın 14-də Xocalı rayonunun daha bir kəndində sakinlərə yeni mənzillərin açarları təqdim olunub. Bu dəfə növbəti köç prosesi Təzəbinə kəndində baş tutub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, kəndə 28 ailə olmaqla 123 nəfər köçürülüb. Sakinlərə bərpa edilən fərdi yaşayış evlərinin açarları təqdim edilib. Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri doğma yurda qayıdış münasibətilə təbrik edib və onların burda rahat yaşamaları üçün bütün zəruri sosial infrastrukturun yenidən qurulduğunu, kommunal xidmətlərin tam təmin olunduğunu deyib. Qeyd edək ki, bundan əvvəlki mərhələlərdə Təzəbinə kəndinə 56 ailə köçürülüb. Beləliklə, bugünkü köç də daxil olmaqla kənddə ümumilikdə 84 ailə məskunlaşıb.











14-10-2025, 15:10
Belə bir adamı az qala “terrorist” ediblər - Namiq Qaraçuxurlu


Belə bir adamı az qala “terrorist” ediblər - Namiq Qaraçuxurlu

Bir müddət əvvəl toyların birində içkili şəxsin Xalq artisti Aygün Kazımovaya yaxınlaşması və müğənni Namiq Qaraçuxurlunun reaksiya verməməsi müzakirələrə səbəb olmuşdu.
Bunun fonunda Namiq Qaraçuxurlu sosial şəbəkə hesabından açıqlama yayıb.
"Mən öz mədəniyyətimlə fəxr edən adamam. Bütün incəsənət adamlarını da belə görmək istəyirəm. Bu sizin bir neçə gündür seyr etdiyiniz görüntülərdən 5 dəqiqə öncə baş verən səhnədir . Bu qardaşımız doğmamız, azərbaycanlımızdır. Mənə və sonra Aygün xanıma olan sevgisini son dərəcə saflıqla, içdən bildirən adamdır. Hətta mən səhnədən çıxdıqdan sonra Aygün xanım onu yenidən səhnəyə səsləyirdi. Belə bir adamı sosial şəbəkələrdə az qala “terrorist “ediblər. Və guya mən 5 dəqiqə öncə qucaqladığım bu qardaşımızdan qorxmuşam. Toy sahiblərinin bu qardaşımıza yaxınlaşdığını, ümumiyyətlə burada heç bir xəta ola bilməyəcəyini görüb kənardan “orada dava gedir” ab-havası yaranmasın deyə uzaqlaşmağımı bu qədər səmimi, sevgi dolu bir adamdan qorxmağım kimi təqdim edirlər. Biz belə sevgiylə demək olar ki, hər gün rastlaşırıq. Belə insanlara qayğı ilə yanaşmağı şəxsən mən özümə borc bilirəm. Bəzi travması olan insanlara səslənirəm: Allah şahiddir ki, mən sizi başa düşürəm.Kaş ki taleyiniz belə olmazdı.Çünki siz də bizim doğma millətimizsiniz. Lakin siz məndən özünüz kimi biri düzəldə bilməyəcəksiniz. Mən qanacağım və düşüncəm ilə sizin övladlarınıza dəyərlər ötürməyi daha vacib sayıram. Və sonda xəbis adamları lərzəyə salacaq bir dua: Allah sizə də, mənə də ürəyimizə görə versin", - deyə sənətçi qeyd edib.
14-10-2025, 11:57
Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi


Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi

Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısının nitqi qarşılıqlı dostluq, əməkdaşlıq və birliyin möhkəmləndirilməsi ruhunda səslənib. Prezident çıxışında Azərbaycan ilə Tacikistan arasında münasibətlərin yüksək səviyyəsini, MDB məkanında humanitar və mədəni əlaqələrin əhəmiyyətini, həmçinin Azərbaycanın son illərdə bu istiqamətdə həyata keçirdiyi təşəbbüsləri vurğulayıb.
Prezident İlham Əliyev çıxışının əvvəlində qardaş Tacikistan xalqını və Prezident Emoməli Rəhmonu ölkənin sosial-iqtisadi inkişafı, şəhərsalma sahəsində əldə etdiyi uğurlar münasibətilə təbrik edib. O bildirib ki, Düşənbəyə etdiyi səfərlər zamanı paytaxtın necə sürətlə dəyişdiyini, yeni binaların və müasir infrastrukturun yaradıldığını görmək Azərbaycan xalqını və dövlətini dost kimi sevindirir. “Düşənbənin ildən-ilə daha da gözəlləşdiyini müşahidə etmək məmnunluq doğurur” – deyə Prezident qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Tacikistanı bir çox ortaq dəyərlər, tarixi və mədəni bağlar birləşdirir. Bu dostluq münasibətləri qarşılıqlı hörmət, etimad və dəstək prinsiplərinə əsaslanaraq, son illərdə daha da möhkəmlənib. Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əməkdaşlıq getdikcə genişlənir və bu münasibətlər böyük inkişaf potensialına malikdir.
Prezident İlham Əliyev MDB məkanında humanitar əməkdaşlığın gücləndirilməsinin vacibliyini də diqqətə çatdırıb. O, Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsinə verdikləri dəstəyə görə bütün üzv dövlətlərin başçılarına təşəkkürünü ifadə edib. Prezident xatırladıb ki, bu ilin iyun ayında Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi yüksək səviyyədə keçirilib. Tədbir çərçivəsində qonaqlar Azərbaycanın qədim torpağının tarixini, zəngin mədəni irsini, həmçinin Laçının işğaldan azad edildikdən sonra keçdiyi bərpa və yenidənqurma yolunu yaxından müşahidə ediblər.
Dövlət başçısı vurğulayıb ki, 30 illik işğaldan tamamilə dağıdılmış Laçının qısa müddət ərzində müasir infrastrukturla təchiz olunmuş, abad və yaşayış üçün rahat şəhərə çevrilməsi Azərbaycanın gücünü, quruculuq əzmini və yenidənqurma potensialını nümayiş etdirir: “Bu gün Laçın təkcə Azərbaycanın deyil, bütün MDB məkanının mədəniyyət və dirçəliş simvollarından birinə çevrilib”.
Prezident çıxışında həmçinin birliyin həyatında önəmli hadisələrdən biri olan III MDB Oyunlarına da toxunub. O, bildirib ki, sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində və Azərbaycanın daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirilən oyunlar MDB ölkələri arasında dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verib.
Prezident İlham Əliyev qeyd edib ki, bu mötəbər yarışda 13 ölkədən, o cümlədən MDB üzvləri və qonaq dövlətlərdən 1600-dən çox idmançı iştirak edib. Oyunlar təkcə idman bayramı deyil, həm də xalqlar arasında birliyin, dostluğun və qarşılıqlı hörmətin təcəssümü olub. Dövlət başçısı vurğulayıb ki, bu kimi tədbirlər MDB məkanında əməkdaşlıq ruhunu gücləndirir, gənc nəsildə birlik, dostluq və həmrəylik dəyərlərini möhkəmləndirir. Bildirib ki, Azərbaycan bundan sonra da MDB çərçivəsində əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı etimadın və bərabərhüquqlu münasibətlərin möhkəmləndirilməsinə sadiq qalacaq. O, regionda sülhün, sabitliyin və qarşılıqlı hörmətin təmin olunmasının birliyin əsas məqsədlərindən biri olduğunu vurğulayıb.
Dövlət başçısının çıxışı bir daha göstərdi ki, Azərbaycan MDB ailəsinin fəal və etibarlı üzvü olaraq, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığa mühüm töhfə verir və birliyin inkişafına daim dəstək göstərir.

Səkinə Abbasova,
Xırdalan şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!