Bu ölkə ABŞ-dən kömək istədi .....                        Azərbaycanda sadəcə müəllimlər saathesabı işləyir - Nazir .....                        Tanınmış həkimin hesabından 11 min manat oğurlandı .....                        Şagirdlərə universitetə məktəbin özündə hazırlaşacaq - Nazir detalları açıqladı .....                        İki cüdoçumuz medal qazandı .....                        Azərbaycanda bu maşınlar 100 faiz bahalaşdı .....                        Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir - Nazir .....                        20 min tamştatlı müəllim - İlk bu məktəblərdə olacaq .....                        Lavrov iranlı həmkarı ilə danışıqlar apardı .....                       
16-10-2025, 19:33
Odlar Yurdu Universitetində əcnəbi tələbələr üçün "Miqrasiya qaydaları"adlı tədbir keçirilib

Odlar Yurdu Universitetində əcnəbi tələbələr üçün "Miqrasiya qaydaları"adlı tədbir keçirilib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı,"Miqrasiya Sahəsinin İnkişafı"ictimai birliyinin təşkilatçılığı ilə "Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları,tibbi əlçatanlıq və ölkə tanıtımı mövzularında maarifləndirmə" layihəsi çərçivəsində keçirilən tədbirdə ilk çıxış edən Elmi işlər və keyfiyyət təminatı üzrə prorektor Fəxrəddin Məmmədov, tədbir iştirakçılarını universitet rəhbərliyi adından salamladı, universitetdə tələbələr üçün yaradılan şəraitdən danışdı və Dövlət Miqrasiya Xidməti əməkdaşlarının əcnəbi tələbələrlə görüşlərinin əhəmiyyətli olduğunu qeyd etdi.

Layihə rəhbəri, DMX yanında ictimai şuranın üzvü Vidadi Fətullayev, universitetlərimizdə təhsil almaq üçün gələn xarici ölkə vətəndaşlarının sayının ildən-ilə artdığını dedi, bu sahədə ali məktəblərin və aidiyyatı dövlət qurumlarının birgə atdıqları addımlardan,əcnəbi tələbələrin ölkəmizdə tibbi xidmətlərdən istifadə imkanlarından ətraflı bəhs etdi və tədbirin keçirilməsinə dəstək olan Dövlət Miqrasiya Xidməti, QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Odlar Yurdu Universitetinin rəhbərliklərinə minnətdarlıqlarını bildirdi.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova, mövcud miqrasiya qaydaları və hüquqpozmalar barədə tədbir iştirakçılarına geniş məlumat verdi.

Tədbirdə iştirak edən əcnəbi tələbələri maraqlandıran suallar, Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru Xəyalə İsmayılova, Miqrasiya proseslərinin tənzimləmə baş idarəsinin inspektoru Müşfiq Ramazanov və Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin inspektoru Ayxan Rzayev tərəfindən ətraflı cavablandırıldı və izahatlar verildi.

Vidadi Fətullayev
"Miqrasiya Sahəsinin İnkişafı"ictimai birliyinin sədri
16-10-2025, 18:15
Fidan amerikalı həmkarı ilə danışıqlar apardı


Fidan amerikalı həmkarı ilə danışıqlar apardı

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Telefon söhbəti zamanı İsrail ilə Fələstin arasında əldə edilən atəşkəsin davamlılığı və Qəzza zolağına humanitar yardımların fasiləsiz çatdırılması üçün atıla biləcək addımlar müzakirə olunub.
Dövlət rəsmiləri Şarm əl-Şeyx Sammitində imzalanmış Niyyət Bəyannaməsinin icrası ilə bağlı məsələləri dəyərləndiriblər.
Bundan əlavə, Suriyadakı vəziyyət, İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar və Rusiya ilə Ukrayna arasındakı müharibənin gedişi barədə də fikir mübadiləsi aparılıb.
16-10-2025, 18:02
Tramp Venesuelaya zərbə endirməyə icazə verəcək


Tramp Venesuelaya zərbə endirməyə icazə verəcək

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ ordusu Venesuelada narkotik ticarəti ilə əlaqəli quru hədəflərə zərbələr endirmək imkanını nəzərdən keçirir.
Tramp bununla bağlı deyib:
“Dəqiq demək istəmirəm, amma biz quruda olan hədəflərə zərbə endirmək imkanını mütləq nəzərdən keçiririk, çünki biz mahiyyətcə dənizə nəzarət edirik”.
“The New York Times” ABŞ administrasiyasının rəsmilərinə istinadən xəbər verir ki, ABŞ liderinin administrasiyası Mərkəzi Kəşfiyyat İdarəsinə prezident Nikolas Maduroya qarşı gücləndirilmiş kampaniya çərçivəsində Venesuelada gizli əməliyyatlar keçirməyə icazə verib.
Bu icazə Nikolas Maduronu devirmək üçün Venesuelaya qarşı təzyiq kampaniyasının son addımıdır. Qəzetin yazdığına görə, bu, ABŞ ordusunun Tramp administrasiyası üçün müxtəlif ssenarilər, o cümlədən Venesuela daxilində mümkün zərbələr hazırladığı bir vaxta təsadüf edir.
16-10-2025, 17:52
Fərhad Əhmədov məhkəmədə ifadə verdi


Fərhad Əhmədov məhkəmədə ifadə verdi

Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dəvət olunan Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov ifadə verib.
O, vəkili Şaiq Mirzəyevin iştirakı ilə verdiyi ifadəsində bildirib ki, hazırda Rusiya vətəndaşıdır, təqsirləndirilən şəxsi tanıyır. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləyərək deyib: "Keçmiş həyat yoldaşımın əsassız iddiası ilə İngiltərə məhkəməsi yaxtama həbs qoyulmasına qərar verdi. Bununla bağlı Birləşmiş Ərəb Əmirliklərinə məlumat verildi və yaxta beynəlxalq sularda olarkən saxlanıldı. Anass Derraza bu məsələni danışarkən o, da bu məsələdə Aleksandr Benalla ilə əlaqə yaratmışdı. Onun köməyi ilə beynəlxalq imkanlarından istifadə etməklə yaxtamın üzərinə qoyulan həbs götürülməli idi. Bununla bağlı söhbətlər əsasında işin görülməsi üçün 6 milyon 140 min dollar lazım olduğunu dedilər. Üçtərəfli müqavilə bağladıq və bu işin görülməsi üçün ilkin olaraq 600 min dollar köçürülməli idi. Həmin puldan 400 min Aleksandr Benallanın, 200 min Derrazın hesabına öz şəxsi bank hesabımdan köçürmə etdim. Amma onlar öz öhdəliklərini icra edə bilmədilər".
F.Əhmədov əlavə edib ki, daha sonra DTX-də Anass Derrazın ifadəsi alınıb: "Mən də izahat verdim. Burada dələduzluq, aldatma var. Başqa cür deyim ki, rüşvət də ola bilər. Derraz həmişə söhbətdən qaçırdı. Deyirdi ki, pulu qaytaracam. Mənim Göyçayda nar plantasiyalarım var, camaat orada 6-7 saata 20 manat pul alaraq çalışır. Bunlar isə 600 min dollar alıb heç nə etməyiblər. Bu pulu niyə qaytarmırsız?".
Sualları cavablandıran Fərhad Əhmədov bildirib: "Mən yalnız Derraz ilə söhbət etmişəm. Mənim Aleksandr Benalla ilə əlaqəm olmayıb, onunla görüşməmişəm. Həmin dövrdə Anass Derrazı hüquqşünas kimi tanımışam, onun mühəndis olduğunu bilməmişəm".
Daha sonra Fərhad Əhmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.
Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. O, əlavə edib ki, ona qarşı dəymiş ziyan ödənilməyib. Fərhad Əhmədov əlavə edib ki, bununla bağlı başqa heç yerdə hər hansı bir iddia qaldırmayıb.
Proses noyabrın 6-da davam edəcək.
Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.
Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.
Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.
Məlum olmayan formada istintaqın əlinə keçən A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.
Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.
Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.
16-10-2025, 17:30
Rusiya Mehdiyevi niyə satdı? - ŞƏRH


Rusiya Mehdiyevi niyə satdı? - ŞƏRH

Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub. Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Moskvaya təklif edib.
Ramiz Mehdiyev planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Məlumata görə, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb.
Məlumatlı mənbənin bildirdiyinə görə, Azərbaycan və Rusiya prezidentlərinin görüşdüyü Düşənbədə Rusiya tərəfi özü Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsinin planı haqqında Azərbaycan tərəfinə məlumat verib.
Görünən odur ki, 87 yaşılı Ramiz Mehdiyev artıq davamlı xahişləri və israrı ilə Rusiyanı da bezdirib. Ona görə də Rusiya heç bir perspektiv vəd etməyən Mehdiyevdən tamamilə imtina edib və onun planı, şəbəkəsi ilə bağlı rəsmi Bakını özü məlumatlandırıb.

Rusiya Mehdiyevi niyə ələ verib?

Mövzunu şərh edən təhlükəsizlik eksperti İlham İsmayıl bildirib ki, Rusiya Mehdiyevin simasında heç bir prespektiv görmədiyindən onu ifşa edib:
“87 yaşlı adam nə edə biləcək ki?! Rusiya hər zaman kimliyindən asılı olmayaraq, şəxsin kim və nə dərəcədə prespektivli olmasını, xalq tərəfindən bir damcı da olsa sevilib-sevilməməsini nəzərə alır. Eləcə də burada əsas nüanslardan biri onun təşkilatlanmış hər hansı siyasi qüvvəsinin olub-olmamasıdır. Bunların heç biri Ramiz Mehdiyevdə olmadığından Rusiya kifayət qədər yaşlı olan akademikin prespektivsizliyini nəzərə alıb. Hətta Mehdiyevin Rusiyanı bezdirdiyi də deyilir”.



İ.İsmayıl deyib ki, Ramiz Mehdiyev məhz Azərbaycan-Rusiya münasibətləri gərginləşəndən sonra əl-ayağa düşüb:
“Hakimiyyət çevrilişini detallı və planlı şəkildə hazırlamaq iştahına Ramiz Mehdiyev 9 ay ərzində Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsi fonunda düşüb. Rusiya da bunu müəyyən dərəcədə qəbul edib. Amma çox da analiz etmədən görürlər ki, bununla əməkdaşlıq mənasızdır və bunun heç bir əsası yoxdur.
Ramiz Mehdiyev xalq arasında heç bir hörməti olmayan şəxsdir. Onun güc strukturları arasında tək-tük adamları ola bilər. Amma güc strukturları ümumilikdə cənab Prezidentə sadiqdirlər.
Yenə deyirəm Mehdiyevin təşkilatlanmış siyasi qüvvəsi yoxdur. Rusiya Ermənistanda niyə güclüdür? Çünki oradakı bütün müxalif siyasi qüvvələr Rusiyayönümlüdür. Bizdə təşkilatlanmış elə siyasi müxalif qüvvə yoxdur ki, Rusiyayönümlü olsun. Məhz bu səbəbdən Rusiya tərəfdən bu məsələ prespektivsiz, hətta ümidsiz bir variant kimi qiymətləndirilib. Bu məsələnin açılmasında Rusiyanın rolu varsa, mən deyərdim ki, o da çox təbii qarşılanmalıdır. Rusiya münasibətləri düzəltmək üçün bu addımı ata bilər. 1994-cü ildə Sürət Hüseynovun yarımçıq üsyanından, yaxud mart hadisələrindən sonra kimlərinsə qaçıb Rusiyaya sığındığı məlum idi. Rusiya onları öz maraqları naminə bircə-bircə Azərbaycana verdi. Separatçıların liderləri vardı. Cənub zonasından olan həmin separatçılara Rusiya təlim keçir, onları bəsləyirdi. Amma an gəldi, Rusiya öz maraqları naminə onları Azərbaycana təhvil verdi. Ramiz Mehdiyev kimi hər halda böyük təcrübəsi olan adam gərək bunu hesablaya və biləydi ki, Rusiya öz prespektiv maraqları naminə onun da kürəyini mütləq yerə qoyacaq”.
16-10-2025, 17:19
Avropa İttifaqı Azərbaycanla dostluq körpülərini qurmaqdan məmnundur


Avropa İttifaqı Azərbaycanla dostluq körpülərini qurmaqdan məmnundur

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq, dostluq və qarşılıqlı anlayış körpülərini qurmaqdan məmnunluq duyuruq.
Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin “Facebook” səhifəsində Prezident İlham Əliyevin nümayəndəliyin yeni başçısı Mariyana Kuyundziçin etimadnaməsini qəbul etməsi ilə bağlı paylaşımında bildirilib.
Nümayəndəlik yeni səfiri vəzifəsinə başlaması münasibətilə təbrik edib.
16-10-2025, 17:13
Paşinyan 2026-cı il seçkilərində qalib gələcəyini anons etdi


Paşinyan 2026-cı il seçkilərində qalib gələcəyini anons etdi

“Mülki müqavilə” Partiyası xalqa müraciət edərək 2026-cı il parlament seçkilərinə çağıracaq və və Ermənistanı idarə etmək mandatımızı daha beş il müddətinə uzadacaq.
Bu barədə oktyabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.
"Şanslarımıza gəlincə, bunu xalq qiymətləndirəcək. 2021-ci ildən həyata keçirilən siyasətin müəllifləri biz deyil, istənilən siyasətçidən, siyasi qüvvədən qat-qat müdrik xalqdır.
Problem onda idi ki, bu proqramın yazılmasında xalqın vahid əli var idi. 2021-ci il seçkilərinin nəticələrinə əsasən, bu proqramı əsl Ermənistan üçün ideologiya kimi formalaşdıran və həyata keçirən biz olduq. Və mənə aydındır ki, xalq bu proqramı dəstəkləyir.
İnsanlar 2021-ci ildə nə dedilər? Hər gün deyirdilər ki, müharibə olacaq. Mən nə dedim? Dedim ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq.
Bəzi insanların seçkilərin nəticələrini proqnozlaşdırmaq qabiliyyətinə gəlincə, 2021-ci ildə müxalifət seçkiləri uduzacaqlarını və “Mülki müqavilə” Partiyasının qalib gələcəyini söylədi? Bu insanlar inamla qalib gələcəklərini, hakimiyyətə gələcəklərini bəyan etdilər. Sonra nə oldu? Kim qazandı? Xalq.
2026-cı il parlament seçkilərində xalqın qalib gələcəyinə 100% əmin ola bilərsiniz”, - Paşinyan qeyd edib.
16-10-2025, 17:07
Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı


Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı

Mərkəzi Hərbi Sanatoriyanın rəisi İlham Haqverdiyev saxlanılıb.
Mayor Haqverdiyev korrupsiyada ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
16-10-2025, 16:59
Azərbaycanla Çinin həkimləri tarixi əməliyyat keçirdilər


Azərbaycanla Çinin həkimləri tarixi əməliyyat keçirdilər

Oktyabrın 16-da “Texnologiya sərhəd tanımır: sağlamlıq naminə birləşirik” devizi altında keçirilən “Robotik Cərrahiyyə Körpüsü-2025” beynəlxalq tədbiri çərçivəsində Azərbaycan səhiyyəsi tarixində misilsiz innovativ bir hadisə yaşanıb. Belə ki, ilk dəfə olaraq Azərbaycan və Çin cərrahları bir xəstə üzərində məsafədən və eyni anda robotik cərrahiyyə əməliyyatı həyata keçiriblər.
Əməliyyat Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində yerləşən real xəstə üzərində aparılıb. Əməliyyat Bakıda icra edilib, lakin eyni vaxtda həm Azərbaycan, həm də Çin cərrahi komandaları əməliyyata qoşularaq beynəlxalq bir texnoloji körpü vasitəsilə birgə müdaxilə ediblər.
Əməliyyatdan əvvəl keçirilən tədbirdə çıxış edən Milli Onkologiya Mərkəzinin Onkoginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Şəmistan Alıyev bildirib ki, son illərdə aparılan siyasət nəticəsində istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də digər sahələrdə birgə işlər zamanı başqa dövlətlərlə arada olan sərhədlər maneə yaratmır, əksinə, körpü rolunu oynanır. O, fikirlərinə belə davam edib: “Bu gün Milli Onkologiya Mərkəzində bir araya gəlməyimiz tibb tariximiz üçün çox tarixi və əlamətdar hadisədir. Mərkəzin Baş direktoru akademik Cəmil Əliyevin rəhbərliyi altında bu gün dünyanın qabaqcıl tibb mərkəzləri ilə beynəlxalq səviyyədə əməkdaşlıqlar qurulur. Bundan əlavə, ötən həftə daha bir mühüm addım ataraq canlı robotik əməliyyat həyata keçirdik. Həmin əməliyyatı Qarabağ iqtisadi zonasına canlı şəkildə yayımladıq. Bu, müasir texnologiyaların ölkəmizin bütün bölgələrinə inteqrasiyası baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün isə daha bir tarixi hadisəyə şahid oluruq. Ümid edirəm ki, bu hadisə yeni ideyaların, elmi əməkdaşlıqların və gələcək uğurların bir başlanğıcı olacaq”.
Milli Onkologiya Mərkəzinin Baş-boyun şişləri şöbəsinin aparıcı cərrah-onkoloqu, Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı Filialının (Seçenov Universiteti) rektoru professor Əziz Əliyev Milli Onkologiya Mərkəzinin fəaliyyətindən bəhs edən təqdimatla çıxış edib: “Milli Onkologiya Mərkəzində ən son tibbi innovasiyalar tətbiq olunur, ən son yeniliklər ilk olaraq burada həyata keçirilir. Burada xəstələrə yüksək səviyyədə xidmət göstərmək üçün hər bir şərait var və müalicələr konsilium şəkildə aparılır. Biz Amerika Birləşmiş Ştatları, Avropa və Türkiyənin bir çox klinikaları ilə müqavilələr imzalamışıq. Onlarla əməkdaşlıq edir, elmi sahədə təcrübə mübadiləsi həyata keçiririk”.
2020-2024-cü illərdə Milli Onkologiya Mərkəzində göstərilən tibbi xidmətlərlə bağlı məlumat verən Ə.Əliyev bildirib ki, həmin səhiyyə ocağında müalicə alan ümumi xəstə sayı 200 mindən çox, müraciət sayı 827 minə yaxın olub. 39 mindən çox əməliyyat icra edilib. Şüa-terapiya alan xəstələrin sayı 14 mindən çox, kimyaterapiya alan xəstələrin sayı 27 minə, göstərilən kimyaterapiya xidmətləri 161 minə yaxın olub.
Azərbaycanda kişilər arasında ən çox ağciyər, qadınlar arasında isə süd vəzi xərçənginə rast gəlindiyini deyən professor qeyd edib: “Biz xəstələrin müalicəsi üçün hər zaman yeni innovasiyalar tətbiq edirik. Çalışırıq ki, xəstəliyi erkən diaqnostika ilə aşkarlayaq və uğurlu əməliyyat aparaq ki, şüa və kimya terapiyalara ehtiyac olmasın. Bunun üçün mərkəzdə bütün şərait var”.
O, indiyədək mərkəzin cərrahları tərəfindən 15-dən çox robotik əməliyyat icra edildiyini, bu gün isə səhiyyə tariximizdə ilk dəfə olaraq Çin cərrahları ilə uzaq məsafədən və eyni anda əməliyyat həyata keçirildiyini diqqətə çatdırıb: “Bu hadisə Azərbaycan üçün robotik və uzaqdan idarəolunan cərrahiyyə texnologiyalarının tətbiqində yeni bir mərhələnin başlanğıcı olacaq”.
Çinin “Harbin Sagebot Intelligent Medical Equipment” şirkətinin vitse-prezidenti və direktorlar şurasının üzvü Pinqçuan Vu təmsil etdiyi şirkətin əsasən robotlar və müasir texnologiya sistemləri üzərində fəaliyyət göstərdiyini və fəaliyyətə başlayandan bir neçə il sonra qlobal laporoskopiya üzrə yüksək nailiyyətlər əldə etməyə başladığını diqqətə çatdırıb: “Bizim fəaliyyətimiz urologiya, ginekologiya və ümumi cərrahiyə əməliyyatları üzrə göstərilən tibbi xidmətlərə dəstək olur. Əməkdaşlıq nəticəsində Azərbaycanın Milli Onkologiya Mərkəzi də öz sistemlərini təkmilləşdirəcək və Azərbaycan xalqı bunun bəhrəsini görəcək. Biz bu fəaliyyət sayəsində nəinki Azərbaycanda, eyni zamanda, bütün regionda da çağırışları ünvanlamaq fürsəti əldə edəcəyik. Milli Onkologiya Mərkəzi ilə fəaliyyətimizi, əməkdaşlığımızı davam etdirəcəyimizə ümid edirik”.
Çunçin Tibb Universitetinin Birinci Klinik Xəstəxanasının Doğum və ginekologiya şöbəsinin müdiri, Da Vinçi cərrahiyyə robotu üzrə Çin Ginekoloji Klinik Cərrahiyyə Tədris və Nümayiş Mərkəzinin rəhbəri, tibb elmləri doktoru Tan Czünyin müasir robotik cərrahiyyə sistemlərinin texniki imkanları və Çində tətbiqindən bəhs edən təqdimatla çıxış edib.
Daha sonra cərrahi əməliyyat başlayıb. Azərbaycan tərəfindən əməliyyata Milli Onkologiya Mərkəzinin Onkoginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Şəmistan Alıyev, Çin tərəfindən isə Harbin Tibb Universitetinin Onkologiya Xəstəxanasının professoru Liuyan Go rəhbərlik edib. Əməliyyat xüsusi robotik cərrahiyyə sistemi və yüksəksürətli kommunikasiya infrastrukturu vasitəsilə həyata keçirilib. Həmin sistem iki ölkədən olan mütəxəssislərə real vaxt rejimində əlaqə saxlayaraq, bir xəstə üzərində sinxronlaşdırılmış şəkildə robotik əməliyyat aparmağa imkan verib.
Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli jurnalistlərə açıqlamasında 7 min kilometr məsafədən birgə icra olunan əməliyyatın təkcə ölkə səhiyyəsi üçün deyil, bütövlükdə region üçün ilk və tarixi bir hadisə olduğunu diqqətə çatdırıb. Baş həkimin sözlərinə görə, təkcə Milli Onkologiya Mərkəzində deyil, respublikada laporoskopik əməliyyatların aparılması çox geniş vüsət alıb. Belə bir əməliyyat isə ölkədə ilk dəfədir ki, həyata keçirilir: “Bu nailiyyəti əldə etmək çox böyük bir zəhmət, məsuliyyət tələb edir. Buna baxmayaraq, bizim cərrahlarımız bu məsuliyyəti üzərilərinə götürdülər və çox böyük uğurla həyata keçirdilər. Bu, məsafəli idarəolunan bir cərrahi əməliyyatdır. Burada texniki cəhətdən çatışmazlıqlar ola, rabitə əlaqəsində problem yarana bilərdi. Lakin heç bir çatışmazlıq olmadı və 65 yaşlı qadın üzərində uşaqlıq xəstəliyi ilə əlaqədar aparılan əməliyyat uğurla başa çatdı”.
Qeyd edək ki, tədbirin təşkilatçıları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, “Harbin Sagebot Intelligent Medical Equipment Co. Ltd.” (Çin Xalq Respublikası) və Qazaxıstanın “Medical Technologies Ltd.” MMC şirkətidir.
Bu misilsiz innovativ hadisə Azərbaycanın tibb sahəsində innovasiyaların tətbiqi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm tarixi mərhələ olacaq.
16-10-2025, 16:46
Husilərin Baş Qərargah rəisi öldürüldü


Husilərin Baş Qərargah rəisi öldürüldü

Yəmən Husilərinin Baş Qərargah rəisi Məhəmməd Əbdül Kərim əl-Ğəmari öldürülüb.
Bu barədə Husilər məlumat yayıb.
Onun öldürülməsinin detalları açıqlanmayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!