Bu ölkə ABŞ-dən kömək istədi .....                        Azərbaycanda sadəcə müəllimlər saathesabı işləyir - Nazir .....                        Tanınmış həkimin hesabından 11 min manat oğurlandı .....                        Şagirdlərə universitetə məktəbin özündə hazırlaşacaq - Nazir detalları açıqladı .....                        İki cüdoçumuz medal qazandı .....                        Azərbaycanda bu maşınlar 100 faiz bahalaşdı .....                        Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir - Nazir .....                        20 min tamştatlı müəllim - İlk bu məktəblərdə olacaq .....                        Lavrov iranlı həmkarı ilə danışıqlar apardı .....                       
16-10-2025, 16:42
Füzulidə ağır qəza - 4 nəfər xəsarət aldı


Füzulidə ağır qəza - 4 nəfər xəsarət aldı

Füzuli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza rayonun Kürdmahmudlu kəndi ərazisində qeydə alınıb.
"Mercedes" və "Daewoo" markalı minik maşınlarının toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Quluzadə Səfiyar Qubad oğlu, 1999-cu il təvəllüdlü Cəfərov Şamil Kamil oğlu, 1993-cü il təvəllüdlü Nəcəfli Surət Mayılxan oğlu və 1990-cı il təvəllüdlü Nəcəfov İlqar İbadət oğlu müxtəlif dərəcəli xəsarət alıb.
Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
16-10-2025, 16:05
Neftçalada qanunsuz ov edən şəxs saxlanıldı


Neftçalada qanunsuz ov edən şəxs saxlanıldı

Neftçala rayonu ərazisində ov qaydalarını pozan şəxs saxlanılıb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
O qeyd edib ki, saxlanılan şəxsin idarə etdiyi 90-OB-135 dövlət qeydiyyat nişanlı "Niva" markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş diri halda çöl göyərçini və Şahin quşunun ovlanması üçün nəzərdə tutulmuş, istifadəsi qanunla qadağan olunan cələ aşkar edilib. Çöl göyərçini isə təbiətə buraxılıb.
Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü Xalid Abdullayev barəsində protokol tərtib olunaraq qanunamüvafiq tədbir görülüb.
"Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ov fəaliyyəti ilə məşğul olan şəxslərə adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş, eyni zamanda ovlanması qadağan olunan heyvan və quş növlərinin ovlanmasının yolverilməz olduğunu bildirib, ov ilə məşğul olan şəxsləri qaydalara ciddi əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan edilmiş alətlərlə ov etməkdən çəkinməyə çağırıb. Qeyd edək ki, ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ov etməyə görə təqsirkar şəxslər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar", - deyə məlumatda qeyd edilib.
16-10-2025, 15:50
Azərbaycanla Fransa arasında anlaşılmazlıq keçmişdə qaldı


Azərbaycanla Fransa arasında anlaşılmazlıq keçmişdə qaldı

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev oktyabrın 16-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib.
Dövlət başçısı Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib.
İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan Azərbaycan Prezidenti, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.
16-10-2025, 15:46
Fransanın yeni səfiri etimadnaməsini İlham Əliyevə təqdim etdi


Fransanın yeni səfiri etimadnaməsini İlham Əliyevə təqdim etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını dedi. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlətimizin başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxundu.
Səfir də öz növbəsində Azərbaycanla Fransa arasında münasibətlərdə yeni səhifənin açıldığını deyərək, əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən yüksək texnologiyalar və aerokosmik sahələrdə uğurlu inkişafına toxunuldu. Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpasının əhəmiyyəti vurğulandı, qardaşlaşmış şəhərlər arasında əlaqələr qeyd edildi, biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili və müxtəlif layihələrdə Fransa şirkətlərinin iştirakı məsələləri müzakirə olundu.
Azərbaycanla Fransanın enerji sahəsində uğurlu tərəfdaşlığı və bu xüsusda ölkəmizlə "Total" şirkəti arasında əməkdaşlığın önəmi qeyd edildi.
Söhbət zamanı bir çox sahədə münasibətlərimizin perspektivlərinə dair fikir mübadiləsi aparıldı, əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulandı.




16-10-2025, 15:42
Ramiz Mehdiyevi Rusiya ələ verib - TƏFƏRRÜAT


Ramiz Mehdiyevi Rusiya ələ verib - TƏFƏRRÜAT

Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub.
Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Moskvaya təklif edib.
Ramiz Mehdiyev Azərbaycanla Rusiya arasında münasibətlərdə yaranmış gərginlik dövründən faydalanmağa çalışıb. Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Azərbaycan və Rusiya münasibətlərində ciddi gərginlik yaranıb. Rusiyanın AZAL təyyarəsinin vurulması ilə bağlı üzr istəyib, təzminat ödəməkdən boyun qaçırması rəsmi Bakıda kəskin etirazlar doğurub. Rusiya ilə münasibətlərin gərginləşməsi hər iki ölkənin ictimai və media mühitində geniş müzakirə və tənqidlərə səbəb olub.
Ramiz Mehdiyev isə bu vəziyyətdən istifadə edərək, öz kanalları və köhnə dostları vasitəsilə Rusiyaya dövlət çevrilişi planının hazır olduğunu, bu məsələdə Moskvadan dəstək gözlədiyini çatdırıb.
Ramiz Mehdiyev planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Məlumata görə, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb.
Məlumatlı mənbənin bildirdiyinə görə, Azərbaycan və Rusiya prezidentlərinin görüşdüyü Düşənbədə Rusiya tərəfi özü Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsinin planı haqqında Azərbaycan tərəfinə məlumat verib.
Görünən odur ki, 87 yaşılı Ramiz Mehdiyev artıq davamlı xahişləri və israrı ilə Rusiyanı da bezdirib. Ona görə də Rusiya heç bir perspektiv vəd etməyən Mehdiyevdən tamamilə imtina edib və onun planı, şəbəkəsi ilə bağlı rəsmi Bakını özü məlumatlandırıb.
Ramiz Mehdiyevin Rusiyaya yaxınlığı həmişə bəlli olub. O, hələ sovet dövründən Moskvanın agentura şəbəkəsinin üzvü kimi tanınıb. Ramiz Mehdiyev uzun illər öz imkanlarından istifadə edərək, Azərbaycan hakimiyyətində də Rusiyanın “dostları” olan məmurların vəzifə pillələrində, parlamentdə və mediada irəliləmələrinə şərait yaradıb.
Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib.
Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
16-10-2025, 15:34
Biləsuvarda ağır qəza - 3 nəfər yaralandı


Biləsuvarda ağır qəza - 3 nəfər yaralandı

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Aşağı Cürəli kəndinin ərazisində baş verib. "KİA" markalı minik avtomobili ilə "Ford Transit" markalı yük avtomobili toqquşub. Qəzada 3 nəfər xəsarət alıb. Xəsarət alanlar rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
16-10-2025, 15:21
DTX-ın saxladığı Ramiz Vəliyevə hökm oxundu


DTX-ın saxladığı Ramiz Vəliyevə hökm oxundu

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevin cinayət işi üzrə məhkəmənin sonuncu iclası keçirilib.
Bu gün Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Ramiz Vəliyev 5 il müddətə azadlıqdan məhrum edilib. Əlavə cəza olaraq o, 2 il müddətinə müəyyən vəzifə tutma hüququndan da məhrum edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində müşavir olmuş sabiq diplomat Ramiz Vəliyev DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 8 dekabr 2024-cü ildə saxlanılıb.
Ona AR Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.
R.Vəliyev xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqda təqsirli bilinib.
16-10-2025, 15:17
Tərtərdə mili-mənəvi dəyərlərin aşılanması ilə bağlı maarifləndirici tədbir keçirilib

Tərtərdə mili-mənəvi dəyərlərin aşılanması ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTOLAR

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mili-mənəvi dəyərlərin aşılanmasında məktəb və ailənin rolu" adlı layihəsi çərçivəsində növbəti tədbirini Tərtər Şəhər 2 Saylı Məktəb-liseydə keçirib.

QHT.az xəbər verir ki, ənənəvi olaraq tədbir Azərbaycan dövlət himninin səslənməsi və ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra başlayıb. Daha sonra QHT sədri Könül Quliyeva tədbir iştirakçılarına layihə haqqında məlumat verib. Qeyd edib ki, bizə elmi və hikməti öyrədən əziz müəllimlərimiz, doğma məktəbimizdir. Peşəsinin vurğunu olan və gənc nəslin maariflənməsinə, azad fikirli, geniş dünyagörüşünə malik, onların hər işdə bacarıqlı və qabiliyyətli olmalarına, xüsusən də cəmiyyətdəki rolunun önə çəkilməsinə daima dəstək verən bizim dəyərli müəllimlərimizdir. Ailə isə fərdin həm fiziki, həm mənəvi cəhətdən formalaşması üçün vacib insitutdur:

“Uşaqların dəyərlər sisteminin yaranmasında, dünyagörüşünün təməlinin qoyulmasında, sosiallaşmasında, insana, vətənə, tarixə və mədəni irslərə münasibətinin formslaşmaslnda ailə mühitinin ciddi rolu var. Gələcəyimiz olan uşaqların nümunəvi vətəndaş kimi yetişməsi hər birimizin qarşısında duran mühüm şərtlərdən biridir. Deməli, cəmiyyətin yaratdığı mədəniyyət valideynlərin yaratdığı əməyin məhsuludur. Biz onlara dirənişliyi və möhkəmliyi öyrətməliyik. Çalışqanlığı və əməksevərliyi, sərbəstliyi və müstəqilliyi öyrətməliyik. İntellektual inkişafını təmin etməklə düşünməyi öyrətməliyik. Ən əsası əxlaqi xarakterlərinin inkişafına xüsusi diqqət yetirməliyik”.

Daha sonra Tərtər Şəhər 2 Saylı Məktəb-liseyin direktoru Gülarə Ələkbərova, Tərtər rayon İcra Hakimiyyəti başçısı aparatında Böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov, Milli Mədəniyyətin Təbliği İB-nin sədri Jalə Cəfərova, dil, ədəbiyyat müəllimələri Gülçöhrə Kərimova, Məhbubə Əzizova və liseyin şagirdləri, tədbirdə iştirak edən valideynlər də çıxış edərək fikir və təkliflərini bildiriblər. Onlar qeyd ediblər ki, gənclərin milli-mənəvi dəyərlərin aşılanması ruhunda təhsil almaları və bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi zamanın tələbidir.

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, mövzu ilə bağlı səsləndirilən fikir və təkliflər sistemləşdirilib.





16-10-2025, 15:13
Bakıda hərbi parad keçiriləcək - RƏSMİ


Bakıda hərbi parad keçiriləcək - RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.
Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.
16-10-2025, 14:55
“Yabançı damat"ın Memik dədəsi öldü


]“Yabançı damat"ın Memik dədəsi öldü

Türkiyəli məşhur aktyor Arif Erkin Gözelbeyoğlu 90 yaşında dünyasını dəyişib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Gözelbeyoğlu “Yabançı damat" filmindən Memik dədə obrazı ilə tanınır. O, bir sıra məşhur seriallarda da rol alıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!