Məhkəmədən İmamoğlu barədə qərar .....                        27 azərbaycanlı deportasiya edildi .....                        Zelenskinin istədiyi kimi olmadı... .....                        “Beşiktaş” öz meydanında məğlub olub .....                        Ersin Tatardan Azərbaycanla bağlı paylaşım .....                        Zakir Həsənov Bred Kuperlə görüşdü .....                        Ərdoğan Azərbaycanı təbrik etdi .....                        Amerika admiralı Bakıda - İlham Əliyev qəbul etdi .....                        Ramiz Mehdiyevin ailəsi də dindiriləcək? .....                       
Dünən, 17:23
Azərbaycan 4 iranlı məhbusu ölkəsinə təhvil verdi


Azərbaycan 4 iranlı məhbusu ölkəsinə təhvil verdi

İran və Azərbaycan arasında məhkumların ekstradisiyası razılaşmasının icrası istiqamətində 4 iranlı məhbus Azərbaycandan İrana ekstradisiya olunub.
Bunu İranın ədliyyə nazirinin insan haqları və beynəlxalq məsələlər üzrə müavini Əskər Calalian yerli mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, sözügedən məhbuslar məhbusluq dövrünün qalan hissəsini keçirmək üçün Gilan vilayəti Həbsxanaları Baş İdarəsinə təhvil veriliblər.
Calalian bildirib ki, başqa ölkələrdə, xüsusilə qonşu ölkələrdə məhbus olan iranlıların əksəriyyəti narkotik maddələrin qaçaqçılığı və qadağan olunan dərman preparatları daşıdıqlarına görə azadlıqdan məhrum edilib.
Dünən, 17:05
Hərbi Dəniz Qüvvələrində buraxılış mərasimi - FOTO


Hərbi Dəniz Qüvvələrində buraxılış mərasimi - FOTO

Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsində “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, əvvəlcə hərbi hissənin ərazisində şəhidlərimizin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülüb, hörmət və ehtiram nümayiş etdirilib.
Daha sonra buraxılış mərasimində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov kursun əhəmiyyətini diqqətə çatdırıb, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulayıb.







Dünən, 16:40
Millimiz İsrail yığması ilə heç-heçə etdi


Millimiz İsrail yığması ilə heç-heçə etdi

Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti matçını keçirib.
Yığmamız İsraillə üz-üzə gəlib.
"Bayıl Arena" stadionunda baş tutan görüş qolsuz bərabərliklə nəticələnib.
Qeyd edək ki, milli ötən gün Belçikanı 3:0 hesabı ilə məğlub etmişdi. Komanda növbəti matçlarını oktyabrın 19-da Niderland və Ukrayna millilərinə qarşı keçirəcək.
Dünən, 16:22
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda dövlət vəsaiti mənimsənilib?


Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda dövlət vəsaiti mənimsənilib?

Bu gün bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğunda mühasib və baş konsulun 200 min ABŞ dolları dövlət vəsaitini mənimsədiyi barədə iddialar yayılıb. Bir müddət bundan əvvəl isə Azərbaycan Respublikasının Koreya Səfirliyində də 300 min ABŞ dolları dövlət vəsaitinin mənimsənilməsi halının baş verdiyi ilə bağlı iddialar yayılıb və bildirilib ki, Xarici İşlər Nazirliyində bu məsələlər ört-basdır edilir və bu şəxslərə qarşı cinayət işi açılmır.
Los-Ancelesdə Baş konsulluqda hər hansı bir dövlət vəsaitinin mənimsənilməsindən söhbət getmir. Görünür kimsə, bir neçə il bundan əvvəl baş vermiş və Baş konsulluğun mühasibi və sürücüsü ilə bağlı məsələni qəsdən dövlətin maliyyə vəsaitinin mənimsənilməsi şəklində təqdim edir.
Belə ki, Baş konsulluğun mühasibi və sürücüsü ailələri ilə birgə avtomobildə hərəkət edərkən, digər bir avtomobilin onların avtomobilinə zərər vurması ilə nəticələnən yol qəzasına düşdükləri məlum olub.
Bundan sonra, Konsulluğun əməkdaşları tərəfindən fərdi qaydada vəkil tutularaq iddia qaldırılıb və onlar sığorta şirkətinə qarşı məhkəməni udublar. Nəticədə, avtomobilin təmiri və tibbi müayinələr ilə bağlı xərclər sığorta şirkəti tərəfindən qarşılanıb.
Göründüyü kimi, burada hər hansı bir dövlət vəsaitinin mənimsənilməsindən söhbət getmir.
Lakin əldə etdiyimiz məlumata əsasən mühasib və sürücü bu addımları atarkən və üçüncü tərəf vəkillə müqavilə imzalayarkən Baş konsula hər hansı bir məlumat vermədiklərinə və beləliklə müvafiq etik-davranış qaydalarını pozduqlarına görə onlara qarşı qurumdaxili araşdırma aparılıb və tənbeh tədbirləri görülüb.
Koreyadakı Səfirliyimizdə vəsaitin mənimsənilməsi məsələsinə gəldikdə, bu xəbərin yeni olmadığı, hadisə 3 il bundan əvvəl baş verən kimi Xarici İşlər Nazirliyi tərəfindən qanunvericiliyin tələblərinə uyğun bütün müvafiq tədbirlər görüldüyü və zamanında bu məsələnin geniş işıqlandırıldığı məlumdur.
Hələ 2023-cü ilin iyun ayında mətbuata verilmiş rəsmi açıqlamalardan və geniş yayılmış xəbərlərdən məlum olur ki, Azərbaycanın Koreyadakı Səfirliyində mühasib işləmiş Nəcib Osmanov külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinərək, cinayət əməli ilə bağlı Xarici İşlər Nazirliyinə dəymiş ziyanın bir qismini, 77 min dollar vəsaiti ödəyib və 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu şəxs hazırda həbsdədir.
Dünən, 15:45
Avtomobil kanala aşdı - 5 nəfər yaralandı


Avtomobil kanala aşdı - 5 nəfər yaralandı

Qusarda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb.
Hadisə Qusar -Şahdağ avtomobil yolunda qeydə alınıb.
Belə ki, "Renault" markalı minik avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq su kanalına aşıb.
Hadisə nəticəsində Ağdam rayon sakini 1992-ci il təvəllüdlü E.Əsgərov, Biləsuvar rayon sakini 1996-cı il təvəllüdlü A.Cəfərzadə, Ucar rayon sakini 2004-cü il təvəllüdlü R.Hüseynov, Bərdə rayon sakini 1994-cü il təvəllüdlü N.Məmmədov və Qusar rayon sakini 1994-cü il təvəllüdlü N.Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Dünən, 15:36
Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi


Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi

Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Təhlükəzlik Şurasının üzvlüyündən azad edilib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.
Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdi.
Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Dünən, 15:28
ANAMA sədrinə birinci müavin təyin edildi - FOTO


ANAMA sədrinə birinci müavin təyin edildi - FOTO

2025-ci il 8 oktyabr tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Şamil Etibar oğlu Rzayev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.
Bu barədə ANAMA-nın rəsmi saytında məlumat verilib.
Qeyd edək ki, Şamil Rzayev 18 dekabr 1974-cü ildə anadan olub.


Dünən, 15:05
Mingəçevirdə 19 yaşlı qızın meyti tapıldı


Mingəçevirdə 19 yaşlı qızın meyti tapıldı

Mingəçevirdə 19 yaşlı qızın meyti tapılıb.
Günəşli Bağlar adlanan ərazidə 19 yaşlı qızın meyti yaşadığı ünvanda aşkar edilib.
İlkin məlumata görə, 2006-cı il təvəllüdlü Ləman Bayramovanın qız toyu olub. Noyabr ayının 1-də isə oğlan toyu olacaqmış.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı araşdırma başlanıb.
Dünən, 15:03
Votsapda yeni qayda tətbiq ediləcək


Votsapda yeni qayda tətbiq ediləcək

“Meta” şirkəti votsapda istifadəçi məxfiliyini gücləndirmək məqsədilə yeni təhlükəsizlik sistemi tətbiq edir.
Bu barədə “TechCrunch” portalı məlumat yayıb.
Yeniliyə əsasən, istifadəçilərə ardıcıl olaraq cavab almadan mesaj göndərən şəxslər və şirkətlər müəyyən məhdudiyyətlərlə üzləşəcək. Belə ki, yeni sistem spam və reklam mesajlarının qarşısını almağa yönəlib. Əgər bir şəxs və ya müəssisə istifadəçidən cavab almadan təkrar-təkrar mesaj göndərərsə, müəyyən bir mərhələdən sonra bu proses avtomatik dayandırılacaq.
Şirkət bildirib ki, bu funksiya ilk mərhələdə bir neçə ölkədə sınaqdan keçiriləcək və yalnız çoxlu sayda spam göndərən hesabları əhatə edəcək.
Dünən, 14:53
Viktor Orban Tramp-Putin sammitinə nikbin baxır


Viktor Orban Tramp-Putin sammitinə nikbin baxır

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında Budapeştdə keçiriləcək görüş Ukraynada sülhün bərqərar olması üçün yaxşı şansdır.
Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Bu gün Macarıstan ABŞ-Rusiya danışıqlarının sülhə gətirib çıxaracağına dair ciddi şansların olduğu Avropa ölkəsidir”, - deyə o bildirib.
Baş nazir ölkəsinin sülhməramlı səyləri davam etdirməyə hazır olduğunu təsdiqləyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!