Bu ölkə ABŞ-dən kömək istədi .....                        Azərbaycanda sadəcə müəllimlər saathesabı işləyir - Nazir .....                        Tanınmış həkimin hesabından 11 min manat oğurlandı .....                        Şagirdlərə universitetə məktəbin özündə hazırlaşacaq - Nazir detalları açıqladı .....                        İki cüdoçumuz medal qazandı .....                        Azərbaycanda bu maşınlar 100 faiz bahalaşdı .....                        Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir - Nazir .....                        20 min tamştatlı müəllim - İlk bu məktəblərdə olacaq .....                        Lavrov iranlı həmkarı ilə danışıqlar apardı .....                       
20-10-2025, 15:03
Ramiz Mehdiyev nə qədər pensiya alır? - “Gözqamaşdıran məbləğ”


Ramiz Mehdiyev nə qədər pensiya alır? - “Gözqamaşdıran məbləğ”

Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb edilən keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin adı gündəmdən düşmür. Məsələn, sosial şəbəkələrdə onunla bağlı açılan müzakirələrdən birində Mehdiyevin çox yüksək - “gözqamaşdıran məbləğdə” pensiya aldığı bildirilir. Bu iddialara görə, Mehdiyev 10-12 min arasında pensiya ilə təmin olunur.
Qeyd edək ki, Azərbaycanda əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat təşkil edir. Əgər Mehdiyevlə bağlı pensiya iddiası doğrudursa, onda onun təqaüdünün fantastik məbləğdə olduğunu vurğulamaq olar.
İddialara rəğmən, Ramiz Mehdiyevin aylıq pensiyasının konkret məbləğini qeyd edə bilmərik. Çünki Dövlət Sosial Müdafiə Fondu bu məbləği vətəndaşın razılığı olmadan rəsmi olaraq açıqlamır.
Akademikin pensiyasını hesablamaq da xeyli çətindir. Bunun üçün lazım olan məlumatlar (onun almış olduğu rəsmi maaş, staj müddəti, əlavə ödənişlər) dəqiq məlum deyil. Amma əminliklə qeyd edə bilərik ki, uzun illər Prezident Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti kimi yüksək vəzifələrdə işləmiş şəxsin pensiyası sıradan əmək pensiyasından on-iyirmi dəfələrlə yüksəkdir.
Azərbaycanda dövlət qulluqçuları, deputatlar, yüksək vəzifəli şəxslərin pensiyası xidmət müddətinə və vəzifəsinin rəsmi maaşına görə müəyyən faizlərlə hesablanır - məsələn, deputatlar üçün “təxminən maaşın 80 %-ə qədəri” kimi maddə var.
Ekspertlər deyirlər ki, Ramiz Mehdiyev kimi yüksək vəzifəli məmurun pensiyası nəzəri baxımdan orta əmək pensiyasından dəfələrlə yüksək ola bilər — çünki yüksək maaş, uzun əmək stajı, ali statuslu dövlət qulluqçusu kimi xüsusi əlavələr burada xüsusi rol oynayan amillərdir.
Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. Bu “yüksək vəzifə + uzun staj” deməkdir. O, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti postunu da tutub.
Bundan başqa, 87 yaşlı akademik 2007-ci ildən AMEA-nın həqiqi üzvüdür. Ölkə başçısnın sərəncamına əsasən, 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat təşkil edir.
Yəni Ramiz Mehdiyev hazırda təkcə akademik rütbəsinə görə ayda 2000 manat alır.
Ramiz Mehdiyevə 2003-cü ildən - 65 yaşı tamam olduğu vaxtdan pensiya kəsilib. Həmin dövrdən indiyə kimi isə pensiyalar dəfələrlə illik indeksləşdirilib ki, bu da onun aldığı təqaüdün məbləğinin artmasına təsirsiz ötüşməyib.
Qüvvədə olan “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanuna əsasən, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də pensiyanın təyin olunması şərtlərinə daxildir. Bioqrafiyasında qeyd olunduğu kimi, Ramiz Mehdiyev 1965-ci ildən 1991-ci ilə kimi keçmiş sovet-partiya-dövlət sistemində müxtəlif vəzifələr tutub.
“Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 6.1.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla pensiya məbləği təyin olunur.
Qanunun 7.1-ci maddəsində deyilir: “Pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır”.
Ramiz Mehdiyev kimi uzun illər yüksək vəzifədə fəaliyyət göstərmiş şəxsin pensiya məbləğinin fantastik olması hüquqi baxımdan əsaslandırılsa da, ictimai baxımdan müzakirə və suallar doğurur.
20-10-2025, 14:24
Nizami Rəmzinin qızı həbs olundu


Nizami Rəmzinin qızı həbs olundu

Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan həbs olunub.
Bununla bağlı bloger Nail Kəmərli məlumat yayıb:
"Heyf səndən, Reyhan. Gərək səni elə o gün aparardım, Reyhan. Məni aldatdın. İnandım sənə. Reyhan artıq həbsdədir. Çox heyf".
Qeyd edək ki, N.Kəmərli 2023-cü ildə Reyhanın acınacaqlı həyatını nümayiş etdirmişdi. Narkotik aludəçisi olan Reyhan küçədə yaşayırdı. O, müalicə üçün reabilitasiya mərkəzinə yerləşdirilməli idi.
20-10-2025, 14:02
“Qarabağ”dan ayrılmaq fikrim yoxdur - Qurban Qurbanov


Qarabağ”dan ayrılmaq fikrim yoxdur - Qurban Qurbanov

“Qarabağ”dan ayrılmaq və daha böyük kluba getmək kimi fikrim yoxdur.
Bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib.
Mütəxəssis Ağdam klubu ilə arasında xüsusi bağ olduğunu söyləyib:
“Bura mənim ikinci, bəlkə də birinci evimdir. Çünki burada öz evimdən daha çox vaxt keçirirəm. Amma gələcəkdə hər şey mümkündür. Klubda və ya sistemdə dəyişikliklər baş verə bilər. Hazırda “Qarabağ”dan ayrılmaq fikrim yoxdur. Bu komanda ilə ildən-ilə daha möhkəm olmaq və uğurlu nəticələr əldə etmək istəyirəm”.
Qeyd edək ki, “Qarabağ” oktyabrın 22-də UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək. Ağdam təmsilçisi III tur çərçivəsində İspaniyada “Atletik”in qonağı olacaq. “San Mames” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
20-10-2025, 13:25
Xocavənddə mina partladı - Yaralı var


Xocavənddə mina partladı - Yaralı var

Xocavənd rayonunda mina hadisəsi baş verib.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Məlumata görə, işğaldan azad edilmiş Xocavənd rayonunun Tağaverd kəndi ərazisində 2025-ci il 20 oktyabr tarixində mina hadisəsi baş verib.
Ekskavator operatoru vəzifəsində çalışan Agentliyin əməkdaşı 1967-ci il təvəllüdlü Şirinov İlqar Vəli oğlu xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.
Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.
20-10-2025, 12:43
Gürcüstanda çörəyin və unun qiyməti bahalaşdı


Gürcüstanda çörəyin və unun qiyməti bahalaşdı

Gürcüstanda çörəyin və un məmulatlarının qiymətləri artıb.
Ölkədəki supermarket şəbəkələrində standart 410 və 530 qramlıq çörəklərin qiymətləri 5-10 tetri artıb.
Gürcüstan Çörəkçilər Assosiasiyasının sədri Malxaz Dolidze bildirib ki, çörəyin qiymətinin artması unun bahalaşması və işçilərin maaşlarının artırılması ilə əlaqədadır.
“Ötən il unun bir kisəsinin orta qiyməti 52 lari idisə, bu gün 60 lari civarındadır. Bundan əlavə, işçilərin maaşı da var. Bu da istehsalçılara qiyməti dəyişməyə əsas verir”, - deyə Dolidze bildirib.
Onun sözlərinə görə, unun qiyməti aşağı düşərsə, çörəyin də qiyməti müvafiq olaraq tənzimlənəcək: “Ona görə də ictimaiyyət mövcud vəziyyətə anlayışla yanaşmalıdır”.
Qeyd edək ki, çörək Gürcüstanda ən sabit məhsullardan biri olaraq qalır. Təkcə paytaxt Tbilisi gündə 400 tona qədər çörək məhsulları istehlak edir.
20-10-2025, 12:15
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda oktyabrın 21-də arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 14-16, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 17-21, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.
20-10-2025, 08:02
20 Oktyabr - Zəngilan şəhəri günüdür


20 Oktyabr - Zəngilan şəhəri

günüdür


Zəngilan rayonu Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, Qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Hələ 28 aprel 1920-ci il tarixində bolşeviklərin köməyi ilə Zəngəzur qəzası işğal edilib. Rusiyanın təkidi ilə Zəngəzur Azərbaycandan alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

Rayon dağətəyi ərazidə yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.

27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu durmadan irəlilədi. Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbələr vuruldu. 30-dan çox yaşayış məntəqəsi işğaldan azad edildi. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Cəmi iki gün ərzində Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhəri işğaldan azad edildi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi düşməndən təmizləndi.

Zəngilan rayonunun işğaldan azad olunması ilə işğal altında qalmış 132 kilometr Azərbaycan-İran sərhəd bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlandı. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Zəngilanın azad olduğu gün - 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olub.

İşğaldan azad edilmiş bütün kənd və şəhərlərimiz abadlaşır, yenidən tikilir. Qaçqın və köçkünlərimiz öz doğma yurd-yuvalarına qovuşurlar. İlk pilot layihə də Zəngilanda icra edilib, Ağalıda 200 evdən ibarət gözəl kənd salınıb. Kənddə məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri fəaliyyət göstərir. 2022-ci ilin may ayında Ağalıya ilk sakinlər yerləşdirilib. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq kənddə zəruri iqtisadi və sosial infrastruktur yaradılmışdır. layihədə yüksək keyfiyyətli ekoloji mühit əsas götürülmüş və enerjidən səmərəli istifadə edilməsi məqsədilə dayanıqlı enerji mənbələrinə üstünlük verilmişdir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyalar tətbiq edilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabrda “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir İnfrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan şəhərinin ilk sakinləri də tezliklə doğma yuvalarına qayıdacaqlar.
Çox sevindirici haldır ki, artıq övladlarımızın azad etdiyi, şəhidlərin qanı ilə geri alınan, düşmən tapdağından təmizlənən müqəddəs, doğma torpaqlarımızda həyat qaynayır.


Kifayət Cavadova

1-ci Qarabağ müharibəsi şəhidi Emin Nəsibovun anası,
Zəngilan rayon sakini
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!