Bu ölkə ABŞ-dən kömək istədi .....                        Azərbaycanda sadəcə müəllimlər saathesabı işləyir - Nazir .....                        Tanınmış həkimin hesabından 11 min manat oğurlandı .....                        Şagirdlərə universitetə məktəbin özündə hazırlaşacaq - Nazir detalları açıqladı .....                        İki cüdoçumuz medal qazandı .....                        Azərbaycanda bu maşınlar 100 faiz bahalaşdı .....                        Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir - Nazir .....                        20 min tamştatlı müəllim - İlk bu məktəblərdə olacaq .....                        Lavrov iranlı həmkarı ilə danışıqlar apardı .....                       
25-10-2025, 21:37
ABŞ-də atışma - 2 nəfər öldü


ABŞ-də atışma - 2 nəfər öldü

ABŞ-nin Şimali Karolina ştatında əyləncə tədbirində baş verən kütləvi atışma nəticəsində iki nəfər ölüb.
Hadisə zamanı xəsarət alan daha yeddi nəfərin vəziyyəti ağırdır.
Robson əyalət şerifinin yaydığı məlumatına görə, Makston şəhərinin yaxınlığında baş verən insidentdə ümumilikdə 13 nəfər güllələnib. Bildirilir ki, hüquq-mühafizə orqanları gələnə qədər 150-dən çox insan atışma yerindən qaçıb. Hadisəni törətməkdə təqsirli bilinən şəxslər hələlik müəyyən olunmayıb.
25-10-2025, 21:00
Rusiyada həbsdən buraxılan azərbaycanlı iş adamı Bakıya gəldi


Rusiyada həbsdən buraxılan azərbaycanlı iş adamı Bakıya gəldi

Bu ilin avqustunda Voronejdə həbs olunmuş azərbaycanlı iş adamı, “Alekseyeviski” bazarının sahibi Yusif Xəlilov azadlığa buraxılıb.
Həbsdən azad edilən Yusif Xəlilov bu gün Azərbaycana gəlib.
Yusif Xəlilovun oğlu Simur Xəlilov APA-ya açıqlamasında ailələrinin bu çətin dövründə Azərbaycan dövlətinin qayğısını daim hiss etdiyini bildirib: “Bu, birliyin nümayişidir. Bu gün bizim üçün çox sevincli gündür. Həm öz adımdan, həm də ailəmiz adından atamın azad olunmasına köməklik göstərən Azərbaycan dövlətinə, bunun üçün əziyyət çəkən hər kəsə dərin təşəkkürümü bildirirəm”, - o deyib.
O, həmçinin, Rusiya dövlətinə də təşəkkür edib: “Ailəmizin ikinci vətəni Rusiyadır. Mən orada anadan olmuşam. Təhsilimi də orada almışam. Bu günə kimi də orada yaşayırıq. Rusiya dövləti bizim təhsil almağımıza, işləməyimizə şərait yaradıb. Buna görə Rusiya dövlətinə də dərin minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, bu ilin avqust ayında Rusiyanın Voronej şəhərində tanınmış azərbaycanlı iş adamı, “Alekseyeviski” bazarının sahibi Yusif Xəlilov həbs edilib.
Yusif Xəlilovun həbsdən azad edilməsi, eləcə də dünyanın müxtəlif nöqtələrində azərbaycanlılarının hüquqlarını qorunması istiqamətində atılan addımlar Azərbaycan lideri İlham Əliyevin bütün dünya azərbaycanlılarının prezidenti olduğunu bir daha nümayiş etdirir.
25-10-2025, 20:38
“Çelsi” öz meydanında məğlub oldu


“Çelsi” öz meydanında məğlub oldu

İngiltərə Premyer Liqasında IX tura start verilib.
Çempionluq mübarizəsi aparan “Çelsi” doğma meydanda “Sanderlend”lə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda London klubu 14 xalla 7-ci sırada qərarlaşıb. Xallarını 17-yə çatdıran “Sanderlend” 2-ci pilləyə yüksəlib.
25-10-2025, 20:21
İlk təyyarələri gələn il alacağıq - Zelenski


İlk təyyarələri gələn il alacağıq - Zelenski

Ukrayna 150 “Gripen” döyüş təyyarəsinin ilk partiyasını gələn il almalıdır.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Teleqram” səhifəsində məlumat verib.
Zelenski bildirib ki, Ukrayna İsveçlə birlikdə öz döyüş aviasiyasını əhəmiyyətli dərəcədə artıracaq. Prezident bunun iddialı məqsəd olduğunu və buna nail olmağın vacibliyini vurğulayıb.
"İndi bizim tarixi addımımız var - İsveçlə "Gripen" döyüş təyyarələri ilə bağlı razılaşmamız var və bu, yaxşı seçimdir”, - deyə Prezident əlavə edib.
Dövlət başçısı bildirib ki, “Gripen”lər Ukraynanın təhlükəsizlik zəmanətlərinin bir hissəsidir. Başqa sözlə, onlar Ukrayna səmasını tam qorumağa qadir Hərbi Hava Qüvvələrini təmsil edirlər. Prezident bunun tarixi nailiyyət olduğunu vurğulayıb.
"Ukrayna üçün döyüş aviasiyası ilə bağlı belə irimiqyaslı saziş heç vaxt olmayıb. Tarixi nailiyyətdir. Biz bunu tam şəkildə həyata keçirməyə çalışırıq. Sağ olun, İsveç", - deyə Zelenski fikrini yekunlaşdırıb.
25-10-2025, 19:32
İsrail Hizbullah komandirini öldürdü


İsrail Hizbullah komandirini öldürdü

İsrail Müdafiə Qüvvələri Hizbullahın Radvan Qüvvələrinin tank əleyhinə bölməsinin komandiri Zeyn əl-Abidin Hüseyn Fatunini məhv edib.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“Bu yaxınlarda terrorçu Livanın cənubunda Hizbullahın terror infrastrukturunun bərpası səylərində iştirak edib. Onun fəaliyyəti İsrail və Livan arasında anlaşmaların pozulması demək idi.İsrail Müdafiə Qüvvələri İsrail Dövlətinə qarşı yarana biləcək hər hansı bir təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək”, - məlumatda qeyd edilib.
25-10-2025, 19:23
Hərbçilərimiz Türkiyədə hərbi təlimlərə qatıldı


Hərbçilərimiz Türkiyədə hərbi təlimlərə qatıldı

Türkiyənin ev sahibliyi ilə NATO və Türkiyədən hərbi dəniz və hava qüvvələri, Sahil Mühafizəsi Komandanlığının müvafiq bölmələri, həmçinin müxtəlif ölkələrdən gələn müşahidəçilərin iştirakı ilə “Nüsrət-2025 Dəvət Təlimi” keçirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Saros körfəzində keçirilən beynəlxalq təlimdə iştirak edir.
Təlimin məqsədi iştirakçı bölmələr və komandanlıqların mina müharibəsinin planlaşdırılması, icrası və qiymətləndirilməsi sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələri ilə dost və müttəfiq ölkələrin dəniz qüvvələri arasında qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət qabiliyyətini inkişaf etdirməkdir.
Qeyd edək ki, beynəlxalq təlimdə Azərbaycanla yanaşı, ABŞ, BƏƏ, Bəhreyn, Bolqarıstan, Cənubi Afrika, İndoneziya, Keniya, Koreya Respublikası, Küveyt, Malayziya, Mərakeş, Misir, Niderland, Oman, Pakistan, Peru, Səudiyyə Ərəbistanı, Sinqapur və Şri-Lankadan ümumilikdə 44 nəfər iştirak edir.
25-10-2025, 18:53
Əli Nağıyev Gürcüstanda


Əli Nağıyev Gürcüstanda

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mamuka Mdinaradze ilə Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev arasında görüş keçirilib.
Bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərini, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş gələcək təşəbbüsləri müzakirə ediblər.
Tərəflər informasiya və təcrübə mübadiləsinin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, iki ölkənin təhlükəsizlik orqanları arasında möhkəm əməkdaşlıq həm ikitərəfli münasibətlərin inkişafına, həm də regionda sülhün və sabitliyin qorunmasına mühüm töhfə verir. Görüş zamanı regionda baş verən proseslər və mövcud problemlər də diqqət mərkəzində olub.
Mamuka Mdinaradze Gürcüstana səfərinə görə Əli Nağıyevə təşəkkürünü bildirib və bu səfərin iki dövlətin müvafiq qurumları arasında əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən görüşdə həmçinin hər iki ölkənin təhlükəsizlik orqanlarının rəhbərlərinin müavinləri və struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Görüşdən sonra Mamuka Mdinaradze və Əli Nağıyev Ümummilli Lider Heydər Əliyevin abidəsinin və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.
25-10-2025, 18:14
Avropa Çindən asılı olmaq istəmir


Avropa Çindən asılı olmaq istəmir

Avropa İttifaqı (Aİ) xüsusilə sənaye üçün vacib olan kritik xammallar sahəsində Çindən asılılığı “RESourceEU” adlı yeni bir təşəbbüslə azaltmaq istəyir.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Çin hökumətinin nadir torpaq elementlərinin ixracına tətbiq etdiyi yeni məhdudiyyətləri tənqid edərkən bildirib.
“Məqsədimiz qısa, orta və uzunmüddətli dövrdə Avropa sənayesinə kritik xammallar üçün alternativ mənbələrə çıxışı təmin etməkdir,” - deyə U.Lyayen vurğulayıb. Onun sözlərinə görə, “RESourceEU” planı 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra qəbul edilən və Rusiyadan enerji asılılığını azaltmağa yönəlmiş “REPowerEU” planına bənzəyir. Plan çərçivəsində Aİ Avstraliya, Kanada, Çili, Qrenlandiya, Qazaxıstan, Özbəkistan və Ukrayna kimi ölkələrlə tərəfdaşlıq proseslərini sürətləndirmək niyyətindədir. U.Lyayen Aİ daxilində kritik xammalların istehsalı və emalı üzrə strateji layihələrə sərmayələrin təşviq olunacağını vurğulayıb. Bununla yanaşı, o, qısamüddətli dövrdə Çin ilə birgə həll yollarının tapılmasına çalışdıqlarını qeyd edib.
Çin oktyabrın 9-da nadir torpaq elementləri və batareya materiallarının ixracına məhdudiyyətlər tətbiq edib. Bu, Avropa sənayesinə, xüsusilə avtomobil, müdafiə, aviasiya, kosmos, süni intellekt çipləri və məlumat mərkəzləri sahələrinə ciddi təsir göstərir.
Aİ bir neçə ildir enerji keçidi, müdafiə sənayesi və elektromobil istehsalı üçün vacib olan minerallarla bağlı Çindən asılılığı azaltmağa çalışır.
25-10-2025, 17:30
Orban səfərə hazırlaşır - Gündəm Ukraynadır


Orban səfərə hazırlaşır - Gündəm Ukraynadır

Macarıstanın Baş naziri Viktor Orban oktyabrın 27-də Romaya rəsmi səfər edəcək.
Səfər çərçivəsində o, İtaliyanın Baş naziri Corca Meloni ilə görüşəcək və daha sonra Vatikan şəhərində Roma Papası XIV Leo tərəfindən qəbul olunacaq.
“Magyar Nemzet” qəzetinin məlumatına görə, Orban ilə Pontifikin görüşündə əsas müzakirə mövzularından biri Ukraynada gedən müharibənin sülh yolu ilə həlli olacaq. Vatikan da Macarıstan kimi münaqişənin diplomatik yollarla sona çatdırılmasının tərəfdarıdır.
Qəzet yazır ki, görüş Ukrayna müharibəsi, sülh prosesi və xristian dəyərləri mövzularına həsr olunacaq. Bu, Viktor Orbanın Papa XIV Leo ilə ilk şəxsi görüşü olacaq.
Macarıstanın hökumət başçısı bundan öncə də Vatikanla sıx əlaqələr saxlayıb. O, Papa XIV Leo-nun sələfi Papa Fransisklə bir neçə dəfə görüşüb. Xatırladaq ki, Papa Fransisk 2023-cü ildə Macarıstana apostol səfəri etmişdi.
Macarıstan mediasının yazdığına görə, Orbanın İtaliyanın Baş naziri Corca Meloni ilə münasibətləri digər Avropa İttifaqı liderləri ilə müqayisədə daha yaxın və səmimidir. Hər iki lider bir sıra məsələlərdə Brüsselin rəsmi mövqeyindən fərqli, daha mühafizəkar yanaşma sərgiləyir.
Görüşdə Ukrayna məsələsinin də əsas müzakirə mövzularından biri olacağı gözlənilir.
25-10-2025, 17:17
Vahid Ələkbərov 2 gündə 1 milyard itirdi


Vahid Ələkbərov 2 gündə 1 milyard itirdi

“Lukoyl”un səhmləri Moskva birjasında 7,2% ucuzlaşıb. Buna görə şirkətin sahibi Vahid Ələkbərov iki gün ərzində 1 milyard dollardan çox pul itirib.
“Lukoyl”un bazar kapitallaşması 297 milyard rubl azalıb, “Rosneft”lə birlikdə Rusiyanın ən böyük neft şirkətlərinin ABŞ sanksiyalarının tətbiqindən sonra ümumi itkiləri 424 milyard rubl (5,2 milyard dollar) təşkil edib.
Sanksiyalar “Rosneft” və “Lukoyl”un törəmə şirkətlərinə də təsir edir. Bu addım ixrac tədarüklərini çətinləşdirə bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!