26-10-2025, 18:16
Sudanda döyüşlər şiddətlənir - Ordu qərargahı ələ keçirildi
Sudanın Şimali Darfur bölgəsində mühasirədə olan əl-Fəşər şəhərində döyüşlər intensivləşib.
Bu barədə Aljazeera məlumat yayıb.
Sürətli Dəstək Qüvvələri (Rapid Support Forces - RSF) adlı yarımhərbi qrup hökumətə sadiq Sudan Silahlı Qüvvələrinin qərb bölgəsindəki son dayaq nöqtəsi sayılan hərbi bazanı ələ keçirdiyini bəyan edib.
RSF sözçüsü bazar günü verdiyi açıqlamada bildirib ki, “qüvvələrimiz əl-Fəşərdəki 6-cı Diviziyanı azad etməyi bacardı, bu strateji hərbi bazaya tam nəzarət qurmaqla ordunun və onun müttəfiqlərinin belini qırdı”.
O, bu hadisəni mühüm dönüş nöqtəsi adlandırıb: “Hərbi bazanı ələ keçirərək bütün sudanlıların azadlıq, sülh və ədalət arzularına uyğun olaraq dövlətin inşasına aparan yolda uğur qazanırıq”.
26-10-2025, 17:57
Sumqayıtda maşın divara çırpıldı - 6 yeniyetmə yaralandı Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
“Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq, divara çırpılıb.
Hadisə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 6 nəfər (kişi) yeniyetmə hospitalizasiya olunub.
Qeyd olunub ki, müxtəlif xəsarətlər alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib.
Onlardan 3 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə sabitdir.
26-10-2025, 17:42
İran Suriya ilə münasibətləri bərpa etmək istəyirİran Suriya ilə münasibətləri bərpa etməyə ümid edir və Moskva ilə Dəməşq arasındakı sıx əlaqələri nəzərə alaraq Rusiyadan kömək gözləyir.
Bu fikir İranın İRNA xəbər agentliyinin məlumatında yer alıb.
Qeyd olunub ki, Suriya İranla gərginliyi azaltmadan Yaxın Şərqdəki mürəkkəb vəziyyətdə əhəmiyyətli bir oyunçuya çevrilə bilməyəcəyini və ya qonşu güclərlə effektiv şəkildə qarşılıqlı əlaqədə ola bilməyəcəyini çox yaxşı başa düşür.
İran Suriya ilə münasibətlərin inkişafı üçün iki ssenari görür, ən çox ehtimal olunanı gərginliyin azaldılmasını və iki ölkə arasında dialoq və əməkdaşlıq üçün zəmin yaradılmasını nəzərdə tutan ssenari hesab olunur. İRNA vurğulayır ki, bu ssenari İranın və Suriyanın müvəqqəti hökumətinin maraqlarını nəzərə alaraq, Tehran və Moskva arasında məsləhətləşmələrin davam etdirilməsini tələb edir.
26-10-2025, 16:54
Çin sahillərində gəmilər toqquşdu - 2 nəfər itkin düşdüÇinin cənubundakı Quandun əyalətinin sahillərində yük və konteyner gəmilərinin toqquşması nəticəsində iki nəfər itkin düşüb.
Bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə şənbədən bazar gününə keçən gecə Çjuçzyan çayının mənsəbində baş verib. Nəticədə yük gəmisi batıb və 15 heyət üzvündən ikisi itkin düşüb. Hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatına başlayıb.
Hadisənin səbəbi araşdırılır.
26-10-2025, 16:41
Çinlə yaxşı razılaşma ola bilər - TrampABŞ və Çin yaxşı razılaşma əldə edə bilər.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Düşünürəm ki, Çinlə yaxşı bir razılaşma əldə edəcəyik. Onlar razılaşma istəyirlər, biz də razılaşma istəyirik və görüşməyə razılaşmışıq”, - Tramp bildirib.
Qeyd edək ki, Donald Trampın Çin lideri Si Szinpinlə görüşü gözlənilir.
26-10-2025, 16:17
Türkiyədə zəlzələ oldu Türkiyənin Diyarbakır vilayətində 4 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar yerin 13,15 kilometr dərinliyində meydana gəlib.
Dağıntı və təlafat barədə hələlik məlumat yoxdur.
26-10-2025, 15:46
Ağ Evdə qadın prezident görəcəklər - HarrisABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris yenidən prezidentliyə namizəd ola biləcəyini bildirib.
Bu barədə Harris BBC-yə verdiyi müsahibədə deyib.
2024-cü Donald Trampa məğlub olan 61 yaşlı Harris bildirib ki, nəvələri mütləq Ağ Evdə bir qadın prezident görəcəklər.
"Mən bütün karyeramı xidmət həyatı ilə yaşamışam və bu, mənim sümüyümdədir. Xidmət etməyin bir çox yolu var. Hazırda etdiyim işlərdən başqa gələcəkdə nə edəcəyimə hələ qərar verməmişəm”, - Harris vurğulayıb.
26-10-2025, 15:33
PKK Türkiyə ilə sərhəddəki düşərgə və mağaralardan da çıxacaqPKK terror təşkilatı İraqın Türkiyə ilə sərhəddə Zap və Metina bölgələrindəki düşərgə və mağaralardan da çıxacaq.
Bu barədə PKK nümayəndələrinin İraqın şimalında yaydığı açıqlamada bildirilib.
Qeyd olunur ki, sərhəd bölgələrində münaqişə riski yaradan mümkün təxribatlara şərait yaradan mövqelərdə də oxşar addımlar atılır.
Həmin ərazilər Türkiyə Silahlı Qüvvələrinin 2019-cu il mayın 27-dən etibarən fəal hərbi əməliyyatlar apardığı yerləri də əhatə edir.
Qeyd edək ki, daha əvvəl PKK Türkiyədən tamamilə çıxdığını bildirib.
26-10-2025, 15:17
Rusiyanın cavabı sərt olacaq - PeskovRusiya Silahlı Qüvvələri Kiyevin Rusiyanın dərinliklərinə zərbə endirmək cəhdlərinə sərt cavab verəcək.
Bunu kremlin mətbuat katibi Dmitri Peskov deyib.
26-10-2025, 15:01
Oğlum dünəndən səhhətimlə maraqlanmayıb - Fəzail AğamalıAna Vətən Partiyasının sədri və keçmiş millət vəkili Fəzail Ağamalının səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirildiyi ilə bağlı informasiya yayılıb.
Fəzail Ağamalı xəstəxanaya yerləşdirilmədiyini bildirib.
“Dünən biraz səhhətimdə problem yarandı. Ailə həkimimizi çağırdıq. Gəldi, dava-dərman elədi. Dedi ki, dincəlmək lazımdır. İndi də səhhətim yaxşıdır. Eşidirsiniz, səsim də gur çıxır”.
F.Ağamalı oğlunun onunla yaşananlardan sonra heç bir əlaqə saxlamadığını deyib.
Elçin Ağamalı isə məsələ ilə bağlı danışmaq istəmədiyini söyləyib.
“Siyasi məsələlər bir yana bu, özəl məsələdir”,- o deyib.