İlham Əliyev Ərdoğanı təbrik etdi .....                        Birinci Qarabağ müharibəsi şəhidi dəfn edildi - FOTO .....                        İranın naziri xəstəxanaya yerləşdirildi .....                        Bugünkü reallıq ədalətin təntənəsidir - Prezident .....                        Təyyarə qəzaya uğradı - 11 nəfər həlak oldu .....                        Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır .....                        Zəfər Günü bizim tariximizdə ən parlaq səhifədir .....                        Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü - FOTO .....                        Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi .....                       
Bu gün, 18:39
İşıq və Sən


İşıq və Sən


"Günəşdən gizlənən yarasalardır..."

(S.Vurğun)


İşıq, Nur Allahın təcəlləsindəndir. Hər bir xeyirli başlanğıc, həyatın özü, dünyəvi və bəşəri keçidlər, maddi və mənəvi möhürlər onun adı, birbaşa hərəkətə keçməsilə bağlıdır. Hərçənd onun həyat çırpıntısı, doğuşu zülmətin fonunda (olsun ki, bətnində) daha dəqiq isbatlanır, ancaq yenə də bəşərin məlhəmi Eşq, eşqin isə səbəbi də, səbəbkarı da işıq damlasıdır. Könüllər (və demək ki, Dünyanın özü) Onun səbəbinə fəth olunur.
Nahaq yerə Yer, Göy, canlı, cansız aləm boy(n)unu, ruhunu işığa ismarlamamışdır (məhz). Çünki Həyat nəinki O-dur, ondadır, həm də Onda başlanıb və... Onda da bitir deməyək, bir şəkildən başqa bir şəkilə, hala (efir halına) keçir. Demək ki, hər kəsin mahiyyətində bu möcüzə mütləqdir ki var. Amma... ancaq... lakin... bəs hər bir daşı, qayası dağlanmış dağların ağrı-acısı, görünməzliklərə bülənd olan həsrət bükülü hicranların odu-alovu, Göylərə əyan göz yaşlarının yerə salama tələsən leysan yağışlarından çiliklənən kövrək hıçqırıqları, hər ləçəyində bir qəlb telinin titrədiyi şeh səpili incəcik çiçəklərin ürəkləri dələn məhzun duruşları nədən, haradandır, əcaba? Belə olan halda məsələyə bir qədər də kənardan baxaq. Cəmi varlığın quruculuğuna yönələn qüvvə olduğu kimi, bu işə qənim kəsilən tərəf də var axı. Nəsiminin təbiricə desək: "Kamil insan yaradır, cahil insan dağıdır".
Aha... yenə də mətləb mahiyyətə dirənməyə doğru yönəlir. Axı eyni cismi hər cür quruculuğa da xərcləmək olar, dağıdıcılığa da. Burada məsələ cismin kimin səlahiyyətində və o kəsin hansı niyyətdə olmasındadır. Olsun ki, özündə o məşum dağıdıcı xisləti daşıyan varlıq da həmin qığılcımdan yaransa belə, mahiyyətinə onun haçalanmış, qorlaşmış hissəsi düşmüşdür. Bu üzdən içində daim səbəbsiz, ünvansız, haçalanmış bir xislət, məzmunsuz eqo gəzdirən həmin yanlış törəmə ətrafla qətiyyən razılığa gəlmək iqtidarında olmur. Buna səbəb isə əlbəttə ki, o törəmənin ilk öncə məhz özü ilə razılıqda olmamasıdır.
Elə o natamamlıq sindromu səbəbilə könülləri pərişan etməyi özünə peşə edən o "haçalı xətakar" kainatı dövr edərək yaxşı ilə yamanın, vəfa ilə xəyanətin, göz yaşı ilə sevincin bir-biri ilə çulğalaşmasına səbəbkar olmuşdur.
İndi Sən İşıq adlı o başlanğıcın həyat verən Nur-undansan, ya gözləri, könülləri kor qoyan haçalı dilimlərindən?
Diqqət et: niyyətin qəlbini Günəşə doğru çevirirsə, quranlardansan... yox, qara-boz atəşlərlə çılğınlaşdırırsa, o zaman yıxanlardan, ora-bura çırpılan vətənsiz, ünvansız yarasanın özüsən ki varsan.

Hörmətlərimlə: Gülgəz NUR
Bu gün, 18:26
Şəhidi Abdulla Quliyevin dəfn mərasimi keçirilib

Şəhidi Abdulla Quliyevin

dəfn mərasimi keçirilib


Birinci Qarabağ Müharibəsi şəhidi Abdulla Quliyevin Saray Şəhidlər Xiyabanında dəfn mərasimi keçirilib

Bu gün Birinci Qarabağ Müharibəsi şəhidi Quliyev Abdulla Novruz oğlunun Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn mərasimi keçirilib. Mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yasamal RİH başçısının müavini Orxan Məmmədov, YAP Abşeron Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, mərhumun yaxınları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Mərasimdə bildirilib ki, 26.10.1968-ci il təvəllüdlü Abdulla Quliyevin 08.05.1992-ci ildən Şuşa şəhərində itkin düşdüyü hesab olunurdu. Şanlı ordumuz tərəfindən işğaldan azad olunan torpaqlarımızda 33 ildən sonra tapılan şəhidin nəşi bu gün dərin ehtiramla torpağa tapşırıldı.
Dəfn mərasimində Azərbaycanın igid, qəhrəman oğullarının döyüş meydanlarında göstərdiyi şücaətlərdən, Vətən Müharibəsində əldə olunan şanlı qələbədən danışılıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və siyasi iradəsi ilə Azərbaycan düşmənə qalib gəlməklə ilahi ədaləti bərpa etdi, 30 illik vətən həsrətinə son qoyuldu. Hazırda işğaldan azad olunan torpaqlarımız bir-birinin ardınca surətli şəkildə yenidən qurulur və soydaşlarımız Qarabağda azad, təhlükəsizlik şəraitində yaşamağa başlayıblar.
Mərasimdə şəhidin yaxınları da vurğulayıblar ki, hər zaman əzizləri Abdulla Quliyevin məzarının və ziyarət yerlərinin olmasını arzulayıblar. Bu arzularına çatdıqlarına, onun nəşinin tapılaraq gətirilib dəfn edilməsinə və dövlətimiz tərəfindən şəhid ailələrinə daimi diqqət və qayğının göstərildiyinə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.





Bu gün, 18:06
İlham Əliyev Ərdoğanı təbrik etdi


İlham Əliyev Ərdoğanı təbrik etdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.
Sizin həyata keçirdiyiniz uzaqgörən və qətiyyətli siyasət nəticəsində bu gün Türkiyə bütün sahələrdə yeni zirvələr fəth edir, böyük uğurlara imza atır, beynəlxalq məsələlərdə söz sahibi olan güclü və qüdrətli dövlət kimi tanınır. Qlobal aləmdə və regionda cərəyan edən proseslərdə fəal və prinsipial mövqeyi, sülhün, sabitliyin bərqərar olması üçün səyləri Türkiyəyə dünyada böyük nüfuz və etimad qazandırmışdır. Biz qardaş ölkənin hər bir uğuruna sevinir və bundan fərəhlənirik.
Xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur. Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrimizin gündən-günə daha da dərinləşməsi və yeni məzmun kəsb etməsi qəti siyasi iradəmizin və ardıcıl birgə səylərimizin parlaq ifadəsidir.
Bu gün dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və müttəfiqliyi eyni zamanda regionda sülhə, təhlükəsizliyə, rifaha və əməkdaşlığa xidmət edən mühüm amildir.
Oktyabrın əvvəlində Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Qəbələyə səfərinizi ən xoş təəssüratlarla xatırlayıram. Sizin Türk Dünyasının birliyi və TDT-nin beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində əzmkar fəaliyyətinizi xüsusi qeyd etmək istərdim.
Əminəm ki, möhkəm təməllər üzərində qurulmuş və zamanın sınağından çıxmış qardaşlıq münasibətlərimizin və səmərəli əməkdaşlığımızın xalqlarımızın iradəsinə uyğun olaraq daha da genişləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş Türkiyə Respublikasına və xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.
Bu gün, 18:00
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edildi - FOTO


Birinci Qarabağ müharibəsi şəhidi dəfn edildi - FOTO

Bu gün Birinci Qarabağ müharibəsi şəhidi Quliyev Abdulla Novruz oğlunun Saray qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn mərasimi keçirilib.
Mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yasamal RİH başçısının müavini Orxan Məmmədov, YAP Abşeron Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, mərhumun yaxınları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Mərasimdə bildirilib ki, 26 oktyabr 1968-ci il təvəllüdlü Abdulla Quliyevin 8 may 1992-ci ildən Şuşa şəhərində itkin düşdüyü hesab olunurdu. Şanlı ordumuz tərəfindən işğaldan azad olunan torpaqlarımızda 33 ildən sonra tapılan şəhidin nəşi bu gün dərin ehtiramla torpağa tapşırılıb.
Dəfn mərasimində Azərbaycanın igid, qəhrəman oğullarının döyüş meydanlarında göstərdiyi şücaətlərdən, Vətən Müharibəsində əldə olunan şanlı qələbədən danışılıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və siyasi iradəsi ilə Azərbaycan düşmənə qalib gəlməklə ilahi ədaləti bərpa etdi, 30 illik vətən həsrətinə son qoyuldu. Hazırda işğaldan azad olunan torpaqlarımız bir-birinin ardınca surətli şəkildə yenidən qurulur və soydaşlarımız Qarabağda azad, təhlükəsizlik şəraitində yaşamağa başlayıblar.
Mərasimdə şəhidin yaxınları da vurğulayıblar ki, hər zaman əzizləri Abdulla Quliyevin məzarının və ziyarət yerlərinin olmasını arzulayıblar.




Bu gün, 17:54
İranın naziri xəstəxanaya yerləşdirildi


İranın naziri xəstəxanaya yerləşdirildi

İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq xəstəxanaya yerləşdirilib.
Buna iş yükünün çoxluğu və gərgin işdən qaynaqlanan yorğunluq səbəb göstərilib.
Onu kimi əvəz edəcəyi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, iranlı nazir Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədridir.
Bu gün, 17:50
Bugünkü reallıq ədalətin təntənəsidir - Prezident


Bugünkü reallıq ədalətin təntənəsidir - Prezident

Bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir.
Bu barədə Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə bildirib.
Ədalətə inanmaq və onu təmin etmək lazım olduğunu söyləyən dövlət başçısı vurğulayıb: "Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib. Bu torpaqların sahibləri bizik. Düşməni öz torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat qururuq".
Bu gün, 17:46
Təyyarə qəzaya uğradı - 11 nəfər həlak oldu


Təyyarə qəzaya uğradı - 11 nəfər həlak oldu[/color]

Keniya sahillərində təyyarə qəzası baş verib.
BBC News-un məlumatına görə, qəzada 10 avropalı turist və 1 yerli pilotun ölüb.
Keniya Mülki Aviasiya İdarəsinin məlumatına görə, təyyarə məşhur çimərlik kurortu Dianidən dünyaca məşhur Maasai Mara oyun parkındakı uçuş-enmə zolağına doğru hərəkət edərkən qəzaya uğrayıb.
Mombasa Air Safari şirkətinin məlumatına görə, təyyarədə 8 macar, 2 alman turust və 1 keniyalı pilot olub və hamısı qəzada ölüblər
Qəzanın səbəbi ilə bağlı araşdırmanın davam etdiyi, lakin ona pis hava şəraitinin səbəb ola biləcəyi bildirilib.
Bu gün, 17:43
Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır


Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır

Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır.
Bu sözləri Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə söyləyib.
Dövlətimizin başçısı qeyd edib: “Artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini keçmiş köçkünlərdir ki, öz vətəninə, doğma torpağına qayıdıblar. Qalanlar isə müxtəlif işlərdə işləyən vətəndaşlardır”.
Bu gün, 17:39
Zəfər Günü bizim tariximizdə ən parlaq səhifədir


Zəfər Günü bizim tariximizdə ən parlaq səhifədir

Düz beş il bundan əvvəl bu ərazi (Horovlu kəndi) işğaldan azad edildi və bu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq.
Bu sözləri Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə deyib.
Bir neçə gündən sonra tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyimizi söyləyən dövlətimizin başçısı vurğulayıb: “8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb”.
Bu gün, 17:36
Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü - FOTO


Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani ilə görüşüb.
Görüşdə beynəlxalq parlament konfransının əhəmiyyəti vurğulanaraq, konstitusiyanın dövlətin hüquqi təməllərinin möhkəmləndirilməsi, cəmiyyətin inkişafı, siyasi sabitliyin təmin olunması və vətəndaşların hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynadığı qeyd edilib.
Bildirilib ki, Azərbaycanın qazandığı Zəfər nəticəsində ölkəmiz Ermənistanın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi bu mənada həm mühüm siyasi əhəmiyyət, həm də rəmzi məna daşıyır.
Görüşdə ölkələrimiz arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərindən məmnunluq ifadə edilib, bu əlaqələrin dərinləşməsində ölkə liderlərinin xüsusi rolu vurğulanıb. Eyni zamanda, ikitərəfli münasibətlərin genişlənməsində qanunverici orqanların həm ikitərəfli əsasda, həm də müxtəlif platformalarda əməkdaşlığı yüksək qiymətləndirilib.
Söhbət zamanı, bu ay İslamabadda keçirilən Azərbaycan–Pakistan–Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü məmnuniyyətlə xatırlanaraq, onun nəticələri yüksək dəyərləndirilib və həmin görüşün dövlətlərarası münasibətlərin daha da genişləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!