Prezident şad xəbər verdi: “Hər birinizə 12 sot ayrılıb” .....                        Saleh Səmədovun üçüncü oğlu da İŞDƏN ÇIXARILDI .....                        Əli Babacan təkzib etdi - Ərdoğanın partiyasına qayıtmayacaq .....                        Prezidentdən Türkiyənin milli bayramı ilə bağlı paylaşım .....                        Nazir müavini Hikmət Hacıyevlə görüşdü .....                        İlham Əliyev Ərdoğanı təbrik etdi .....                        Birinci Qarabağ müharibəsi şəhidi dəfn edildi - FOTO .....                        İranın naziri xəstəxanaya yerləşdirildi .....                        Bugünkü reallıq ədalətin təntənəsidir - Prezident .....                       
Dünən, 16:58
Ceyhun Bayramov Omana getdi


Ceyhun Bayramov Omana getdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfərə yola düşüb.
Bu barədə XİN-dən məlumat verilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 29 oktyabr tarixində Oman Sultanlığının xarici işlər naziri Bədr ibn Həməd ibn Hammud Əl Busəidi və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi, habelə ölkəmizin Omandakı Səfirliyinin inzibati binasının rəsmi açılış mərasimində iştirakı nəzərdə tutulub.
Dünən, 16:53
İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı - ŞOK DETALLAR


İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı - ŞOK DETALLAR

İstanbul Baş Prokurorluğu tərəfindən “casusluq” ittihamı ilə aparılan istintaq çərçivəsində TELE1 kanalının qurucusu Merdan Yanardağla bağlı yeni iddialar yayılıb.
Türkiyənin rəsmi nəşrləri (“TRT Haber” və “Anadolu”) istintaq işi ilə bağlı detalları açıqlayıblar.
Qeyd edək ki, “casusluq” işi çərçivəsində İstanbul bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu, onun yaxın adamı hesab edilən Necati Özkan və Merdan Yanardağ barəsində həbs qərarı çıxarılıb.
Maliyyə Cinayətlərini Araşdırma Şöbəsi (MASAK) tərəfindən hazırlanan ilkin hesabatda qeyd olunur ki, cinayət işi çərçivəsində saxlanılan şübhəli şəxs Hüseyn Gün 2023-cü ildə keçirilən seçkilərdən təxminən bir ay əvvəl Yanardağa iki dəfəyə 15 min avro göndərib. Hüseyn Günün köməkçisi B.Y.-nin ifadəsinə əsasən, bu məbləğlər “Seyrantepədə yerləşən ofisə şəxsən zərf içində” çatdırılıb.
B.Y. ifadəsində bildirib ki, Hüseyn Gün ona “Merdan bəyi dəstəkləyirik” deyərək zərfi çatdırmağı tapşırıb. Bank araşdırması nəticəsində Günün hesabından 19 aprel 2023-cü ildə 10 min avronun çıxarıldığı təsdiqlənib. MASAK hesabatında qeyd olunur ki, 2018–2025-ci illər arasında Günün hesabından 117 milyon lirədən çox məbləğdə nağd pul çıxarılıb.
İstintaq materiallarında Günün ABŞ, Böyük Britaniya və İsrail kimi ölkələrdəki maliyyə dairələri ilə təmasda olduğu, “Avicenna Holding” və “Avicenna Capital” kimi şirkətləri 2005-ci ildə təsis etdiyi bildirilir. Məlumata görə, həmin şirkətlər formal şəkildə mövcud olsa da, real iqtisadi fəaliyyət göstərməyib və müdafiə sənayesi sahəsində pərdələnmiş maliyyə dövriyyələri aparılıb.
İlkin ifadələrdə Hüseyn Günün “Cellcrypt” adlı şifrələmə proqramını dövlət qurumlarına təklif etməyə çalışdığı, bu proqram vasitəsilə yüksək vəzifəli şəxslərin telefonlarına daxil olma imkanı əldə edilməsinin mümkün olduğu qeyd edilib. İstintaq bu proqramın Böyük Britaniya kəşfiyyatına bağlı fəaliyyət göstərə biləcəyi ehtimalını da araşdırır.
İstintaq materiallarında Azərbaycanla bağlı hissə də yer alıb. Məlumat verən Ü.D.A adlı şəxs bildirib ki, Hüseyn Gün 2005-ci ildə ABŞ-da fəaliyyət göstərən hüquq bürosu vasitəsilə “Freedom LLC” adlı şirkətin yaradılmasını təşkil edib. Onun sözlərinə görə, bu şirkət vasitəsilə “Azərbaycanın demokratikləşməsi adı altında” bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının başqanı olan İsa Qəmbərə maliyyə dəstəyi göstərilib.
“Hüseyn Gün o dövrdə Böyük Britaniyanın MI6 kəşfiyyat xidməti ilə əlaqədə olub, həmçinin Açıq Cəmiyyət Fondunun nümayəndələri ilə görüşərək müəyyən layihələr üçün maliyyə istəyib. Məqsəd isə regionda, o cümlədən Azərbaycanda müxalif qüvvələri gücləndirmək və siyasi proseslərə təsir göstərmək olub”, - qeyd olunur.
Mənbə həmçinin iddia edib ki, Gün bu dövrdə Özbəkistanda hakimiyyəti devirmək məqsədilə də fəaliyyət göstərib və bunun üçün həm ingilis kəşfiyyatı, həm də Corc Sorosa məxsus Açıq Cəmiyyət Fondundan maliyyə axtarışına çıxıb.
İfadələrdə Hüseyn Günün İsrail və Afrika ölkələrinə tez-tez səfərlər etdiyi, həmin ölkələrdə müxtəlif gizli görüşlər keçirdiyi də bildirilir. Günün avtomobilində siqnal bloklayıcı cihazlar saxladığı, polis nəzarətindən yayınmaq üçün texniki vasitələrdən istifadə etdiyi də vurğulanıb.
Ü.D.A-nın sözlərinə görə, Gün “Ərdoğana inamın bitdiyini” bildirərək, 2016-cı ildə ətrafındakılara “Türkiyəyə investisiya etməyin, vəsaitlərinizi İsveçrə və İngiltərəyə köçürün” məsləhəti verib.
Qeyd edək ki, bu iddialar hazırda yalnız şahid ifadələrinə əsaslanır və rəsmi ittiham səviyyəsinə çatmayıb.
Dünən, 16:43
Prezident Cəbrayılda iki stansiyanın təməlini qoydu - FOTO


Prezident Cəbrayılda iki stansiyanın təməlini qoydu - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının təməlini qoyub.
Energetika naziri Pərviz Şahbazov dövlət başçısına 50 meqavat gücündə "Şəms" Günəş Elektrik Stansiyası barədə məlumat verdi.
Bildirildi ki, bu layihə ölkənin yaşıl enerji strategiyasının mühüm tərkib hissəsidir və Cəbrayıl rayonunun enerji xəritəsində yeni mərhələnin başlanğıcını qoyur.
Qeyd edək ki, 2024-cü ilin mart ayında Energetika Nazirliyi ilə "Nobel Energy" şirkəti arasında 100 MVt gücündə Günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin istehsalı, satışı və istehlakı sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Ardınca bu ilin aprelində Azərbaycan Respublikası Hökuməti "Enerso Cəbrayıl" MMC ilə 50 MVt gücündə "Üfüq" Günəş Elektrik Stansiyası, "Clean Energy Jabrayil" MMC ilə isə "Şəms" Günəş Elektrik Stansiyası layihələri üzrə investisiya müqavilələri bağlayıb.
Ötən il Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi bərpaolunan enerji mənbələrinin inkişafı üçün ayrılıb. Bu çərçivədə "Clean Energy Jabrayil" MMC üçün 135 hektardan çox, "Enerso Cəbrayıl" MMC üçün isə 93 hektardan çox ərazi müəyyən edilib.
Prezident İlham Əliyev "Şəms" Günəş Elektrik Stansiyasının təməlini qoydu, daha sonra "Üfüq" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etdi.
Məlumat verildi ki, "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarında ildə ümumilikdə 206 milyon kilovat-saat elektrik enerjisinin istehsalı planlaşdırılır. Bunun nəticəsində hər il təxminən 44 milyon kubmetr təbii qaza qənaət ediləcəyi, atmosferə atılan zərərli emissiyaların isə 96 min ton azalacağı gözlənilir.
Stansiyalarda istehsal ediləcək elektrik enerjisinin 75 milyon kilovat-saatı "AzərEnerji" ASC-yə, 131 milyon kilovat-saatı isə "elektrik enerjisinin virtual ötürülməsi" prinsipi əsasında iri istehlakçılarla birbaşa bağlanan alqı-satqı müqavilələri üzrə satılacaq. "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının 2027-ci ildə istismara verilməsi planlaşdırılır.
Bu layihələrin icrası Şərqi Zəngəzurun yaşıl enerji mərkəzinə çevrilməsində Cəbrayıl rayonunun rolunu daha da gücləndirəcək.




Dünən, 16:30
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb - AÇIQLAMA


“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb - AÇIQLAMA

Sosial şəbəkələrdə “Bolmart” supermarketlər şəbəkəsinin bağlandığı ilə bağlı məlumatlar yayılıb.
Əhalinin mağazalara üz tutduqlarını, lakin satış nöqtələrində onlara mağazaların bağlı olduğunu bildiriblər.
“Bolmart”ın qaynar xətti ilə əlaqə saxlanılıb.
Telefona cavab verən şəxs “Bolmart” supermarketlər şəbəkəsinin bağlandığı barədə xəbəri təsdiqləyib. Bununla belə, mağazaların bağlanma səbəbi açıqlanmayıb, bunun müvəqqəti qərar olub-olmadığı da məlum deyil.
Qeyd edək ki, “Bolmart” supermarketlər şəbəkəsi ölkə üzrə 70-ə yaxın satış nöqtəsində xidmət göstərirdi.
Şirkətin SOCAR-ın keçmiş vəzifəli şəxsi, hazırda həbsdə olan Adnan Əhmədzadəyə aid olduğu iddialar da mövcuddur.
Xatırladaq ki, Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Dünən, 16:25
Bakıda saxlanılan ruslarla bağlı YENİ QƏRAR


Bakıda saxlanılan ruslarla bağlı YENİ QƏRAR

Bakıda saxlanılan Rusiya vətəndaşlarının həbsi uzadılıb. Səbail Rayon Məhkəməsi onların barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha üç ay artırıb.
Bu barədə saxlanılanlardan Dmitri Fyodorovun vəkili Elçin Sadıqov məlumat verib.
Rusiya vətəndaşları Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat zamanı saxlanılıblar. Onların İran vasitəsilə ölkəyə gətirilən narkotik vasitələrin tranziti və dövriyyəsi, həmçinin kiberfırıldaqçılıq halları ilə əlaqədar araşdırıldığı bildirilir.
Xatırladaq ki, 1 iyul tarixində Səbail Rayon Məhkəməsi həmin şəxslər barəsində dörd aylıq həbs qətimkan tədbiri seçmişdi.
Dünən, 16:18
Parlament Zəfər Günü bəyanat yayacaq


Parlament Zəfər Günü bəyanat yayacaq

Milli Məclis 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat yayacaq.
Bununla bağlı parlamentin oktyabrın 31-də keçiriləcək plenar iclasının gündəliyinə məsələ daxil edilib.
Dünən, 16:10
Milli Məclis bu tarixdə toplaşır - Gündəlikdə 11 məsələ var


Milli Məclis bu tarixdə toplaşır - Gündəlikdə 11 məsələ var

Milli Məclisin oktyabrın 31-də keçiriləcək payız sessiyası üzrə növbəti plenar iclasının gündəliyi açıqlanıb.
İclasda 11 məsələnin müzakirəsi nəzərdə tutulub.

Həmin məsələlər aşağıdakılardır:

1. 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.

2. "Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

8. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

9. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

11. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
Dünən, 16:02
Xocavənddə daha 30 ailəyə evlərinin açarları təqdim olundu - FOTO


Xocavənddə daha 30 ailəyə evlərinin açarları təqdim olundu - FOTO

Bu gün növbəti köç karvanı ilə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatan 20, Sos kəndinə çatan 10 ailəyə evlərinin açarları təqdim olunub.
Qırmızı Bazar və Sos kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Qırmızı bazar qəsəbəsinə 20 ailə olmaqla 71 nəfər, Sos kəndinə isə 10 ailə olmaqla 42 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Köçürülən ailələrin evlərdə yerləşməsi üçün bütün zəruri şərait yaradılıb. Bugünki köç də daxil olmaqla Qırmızı bazar qəsəbəsində 30 ailə olmaqla 110 nəfərin, Sos kəndində isə 20 ailə olmaqla 89 nədərin məskunlaşması təmin edilib.

****

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.
Bu gün Qırmızı Bazar qəsəbəsi 20 ailə olmaqla 71 nəfərə, Sos kəndi isə 10 ailə olmaqla 42 nəfərə qucaq açıb.
Azərbaycan dövləti tərəfindən hər iki yaşayış məntəqəsində sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və kommunikasiya xətləri bərpa edilib.
Bununla, hər iki yaşayış məntəqəsinə artıq ikinci köç gerçəkləşib. Daha əvvəlki köçdə Qırmızı Bazar qəsəbəsində 10 ailə olmaqla 39 nəfər, Sos kəndində isə 10 ailə olmaqla 47 nəfərin məskunlaşması təmin edilib.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.









����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!