Ermənistan və Azərbaycan sərhədçiləri dəbilqə və zirehli jiletləri çıxarıb - Paşinyan .....                        35 yaşında çempion oldu .....                        ABŞ-də Azərbaycan pasportu daşıyan erməni tutuldu - Bakıya deportasiya ediləcək .....                        Məhkəmə Tulin Ələkbərova ilə bağlı həbs qərarı verdi .....                        Ukrayna artıq boş vədlərə inanmır .....                        "Qarabağ" heç-heçə etdi .....                        “Boz qurd”am və belə də öləcəm! - Bağçalı .....                        Oğurladığı mopedi satmaq istədi, polis yaxaladı .....                        Bakıda tarixi abidəyə zərər vuruldu .....                       
7-11-2025, 22:44
Elçin Ağamalıdan partiyadan çıxarılmasına reaksiya


Elçin Ağamalıdan partiyadan çıxarılmasına reaksiya

Xəbər verdiyimiz kimi, Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyasının İdarə Heyəti bu gün iclas keçirib. İclasda sonuncu qurultayda partiyanın sədri seçildiyini elan edən Elçin Ağamalının təşkilatdan çıxarılmasına qərar verilib.
Elçin Ağamalı partiyadan çıxarılmasını mətbuatdan öyrəndiyini bildirib.
"Partiyadan xaric edilməyimlə bağlı məlumatı mən də mediadan oxudum, bu barədə geniş fikir bildirmək istəmirəm. Ədliyyə Nazirliyinə sənədlərimizi vermişik. Nazirlik məsələyə hüquqi qiymət verdikdən sonra fikrimizi bildirib, hansı addımları atacağımızla bağlı fikrimizi bildirəcəyik”, - o deyib.
Xatırladaq ki, oktyabrın 25-də qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının qızı Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha 2 nəfər partiya sədri postuna iddialı olub.
Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin onun növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiyini bildirib.
Elçin Ağamalı növbədənkənar qurultayında partiyanın yeni sədri seçildiyini iddia edib. O qeyd edib ki, qurultay nümayəndələrinin ona münasibətini görən Fəzail Ağamalı zalın işığını söndürtdürməyə çalışıb, buna baxmayaraq, 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçilib.
7-11-2025, 22:21
Paşinyandan Əliyevə qəribə sual: “...istəyirsiz məni öldürsünlər?”


Paşinyandan Əliyevə qəribə sual: “...istəyirsiz məni öldürsünlər?”

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla ilk təması onun hakimiyyətə gəlməsindən sonra, 2018-ci ilin sentyabrında Düşənbədə olub və o zaman prezident məsələni həll etməli olduqlarını bildirib.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-yə müsahibəsində deyib.
C. Bayramov qeyd edib ki, Nikol Paşinyanın mövqeyi isə kifayət qədər konstruktiv olub və hakimiyyətə yeni gəldiyini, münaqişənin həlli üçün lazımi addımları atacağını deyib.
"Cənab prezident elə Düşənbədə olarkən Müdafiə Nazirliyinə bütün istiqamətlər üzrə tam sakitlik və sabitliyin təmin olunması barədə tapşırıq verir. Nikol Paşinyanla ölkələr arasında bir qaynar xəttin təşkilinə razılıq əldə olunur və bu xətt formalaşdırılır ki, hansısa gərginlik olduqda dərhal tərəflər sabitliyi təmin etmək üçün addım atırlar".
C. Bayramov əlavə edib ki, həmin görüşdən bir müddət sonra Paşinyan mövqeyini dəyişir:
"Hətta münaqişənin həlli yönündə addım atacağı təqdirdə, onu öldürəcəklərini deyir. "Siz istəyirsiniz ki, məni öldürsünlər", - deyir. Cənab prezident isə bildirir ki, biz heç kimin ölməsini istəmirik".
Nazir xatırladıb ki, sonradan 2019-cu ildə Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" ifadəsini işlədir.
"2020-ci il iyulun 10-da Ermənistanın yeni Milli Təhlükəsizlik konsepsiyası hazırlanır və Birinci Qarabağ müharibəsinin nəticələrinin möhkəmləndirilməsi həmin konsepsiyaya əlavə edilir. Daha sonra Polad Həşimovun qətlində iştirak edən hərbçilərin təltif olunması həyata keçirilir. Bunların hamısı qırmızı xəttin keçilməsi idi. Daha sonra belə bir ifadə işlədilir ki, Azərbaycan qondarma Dağlıq Qarabağ Respublikasının üzvləri ilə danışıqlar aparmalıdır. Bu isə həmin vaxta qədər olan bütün danışıqlar sisteminin darmadağın edilməsi idi"
7-11-2025, 22:08
Sahibə Qafarova COP30-da çıxış etdi


Sahibə Qafarova COP30-da çıxış etdi

Milli Məclisin sədri Sahibə Qafarova Braziliya Federativ Respublikasının Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində “Enerji Keçidi” mövzusunda tematik sessiyada çıxış edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.
Parlamentin spikeri çıxışında qeyd edib ki, təmiz enerjiyə keçidin sürətləndirilməsi istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişikliyinə qarşı mübarizə aparılması və dayanıqlı inkişafın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün indiyədək əldə olunmuş nailiyyətlər əsasında ardıcıl və qətiyyətli səylər göstərilməlidir. Bununla yanaşı, enerji istehsalı, paylanması və istehlakı sahəsində köklü transformasiyanın həyata keçirilməsi tələb olunur ki, bu da həm qlobal ehtiyacların ödənilməsinə, həm də iqlim dəyişikliyinin yaratdığı çağırışların effektiv şəkildə həll olunmasına xidmət etməlidir.
Milli Məclisin sədri xatırladıb ki, enerji keçidi COP29 sədrliyinin fəaliyyətində əsas prioritetlərdən biri olub. Azərbaycan Beynəlxalq Enerji Agentliyi ilə birgə dörd Yüksək Səviyyəli Enerji Keçidi Dialoqu təşkil edib, dünyanın müxtəlif regionlarından tərəfdaşları bir araya gətirib. Bu müzakirələr enerji sahəsində gündəliyin formalaşdırılmasına istiqamət verib. Nəticə etibarilə, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO), Avropa İqtisadi Komissiyası (UNECE), Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə sıx əməkdaşlıq çərçivəsində COP29 sədrliyi üç mühüm enerji təşəbbüsünü təqdim edib: Qlobal Enerji Saxlancı və Şəbəkələri Vədi, Yaşıl Enerji Zonaları və Dəhlizləri Vədi və COP29 Hidrogen Bəyannaməsi.
Milli Məclisin sədri deyib ki, bu təşəbbüslər Paris Sazişi çərçivəsində aparılmış ilk Qlobal Qiymətləndirmədən əldə olunan nəticələrə və mövcud öhdəliklərə əsaslanır, icra boşluğunun aradan qaldırılmasının və təxirəsalınmaz addımların zəruriliyini əks etdirir.
Çıxışda həmçinin qeyd olunub ki, hər bir təşəbbüs təmiz enerji infrastrukturu, tətbiqi, saxlanması, ötürülməsi və paylanması sahəsində strateji prioritetləri hədəfləyir. Onlar bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində məqsədlər üzrə tərəqqini sürətləndirməyə, əməkdaşlığı gücləndirməyə və praktik tədbirlərin həyata keçirilməsinə dair siyasi iradəni möhkəmləndirməyə yönəlib. Spikerin bildirdiyinə görə, bu təşəbbüslər həm də innovasiyaların təşviqi, texnologiya transferi, enerji şəbəkələrinin qarşılıqlı əlaqəsinin təkmilləşdirilməsi və yeni investisiya mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur. Əsas məqsəd isə hər bir ölkə və icmanın bu prosesdə ədalətli və bərabər şəkildə iştirakının təmin olunduğu enerji keçidinə nail olmaqdır.
Milli Məclisin sədri çıxışında həmçinin ölkəmizdə bərpaolunan enerji istehsalının genişləndirilməsi istiqamətində görülən işlər və əldə olunan uğurlar barədə də məlumat verib. O deyib ki, Azərbaycan təmiz enerji siyasətini ardıcıl şəkildə həyata keçirərək enerji balansında bərpa olunan enerjinin payını artırmaqdadır və ölkəmiz bərpa olunan enerjinin inkişafı sahəsində lider dövlətlərdən birinə çevrilməkdədir.
Bərpa olunan enerji resurslarımızın texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt, bu resursların iqtisadi potensialı isə təxminən 27 QVt səviyyəsində qiymətləndirilir. Hazırda bərpa olunan enerjinin payı ümumi quraşdırılmış enerji gücünün təxminən 18,8 faizini təşkil edir ki, bu da təqribən 1,8 QVt-a bərabərdir. 2027-ci ilə qədər ümumi gücü 2 QVt-dan artıq olan yaşıl enerji layihələrinin həyata keçirilməsi planlaşdırılır.
Eyni zamanda qeyd olunub ki, 2030-cu ilə qədər ölkəmizdə istehsal edilən enerjinin təxminən 40 faizinin bərpa olunan enerji mənbələrindən əldə olunması nəzərdə tutulur.
Parlamentin spikeri deyib ki, təmiz enerji sahəsinə bu investisiya öhdəliyi, zəngin ənənəvi enerji ehtiyatlarımıza baxmayaraq, ölkəmizin aşağı karbonlu gələcək qurmaq istiqamətində qətiyyətini nümayiş etdirir.
Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan həmçinin təmiz enerjinin inkişafı ərazilərinin təyin olunmasında yeni standartların müəyyənləşdirilməsində də aparıcı rol oynayır. Otuz ilə yaxın işğal altında qalmış və dağıdılmış ərazilərimizdə Yaşıl Enerji Zonası yaradılması dayanıqlı bərpa və regional transformasiya istiqamətində strateji baxışın bariz nümunəsidir.
Çıxışının sonunda Milli Məclisin sədri qeyd edib ki, beynəlxalq ictimaiyyətin məsul üzvü kimi Azərbaycan bərpa olunan enerji gücünü artırmaq, hidroenerji potensialını inkişaf etdirmək və enerji səmərəliliyi tədbirlərini gücləndirmək istiqamətində səylərini davam etdirəcək. Ölkəmiz qlobal iqlim məqsədlərini dəstəkləməyə və inklüziv, təhlükəsiz enerji gələcəyinin qurulması naminə birgə fəaliyyətə sadiq qalır.
7-11-2025, 21:46
Netanyahu barədə həbs qərarı verildi


Netanyahu barədə həbs qərarı verildi

İstanbul Cümhuriyyət Baş Prokurorluğu İsrailin baş naziri Benyamin Netanyahunun da daxil olduğu 37 nəfər barədə “soyqırım” ittihamı ilə həbs qərarı verib.
Məlumata görə, qərar Qəzza zolağında həyata keçirilən hücumlar nəticəsində çoxsaylı mülki şəxsin, xüsusilə qadın və uşaqların həlak olması ilə bağlı aparılan istintaq çərçivəsində qəbul edilib.
Prokurorluq sözügedən şəxslərin beynəlxalq hüquqa əsasən “müharibə cinayətləri” və “insanlığa qarşı cinayətlər” törətdiyini iddia edir.
Hazırda Türkiyə tərəfindən beynəlxalq axtarış və hüquqi prosedurların başladılması istiqamətində addımlar atılır.
7-11-2025, 09:51
Professor Seyfəddin Rzasoy Prezidentə təşəkkür etd


Professor Seyfəddin Rzasoy

Prezidentə təşəkkür etdi


AMEA-nın 80 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə bir qrup alim Azərbaycan elminin inkişafında xidmətlərinə görə medalla təltif edilib.
Həmin alimlərin sırasında Azərbaycanın görkəmli folklorşünas alimi tanınmış professor Seyfəddin Rzasoyda var. Professor Seyfəddin Rzasoy təltiflə bağlı Prezidentə təşəkkür məktubu yollayıb. Məktubu olduğu kimi Sizə təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə TƏŞƏKKÜR məktubu

"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə TƏŞƏKKÜR məktubu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, Sizin Azərbaycan dövləti və dövlətçiliyi naminə gördüyünüz işlər xalqımız tərəfindən yüksək şəkildə qiymətləndirilir və dəstəklənir.
44 günlük Vətən savaşı milli yaddaşımıza yalnız həmin müharibədə qazanılmış qələbə kimi yox, Azərbaycan xalqının bütün tarixinin möhtəşəm zəfəri kimi yazıldı. Qələbənin qazanılmasında Sizin bir ali baş komandan kimi müstəsna rolunuz oldu. Xalqımız qələbəyə görə bütün tarix boyunca Sizə minnətdar olacaq və gələcək nəsillər bunu minnətdarlıq hissi ilə xatırlayacaqlar. Hər bir zəfər birlikdə əldə olunur. Siz 44 günlük savaşda xalqımızı qələbəyə inandırdınız və buna nail oldunuz. Sizin rəhbərliyiniz və komandanlığınız altında Azərbaycan xalqının ən müqəddəs arzusu – torpaqlarımızın düşmən işğalından azad olması həyata keçdi.
İnanıram ki, Siz Azərbaycan cəmiyyətinin ali ideallar uğrunda konsolidasiya olunması işini uğurla davam etdirəcək və dövlətimizin nüfuzunu dünya siyasi səhnəsində daha ali səviyyələrə qaldıracaqsınız.
Cənab Prezident, Siz Ulu Öndər Heydər Əlyevin elm adamlarına yönəlik siyasətini uğurla davam etdirirsiniz. Elmin inkişafı dövlətin inkişafının mühüm tərkib hissəsidir və Siz bu çətin və mürəkkəb şəraitdə elm siyasətini müvəffəqiyyətlə həyata keçirirsiniz. Bir Azərbaycan vətəndaşı kimi ölkəmizin müstəqilliyi ilə fəxr edir, onun qorunub saxlanılması və inkişaf etdirilməsi yolunda ölkə daxili və xaricində apardığınız mürəkkəb siyasəti görür və dəstəkləyirəm.
Bir elm adamı kimi isə Azərbaycan elminin inkişafı naminə atdığınız hər bir addımı yüksək şəkildə qiymətləndirir və əməyimizə verdiyiniz qiyməti elm adamlarına göstərdiyiniz diqqətin ifadəsi hesab edirəm.
Məni elm sahəsində göstərdiyim fəaliyyətimə görə “Tərəqqi” medalı ilə təltif etdiyiniz üçün Sizə öz dərin təşəkkürümü bildirir və bundan sonra da ölkəmizin tərəqqəsi naminə çalışmaq əzmimi böyük məsuliyyət hissi ilə ifadə edirəm".

Seyfəddin Gülverdi oğlu Rzasoy

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!