Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır - Ərdoğan .....                        Azad edilmiş ərazilərdə yenidənqurmanın inanılmaz sürəti tam fenomenal xarakter daşıyır .....                        İnsansız Sistem Qoşunlarının heyəti hərbi paradda .....                        Türkiyə və Pakistan hərbçiləri Bakıda Hərbi paradda keçid etdi .....                        Ərdoğan paradda Məmməd Arazın şeirini səsləndirdi .....                        Qarabağın azad edilməsi Türk dünyası üçün də böyük qürur mənbəyidir - Ərdoğan .....                        Bu gün burada böyük vətənpərvərlik eşqi ilə güclü Azərbaycan xalqını görürəm .....                        İndi təcridxanada Azərbaycan çayı içirlər - İlham Əliyev .....                        Zəfərimiz mübarək olsun - Ərdoğan .....                       
Bu gün, 12:48
Cəbrayıl şəhərində Zəfər Günü qeyd olunub - FOTO


Cəbrayıl şəhərində Zəfər Günü qeyd olunub - FOTO

8 Noyabr - Zəfər Gününün 5 illiyi Cəbrayıl şəhərində təntənəli şəkildə qeyd olunub.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə incəsənət xadimlərinin təqdimatında bəstəkar və xalq mahnıları səsləndirilib.
Cəbrayıl şəhəri, Cocuq Mərcanlı, Horovlu, Ağalı və Məmmədbəyli kənd sakinlərində və qonaqlarda əsl coşqu yaradan “Dərviş” qrupu repertuarındakı ən sevilən mahnılarını ifa edərək bayram konsertini tamamlayıb.
Tədbirdə balaca sakinlər də yaddan çıxmayıb - bayram şənliyi boyunca feys-art rəssamları uşaqların üzlərində müxtəlif şəkillər çəkərək bayrama əsl rəng qatıblar. Axşam saatlarında Cəbrayıl şəhəri, Ağalı və Məmmədbəyli kəndlərinin səmasında Zəfər Günü münasibətilə atəşfəşanlıq nəzərdə tutulub.




Bu gün, 12:39
BƏƏ Baş nazirinin müavini və müdafiə naziri Azərbaycana gəldi


BƏƏ Baş nazirinin müavini və müdafiə naziri Azərbaycana gəldi

Noyabrın 8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini və müdafiə naziri, Dubayın vəliəhdi Şeyx Hamdan bin Məhəmməd bin Raşid Əl Maktum Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Şeyx Hamdan bin Məhəmməd bin Raşid Əl Maktumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov və digər rəsmi şəxslər qarşılayıblar.


Bu gün, 12:30
Zəfər muzeyi sabahdan ziyarətçilər üçün açıq olacaq


Zəfər muzeyi sabahdan ziyarətçilər üçün açıq olacaq

Zəfər muzeyi noyabrın 9-dan ziyarətçilər üçün açıq olacaq.
Muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş "Dəmir yumruq" instalyasiyası və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur.
Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Divarboyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını simvolizə edir. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərin adları var.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər.
Bu gün, 12:21
Bayraq Günü 23 dərəcə isti olacaq


Bayraq Günü 23 dərəcə isti olacaq

Bakıda noyabrın 9-da 20, rayonlarda isə 23 dərəcə isti gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-13, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı və arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 1-5, gündüz 8-13 dərəcə isti olacaq.
Bu gün, 12:11
Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTO


Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoydu, şəhidlərin xatirəsini ehtiramla andı.
Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstələri düzdü.
Sonra dövlətimizin başçısı və birinci xanım Zəfər muzeyinin açılışında iştirak etdilər.
Zəfər muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncamından irəli gələrək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb.
Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Burada 8 ekspozisiya zalı yaradılıb: “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi”, “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış”, “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı”, “Şanlı Zəfər. Şuşanın azad olunması”, “Qəhrəmanlar yolu”, “Qarabağ Azərbaycandır!”, “Dövlət suverenliyinin bərpası. 20.09.2023”, “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş”.
Təqdim olunan faktlar, foto və videomateriallar, interaktiv nümayişlər və xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar, maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişi, şanlı Zəfər nəticəsində dövlət suverenliyinin bərpa olunması barədə məlumatları ziyarətçiyə dolğun çatdırmaqla yanaşı, həm də bu hadisələri hər bir kəsə yenidən yaşadır.
Muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Divarboyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını simvolizə edir. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərimizin adları var.
Muzeyin “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi” adlı birinci zalında Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağın təbii gözəlliyi, tarixi memarlıq baxımından zənginliyi təqdim edilir. Zalın divarındakı kitab instalyasiyalarında Ümummilli Lider Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə dair geniş məlumatlar var.
Zalın mərkəzində yerləşən interaktiv kitablar isə Qarabağın təbiəti, ədəbi irsi, musiqisi və xalq sənəti ilə yaxından tanış olmağa imkan yaradır. Eyni zamanda, ziyarətçilərə Qarabağın dövlətçilik, hərb, ədəbiyyat və incəsənət sahələrində iz qoymuş görkəmli şəxsiyyətlərinə dair məlumatlar çatdırılır.
Zəfər muzeyinin “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış” zalı Qarabağ münaqişəsinin ağrılı və unudulmaz səhifələrini əks etdirir. Burada münaqişənin xronologiyası, Ulu Öndərin və dövlətimizin başçısının apardıqları ardıcıl siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması, sülh prosesi barədə məlumatlar yer alıb. Zalda qaçqınlar və məcburi köçkünlər, münaqişə qurbanları, eləcə də işğal dövründə ermənilər tərəfindən dağıdılmış abidələr, məscidlər və milli irsə vurulan ziyan haqqında geniş məlumat təqdim olunur.
Qarabağda işğal dövründə dağıdılmış binaların, yerlə-yeksan edilmiş yaşayış yerlərinin taleyinə həsr olunan instalyasiya – viran qalmış ev və bu evin qalıqları altından baş qaldıran ağac isə həyatın yenidən dirçəlişinin rəmzidir.
“44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı” adlı üçüncü zal Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan qəhrəmanlıq mübarizəsini əks etdirir. Zalın mərkəzindəki LED monitorlar süni intellektlə hazırlanmış videomateriallarla ziyarətçini 44 günlük döyüşlərin mərkəzinə aparır. Monitorlarda döyüş əməliyyatları, hərbi nailiyyətlər və Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı hərbi hücumları ilə bağlı materiallar təqdim olunur. Holoqrafik ekranlar isə müasir hərbi texnikanı 3D formatda nümayiş etdirir. İnteraktiv xəritələr işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən hərbi əməliyyatların mərhələlərini ardıcıllıqla göstərir. Bu zalda tarixi Qələbənin qazanılmasında müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qoşun növlərinin bayraqları, eyni zamanda, Silahlı Qüvvələrin xüsusi təyinatlılarının maketləri var. Həmçinin burada Azərbaycan Prezidentinin Vətən müharibəsi və Zəfərlə bağlı bir sıra fərman və Sərəncamları nümayiş olunur.
“Şanlı Zəfər. Şuşanın azad olunması” adlı dördüncü zalda Azərbaycanın hərb tarixində xüsusi yer tutan, misilsiz taktiki bacarıqla həyata keçirilmiş əməliyyatı təqdim olunur. Vətən müharibəsi zamanı xüsusi təyinatlı döyüşçülər ağır artilleriyasız Şuşanı azad edərək böyük qəhrəmanlıq göstəriblər. Zalın mərkəzindəki Şuşa maketi döyüş meydanını əks etdirir, interaktiv monitorlar isə əməliyyatın gedişini və əsas taktiki məqamları ardıcıl izləməyə imkan yaradır. Digər monitorda şəhərin müharibə dövründə dağıdılmış abidələri təqdim edilir. Ekranda şanlı Zəfər yolunun emosional gedişi nümayiş olunur. Bu zal Şuşanın azadlığını, Azərbaycan əsgərlərinin rəşadətini və qəhrəmanlığını əks etdirir.
Azərbaycan əsgər və zabitlərinin igidliyinə, fədakarlığına və yenilməz iradəsinə həsr olunan “Qəhrəmanlar yolu” zalı isə ziyarətçilərə torpaqların azadlığı uğrunda aparılan mübarizənin ruhunu hiss etdirir. Burada Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara təqdim olunan orden və medalların nümunələri sərgilənir. Dəhlizi xatırladan “Qəhrəmanlar yolu” ziyarətçiləri xalqın birliyi və qələbə sevincini simvolizə edən növbəti zala aparır.
Növbəti zal isə “Qarabağ Azərbaycandır!” adlanır və xalqımız üçün milli bayrama çevrilən Zəfər Gününü, ümumxalq sevincini əks etdirir. Zalın mərkəzində Vətən müharibəsində şanlı Zəfərin və Qarabağın dirçəlişinin rəmzinə çevrilmiş Xarıbülbülün Murano şüşəsindən hazırlanmış instalyasiyası yerləşir. Parlaq işıqlar və rənglər zala bayram ab-havası bəxş edir, vizual effektlər sevinc və qürur hissini gücləndirir. Böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfərin yaşatdığı qürurverici və sevinc dolu anlar nümayiş olunur.
“Dövlət suverenliyinin bərpası. 20.09.2023” adlı yeddinci zal Azərbaycanın suverenliyinin bərpasına həsr olunub. Xəritə instalyasiyasında Qarabağın və Şərqi Zəngəzurun tam azad edildiyi, Azərbaycan tarixində yeni bir dövrün başlandığı nümayiş olunur.
Muzeyin sonuncu “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş” adlı zalı isə Qarabağın bərpasına və gələcək inkişafına həsr olunub. Zalın mərkəzindəki instalyasiyada qəhrəman şəhidlərimizin övladlarının səsi ilə Qarabağın parlaq gələcəyinə dair mesajlar verilir. İşıqlı üç keçid -bərpa, ekoturizm və inkişaf mövzularını əks etdirərək bölgənin yenidən qurulmasına yönəlmiş fəaliyyəti göstərir. Hər keçiddə mədəniyyət, təhsil və infrastruktur layihələrinin maketləri təqdim olunur. İnteraktiv ekranlar Qarabağın təbii gözəlliyini və davam edən bərpa prosesini canlandırır. Bu məkan Qarabağın dirçəlişini, dayanıqlı inkişafını və gələcəyinə olan inamı ifadə edir.
Ekspozisiya zalının çıxışındakı “Danışan fotolar” adlı bölmədə isə Zəfərin hekayəsini və ruhunu əks etdirən fotolar yer alıb. Burada qonaqlar üçün xatirə kitabı da yerləşdirilib.
Muzeydə, eyni zamanda, Auditorium zalı, kitabxana və kafe yaradılıb. Auditorium zalında seminar və konfransların, müxtəlif ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Muzeyin kitabxanasında Azərbaycan tarixinə, mədəni irsinə, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsinə, eləcə də Qarabağın bərpasına və inkişafına dair kitablar, araşdırma materialları təqdim olunur. Gələcəkdə hər bir şəhidimiz barədə toplanmış materialların, eləcə də Vətən müharibəsi qəhrəmanları haqqında sənədli filmlərin muzeyin bazasına yerləşdirilməsi nəzərdə tutulur.
Zəfər muzeyi, muzeyi əhatə edən Zəfər parkı, parkın girişindəki Zəfər tağı Azərbaycan tarixinə həkk olunmuş 44 günlük Vətən müharibəsini, şanlı Qələbəmizi, qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır, buraya gələn hər bir ziyarətçinin yaddaşında qürurverici bu tarix yenidən canlanır.
Zəfər muzeyi noyabrın 9-dan ziyarətçilər üçün açıq olacaq.































Bu gün, 12:06
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər - FOTO


İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər - FOTO

Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdilər.
Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbəmizə həsr olunmuş Hərbi parada hazırlaşan paytaxt Bakının mənzərəsini seyr etdilər.



Bu gün, 12:00
Prezident və birinci xanım Ulu Öndərin məzarını ziyarət etdilər - FOTO


Prezident və birinci xanım Ulu Öndərin məzarını ziyarət etdilər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyaraq xatirəsini ehtiramla andı.
Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini yad etdi.
Dövlətimizin başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olundu.









Bu gün, 11:50
Türkiyədə fabrikdə dəhşətli yanğın - 6 nəfər ölüb


Türkiyədə fabrikdə dəhşətli yanğın - 6 nəfər ölüb

Türkiyədə fabrikdə baş verən yanğın nəticəsində 6 nəfər həlak olub.
Hadisə Kocaelinin Dilovası rayonunda ətir fabrikində baş verib.
Yanğın nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb. Həlak olanların fabrikin işçiləri olduğu bildirilir.
Əraziyə yanğınsöndürən qruplar cəlb olunub.
Bu gün, 10:43
Qaxda 3 uşaq anasının meyti tapıldı


Qaxda 3 uşaq anasının meyti tapıldı

Qaxda 3 uşaq anasının meyti tapılıb.
Hadisə rayonun Şotavar kəndində baş verib. 1989-cu il təvəllüdlü Baxışova Züləccə Oruc qızının meyiti yaşadığı ünvanda aşkar edilib.
Faktla baglı araşdırma aparılır.
Bu gün, 10:25
Türkiyə Milli Müdafiə Nazirliyindən Zəfər TƏBRİKİ


Türkiyə Milli Müdafiə Nazirliyindən Zəfər TƏBRİKİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.
Bu barədə nazirliyin “X” hesabında təbrik mesajı paylaşılıb.
“5 il əvvəl Qarabağda böyük bir zəfər qazanan Azərbaycan türkü qardaşlarımızın 8 noyabr Zəfər Gününü təbrik edir, qardaşlarımızı ürəkdən salamlayırıq. Türkiyə və Azərbaycan əbədi “Bir millət, iki dövlət” olaraq birlikdə olmağa davam edəcək”, - nazirliyin təbrik mesajında qeyd edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!