Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırılıb .....                        Fransanın eks-prezidenti həbsdən buraxıldı .....                        BBC-nin baş direktoru istefa verib .....                        Ermənistanda "Honq Konq qripi" aşkarlandı .....                        Paşinyan orduda əməliyyat müşavirəsi keçirdi .....                        Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının finalında .....                        Sabir Rüstəmxanlıdan etiraz: Prezidentin siyasətinə ziddir! .....                        Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLAYIB .....                        Gədəbəydə güclü yanğın: hərbçilər də olaya cəlb olundu - VİDEO .....                       
Bu gün, 17:50
Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırılıb


Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırılıb

Bakı–Qazax magistral yolunun 90-cı kilometrindən başlayaraq aparılan təmir işləri ilə əlaqədar yaranmış nəqliyyat sıxlığı, əraziyə cəlb edilən Dövlət Yol Polisi və Post-Patrul Xidməti əməkdaşlarının fasiləsiz xidməti nəticəsində aradan qaldırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, hazırda qeyd olunan istiqamətdə hərəkətin təhlükəsiz və fasiləsiz təşkili xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən davam etdirilir.
"Sürücülərdən xahiş olunur ki, yol hərəkəti qaydalarına əməl etsinlər və əks istiqamətli hərəkət zolağına çıxmasınlar", - məlumatda deyilir.
Bu gün, 17:13
Fransanın eks-prezidenti həbsdən buraxıldı


Fransanın eks-prezidenti həbsdən buraxıldı

Fransanın keçmiş prezidenti Nikola Sarkozi apelyasiya şikayətinə baxılana qədər Paris məhkəməsi tərəfindən şərti olaraq həbsdən azad edilib.
O, 2007-ci il seçki kampaniyasını maliyyələşdirmək üçün Liviya diktatoru Müəmmər Qəzzafidən milyonlarla avro alınmasında - “Liviya işi” adlandırılan cinayətkar sövdələşmədə iştirak etməkdə təqsirli bilib. Bu yaxınlarda 5 il həbs cəzasına məhkum edildikdən sonra üç həftə təcridxanada qalıb.
Sarkozi korrupsiya və seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi də daxil olmaqla digər ittihamlardan bəraət alıb.
Məhkəmə Fransanın keçmiş prezidentinin ölkəni tərk etməsinə icazə verilməyəcəyinə qərar verib. Apelyasiya dinləməsinin daha sonra keçiriləcəyi gözlənilir.
Bu gün, 17:08
BBC-nin baş direktoru istefa verib


BBC-nin baş direktoru istefa verib

Britaniya Yayım Korporasiyasının (BBC) Baş direktoru Tim Davie və BBC News-un xəbərlər üzrə rəhbəri Deborah Turness BBC Panoramada yayımlanan sənədli filmdə ABŞ prezidenti Donald Trampın çıxışının redaktə edildiyi iddiaları fonunda istefa veriblər.
Tim Davienin sözlərinə görə, o, yaxın aylarda öz vəzifəsini yeni rəhbərliyə lazımi formada təhvil vermək üçün Direktorlar Şurası ilə işdən çıxmaq vaxtını razılaşdırır.
"Panoramanın Trump haqqında çəkdiyi verilişi ilə bağlı mübahisələr elə bir həddə çatıb ki, BBC-yə - çox sevdiyim quruma zərər vurur", - Deborah Turness açıqlayıb.
Xatırladaq ki, BBC-nin Baş direktoru Tim Davie qurumda 20 il fəaliyyət göstərib.
Bu gün, 17:04
Ermənistanda "Honq Konq qripi" aşkarlandı


Ermənistanda "Honq Konq qripi" aşkarlandı

Ermənistanda A tipli qrip - H3N2 (Honq Konq) aşkar edilib.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin məlumatında bildirilib.
"Honq Konq qripi" kimi də tanınan H3N2 qripi mövsümi epidemiyalara səbəb olan A qrip virusunun bir ştammıdır.
Qrip yüksək hərarət, öskürək və əzələ ağrısı ilə müşayiət oluna bilən tənəffüs yolları xəstəliklərinə səbəb olur. Əksər hallarda xəstəlik keçsə də, H3N2, xüsusən də uşaqlarda və yaşlılarda ağırlaşmalara səbəb ola bilər.
Səhiyyə Nazirliyi vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa, tənəffüs yolları infeksiyalarından əziyyət çəkən insanlarla təmasdan çəkinməyə və xəstəlik halında evdə qalmağa çağırıb.
"Honq Konq qripi" ölkədə sonuncu dəfə 2023-cü ildə yayılıb.
Bu gün, 16:56
Paşinyan orduda əməliyyat müşavirəsi keçirdi


Paşinyan orduda əməliyyat müşavirəsi keçirdi

Baş nazir Nikol Paşinyan noyabrın 10-da Müdafiə Nazirliyində Silahlı Qüvvələr rəhbərliyilə əməliyyat müşavirəsi keçirb.
N.Paşinyan iclasda ordunun davamlı modernləşdirilməsinin və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıb.
Bu kontekstdə Silahlı Qüvvələrin inkişafı üçün strateji baxış, yeni təhlükəsizlik mühitinin qiymətləndirilməsi, effektiv idarəetmə, insan resurslarının inkişafı və digər məsələlər müzakirə olunub.
Bu gün, 16:29
Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının finalında


Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının finalında

Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.
Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə keçiriləcək Avropa çempionatı – 2026-nın final mərhələsində fəaliyyət göstərəcək 32 hakimdən biri olacaq. H.Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.
Beləliklə, tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.
Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.
Bu gün, 15:58
Sabir Rüstəmxanlıdan etiraz: Prezidentin siyasətinə ziddir!


Sabir Rüstəmxanlıdan etiraz: Prezidentin siyasətinə ziddir!

“Tanıdığım bir adam evinin təmiri üçün alış-veriş edərkən Ana dilimizə 34 illik müstəqillik yolundan sonra da davam edən sayqısızlığa dözə bilməyib və narazılığını mənə yazıb”.
Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycan Dil Qurumunun başqanı, Xalq şairi Sabir Rüstəmxanlı bildirib.
O, mağazaların birində vətəndaşa verilən qaimənin fotosunu sosial şəbəkədə paylaşaraq yazıb:
“Bu sənəddə diqqət çəkən iki ciddi məsələ mövcuddur.
Birincisi, qaimənin (xərclər sənədinin) rus dilində tərtib olunmasıdır. Ölkəmizdə dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikasının “Dövlət dili haqqında” Qanununa əsasən, ölkədə fəaliyyət göstərən bütün müəssisə-təşkilatlar rəsmi sənədləşməni dövlət dilində aparmalıdırlar. Bu qaimənin rus dilində hazırlanması həm hüquqi, həm də dilimizin dövlət idarəçiliyində və ticarət dövriyyəsində rolunun azaldılması baxımından dilimizə hörmətsizlikdir.
İkinci problem sənəddə qeyd olunan avadanlıqların adlarının indiyədək Azərbaycan dilində müəyyən edilməməsi və yad dildə göstərilməsidir. Əgər bu avadanlıqların dövlət reyestrində və ya texniki təsnifat sistemində Azərbaycan dilində qarşılığı artıq mövcuddursa, o zaman həmin adların sənədlərdə istifadəsinin olmaması məsuliyyətsizlikdir. Əgər hələ qarşılıqlar müəyyən edilməyibsə, bu da ayrıca problem kimi qalır və müvafiq qurumların — özəlliklə Terminalogiya Komitəsinin və Standartlaşdırma, Metrologiya və Patent üçün Dövlət Komitəsinin bu istiqamətdə işini sürətləndirməsi vacibdir.
Prezident İlham Əliyev iki gün öncə Elmlər Akademiyasındakı çıxışında vurğulayıb ki, dilimizin saflığının qorunması hər bir azərbaycanlının borcudur.
Sənədlərin dövlət dilində tərtib edilməməsi və texniki adlandırmaların milli dilimizdə olmaması, Prezidentin apardığı milli dil siyasətinə ziddir.
Azərbaycan dilinin iqtisadi-texniki sahələrdə işlənməsi yalnız dil siyasətinin tələbi deyil, həm də milli kimliyimizin qorunması deməkdir. Buna görə də hər bir kommersiya sənədi, o cümlədən qaimələr yalnız Azərbaycan dilində tərtib edilməli və malların adları Azərbaycan terminologiyasına uyğun yazılmalıdır. Bu yanaşma həm hüquqi cəhətdən, həm də ictimai-mədəni baxımdan əsaslıdır.
Dövlət idarələri və kommersiya təşkilatları vətəndaşın bu və buna bənzər iradlarını diqqətlə nəzərə almalıdırlar”.
Bu gün, 15:37
Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLAYIB


Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLAYIB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2026-cı ildə Ermənistanla sülh müqaviləsinin imzalanması ehtimalının böyük olduğunu vurğulayıb.
Nazir bu barədə İTV-yə müsahibəsində deyib.
"Əlbəttə ki, heç kim 100% zəmanət verə bilməz, amma mən bu ehtimala nikbin yanaşıram", - deyə Ceyhun Bayramov bildirib.
"Azərbaycanla sülh prosesinin başa çatması Ermənistanın özünün maraqlarına uyğundur, ona görə də inanıram ki, belə bir ehtimal çox yüksəkdir", - nazir əlavə edib.
C.Bayramovun sözlərinə görə, bunun asan olacağını düşünmür. Onun fikrincə, əvvəlki kimi, üçüncü ölkələr tərəfindən bu prosesi pozmaq cəhdləri olacaq.
Nazir hesab edir ki, iki ölkə arasındakı münasibətlərin tarixi nəzərə alınmaqla, sülh müqaviləsinin imzalanmasının qısa müddət sonra Azərbaycan və Ermənistan arasında sıx dostluq və tamhüquqlu mehriban qonşuluq münasibətlərinə gətirib çıxarması ehtimalı azdır.
"Və bu, anlayışla qəbul edilməlidir", - deyə o vurğulayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, son iki ildir ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi davam edir.
"Belə qısa müddət ərzində inanıram ki, qalib ölkə ilə məğlub ölkə arasında normallaşdırma prosesi çox sürətlə gedir", - deyə o qeyd edib.
C.Bayramov həmçinin “Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsinin Azərbaycan və Ermənistan arasında ortaq iqtisadi maraqların yaranmasına səbəb olacağı fikrini ifadə edib.
Qeyd edək ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar bir sıra razılıq əldə olunub, sülh sazişi layihəsi paraflanıb. Bu razılıqlara uyğun olaraq 1 sentyabr 2025-ci il tarixindən etibarən ATƏT-in Minsk qrupunun ləğvinə dair qərar qəbul edilib.
Rəsmi Bakının tələbinə görə, yekun sülh süzişinin imzalanması üçün Ermənistan öz konstitusiyasına dəyişiklik etməli, onun preambula hissəsində Azərbaycana qarşı olan ərazi iddiası çıxarılmalıdır.
Bu gün, 15:06
Gədəbəydə güclü yanğın: hərbçilər də olaya cəlb olundu - VİDEO


Gədəbəydə güclü yanğın: hərbçilər də olaya cəlb olundu - VİDEO

Gədəbəy rayonunun Dördlər və Mormor kəndləri istiqamətində dağlıq ərazidə yanğının baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Bildirilib ki relyefin mürəkkəbliyi və mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri əl üsulu ilə fasiləsiz olaraq davam etdirilir.
Hazırda yanğının söndürülməsi əməliyyatları FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə birgə həyata keçirilir.
Qurumdan qeyd edilib ki, əlavə məlumat veriləcək.

Bu gün, 15:00
Toy karvanı qəzaya düşdü: ölən və yaralanan var


Toy karvanı qəzaya düşdü: ölən və yaralanan var

Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Toy karvanında hərəkətdə olan "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.
Artıq ölən və yaralananların kimliyi də məlum olub.
Belə ki, qəza zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü, Xaçmaz rayon sakini 23 yaşlı Mehdiyev Şahbala Asəf oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Avtomobildə olan sərnişin Süleymanov Ceyhun Zülfüqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba mərkəzi rayon xəstəxanasına yerləşdirilib, hazırda ona tibbi yardım göstərilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!