34 il əvvəl Qarakənddə kimlər həlak olmuşdu... - SİYAHI .....                        Azərbaycanda iki şəhidin məzarı qarət edildi - VİDEO .....                        Prezident Ağdamla bağlı paylaşım etdi .....                        Ağdamın azadlığının beşinci ili .....                        Qonşusunun qulağını dişləyib qopardı, həbs edildi .....                        ABŞ Ukraynanın təslim olmasını tələb edir – ŞOK PLAN .....                        Xocavənddə 140 ev təmir olunacaq - 12 MİLYONLUQ SİFARİŞ .....                        Həmin açarı bu dəfə Ronaldoya hədiyyə etdi .....                        Kremldə nə baş verir? .....                       
Bu gün, 00:43
34 il əvvəl Qarakənddə kimlər həlak olmuşdu... - SİYAHI


34 il əvvəl Qarakənddə kimlər həlak olmuşdu... - SİYAHI

Bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür.
1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 34 il ötür.
Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.
Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
1991-ci il noyabrın 20-də “Mi-8” hərbi vertolyotunda həlak olanlar:

- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi;

- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror;

- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri;

- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini;

- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili;

- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili;

- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri;

- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini;

- İqor Aleksandroviç Plavski - keçmiş DQMV-nin prokuroru;

- Vladimir Vladimiroviç Kovalyov - keçmiş DQMV Daxili İşlər İdarəsinin rəisi;

- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi;

- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı;

- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini;

- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru;

- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant;

- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi;

- Alı Mustafa oğlu Mustafayev - telejurnalist;

- Arif İsmayıl oğlu Hüseynzadə - “AzTV”də işıqçı;

- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator;

- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri;

- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü;

- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü.
Bu gün, 00:30
Azərbaycanda iki şəhidin məzarı qarət edildi - VİDEO


Azərbaycanda iki şəhidin məzarı qarət edildi - VİDEO

Bakıda 2 Vətən Müharibəsi şəhidinin məzarı qarət edilib.
Hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında baş verib.
Şəhid Mayor Səyavuş Kəlbalıyevin həyat yoldaşı Pərvanə Kəlbalıyeva deyir ki, hadisə ilə bağlı xəbəri səhər saatlarında alıb.
Onun oğurlanan yeganə əşyaları (döyüş dəbilqəsi və çəkmələri) 4 ildir şüşə qutunun içərisində, məzarın yanında qorunurmuş.
Digər şəhid Fəxri Məmmədovun atası Habil Fəxri isə deyir ki, hadisəni eşidəndəndən dərin sarsıntı içərisindədirlər:
“Balamın əlləri dəyən öz gitarasını, tək təsəllimizi aparıblar”.
Hadisə ilə bağlı DİN-dən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Əməli törədən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Bu gün, 00:13
Prezident Ağdamla bağlı paylaşım etdi


Prezident Ağdamla bağlı paylaşım etdi

Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının 5-ci ildönümü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Butov.az həmin paylaşımı təqdim edir:

Bu gün, 00:02
Ağdamın azadlığının beşinci ili


Ağdamın azadlığının beşinci ili

Bu gün - noyabrın 20-si Ağdam Şəhəri Günüdür.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 5 il ötür.
Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.
Qeyd edək ki, Ağdamın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Ağdamın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Ağdamın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib.
Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər - Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri dağıdılıb və ya yerlə-yeksan edilib. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır. Şəhər “Qafqazın Xirosiması” adlandırılırdı, çünki düşmən tapdağı olduğu illərdə bura tamamilə dağıdılmışdı.
2021-ci il mayın 28- də Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. .
Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif səfərləri zamanı açılışında iştirak etdiyi sənaye müəssisələri, Ağdam cümə məscidi, “İmarət” tarixi kompleksi, “Aghdam City Hotel” mehmanxanası, dörd bir tərəfdə sürətlə davam edən bərpa-quruculuq işləri ilə tarixi şəhəri yenidən "ağ gün"lərinə qovuşur.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!