Samir Nuriyev iclas keçirdi .....                        2026-cı ilin qeyri-iş günləri - CƏDVƏL .....                        II Qaregin çağırış etsə, hər şeyə hazırıq! - Sarkisyan .....                        Paşinyan seçilməsə, Zəngəzur məsələsi necə olacaq? - ŞƏRH .....                        Paşinyanın dediyi müqavilədən sonra olacaq .....                        Əli Əsədov Aşqabadda Kobaxidze ilə görüşdü .....                        Azərbaycan Macarıstana 800 milyon kubmetr qaz satacaq .....                        Bakıda oğurluq edib qaçan şəxslər tutuldu .....                        Paşinyan Moskvadakı iclasa yetişdi .....                       
20-11-2025, 22:17
Hər 10 müəllimdən yalnız biri işdən çıxarılıb - RƏSMİ


Hər 10 müəllimdən yalnız biri işdən çıxarılıb - RƏSMİ

Ölkədə aparılan sertifikatlaşdırma prosesində indiyədək 80 mindən artıq müəllim iştirak edib. Nəticələrə əsasən, təxminən 50 min müəllimin əməkhaqqısına 10 faiz, 24 mindən çox müəllimin əməkhaqqısına isə 35 faizdən artıq artım tətbiq olunub.
Bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında səsləndirib.
Nazir bildirib ki, proses zamanı 8 minə yaxın müəllim isə xüsusilə 2022-2025-ci illər üzrə qiymətləndirmələr nəticəsində vəzifə və peşə funksiyalarını lazımi səviyyədə yerinə yetirmədiyi üçün işdən azad edilib:
“Ümumi göstəricilərə görə, müəllimlərin 9 faizi işdən çıxarılıb, 30 faizi yüksək nəticə göstərərək əlavə ödəniş alıb, 61 faizi isə stabil və qənaətbəxş nəticə nümayiş etdirib”.
Nazir əlavə edib ki, sertifikatlaşdırmadan keçən hər 10 müəllimdən 9-nun əməkhaqqı artırılıb, yalnız 1 nəfər qeyri-kafi göstəricilər səbəbindən işdən azad edilib:
“Bu proses təhsildə keyfiyyətin yüksəldilməsinə xidmət edir və müəllimlərin peşəkarlığının artırılması Azərbaycan təhsilinin ümumi inkişafına müsbət təsir göstərir”,-deyə E.Əmrullayev qeyd edib.
20-11-2025, 21:25
Sığınacaqda ölən Nurcanla bağlı RƏSMİ AÇIQLAMA


Sığınacaqda ölən Nurcanla bağlı RƏSMİ AÇIQLAMA

Sosial Xidmətlər Agentliyi “Təmiz Dünya” Qadınlara Yardım İB-də vəfat edən 16 yaşlı Nurcanla bağlı açıqlama yayıb.
Açıqlamada deyilir:
“Bildiririk ki, 21 avqust 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qohumlarının evindən qaçan Nurcan Elşad qızı Cəfərova barəsində məlumat daxil olub.
Tərəfimizdən uşağın mənafeyinin qorunması məqsədilə dərhal tədbirlər görülüb və qiymətləndirilməsi aparılıb.
Məlum olub ki, Nurcanın anası Vüsalə Orucova 2014-cü ildə vəfat edib, atası isə Rusiyada yaşayır.
Uşağın xalası Turanə Həsənova müxtəlif səbəblərdən ona qayğı göstərmək istəmədiyini bildirib”.
Bildirilir ki, qiymətləndirmə prosesində Nurcan da xalasının ailəsinə geri qayıtmaq istəmədiyini qeyd edib:
“Nurcan Cəfərovanın təhlükəsizliyinin təmin edilməsi və mənafeyinin qorunması məqsədilə o, Agentliyin 11.09.2025-ci il tarixli qərarı ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib və sığınacaq tərəfindən uşaqla sosial-psixoloji reabilitasiya işləri aparılıb.
Həmçinin uşağın gələcək hüquqi statusunun müəyyənləşdirilməsi və ona himayəçi təyin olunması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinə Agentlik tərəfindən sorğu göndərilib. Cavab məktubuna əsasən Nurcan Cəfərova üçün himayəçi təyin edilə biləcək şəxs müəyyən edilməyib”.
Qeyd olunub ki, Nurcan sığınacaqda olduğu müddətdə mütəmadi olaraq xalası ilə telefon əlaqəsi saxlayıb:
“Atası Elşad Səfərov ölkəyə qayıtdıqdan sonra 18.11.2025-ci il tarixində uşaqdan rəsmi qaydada imtina edib.
Sosial Xidmətlər Agentliyinin kollektivi olaraq baş vermiş faciəvi hadisə ilə bağlı kədərləndiyimizi bildirir, Nurcana Allahdan rəhmət diləyirik”.
20-11-2025, 20:24
3+3 bu dəfə Bakı və İrəvanda - Moskvadan REAKSİYA


3+3 bu dəfə Bakı və İrəvanda - Moskvadan REAKSİYA

Rusiyanın Azərbaycanın və Ermənistanın münasibətlərinin normallaşdırılması prosesində mövqeyi dəyişməyib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinqdə bildirib.
Zaxarovanın sözlərinə görə, Moskvanın əsas məqsədi regionda uzunmüddətli sülh və sabitliyə nail olmaqdır:
“Cəhdlərimiz Cənubi Qafqazda davamlı sülh və rifaha yönəlib. Üçtərəfli razılaşmalar öz aktuallığını itirməyib, əksinə, Bakı və İrəvan arasında sülh prosesinin yol xəritəsi olaraq qalır”, – deyə o vurğulayıb.
Rusiya XİN rəsmisi əlavə edib ki, Moskva tərəflərə qarşılıqlı məqbul həll yolunun tapılması üçün bundan sonra da lazımi dəstəyi göstərməyə hazırdır.
Mariya Zaxarova həmçinin bildirib ki, regional əməkdaşlıq platforması olan “3+3” formatının növbəti toplantısı ya Bakıda, ya da İrəvanda baş tutmalıdır.
O, xatırladıb ki, xarici işlər nazirlərinin bu formatdakı son görüşü 2024-cü ilin oktyabrında İstanbulda keçirilib.
“Ümid edirik ki, Azərbaycan və Ermənistan tərəfləri yaxın vaxtlarda növbəti görüşün harada olacağına dair razılığa gələcəklər, biri bu il, digəri gələn il tədbiri təşkil edə bilər. Biz isə onların qərarını dəstəkləməyə hazırıq”, – Zaxarova qeyd edib.
20-11-2025, 20:13
Şəhid məzarlarından oğurluq edənlər TUTULDU


Şəhid məzarlarından oğurluq edənlər TUTULDU

Ötən gün paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı Kənan Əsədli və 16 yaşlı Vüqar Quliyev saxlanılıblar. Onların məzarların üzərindən oğurladıqları gitara, hərbi çəkmə və hərbi dəbilqə polis əməkdaşları tərəfindən aşkar olunaraq şəhid ailələlərinə qaytarılıb.
Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində araşdırma aparılır.
20-11-2025, 19:17
Ağcabədidə dəhşətli qəza - 2 əmioğlu öldü


Ağcabədidə dəhşətli qəza - 2 əmioğlu öldü

Ağcabədidə baş verən qəza zamanı 2 əmioğlu ölüb bir nəfər ağır xəsarət alıb.
Hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayon Qaradolaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "GAZ"el markalı yük maşını "VAZ" 21015 markalı avtomobillə toqquşub.
Qəza zamanı "VAZ"ın sürücüsü 1984-cü il təvəllüdlü Vəliyev Orxan hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər O.Vəliyevin həyat yoldaşı Vəliyeva Türkan və əmisi oğlu 1972-ci il təvəllüdlü Vəliyev Elsevər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
E.Vəliyev əməliyyat olunsa da, əməliyyatdan sonra xəstəxanada vəfat edib. Ağır xəsarətlər alan Türkan Vəliyevanın müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma başlanıb.
20-11-2025, 19:08
Qaçdığı deyilirdi, ölkəsinə qayıtdı


Qaçdığı deyilirdi, ölkəsinə qayıtdı

Adı Ukraynada korrupsiyada hallanan Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerov ölkəsinə qayıdıb.
Bu barədə millət vəkili Aleksey Qonçarenko özünün "Telegram" kanalında məlumat verib.
"Rustem Umerov ölkəyə qayıdıb", - deyə parlamentari yazıb.
"Berliner Zeitung" (BZ) nəşri noyabrın 20-də yazıb ki, Umerovun ezamiyyətinin vaxtının uzadılması Ukrayna elitasını narahat edir. Bildirilir ki, Umerovun xaricə "qaçması" onun Ukraynada korrupsiya qalmaqalına aidiyyəti olması ilə bağlı şayiələri qızışdırır.
20-11-2025, 18:41
Azərbaycanda bu avtobuslarda gedişhaqqı 60 qəpik oldu - YENİ SİYAHI


Azərbaycanda bu avtobuslarda gedişhaqqı 60 qəpik oldu - YENİ SİYAHI

Bu ilin oktyabr ayının 1-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib.
Yeni qərara əsasən, müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik olaraq müəyyən edilib.
Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edib.
Qərarın qəbul edilməsindən sonra bir sıra marşrutlar yenilənib və yeni tarifə keçib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, tarif dəyişikliyi yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçirilir. Müasir standartlar dedikdə elektrikli, sıxılmış təbii qazla (CNG) işləyən və 2025-ci il istehsalı olan dizel mühərrikli avtobuslar nəzərdə tutulur. Bakıda bu qayda yalnız elektrikli və CNG texnologiyası ilə işləyən avtobuslara şamil edilir. Dəyişiklik paytaxtın marşrut şəbəkəsinin təxminən 35%-ni əhatə edir.








20-11-2025, 18:13
“Azərbaycanla Ermənistan bir-birini gücləndirə bilər”


“Azərbaycanla Ermənistan bir-birini gücləndirə bilər”

Ermənistan, Azərbaycan və Gürcüstan Cənubi Qafqazın əsas nəqliyyat qovşağı kimi rolunu gücləndirə bilər.
Bunu Ermənistan parlamentinin deputatı Mariya Karapetyan İstanbulda keçirilən ATƏT Parlament Assambleyasının payız sessiyasında çıxışı zamanı bildirib.
Deputat xatırladıb ki, bu ilin oktyabrında Azərbaycan Ermənistan istiqamətinə yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu addımı “sülhün yalnız kağız üzərində deyil, real həyatda da mövcud olduğunu” göstərən mühüm siqnaldır.
Karapetyan deyib ki, Ermənistan Türkiyədən Azərbaycana və Naxçıvana yük daşımalarının həyata keçirilməsinə hazır olduğunu bəyan edib və bunun üçün öz ərazisində mövcud yol infrastrukturundan istifadə edilə bilər.
O, həmçinin Qazaxıstan və Rusiyadan Ermənistana göndərilən taxılın Azərbaycan və Gürcüstan ərazisindən daşınmasını regionda kommunikasiyaların açılmasının praktiki olaraq artıq nəticə verdiyinin göstəricisi kimi qiymətləndirib.
“Cənubi Qafqaz ölkələri bir-birini gücləndirə bilər və regionu Avropa, Qara dəniz, Türkiyə, Xəzər və Mərkəzi Asiyanı birləşdirən əsas tranzit mərkəzi kimi inkişaf etdirə bilər”, – deputat vurğulayıb.
Karapetyan əlavə edib ki, Ermənistan yaxın gələcəkdə Türkiyə ilə quru sərhədin açılacağına və iki ölkə arasında diplomatik münasibətlərin bərpa olunacağına ümid edir.
20-11-2025, 18:06
Ərdoğandan əhali ilə bağlı XƏBƏRDARLIQ


Ərdoğandan əhali ilə bağlı XƏBƏRDARLIQ

Türkiyədə əhalinin artım tempi azalır və doğum nisbəti fəlakətli 1.48 səviyyəsindədir. Millət qocalır. Ölkənin gələcəyi üçün həyəcan təbili çalınır.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı “Beştəpə” elmi kitabxanasında ailə və mədəniyyət mövzusunda keçirilən simpoziumun iştirakçılarına müraciət edərkən deyib.
Dövlət başçısı müasir cəmiyyətin insanları daha çox təcrid edən fərdiyyətçiliyə üstünlük verməsindən təəssüfləndiyini bildirib.
“Ailə institutunu araşdıraraq millətin sərhədlərini anlayırıq və xalqı təhlil edərək isə onun yaratdığı mədəniyyəti dərindən öyrənirik”, - deyən Türkiyə lideri ailəni “tərbiyə və həyat məktəbi” adlandırıb.
Prezident qeyd edib ki, 2024-cü ilin sonunda Türkiyədə orta evlilik yaşı qadınlar üçün 25.8, kişilər üçün isə 28.3 olub.
“Statistikaya görə, Türkiyədə boşanmaların üçdəbiri evliliyin ilk beş ilində baş verir. 2008-ci ildə ölkəmizdə ailələrdə orta hesabla dörd nəfər yaşayırdısa, bu ilin əvvəlində bu rəqəm 3,11-ə düşüb”, - deyə Prezident bildirib. O, həmçinin Türkiyə hökumətinin növbəti 10 ili “Ailə və Əhali Onilliyi” elan etdiyini bildirib.
Bu baxımdan Prezident Ərdoğan gənc ailələrə daha fəal dəstək vermək planlarını açıqlayıb. “Evlənən gənc vətəndaşlara, eləcə də uşağın doğulmasına görə ödənişlər 2026-cı ildən etibarən artacaq”, - deyə siyasətçi bəyan edib.
20-11-2025, 17:23
Şuşada 37 milyon manata yeni yaşayış binaları tikiləcək


Şuşada 37 milyon manata yeni yaşayış binaları tikiləcək

Şuşada yeni yaşayış binalarının tikintisi üzrə tender elan edilib.
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” 36,6 milyon manatlıq tikinti və abadlıq işlərinin satın alınması üçün müsabiqə elan edib.
Satınalma Şuşa şəhərinin D-3 massivində yerləşən 2-ci mərhələ çərçivəsində inşa ediləcək 7 yeni yaşayış binasının tikintisi və ərazinin abadlaşdırılması işlərini əhatə edir.
Tikinti və abadlıq işlərinin ümumi ehtimal olunan dəyəri 36.671.544 AZN təşkil edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!