Samir Nuriyev iclas keçirdi .....                        2026-cı ilin qeyri-iş günləri - CƏDVƏL .....                        II Qaregin çağırış etsə, hər şeyə hazırıq! - Sarkisyan .....                        Paşinyan seçilməsə, Zəngəzur məsələsi necə olacaq? - ŞƏRH .....                        Paşinyanın dediyi müqavilədən sonra olacaq .....                        Əli Əsədov Aşqabadda Kobaxidze ilə görüşdü .....                        Azərbaycan Macarıstana 800 milyon kubmetr qaz satacaq .....                        Bakıda oğurluq edib qaçan şəxslər tutuldu .....                        Paşinyan Moskvadakı iclasa yetişdi .....                       
20-11-2025, 14:56
Ermənistanda bu qadınlar hərbi xidmətə çağırılırlar


Ermənistanda bu qadınlar hərbi xidmətə çağırılırlar

24 noyabr 2025-ci il tarixindən 31 yanvar 2026-cı il tarixinə qədər Ermənistanda qış çağırışı və tərxis dövrü elan ediləcək.
Məcburi hərbi xidmət və alternativ xidmət üçün qış çağırışı 2025-ci il dekabrın 31-də və ya daha əvvəl 18 yaşı tamam olan kişi vətəndaşlar, eləcə də əvvəllər verilmiş məcburi hərbi xidmətdən möhlət müddəti bitənlər üçün elan ediləcək.
2025-ci il qış çağırışının bir hissəsi olaraq, 1 oktyabr 2025-ci il tarixinə qədər könüllü məcburi hərbi xidmət üçün ərizə təqdim edən qadınlar da hərbi xidmətə çağırılacaqlar.
2025-ci ilin qış çağırışının bir hissəsi olaraq, qanunla müəyyən edilmiş müddətlərdə məcburi hərbi xidməti və ya alternativ hərbi xidməti başa vuran hərbi qulluqçular 31 yanvar 2026-cı il tarixinədək ordudan tərxis olunacaqlar.
Müəyyən edilmiş müddətdə alternativ əmək xidmətini başa vuran şəxsi heyət alternativ əmək xidmətindən azad ediləcək.
20-11-2025, 14:37
Köç karvanı Hadrut qəsəbəsinə çatdı - FOTO


Köç karvanı Hadrut qəsəbəsinə çatdı - FOTO

Növbəti köç karvanı Xocavəndin Hadrut qəsəbəsinə çatıb.
Noyabrın 20-də doğma yurduna yola salınan köç karvanı Hadrut qəsəbəsinə çatıb.
Bu mərhələdə Hadrut qəsəbəsinə köçürülən 63 nəfərdən ibarət 17 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.



20-11-2025, 14:21
Şuşakəndə 54 nəfər qayıtdı - FOTO


Şuşakəndə 54 nəfər qayıtdı - FOTO

Noyabrın 20-də Xocalı rayonunun Şuşakənd kəndinə növbəti dəfə köç olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə Şuşakəndə 54 nəfərdən ibarət 15 ailə qayıdıb.
Mənzillərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri doğma yurdlarına qayıdış münasibətilə təbrik edərək bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma proqramı çərçivəsində Şuşakənd və digər yaşayış məntəqələrində bütün əsas infrastruktur, yol, su, elektrik, qaz və digər kommunal xidmətlər tam şəkildə təmin olunub.
Qeyd olunub ki, bu mərhələ ilə birlikdə Şuşakəndə ümumilikdə 284 nəfər -yəni 76 ailə qayıdıb.










20-11-2025, 14:08
PUA ilə 33 kiloqramdan çox narkotikin ölkəmizə keçirilməsinin qarşısı alındı


PUA ilə 33 kiloqramdan çox narkotikin ölkəmizə keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana uçuş aparatı vasitəsilə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində İrandan uçuş aparatı vasitəsilə narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 33 kiloqram 345 qram narkotik vasitə (29 kq 575 qram marixuana; 3 kq 125 qram metamfetamin; 565 qram tiryək; 80 qram metadon suyu) və 6758 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
20-11-2025, 13:57
Kanalizasiyada ölən Cümşüdə görə vəzifəli şəxsə cinayət işi açılıb


Kanalizasiyada ölən Cümşüdə görə vəzifəli şəxsə cinayət işi açılıb

“Baksol” yolu ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanmış cinayət işinin istintaqı başa çatıb.
Hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib.
Amma sahə rəisi həbs edilməyib. Məhkəməyə qədər onun barəsində “başqa yerə getməmək haqda” qətimkan tədbiri seçilib.
Hazırda prokurorluqda toplanmış materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşi hakim Gültəkin Əsədova araşdıracaq.
Qeyd edək ki, Cümşüdün meyiti Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən kanalizasiya təmizləmə anbarında tapılmışdı. O, ailənin yeganə övladı idi.
20-11-2025, 13:48
Azərbaycanda avtomobil nömrələrində defis işarəsi ləğv edildi


Azərbaycanda avtomobil nömrələrində defis işarəsi ləğv edildi

Azərbaycanda avtomobil nömrələrində yenilik edilib.
Bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara görə, AZS 599:2025 dövlət standartına əsasən, dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasındakı "defis" işarələri ləğv edilib.
Xatırladaq ki, bir müddət əvvəl dövlət qeydiyyat nişanlarındakı mikroçiplər də ləğv edilmişdi.
Qeyd edək ki, bu günə qədər avtomobil nömrələrindəki defis işarəsini silən sürücülər cərimə olunurdu.
20-11-2025, 09:54
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü tamam olur. Bu tarix neçə mindən artıq insanı öz sıralarında birləşdirən, milyonlarla təəssübkeşi olan bir təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin müstəqillik tarixində əlahiddə siyasi hadisədir. Çünki ulu öndər Heydər Əliyevin yaratdığı YAP müstəqillik illərində Azərbaycan dövlətinin qazandığı bütün uğurların müəllifi olan hazırkı iqtidarın komandasını təşkil edən hakim partiya, siyasi mərkəzdir.
Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümüdür 1992-ci il 21 noyabr tarixində YAP-ın təsis konfransının keçirilmişdir. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.
Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda yaratdı, formalaşdırdı və inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
Yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olmuşdur. Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük partiyasıdır. YAP milli maraqlara əsaslanan fəaliyyət göstərməklə ictimai-siyasi proseslərdə mühüm rol oynamış, qarşısına qoyduğu məqsəd və vəzifələri uğurla yerinə yetirmişdir. Ümumiyyətlə, tarixi faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir.
YAP-ın inkişafında ən mühüm əlamətdar hadisələr içərisində cənab İlham Əliyevin partiyanın I Qurultayında Partiya sədrinin müavini, II Qurultayında partiya sədrinin birinci müavini, III Qurultayında isə partiyanın sədri seçilməsi xüsusi yer tutur. Bundan sonra partiya yeni tarixi inkişaf mərhələsinə qədəm qoymuş, onun sosial və intellektual bazası daha da güclənmiş, xüsusilə gənclərin partiyaya üzv olması prosesi daha da sürətlənmişdir. Prezident seçkilərində YAP-ın namizədi kimi cənab İlham Əliyevin qələbə qazanması xalqımızın partiyanın sədrinə olan böyük inam və etimadından irəli gəlmişdir. Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevin irəli sürdüyü "Müasir, qüdrətli və zəngin Azərbaycan naminə" çağırışı əsasında Azərbaycan davamlı inkişaf yolu ilə irəliləyərək böyük nailiyyətlər qazanmış, regionun aparıcı dövləti kimi dünya birliyində mövqeyini daha da möhkəmləndirmişdir. Azərbaycanın sarsılmaz təməlini təşkil edən Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və müasir dövrün çağırışlarından irəli gələn tələblərə obyektiv, yaradıcı şəkildə yanaşılması ölkəmizin tərəqqisinin əsasında dayanır. Bu proses ümummilli maraqların prioritetliyi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişafı, xalq-hakimiyyət birliyi və demokratik dəyərlərin cəmiyyətdə özünə dərin kök salması kimi xüsusiyyətlərlə xarakterizə olunur.
Cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsində əldə olunmuş uğurlar parlaq təcəssümünü 44 günlük Vətən müharibəsində bir daha sübut etdi. Müharibə dövründə xalqımız Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinin, Müzəffər Ali Baş Komandan kimi qətiyyətli mövqeyinin və prinsipial diplomatik mübarizə apardığının şahidi oldu.
Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib. Cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına, YAP-a Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən YAP ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. YAP bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək.

Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini
20-11-2025, 00:43
34 il əvvəl Qarakənddə kimlər həlak olmuşdu... - SİYAHI


34 il əvvəl Qarakənddə kimlər həlak olmuşdu... - SİYAHI

Bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür.
1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 34 il ötür.
Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.
Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
1991-ci il noyabrın 20-də “Mi-8” hərbi vertolyotunda həlak olanlar:

- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi;

- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror;

- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri;

- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini;

- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili;

- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili;

- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri;

- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini;

- İqor Aleksandroviç Plavski - keçmiş DQMV-nin prokuroru;

- Vladimir Vladimiroviç Kovalyov - keçmiş DQMV Daxili İşlər İdarəsinin rəisi;

- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi;

- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı;

- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini;

- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru;

- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant;

- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi;

- Alı Mustafa oğlu Mustafayev - telejurnalist;

- Arif İsmayıl oğlu Hüseynzadə - “AzTV”də işıqçı;

- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator;

- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri;

- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü;

- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü.
20-11-2025, 00:30
Azərbaycanda iki şəhidin məzarı qarət edildi - VİDEO


Azərbaycanda iki şəhidin məzarı qarət edildi - VİDEO

Bakıda 2 Vətən Müharibəsi şəhidinin məzarı qarət edilib.
Hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında baş verib.
Şəhid Mayor Səyavuş Kəlbalıyevin həyat yoldaşı Pərvanə Kəlbalıyeva deyir ki, hadisə ilə bağlı xəbəri səhər saatlarında alıb.
Onun oğurlanan yeganə əşyaları (döyüş dəbilqəsi və çəkmələri) 4 ildir şüşə qutunun içərisində, məzarın yanında qorunurmuş.
Digər şəhid Fəxri Məmmədovun atası Habil Fəxri isə deyir ki, hadisəni eşidəndəndən dərin sarsıntı içərisindədirlər:
“Balamın əlləri dəyən öz gitarasını, tək təsəllimizi aparıblar”.
Hadisə ilə bağlı DİN-dən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Əməli törədən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

20-11-2025, 00:13
Prezident Ağdamla bağlı paylaşım etdi


Prezident Ağdamla bağlı paylaşım etdi

Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının 5-ci ildönümü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Butov.az həmin paylaşımı təqdim edir:

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!