Samir Nuriyev iclas keçirdi .....                        2026-cı ilin qeyri-iş günləri - CƏDVƏL .....                        II Qaregin çağırış etsə, hər şeyə hazırıq! - Sarkisyan .....                        Paşinyan seçilməsə, Zəngəzur məsələsi necə olacaq? - ŞƏRH .....                        Paşinyanın dediyi müqavilədən sonra olacaq .....                        Əli Əsədov Aşqabadda Kobaxidze ilə görüşdü .....                        Azərbaycan Macarıstana 800 milyon kubmetr qaz satacaq .....                        Bakıda oğurluq edib qaçan şəxslər tutuldu .....                        Paşinyan Moskvadakı iclasa yetişdi .....                       
21-11-2025, 23:51
Ukrayna Donbası itirəcək - TRAMP


Ukrayna Donbası itirəcək - TRAMP

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya əleyhinə “çox güclü” sanksiyalar tətbiq etməyi planlaşdırdığını və ölkənin neft sektoruna qoyulan məhdudiyyətlərin aradan qaldırılmayacağını bildirib.
O həmçinin Ukraynanın təklif olunan sülh planına baxması üçün noyabrın 27-ni uyğun tarix hesab etdiyini deyib.
Trampın sözlərinə görə, Rusiya Ukrayna ilə müharibəni davam etdirməkdə maraqlı deyil, lakin o iddia edib ki, Ukrayna Donbas ərazilərini qaçılmaz şəkildə itirəcək.
Bununla belə, ABŞ Prezidenti Moskvanın Baltik ölkələrinə hücum etmək niyyətində olmadığını vurğulayıb.
“Baltik dövlətlərinin narahat olmasına səbəb yoxdur, çünki Ukrayna münaqişəsi həll olunacaq”, - Tramp bildirib.
21-11-2025, 23:26
3 nəfərin öldüyü yanğınla bağlı cinayət işi açıldı


3 nəfərin öldüyü yanğınla bağlı cinayət işi açıldı

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.
Hadisə nəticəsində əmələ gələn tüstüdən 3 nəfər boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib.
Zəhərlənmiş şəxslər hospitalizasiya olunub, hazırda vəziyyətləri qənaətbəxşdir və onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Faktla bağlı Baş Prokurorluqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
21-11-2025, 22:36
Faciə qurbanı olan Emil hərbi xidmətdən yeni gəlibmiş


Faciə qurbanı olan Emil hərbi xidmətdən yeni gəlibmiş

Bakıda Emil Cəmil oğlu Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev elektrik cərəyanı vurması nəticəsində həlak olublar.
Dünyasını dəyişənlərdən biri Emil Quliyev Hacıqabul rayonun Axtaçı-Şirvan kəndindəndir.
Bir müddət əvvəl hərbi xidmətdən gələn Emil Quliyev bir neçə gün əvvəl işləmək üçün Bakıya gəlib.
Binəqədi rayonu Biləcəri qəsəbəsində "Lake Hotel” restoranına ofisant kimi işə düzəlibmiş.
Qeyd edək ki, rəsmi məlumatlarda həlak olanlardan biri Cəmil Quliyev kimi təqdim olunub. Amma əslində o, Emil Quliyevdir və Cəmil həmin şəxsin atasının adıdır.
21-11-2025, 22:18
Yasamalda dəhşətli yanğın - 3 nəfər öldü


Yasamalda dəhşətli yanğın - 3 nəfər öldü

Bu gün 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.
Çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

***

21:30

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın zamanı iki nəfər tüstüdən boğularaq ölüb.
Ölənlərdən biri azyaşlıdır.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb.
Mənzillər yanğından mühafizə olunub.

***

20:53

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın məhdudlaşdırılıb.
Bu barədə FHN-dən bildirilib.

***

20:44

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülür.

***

20:08

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
21-11-2025, 21:38
Tramp Zelenskini dekabradək məcbur etmək istəyir


Tramp Zelenskini dekabradək məcbur etmək istəyir

ABŞ-ın hazırladığı sülh planının Ukrayna üçün qəbul edilə bilən formaya salınması üçün “aylarla iş” lazım olacaq.
Bu barədə "The Washington Post" nəşrinə danışan və sənədlə tanış olan mənbə bildirib.
Mənbə qeyd edib ki, sənəddə ciddi uyğunsuzluqlar var və hazırkı formada onun qəbul edilməsi real görünmür:
“Zelenski bunu imzalamaq istəsə belə, edə bilməzdi. Çünki Ukraynada buna siyasi əsas yoxdur. Sənəddə çoxlu ziddiyyət var. Aydın görünür ki, bu, Rusiya yönümlü razılaşmadır və onu (Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill) Dmitriyev və (ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv) Uitkoff yazıb”.
Mənbə planı ABŞ ilə Ukrayna arasında daha əvvəl razılaşdırılan xammal sazişi ilə müqayisə edib və bildirib ki, həmin sənədi razılaşdırmaq üçün üç ay danışıqlar aparılıb.
“İndi isə söhbət ABŞ, Ukrayna, Rusiya və Avropanın daxil olduğu dördtərəfli siyasi razılaşmadan gedir. Hesab edirəm ki, danışıqlar təxminən 12 ay çəkəcək. Bu sənəd sülh prosesinin sonu deyil, başlanğıcıdır”, – deyə mənbə vurğulayıb.
Media məlumatlarına görə, Donald Tramp Ukraynanın Rusiyayla 27 noyabra qədər ilkin çərçivə sazişi imzalamasını istəyir. "Reuters" yazır ki, ABŞ administrasiyası Kiyevə xəbərdarlıq edib: Ukrayna planı qəbul etməsə, Vaşinqton silah tədarükünü dayandırmaq ehtimalını gündəmdə saxlayır.
21-11-2025, 21:20
Sərhəd Qasımov noyabrın 20-də vəfat edib

Sərhəd Qasımov noyabrın 20-də vəfat edib

Uzun illər "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətdə (AzTV) Həmkarlar İttifaqı Komitəsinə rəhbərlik etmiş Sərhəd Rəhmət oğlu Qasımov noyabrın 20-də vəfat edib. Ölkə mətbuatına bu barədə mərhumun dostu və onun uzun illər 1-ci müavini olmuş,jurnalist, şair-publisist Mübariz Süleymanlı məlumat verib.
85 yaşında dünyasını dəyişən Sərhəd Qasımovun üç mərasimi noyabrın 22-də Təzəpir məscidində keçiriləcək.
Sərhəd Qasımov 1941-ci il aprel ayının 12-də Lənkəran şəhərində anadan olub. 1957-61-ci illərdə Rabitə Texnikumunda təhsil alıb. Həmin ildən Respublika Radio-Televiziya Mərkəzində elektrik montyoru kimi əmək fəaliyyətinə başlayıb. İki il hərbi xidmətdən sonra 1964-cü ildə işıq sexinin rəisi vəzifəsinə təyin edilib. 1967-ci ilin oktyabrında Teleradionun Həmkarlar İttifaqı Komitəsinin ilk sədri seçilib. İlk azərbaycanlı olaraq 1970-75-ci illərdə Moskva Beynəlxalq Həmkarlar Akademiyasında təhsil alıb.
O, 51 fasiləsiz olaraq "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri işləyib. Eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü olub.
Sərhəd Qasımov ölkə Prezidentinin sərəncamları ilə 2006-cı ildə “Əməkdar mədəniyyət işçisi” adına, 2009-cu ildə isə “Tərəqqi” medalına layiq görülüb.
2018-ci ildə “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 100 illiyi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!
21-11-2025, 18:29
Sığıncaqdan itkin düşən yeniyetmə tapıldı


Sığıncaqdan itkin düşən yeniyetmə tapıldı

Uşaqlar Birliyinin sığıncağından itkin düşən yeniyetmə tapılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib. Qeyd olunub ki, itkin düşmə kimi axtarışa elan edilən 17 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən tapılıb.
21-11-2025, 18:20
Bakıda bahalı maşın yandı - VİDEO


Bakıda bahalı maşın yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 450kv.m. olan avtomobil təmiri sexində təmirə dayanmış "PORSCHE" markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək digər avtomobillərə keçməsinə, o cümlədən sexə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları yanıb.
Avtomobil təmiri sexi və sexdə yerləşən digər avtomobillər yanğından mühafizə olunub.

21-11-2025, 17:55
Xaricdə yaşayan blogerlərin məhkəməsi keçirildi


Xaricdə yaşayan blogerlərin məhkəməsi keçirildi

Xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının barələrində olan cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə qapalı keçirilən prosesdə ittiham aktının elan olunmasına başlanılıb.
Məlum olub ki, bu cinayət işi üzrə daha 3 nəfər – Orduxan Teymurxan (Bəbirov), Orxan Ağayev və Rəfael Piriyev də ittiham olunur.
Növbəti proses dekabrın 5-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214-2,-ci ( Terrorçuluğa açıq çağırışlar), 220.2-ci (Kütləvi iğtişaş, Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci ( Silahlı qiyam, Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 320.1 -ci (Rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunurlar. Onlar ölkə xaricində olduqlarına görə barələrində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.
21-11-2025, 17:51
Türkiyə parlamenti İmralıda Öcalanla görüşmək qərarı verdi


Türkiyə parlamenti İmralıda Öcalanla görüşmək qərarı verdi

Türkiyə parlamentinin Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komitəsi deputatların PKK lideri Abdullah Öcalanın həbsxanada saxlandığı İmralı adasına göndərilməsi barədə qərar qəbul edib.
Qeyd olunur ki, 53 deputatdan 32-si lehinə, 30-u əleyhinə, 3-ü isə bitərəf qalıb.
Cümhuriyyət Xalq Partiyası (CHP) nümayəndə göndərməyəcəyini açıqlayıb. DEM partiyası bu qərarı kəskin tənqid edib.
Milliyyətçi Hərəkat Partiyası (MHP) İmralı səfəri ilə bağlı açıq səsvermə tələb edib. İclasa sədrlik edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bunun bağlı qapılar arxasında keçirilməsinin vacibliyini vurğulayıb. AKP, MHP və DEM iclasın bağlı qapılar arxasında keçirilməsinə səs verib. Qərar qəbul edildikdən sonra CHP fraksiyası otağı tərk edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!