Sürət həddi endirildi - Sürücülərin nəzərinə! .....                        Ukrayna Rusiyanın mövqelərini darmadağın etdi .....                        "Neftçi" öz meydanında məğlub oldu .....                        Gürcüstan mövqeyini açıqladı .....                        Bakı-Qazax yolunda sıxlıq yarandı - Polisdən açıqlama .....                        Azərbaycan Qəzzaya əsgər göndərməkdən imtina etdi .....                        Ukraynanın taleyi Cenevrədə müzakirə edilir .....                        3 nəfərin öldüyü yanğın buradan başlayıb - VİDEO .....                        Gədəbəydə dağlıq ərazidə yanğın .....                       
Dünən, 18:13
"Hizbullah"ın Baş Qərargah rəisi öldürüldü


"Hizbullah"ın Baş Qərargah rəisi öldürüldü

"Hizbullah" Hərəkatının Baş Qərargah rəisi Abu Əli Tabtabaui İsrail pilotsuz uçuş aparatının zərbəsi nəticəsində Beyrutda öldürülüb.
Bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Abu Gli Tabtabaui Naim Qasimdən sonra Hizbullahın ikinci şəxsi statusunda olub.
“The Times of Israel” İsrail Baş naziri Binyamin Netanyahunun ofisinin Beyrutda Abu Əli Tabtabauinin ofisinə zərbə endirildiyini təsdiqlədiyini yazıb. Qeyd edilib ki, Binyamin Netanyahu müdafiə naziri və İsrail Ordusunun Baş Qərargah rəisinin tövsiyəsi ilə Beyrutun mərkəzində Abu Əli Tabtabauinin məhv edilməsi üçün əmr verib.
Dünən, 17:22
Türkiyədə 266 məhkum qidadan zəhərləndi


Türkiyədə 266 məhkum qidadan zəhərləndi

Türkiyənin Sakarya şəhərinin Ferizli rayonunda yerləşən Açıq Tipli Cəzaçəkmə Müəssisəsində kütləvi qida zəhərlənməsi baş verib.
Zəhərlənmə şübhəsi ilə 266 məhkum təcili yardım maşınları ilə ətrafdakı şəhər xəstəxanalarına yerləşdirilib.
Bildirilib ki, axşam yeməyində məhbuslara balıq konservi verilib. Yeməkdən sonra bir çox məhkum qusma və ürəkbulanma şikayətləri ilə müəssisənin xəstəxanasına müraciət edib.
Hadisədən sonra axşam menyusundakı qidalardan nümunələr götürülərək laboratoriyalara göndərilib.
Rəsmi mənbələr məhkumların ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğunu, həyatlarına təhlükə olmadığını və ambulator müalicənin davam etdirildiyini açıqlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Dünən, 16:55
Yanğında xəsarət alanların vəziyyəti açıqlandı


Yanğında xəsarət alanların vəziyyəti açıqlandı

Noyabrın 21-də Yasamal rayonunda yerləşən yaşayış binasında baş verən yanğın səbəbi ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti açıqlanıb.
Bu haqda Kliniki Tibbi Mərkəz məlumat yayıb.
Bildirilib ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.
“5 nəfərin isə müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib”, - deyə məlumatda qeyd edilib.
Dünən, 16:41
Rus ordusu Pokrovskun mərkəzini itirdi


Rus ordusu Pokrovskun mərkəzini itirdi

Ukrayna qüvvələri Pokrovskun mərkəzi rayonlarını təmizləyib və rus hərbçilərini şəhərdən çıxarmağa davam edir.
Bu barədə Ukrayna Desant Hücum Qoşunlarının 7-ci korpusundan məlumat verilib.
“Şəhərdə döyüşlər gedir, lakin mərkəzdəki mövqelər Ukrayna Silahlı Qüvvələrinin əlindədir. Ruslar dayaq nöqtəsi qazanmağa çalışdılar, lakin dəmir yolu stansiyasının, pedaqoji məktəbin və Katedral Meydanının ərazisindən qovuldular. Hərbçilər Rusiyanın qüvvələrini artırmaq və şəhərin şimalına təzyiqi artırmaq cəhdlərinin qarşısını almağı bacardılar. Dəmir yolunu keçmək üçün edilən hər bir cəhd maksimum itki ilə nəticələndi”, - məlumatda qeyd olunub.
Dünən, 16:28
Yasamaldakı yanğınla bağlı klinika direktoru SAXLANILDI


Yasamaldakı yanğınla bağlı klinika direktoru SAXLANILDI

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı həmin binanın zirzəmisində yerləşən klinikanın direktoru cinayət məsuliyyətinə cəlb edilib.
Binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürmüş "Loft Dent" klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.
Fakt Baş Prokurorluğun mətbuat xidmətindən təsdiqlənib. Bildirilib ki, əlavə məlumat veriləcək.
Qeyd edək ki, hadisə zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dünən, 16:16
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb


Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsi çərçivəsində İtaliyanın Baş naziri Giorgia Meloni ilə görüşüb, ikitərəfli münasibətlər, Qəzza və Ukraynaya dair müzakirə aparılıb.
Görüş zamanı Türkiyə ilə İtaliya arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.
Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə İtaliya arasında müdafiə sənayesi başda olmaqla, bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılan addımların davam edəcəyini, əlaqələrin dərinləşməsinin hər iki ölkəyə fayda verəcəyini bildirib.
Görüşdə həmçinin Qəzzada atəşkəsin davamlılığı, o cümlədən Rusiya-Ukrayna arasında İstanbul danışıqlarının bərpa prosesinin əhəmiyyəti müzakirə olunub.
Dünən, 16:05
Sabah bəzi magistral yollarda görmə məhdudlaşacaq


Sabah bəzi magistral yollarda görmə məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, noyabrın 24-də gecə və səhər ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Dünən, 15:37
Ərdoğan Makronla Rusiya-Ukrayna münaqişəsindən danışdı


Ərdoğan Makronla Rusiya-Ukrayna münaqişəsindən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasında keçirilən G20 zirvəsi çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Görüşdə Türkiyə ilə Fransa arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Türkiyə lideri Qəzzada atəşkəsin qorunmasının və bölgəyə humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb, davamlı sülh formulunun "iki dövlətli həll"də olduğunu və rəsmi Ankaranın buna nail olmaq üçün səy göstərdiyini bildirib.
Ərdoğan həmçinin Ukrayna ilə Rusiya arasındakı müharibəyə ədalətli və davamlı sülhlə son qoymaq üçün bütün diplomatik resurslardan istifadə edilməli olduğunu və Türkiyənin müharibə aparan tərəfləri sülh danışıqları əsasında bir araya gətirmək səylərini davam etdirəcəyini söyləyib.
Dünən, 15:12
Azərbaycan D-8 təşkilatı ilə əməkdaşlığını daha da dərinləşdirir


Azərbaycan D-8 təşkilatı ilə əməkdaşlığını daha da dərinləşdirir

Azərbaycan 2025-ci ilin martında tamhüquqlu üzv kimi təşkilata qoşulduqdan sonra D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığını daha da dərinləşdirir.
Bu barədə Azərbaycanda keçirilən D-8 Həftəsinin bir hissəsi olaraq ilk dəfə baş tutan D-8 Media Forumu haqqında "Euronews"da dərc olunan məqalədə bildirilib.
Qeyd edilib ki, qlobal iqtisadi müzakirələrdə, əsasən, əhalisinin çoxu müsəlmanlardan ibarət inkişaf etməkdə olan ölkələr üçün koordinasiya edilmiş platforma rolunu oynayan təşkilata yeni üzv olan Azərbaycan blokla tam şəkildə inteqrasiya üçün bir sıra təşəbbüslər irəli sürür.
Məqalədə Media Mükəmməllik Mərkəzinin yaradılması və dezinformasiya ilə mübarizə üçün yeni strategiyaların hazırlanması kimi mühüm nəticələrin əldə edildiyi forum iştirakçılarına Prezident İlham Əliyevin müraciətinin səsləndirildiyi bildirilib. Azərbaycan Prezidentinin müraciətdə D-8 Media Forumunun ilkin vəzifələrindən birinin üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlıq formalaşdırmaq, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya məkanı yaratmaq olduğunu qeyd etdiyi xüsusilə vurğulanıb.
D-8-in Baş katibi İsiaka Abdulqadir İmamın sözügedən forumun Azərbaycanın mart ayında təşkilata qoşulmasından sonra ev sahibliyi etdiyi ilk böyük tədbirlərdən biri olduğuna dair sözləri xatırladılıb. Onun Media Mükəmməllik Mərkəzinin üzv dövlətlərin qlobal informasiya məkanında birgə səsini gücləndirməyə kömək edəcəyi yönündəki fikirləri və D-8 Ölkələrinin Yayım Assosiasiyasının yaradılması təklifi xüsusilə vurğulanıb.
"D-8 ölkələri birlikdə bir milyarddan çox insanı və sürətlə inkişaf edən bir sıra iqtisadiyyatları təmsil edir. Azərbaycanın üzvlüyü təşkilatın təxminən otuz il əvvəl yaradılmasından bəri ilk genişlənməni ifadə edir", - "Euronews" vurğulayıb.
Dünən, 15:00
Atəşkəs pozuldu, zərbələrə davam edəcəyik - Netanyahu


Atəşkəs pozuldu, zərbələrə davam edəcəyik - Netanyahu

Atəşkəs pozulduğuna görə Hizbullah və HƏMAS-a zərbələr endirməyə davam edəcəyik.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"Biz bir neçə cəbhədə terrorizmə zərbələr endirməyə davam edirik. Bu həftə sonu ordu Livanda zərbələr endirib və Hizbullahın bizi təhdid etmək qabiliyyətini bərpa etməsinin qarşısını almaq üçün lazım olan hər şeyi etməyə davam edəcəyik.
HƏMAS atəşkəsi pozmağı dayandırmayıb və biz də buna uyğun hərəkət edirik. Onlar sarı xətdən kənar ərazimizə soxulmaq və əsgərlərimizə zərər vermək üçün bir neçə cəhd göstəriblər. Bunların qarşısını güclə aldıq və bir çox terrorçu məhv edildi və Rəfahdakı tunellərdən də terrorçular ələ keçirildi”, - Netanyahu vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!