Lukaşenko: “Ukrayna sərhədlərini qorumaq istəyirsə, danışıqlara getməlidir” .....                        Konstitusiya Məhkəməsindən vacib qərar .....                        Honkonqda ölənlərin sayı 75-ə çatdı .....                        Məmmədlidə metan qazı sızması - Qurumlar hərəkətə keçdi .....                        Baş Prokurorluq məlumat yaydı .....                        Elvin Məmmədov istefaya göndərildi .....                        4 nəfərin ölümünə səbəb olan xətt Mehdiyevin bağına gedirmiş .....                        Navalninin fondu terrorçu elan edildi .....                        Azərbaycanda dərmanların qiyməti ilə bağlı YENİ QƏRAR .....                       
Bu gün, 21:14
Lukaşenko: “Ukrayna sərhədlərini qorumaq istəyirsə, danışıqlara getməlidir”


Lukaşenko: “Ukrayna sərhədlərini qorumaq istəyirsə, danışıqlara getməlidir”

Belarus Prezidenti Aleksandr Lukaşenko müharibənin ilk günlərində Ukrayna Prezidenti Volodimir Zelenskiyə məsləhət verdiyini bildirib.
Lukaşenko bunu rusiyalı jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
Onun sözlərinə görə, əgər Kiyev Minsk razılaşmalarını yerinə yetirsəydi, bu gün müharibə olmazdı:
“Ukrayna Minsk razılaşmalarını icra etsəydi, müharibə baş verməzdi və ölkə 1991-ci il sərhədlərində qalardı”, – Belarus lideri bildirib.
Lukaşenko Zelenskiyə hazırkı vəziyyəti düzgün qiymətləndirməyi tövsiyə etdiyini söyləyib:
“Əgər indi Ukraynanın mövcud sərhədlərlə qalmasını istəyirsə, danışıqlara getməlidir. Heç bir halda danışıqları pozmaq lazım deyil”.
Belarus Prezidenti iddia edib ki, hazırda Ukraynanın hələ də dənizə çıxışı, o cümlədən Odessa və Nikolayev kimi mühüm şəhərləri var, lakin bu vəziyyət “bir anın içində dəyişə bilər”.
Lukaşenko həmçinin ABŞ tərəfindən hazırlanmış “sülh planı”na da toxunub:
“Biz Rusiyanın Ukrayna ilə sülh sazişi əldə etmək cəhdlərini dəstəkləyirik. Əsas məqamlar artıq razılaşdırılıb. ABŞ diplomat kimi davranarsa, bu müqavilə imzalanacaq”, – deyə o vurğulayıb.
Bu gün, 20:41
Konstitusiya Məhkəməsindən vacib qərar


Konstitusiya Məhkəməsindən vacib qərar

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Sumqayıt Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmin nazirliyin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru N.Şükürovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələrinin tələblərinə, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4, 1.0.5, 1.0.9 və 26.3-cü maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən, sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə öz hesabına daşımaları yerinə yetirən hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində göstərilən inzibati xətanın subyekti deyillər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Bu gün, 19:54
Honkonqda ölənlərin sayı 75-ə çatdı


Honkonqda ölənlərin sayı 75-ə çatdı

Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 75-ə yüksəlib.
Son məlumatlara görə 76 nəfər, o cümlədən 11 yanğınsöndürən xəsarət alıb, 279 nəfər itkindir. Ölənlərdən biri də yanğınsöndürəndir. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir. Hadisə yerinə 300-dən çox yanğınsöndürmə və xilasetmə avtomobili, eləcə də 1200-dən çox yanğınsöndürən cəlb olunub.
Qeyd edək ki, noyabrın 26-da günortadan sonra dünyanın ən sıx məskunlaşılan və ən çox hündür binaların olduğu şəhərlərindən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı bildirilir. Yanğınla əlaqələr yüzlərlə insanın taleyindən xəbər yoxdur.
Binada yeniləmə işləri aparan tikinti şirkətinin iki direktorunun və məsləhətçi mühəndisinin həbs olunduğu bildirilir. Bu gün şirkətin ofisində axtarış aparılıb və sənədlər müsadirə olunub.
Binaların qoruyucu tor və yanğın təhlükəsizliyi standartlarına cavab verməyən plastiklə örtülməsi, eləcə də bir illik təmir işləri zamanı tikinti şirkəti tərəfindən quraşdırılmış penoplast ilə zədələnməmiş binanın bəzi pəncərələrinin bağlandığı aşkar edilib.
Honkonqun sığorta sektorunun son 70 ildə ən güclü olan Tay Po yanğını ilə əlaqədar rekord məbləğdə - 2,6 milyard Honkonq dolları (334 milyon dollar) məbləğində iddialarla üzləşəcəyi gözlənilir. Yanğın yeddi binaya ciddi ziyan vurub.
Bu gün, 19:30
Məmmədlidə metan qazı sızması - Qurumlar hərəkətə keçdi


Məmmədlidə metan qazı sızması - Qurumlar hərəkətə keçdi

Abşeron rayonu, Məmmədli qəsəbəsi, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində qaz sızması müşayiət olunub.
Bu barədə məlumat daxil olduqdan dərhal sonra ilkin olaraq Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz” İstehsalat Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə ərazidə müayinələr aparılaraq akt tərtib edilib.
Müayinə zamanı sözügedən ünvanda yerləşən fərdi yaşayış evlərinin bünövrəsinə yaxın olan hissələrində, həyətyanı sahələrində və yaşayış olmayan boş ərazilərdə yer səthində şulf üsulu ilə dəliklər açılaraq cihazlarla ölçmə işləri aparılmış və metan qazı (CH4) aşkar edilib. Bu səbəbdən mümkün partlayış-yanğın hadisələrinin qarşısının alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əraziyə qazın nəqli müvəqqəti olaraq dayandırılıb.
Aparılmış müayinələr zamanı aşkar edilmiş nəticələrin partlayış-yanğın təhlükəli olduğunu nəzərə alaraq, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirliklərinin, SOCAR və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb. İşçi qrup tərəfindən aşkar olunan qazın mənbəyinin və tərkibinin müəyyən edilməsi, zəruri tədbirlərin görülməsi məqsədilə hazırda ərazidə kompleks işlər həyata keçirilir. Qısa müddətdə araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq qərar veriləcək.
Məsələ nəzarətdə saxlanılmaqla, gedişatı barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Bu gün, 19:21
Baş Prokurorluq məlumat yaydı


Baş Prokurorluq məlumat yaydı

Xarici ölkələrin hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dələduzluqda ittiham edilərək 2023-cü ildə dövlətlərarası axtarışa verilmiş 25.02.1984-cü il təvəllüdlü, Rusiya Federasiyasının vətəndaşı Mundşayn Mikael Kostanoviçin verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.
Bu gün, 19:06
Elvin Məmmədov istefaya göndərildi


Elvin Məmmədov istefaya göndərildi

Bu gün I Liqanın 9-cu turu çərçivəsində “ASCO Arena”da keçirilmiş “Səbail” - “Cəbrayıl” oyunundan sonra “Səbail” PFK-nın İdarə Heyətinin iclası keçirilib.
Bu barədə klub məlumat yayıb.
Bildirilib ki, toplantıda İdarə Heyətinin üzvləri ilə yanaşı, klubun məşqçi heyəti də iştirak edib və mövsümün əvvəlindən bu günə qədər keçirilmiş oyunların nəticələri müzakirə olunub, müsbət və mənfi məqamlar qeyd olunub.
İclasda baş məşqçi Elvin Məmmədovun hesabatı dinlənilib. Toplantının sonunda Elvin Məmmədovun istəyinə əsasən baş məşqçi və köməkçiləri ilə klub arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu gün, 19:00
4 nəfərin ölümünə səbəb olan xətt Mehdiyevin bağına gedirmiş


4 nəfərin ölümünə səbəb olan xətt Mehdiyevin bağına gedirmiş

Noyabrın 21-də Binəqədi rayonu ərazisində yerləşən “Lake Hotel”də elektrik cərəyanı vurması nəticəsində həmin obyektdə çalışan 4 nəfər həyatını itirib.
“Lake Hotel”in icarədarı Ağasif Verdiyev normativ aktların tələblərinə zidd olaraq hotelin ərazisində təsərrüfat işləri həyata keçirib və nəticədə əmək mühafizəsi qaydaları pozulub.
Buna görə də A.Verdiyev şübhəli şəxs qismində saxlanılıb, daha sonra isə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.
Belə ki, “qafqazinfo”nun məlumatına görə, hadisəyə səbəb isə hotelin pəncərələrinin silinməsi zamanı hündürlüyü 5,75 metr olan təkərli iskələdən istifadə olunması və bu zaman həmin yerdən hündürlüyü 5,53 metr olan 35 kV-luq yüksək gərginlikli hava xətti keçməsinin nəzərə alınmaması olub.
Təkərli iskələ daşınarkən, xəttə toxunub və həmin vaxt orada çalışan 4 nəfəri elektrik vurub.
Hazırkı normalara əsasən, 35 kV-luq hava xətti ən azı yerdən 7 metr hündürlükdə aparılmalıdır.
Məsələnin maraqlı tərəfi isə odur ki, həmin 35 kV-luq hava xətti 2009-cu ildə Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda barəsində cinayət işi qaldırılmış Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevaya məxsus Novxanı qəsəbəsində yerləşən kənd təsərrüfatı sahəsi üçün çəkilib.
Qalina Mehdiyevanın adına olan həmin 102 hektarlıq torpaq sahəsinin 60 sotunda icarə əsasında Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevə məxsus “Friland Vineyards” şərab zavodu yerləşib.
O da bəlli olub ki, 2016-cı ildə Mehdiyeva Aytac Telman qızının adına şərab istehsal edən “Mərəndə” MMC təsis edib, 2017-ci ildə isə “Friland Vineyards” həmin müəssisəni alıb. 2022-ci ildə “Mərəndə” MMC-nin təsisçisi dəyişdirilsə də, faktiki olaraq həmin hüquqi şəxs və şərab zavodu Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsusdur.
Hazırda da qeyd olunan şərab zavodu, onun yerləşdiyi torpaq sahəsi və üzüm bağları həmin 35 kV-luq hava xəttindən qidalanır.
Göründüyü kimi, sabiq PA rəhbəri və onun yaxınları böyük biznesə sahiblik edirlər və istər bu biznesin yaradılmasında, istərsə də onun fəaliyyətinin təmin edilməsində qanun pozuntularına yol verilib. Bu pozuntular sonda 4 nəfərin həyatını itirməsinə səbəb olub.
Məsələ ilə əlaqədar Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.
Bu gün, 18:45
Navalninin fondu terrorçu elan edildi


Navalninin fondu terrorçu elan edildi

Rusiya Ali Məhkəməsi mərhum müxalif siyasətçi Aleksey Navalnının təsis etdiyi Korrupsiya ilə Mübarizə Fondunu terror təşkilatı kimi tanıyıb.
Rusiya Ali Məhkəməsi məsələ ilə bağlı ölkənin Baş Prokurorluğunun iddiasını təmin edib.
Qərar qapalı məhkəmə iclasında qəbul edilib və dərhal qüvvəyə minib.
Qeyd edək ki, Korrupsiya ilə Mübarizə Fondu 2011-ci ildə müxalif siyasətçi, 2024-cü ilin fevralında cəzaçəkmə müəssisəsində vəfat edən Aleksey Navalnı tərəfindən yaradılıb. Fond daha əvvəl Rusiyada ekstremist təşkilat və xarici agent kimi tanınıb, təşkilatın fəaliyyəti qadağan edilib.
Bu gün, 18:24
Azərbaycanda dərmanların qiyməti ilə bağlı YENİ QƏRAR


Azərbaycanda dərmanların qiyməti ilə bağlı YENİ QƏRAR

Dərmanlarla əlaqədar rəyi alınacaq orqanların sayı artırılıb.
Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, əhalinin sağlamlığı baxımından xüsusi əhəmiyyət kəsb edən dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi və ya həmin qiymətlərə yenidən baxılması ilə əlaqədar Tarif (qiymət) Şurası tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin də rəyi alınacaq.
İndiyə qədər əhalinin sağlamlığı baxımından xüsusi əhəmiyyət kəsb edən dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi və ya həmin qiymətlərə yenidən baxılması ilə əlaqədar Şura tərəfindən İqtisadiyyat Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəyləri alınıb.
Bu gün, 18:08
Müharibə bu halda dayandırıla bilər - Putinin şərtləri


Müharibə bu halda dayandırıla bilər - Putinin şərtləri

Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkek sammitindən sonra keçirdiyi mətbuat konfransında bir sıra mühüm açıqlamalar verib.
Putin bildirib ki, ABŞ-dan yüksək səviyyəli nümayəndə heyətinin gələn həftə Moskvaya səfəri razılaşdırılıb və səfər plan üzrə baş tutacaq.
Rusiya lideri Qərbdə yayılan “Rusiya Avropaya hücuma hazırlaşır” iddialarını təkzib edib: “Bu iddialar yalandır, cəfəngiyyatdır. Avropaya hücum etmək niyyətimiz yoxdur və bunu rəsmi şəkildə təsdiqləməyə hazırıq".
Putin əlavə edib ki, Moskva Avropa təhlükəsizliyi və strateji sabitlik məsələlərini Qərb ölkələri ilə müzakirə etməyə açıqdır.
Rusiya Prezidenti ABŞ-ın təklif etdiyi sülh planı ilə bağlı yayılan məlumatları da şərh edib. Onun sözlərinə görə, ortada “hazır müqavilə layihəsi” olmayıb. Sadəcə müzakirə üçün suallar və mövzular paketi mövcud olub.
Putin deyib ki, ABŞ-ın təqdim etdiyi plan “diplomatik dildə yenidən işlənməlidir”, çünki bəzi maddələr “indiki şəraitdə gülünc səslənir”.
O bildirib ki, Cenevrədə aparılan danışıqlardan sonra tərəflər planın 28 bəndini dörd tematik blok üzrə bölmək barədə razılığa gəliblər.
Putin döyüş zonasındakı vəziyyətə də toxunub: “Əgər Ukrayna ordusu hazırda tutduğu əraziləri tərk etsə, biz hərbi əməliyyatları dayandırarıq. Əks halda, Rusiya öz məqsədinə hərbi yolla çatacaq.”
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!