Maduro istefa verməyə hazırdır - BİR ŞƏRTLƏ .....                        Zelenski xəbərdarlıq etdi: “...çox şey dəyişə bilər” .....                        İran vitse-prezidentinin həyat yoldaşı qəzada öldü .....                        Polad Bülbüloğlunun oğluna yeni vəzifə verildi .....                        Azərbaycan neft hasilatı barədə qərarı dəstəklədi .....                        Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI .....                        Cüdoçumuz Əbu-Dabidə medal qazandı .....                        Ukrayna üçün taleyüklü danışıqlar başladı .....                        Zelenskinin planı dəyişir .....                       
19-11-2025, 22:51
ABŞ Ukraynanın təslim olmasını tələb edir – ŞOK PLAN


ABŞ Ukraynanın təslim olmasını tələb edir – ŞOK PLAN

ABŞ və Rusiya arasında Ukrayna müharibəsinin dayandırılmasına dair hazırlanan sənədin detalları üzə çıxıb və beynəlxalq mediada ciddi rezonans yaradıb.n Bu h
barədə Qərb mətbuatı yazır. Məlumata görə, sənəd Ukraynanın maraqları ilə tam ziddiyyət təşkil edən tələblərdən ibarətdir.
"Financial Times" yazır ki, planın əsas bəndlərindən biri rus dilinin Ukraynada rəsmi dövlət dili kimi tanınmasıdır. Sənəddə, həmçinin Rus Pravoslav Kilsəsinə rəsmi status verilməsi nəzərdə tutulur. Mənbələr bunu Kreml üçün maksimalist siyasi üstünlüklər hesab edir
Sənədə görə , Ukrayna ordusunun sayı yarıya endirilməli bəzi əsas silah kateqoriyalarından imtina edilməli və ABŞ-ın hərbi yardımı dayandırılmalıdır.
Qərb mətbuatı bildirir ki, sənədin bir hissəsində Krım və Donbasın Rusiyanın ərazisi kimi tanınması ehtimalı yer alır. Əvəzində Moskvanın Xerson və Zaporojye vilayətlərinin bir hissəsini geri qaytara biləcəyi qeyd olunur.
ABŞ rəsmiləri Zelenskiyə qapalı şəkildə bu şərtləri nəzərdən keçirməyi tövsiyə edib. Planın ilkin detalları sabah Ukrayna liderinə ABŞ Ordusunun rəhbərliyinin Kiyevə səfəri zamanı təqdim olunacaq. Daha sonra amerikalı nümayəndə heyətinin Moskvaya yollanacağı gözlənilir
Ekspertlər sənədi Ukraynanın faktiki kapitulyasiyası kimi dəyərləndirir. Qeyd edilir ki, ordunun yarıya endirilməsi və Donbasdan imtina Kiyevin təhlükəsizlik sistemini tam çökməyə məcbur edəcək
Kiyev isə artıq ilkin mövqeyini çatdırıb, sənəddəki maddələrin böyük hissəsi Ukrayna üçün qəbuledilməzdir. ABŞ–Rusiya planının açıqlanması müharibənin gedişində yeni siyasi gərginlik yaradıb və yaxın günlərdə daha kəskin reaksiyaların verilməsi gözlənilir.
19-11-2025, 22:39
Xocavənddə 140 ev təmir olunacaq - 12 MİLYONLUQ SİFARİŞ


Xocavənddə 140 ev təmir olunacaq - 12 MİLYONLUQ SİFARİŞ

“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs Xocavənddə çoxmənzilli yaşayış binalarının təmiri ilə bağlı tenderlərə yekun vurub.
Qurum "Araz İnşaatçı” MMC, “Qarabağ Enerji Təchizat” MMC və "Platin-M" MMC və "Via Construction" MMC ilə müqavilə bağlayıb.
“Araz İnşaatçı” MMC ilə bağlanmış müqavilənin məbləği 2 milyon 352 min 837 manatdır. Müqavilə Xocavənd rayonunun Cütcü kəndində fərdi yaşayış (40 ev - 6732m2) evlərinin təmiri işlərini nəzərdə tutur.
“Qarabağ Enerji Təchizat” MMC ilə 2 milyon 941 min manatlıq müqavilə imzalanıb. Müqavilədə Xocavənd rayonunun Kiş kəndində fərdi yaşayış (50 ev – 8415 m2) evlərinin təmiri işləri nəzərdə tutulur.
"PLATIN-M" MMC ilə bağlanmış müqavilənin məbləği 2 milyon 928 min 713 manat təşkil edir. Müqavilə Xocavənd şəhərində fərdi yaşayış evlərinin (50 ev - 8415 m2) təmir işlərinin satın alınması işləri həyata keçiriləcək.
"VIA CONSTRUCTION" Məhdud Məsuliyyətli Cəmiyyəti “Xocavənd rayonunun Hadrut qəsəbəsində İnfrastruktur binasının tikintisi və çoxmənzilli yaşayış binalarının təmiri işləri”nin satın alınması işlərini həyata keçirək. Bu şirkətlə 3 milyon 695 min 545 manat dəyərində müqavilə imzalanıb.
19-11-2025, 22:09
Həmin açarı bu dəfə Ronaldoya hədiyyə etdi


Həmin açarı bu dəfə Ronaldoya hədiyyə etdi

Ulduz futbolçu Kriştianu Ronaldo və xanımı Ağ Evdə ABŞ Prezidenti Donald Trampın qonağı olub.
Futbolçu ABŞ lideri ilə görüşündən fotolar paylaşıb.
Məlumata görə, Tramp Ağ Evin simvolik açarını Ronaldoya da verib.
Qeyd edək ki, ABŞ Prezidenti avqustda Vaşinqtonda səfərdə olan Azərbaycan lideri İlham Əliyevə də eyni hədiyyəni təqdim edib.
Tramp hər dəfə açarı təqdim edərkən bunun yalnız “çox xüsusi insanlara” verildiyini vurğulayıb.
Ağ Evin “qızıl açarı” ABŞ siyasi mədəniyyətində nadir təqdim olunan simvolik hədiyyədir. Açar dərin diplomatik məna daşıyır, etimad, strateji tərəfdaşlıq və yüksək hörmətin nişanı sayılır.
19-11-2025, 21:55
Kremldə nə baş verir?


Kremldə nə baş verir?

Rusiya ilə Ukrayna arasında davam edən dörd illik müharibə, eləcə də güc strukturlarının səlahiyyətlərinin sürətlə genişlənməsi Kreml elitası içində ciddi parçalanma yaradıb.
“Vajnyye İstorii”yə danışan Kremlə yaxın mənbələrə görə, Rusiyanın idarəetmə sistemi dərin böhran yaşayır və hakimiyyət daxilində resurslar uğrunda açıq mübarizə, qarşıdurmalar və xaos getdikcə güclənir.
Mənbələr bildirir ki, əvvəllər mövcud olan qərar qəbuletmə mexanizmləri faktiki olaraq dağılıb və hər kəs “öz marağı üçün çalışır”:
“Sistem indi elə mərhələyə gəlib ki, artıq heç bir qayda qalmayıb, nə yaxşı, nə pis. Hamı başa düşür ki, nə qorunan var, nə də təhlükəsizlik təminatı. Heç kim heç nədən sığortalanmayıb”, – deyə Kremlin strukturlarında çalışan rəsmi qeyd edir.
Mənbələrə görə, Rusiya hakimiyyətində ən böyük xaosu yaradan qüvvə "silovik"lərdir. Onlar hökumətlə və Prezident Administrasiyasının siyasi blokuyla koordinasiya etmədən hərəkət edir, bir çox hallarda tam müstəqil qərarlar verirlər.
İllər boyu müxalifəti susdurmaq üçün istifadə edilən “xarici agent” statusu artıq Prezident Administrasiyasının tam nəzarətindən çıxıb. İndi bu status yalnız Kremlin tənqidçilərinə deyil, həm də böyük biznes sahiblərinə və hətta Kremlin tərəfdarı olan bəzi bloqerlərə verilir.
Prezident Administrasiyasının birinci müavini Sergey Kiriyenko artıq güc strukturları ilə qarşıdurmada qalib tərəf ola bilmir. O, Kreml daxilində daxili siyasəti kurasiya etsə də, rəsmilərin həbsi ilə bağlı qərarlar ona əvvəlcədən bildirilmir. Halbuki həbs edilənlər arasında Kiriyeŋkonun təyin etdiyi şəxslər də var.
Rəqəmlər vəziyyətin gərginliyini daha aydın göstərir: müharibə başlayandan bəri Rusiya üzrə məmurların həbsi üç dəfə artıb. Təkcə 2025-ci ildə 155 məmur - merlər, vitse-qubernatorlar və yüksək vəzifəli şəxslər həbs edilib. Prokurorluq həmin dövrdə 4,5 trilyon rubl dəyərində biznes aktivlərini müsadirə edib.
Mənbələr bildirir ki, müharibə nə qədər uzanırsa, Kreml daxilində güc mərkəzləri arasında savaş bir o qədər dərinləşir, dövlət idarəçiliyi isə sürətlə nəzarətdən çıxan xaosa doğru gedir.
19-11-2025, 21:43
Azərbaycan qadınları qızıl medal qazandı


Azərbaycan qadınları qızıl medal qazandı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Yığma finalda Türkiyə millisinə 21:13 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.
Qeyd edək ki, yığmamız yarımfinalda Misiri 22:15 hesabı ilə üstələmişdi.
19-11-2025, 21:40
Tarixin ən böyük iki şəxsi Ağ Evdə


Tarixin ən böyük iki şəxsi Ağ Evdə

Ağ Ev sosial media hesablarında ABŞ Prezidenti Donald Trampla portuqaliyalı futbolçu Kriştianu Ronaldu arasındakı görüşün videosunu yayımlayıb.
Kadrlarda Ronaldu nişanlısı Corcina ilə Ağ Evin dəhlizində gəzərkən Trampla söhbət edir.
"Tarixin ən böyük iki şəxsi. CR7 x 45/47", - paylaşımda deyilir.
Bununla da, Ağ Ev portuqaliyalı futbolçunun forma nömrəsinə və Trampın ABŞ-nin 45-ci və 47-ci prezidenti olmasına işarə edir.
Xatırladaq ki, bundan əvvəl Ronaldu Tramp tərəfindən Ağ Evdə təşkil edilən şam yeməyində iştirak edib.
19-11-2025, 21:26
Seldən mühafizə üçün Türkiyə şirkətinə 922 min ayrıldı


Seldən mühafizə üçün Türkiyə şirkətinə 922 min ayrıldı

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında sel və daşqınlara qarşı layihələndirmə xidməti üçün müqavilə bağlanıb.
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Proyapı Mühendislik ve Müşavirlik Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə layihələndirmə xidmətləri üzrə müqavilə imzalayıb.
Müqaviləyə əsasən, Cəbrayıl və Zəngilan şəhərlərində dağlardan və dərələrdən gələn sel sularının, Qubadlı şəhərində isə Bərgüşad çayından gələn sel və daşqın sularının mühafizəsi məqsədilə layihələndirmə xidmətləri həyata keçiriləcək.
Müqavilənin ümumi məbləği 922.170 AZN təşkil edir.
19-11-2025, 21:10
DSMF gələn il əhaliyə nə qədər vəsait ödəyəcək?


DSMF gələn il əhaliyə nə qədər vəsait ödəyəcək?

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) növbəti il üçün əhaliyə ödənişlər üzrə xərclərində nəzərdə tutulan ciddi artım ölkəmizdə sosial müdafiə tədbirlərinin gələn il də uğurla davam etdiriləcəyini deməyə əsas verir.
Fondun 2026-cı il üçün gəlirlərinin builki proqnoz gəlirlərinə nisbətən 705,7 milyon manat (9,3 faiz) çox olmaqla 8 milyard 323 milyon manat olması nəzərdə tutulur.
DSMF-nin növbəti ildə xərclərinin isə 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu vəsaitin 8 milyard 196 milyon manatı (96,6 faiz) əhaliyə ödənişlərə yönəldiləcək.
Başqa sözlə, Fond gələn il əhaliyə 2024-cü ilə nisbətən 1 milyard 534 milyon manat, bu illə müqayisədə isə 788 milyon manat çox vəsait ödəyəcək.
DSMF tərəfindən gələn il əhaliyə ödəniləcək vəsaitin 7 milyard 993 milyon manatının pensiya, 203,6 milyon manatının isə sosial sığorta hesabına verilən müavinət üzrə xərclərə yönəldilməsi nəzərdə tutulur.
Pensiyalarda artım dinamikası 2026-cı ildə də davam edəcək. Proqnoz göstəricilərə görə, gələn il pensiyaların indeksasiyasının təqribən 9,2 faiz səviyyəsində olması, orta aylıq pensiyanın 9,2 faiz artımla 590 manata, yaşa görə orta aylıq pensiyanın 629 manata çatması gözlənilir.
Müvafiq sığorta ödənişləri ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsində də önəmli rola malik olan İşsizlikdən sığorta fondunun (İSF) gəlirlərinin isə gələn bu ilə nisbətən 31,9 milyon manat (15,5 faiz) çox olmaqla 238,3 milyon manat olması nəzərdə tutulur.
İSF-nin xərclərinin isə cari illə müqayisədə 5,7 milyon manat (2,2 faiz) çox olmaqla 266,4 milyon manat olacağı proqnozlaşdırılır. Bu xərclərin işsizliyə görə sığorta ödənişləri və həmçinin

özünüməşğulluq proqramının icrası,

peşə hazırlığı, haqqı ödənilən ictimai işlərin və əlavə təhsilin təşkili,

peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi,

peşə standartlarının hazırlanması,

sosial iş yerlərində əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi,

sosial müəssisələrin yaradılması, məqsədli proqramların həyata keçirilməsi və digər aktiv məşğulluq tədbirlərinə yönəldilməsi nəzərdə tutulur.

Ümumilikdə İSF-nin vəsaiti hesabına 2026-cı ildə 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması işləri aparılacaq. Növbəti ildə 15 min ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatların qurulması nəzərdə tutulur ki, onlardan 8 mini üçün fondun vəsaiti hesabına, qalan 7 mini üçün Dünya Bankı layihəsi çərçivəsində təsərrüfatlar yaradılacaq.
19-11-2025, 21:02
İslam Oyunlarında növbəti qızıl medal


İslam Oyunlarında növbəti qızıl medal

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
57 kiloqram çəkidə çıxış edən idmançı finalda türkiyəli Elvira Süleymanı 6:2 hesabı ilə üstələyərək Oyunların qalibi olub.
Elnurə Məmmədova (50 kiloqram) isə bürünc medal qazanıb.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) ikinci yeri tutublar.
19-11-2025, 20:34
Putinə heç nə olmayıb


Putinə heç nə olmayıb

Rusiya Prezidenti Vladimir Putin illik tibbi müayinədən keçdiyini və nəticələrin yaxşı olduğunu açıqlayıb.
Süni intellektin gündəlik problemlərin həllində roluna həsr olunmuş sərgidə çıxış edən Rusiya prezidenti illik tibbu müayinədən təzəlikcə keçdiyini söyləyib.
"Bu, klinikada gecələmə də daxil olmaqla, təxminən iki gün çəkdi. Klinikaya günortadan sonra gəldim və ertəsi gün getdim. Allaha şükür, hər şey yaxşıdır", - deyə Putin səhəttindəki vəziyyətlə bağlı danışıb.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!