Maduro istefa verməyə hazırdır - BİR ŞƏRTLƏ .....                        Zelenski xəbərdarlıq etdi: “...çox şey dəyişə bilər” .....                        İran vitse-prezidentinin həyat yoldaşı qəzada öldü .....                        Polad Bülbüloğlunun oğluna yeni vəzifə verildi .....                        Azərbaycan neft hasilatı barədə qərarı dəstəklədi .....                        Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI .....                        Cüdoçumuz Əbu-Dabidə medal qazandı .....                        Ukrayna üçün taleyüklü danışıqlar başladı .....                        Zelenskinin planı dəyişir .....                       
18-11-2025, 14:06
Azərbaycanla Ermənistan deputatları görüşdülər


Azərbaycanla Ermənistan deputatları görüşdülər

Bu gün ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüş Azərbaycan və Ermənistan parlament sədrləri arasında 2025-ci il oktyabrın 21-də Cenevrədə aparılmış müzakirələr çərçivəsində əldə olunmuş razılaşma əsasında baş tutub.
Görüşdə Vaşinqton sammitinin müsbət rolu qeyd edilib, əldə edilmiş razılaşmalar və Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımlar, habelə hər iki ölkənin parlamentlərinin bu prosesə dəstəyinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı iki ölkə arasında həyata keçirilən etimadın artırılması tədbirlərində parlamentlərin roluna toxunulub, həmçinin parlament üzvləri arasında beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv dialoqun vacibliyi vurğulanıb.
18-11-2025, 11:29
Xankəndidə görülən işlər açıqlandı


Xankəndidə görülən

işlər açıqlandı
- FOTO

“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərində genişmiqyaslı bərpa-quruculuq işləri gedir. İnfrastruktur – yollar, su, elektrik, qaz və rabitə xətləri yenilənib, bütün yaşayış və qeyri-yaşayış fonduna texniki baxış keçirilib. İstifadəyə yararsız tikililər sökülüb, şəhərin yeni baş planına uyğun müasir layihələr icra olunmağa başlayıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu fikirləri Xidmətin icraçı direktoru Telman Kərimli, Memarlıq və İnşaat Universitetinin 50 illik yubiley
tədbirində çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, Xankəndidəki əsas binaların əksəriyyəti — Zəfər Muzeyi, Prezidentin Xüsusi Nümayəndəliyinin binası və Qarabağ Oteli vaxtilə Azərbaycan büdcəsi və azərbaycanlı memarların layihələri əsasında inşa olunub. Eləcə də meydanda yerləşən Mədəniyyət Mərkəzinin binası “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun memar və konstruktorları tərəfindən hazırlanmış müasir layihələr əsasında bərpa edilərək yenidən şəhər həyatına qaytarılır. Biznes Mərkəzi tam təmir olunaraq müasir ofis və xidmət məkanına çevrilib. Xankəndi şəhər stadionu yenilənərək idman tədbirləri üçün tam yararlı vəziyyətə gətirilib. Şəhərin mədəni yaddaşını yaşadan Dövlət Dram Teatrında da bərpa ardıcıl şəkildə aparılır. T. Kərimli onu da bildirib ki, işğal dövründə şəhərsalma prinsiplərinə uyğun olmayan tikililər sökülüb və onların yerində müasir ictimai məkanlar, iaşə obyektləri və funksional şəhər strukturlarının qurulması davam edir. Bu layihələr sırasında Zəfər Parkı xüsusi əhəmiyyət daşıyır. Park həm simvolik məkan, həm də Xankəndinin müasir inkişaf vizyonunu ifadə edən yeni şəhər nüvəsidir. Bu gün Xankəndi ilə yanaşı, Ağdərənin, Xocalının kəndlərində də bərpa və infrastruktur layihələri icra olunur. Kəndlərdə yollar salınır, mühəndis-kommunikasiya xətləri yenilənir, fərdi yaşayış evləri sakinlərin qayıdışı üçün tam şəkildə bərpa edilir.
T. Kərimlinin sözlərinə görə, bu böyük quruculuq prosesinin əsas dayaqlarından biri peşəkar kadr potensialıdır. Qürurla deyə bilərik ki, Xankəndi, Ağdərə və Xocalıda həyata keçirilən layihələrin əhəmiyyətli hissəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin iki yüzdən çox məzunu — memarlar, konstruktorlar, inşaat mühəndisləri və layihə rəhbərləri iştirak edir. Onların bilik və peşəkarlığı Qarabağın yenidən qurulmasına real töhfə verir. Bu gün Xankəndi tarixi irsi qorumaqla, müasir şəhərsalma standartlarına uyğun şəkildə yenidən formalaşır. Bütün görülən işlər dövlətçiliyin gücünü və memarlıq məktəbimizin peşəkarlığını əks etdirir.
17-11-2025, 21:37
Bütün Türkiyə bu hadisədən danışır – Bir ailə məhv oldu


Bütün Türkiyə bu hadisədən danışır – Bir ailə məhv oldu

İstanbulun Fatih bölgəsində baş verən zəhərlənmə faciəsində ölənlərin sayı 4-ə çatıb.
Almaniyadan Türkiyəyə səfər edən Böcek ailəsinin daha bir üzvü, ailə başçısı Servet Böcek müalicə olunduğu xəstəxanada vəfat edib.
Bundan əvvəl onun həyat yoldaşı və iki azyaşlı övladı da həyatını itirmişdi.
Hadisə noyabrın 9-da Almaniyadan İstanbula gələn Servet və Çiğdem Böcek, həmçinin onların 2 uşağı Kadir Muhammet və Masalın qaldıqları oteldə səhhətlərinin pisləşməsi ilə başlayıb.
Ailə üzvləri noyabrın 12-də qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq uşaqların həyatını xilas etmək mümkün olmayıb. Ana isə 14 noyabrda dünyasını dəyişib.
Polisin araşdırmasına görə, ailə noyabrın 11-də Ortaköydə midyə, daha sonra isə bir restoranda yemək yeyib. Məhz həmin gün bütün ailə üzvlərində güclü ürəkbulanma və qusma şikayətləri başlayıb.
Müalicədən sonra evə buraxılsalar da, vəziyyətin ağırlaşması onların ölümünə səbəb olub.
Hadisədən sonra ailənin qaldığı oteldə aparılan araşdırma zamanı eyni mərtəbədə qalan 2 turist də oxşar simptomlarla xəstəxanaya aparılıb. Üçüncü şəxs isə ürək ritmi zəif olduğu üçün müşahidə altına alınıb.
Polis təhlükəsizlik tədbiri olaraq oteli tam boşaldıb, qonaqları müxtəlif otellərə yerləşdirib.
Zəhərlənmə ilə bağlı genişmiqyaslı istintaq başlayıb. Hazırda ümumilikdə 11 nəfər saxlanılıb. Onların arasında otel sahibi, lokum (şirniyyat) dükanı sahibi, kokoreç satıcısı, midyə satan şəxs, kafe sahibi və oteli dezinfeksiya edən şirkətin nümayəndələri yer alır.
Saxlanılanlardan dördü bu gün Çağlayan məhkəməsinə göndərilib. Digər 7 nəfər barəsində polis idarəsində əməliyyat tədbirləri davam etdirilir.
Hadisə Türkiyədə geniş rezonans doğurub və zəhərlənmənin dəqiq səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.
17-11-2025, 21:21
“Lukoil” Azərbaycanı tərk edir – TARİX ELAN EDİLDİ


“Lukoil” Azərbaycanı tərk edir – TARİX ELAN EDİLDİ

Rusiyanın “Lukoil” şirkəti ABŞ sanksiyaları səbəbindən “Şahdəniz” layihəsindəki 19,99 faizlik payını 13 dekabra qədər satmağa çalışacaq.
Bildirilir kim sanksiyalar qüvvəyə mindikdən sonra şirkətin bütün beynəlxalq bank əməliyyatları bağlanacaq və bu vəziyyət “Lukoil”in layihə üzrə öhdəliklərini yerinə yetirməsinə imkan verməyəcək.
Məlumata görə, dekabrın 13-dən sonra şirkət “cash call” adlanan maliyyə öhdəliklərini yerinə yetirə bilməyəcək. Bu ödəniş hissəsi layihənin davamlı işləməsi üçün ayrılan vəsaitdir və yalnız ABŞ dolları ilə həyata keçirilir. Öhdəliklərin təmin olunmaması “Lukoil”i 13 fevral 2026-cı il tarixindən etibarən defolt riski ilə üz-üzə qoyur.
“Şahdəniz” layihəsi şirkət üçün strateji əhəmiyyət daşıyır. 2022-ci ildə “Lukoil” "Petronas"a məxsus əlavə 9,9 faizlik payı 1,45 milyard dollara alaraq iştirak payını 19,99 faizə yüksəltmişdi. Hazırda yataqda illik hasilat 28 milyard kubmetrə qədər çatır və şirkətin payının satışından bir neçə milyard dollar əldə etməsi ehtimal olunur.
Ümumi ehtiyatı təqribən 1,2 trilyon kubmetr təşkil edən “Şahdəniz”dən bu günə qədər 270 milyard kubmetr qaz çıxarılıb.
Mənbənin sözlərinə görə, “Lukoil”in payına ən ciddi iddiaçı kimi ABŞ şirkətləri göstərilir. Onlar hazırda layihədə iştirak etmirlər və yeni giriş imkanları axtarırlar.
ABŞ Maliyyə Nazirliyi “Lukoil”in xarici əməliyyatlarına 21 noyabrdan 13 dekabra qədər müvəqqəti icazə verib. Bolqarıstanda isə şirkətə 2026-cı ilin aprel ayına qədər maliyyə əməliyyatları üçün istisna tanınıb.
17-11-2025, 21:07
Azərbaycanlı milyarderin şirkəti külli miqdarda borca düşdü


Azərbaycanlı milyarderin şirkəti külli miqdarda borca düşdü

Azərbaycanda qida və aqrar sektorunda fəaliyyət göstərən "Aznar” QSC-nin (Teymur Əhmədovun adını daşıyır) dövlət qarşısında külli miqdarda vergi borcu üzə çıxıb.
Bu barədə İqtisadiyyat.az Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.
Məlumata görə, "Aznar” QSC-nin 9 saylı Ərazi Vergilər İdarəsinə 419 831.66 manat vergi borcu mövcuddur.
Qeyd edək ki, "AzNar” QSC-nin nizamnamə kapitalı 149 987 312 manatdır, majoritar səhmdarı Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov, hazırda qanuni təmsilçisi isə Natiq Hüseynovdur. "AzNar” QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur.
Teymur Əhmədov adına "AzNar” QSC "Grante” ticarət nişanı ilə meyvə və giləmeyvə şirələri, kampotlar və narşərab istehsal edir.
17-11-2025, 20:48
Türkiyə bütün sirləri açacaq – Ərdoğan bəyan etdi


Türkiyə bütün sirləri açacaq – Ərdoğan bəyan etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra Gürcüstanda hərbi təyyarənin qəzaya uğraması ilə bağlı yeni açıqlama verib.
O bildirib ki, hadisənin səbəbləri tam şəkildə araşdırılacaq və nəticələr ictimaiyyətlə paylaşılacaq.
Ərdoğan qəzada həlak olan 20 hərbçi ilə bağlı dərin kədərini ifadə edərək, bütün prosesin şəffaflıqla aparılacağını vurğulayıb:
“20 canımızı şəhid verdiyimiz bu ağır hadisənin niyə baş verdiyini çox daha net şəkildə görəcəyik və bunu ictimaiyyətlə bölüşəcəyik”, – deyə o bildirib.
Prezidentin sözlərinə görə, Gürcüstan və Azərbaycan ilk andan etibarən Türkiyə ilə birgə axtarış-xilasetmə fəaliyyətində iştirak edib. Qısa müddətdə həm şəhidlərin nəşi, həm də təyyarənin “qara qutusu” tapılıb.
17-11-2025, 20:31
Mədinədə faciə yaşandı - 45 nəfər öldü


Mədinədə faciə yaşandı - 45 nəfər öldü

Səudiyyə Ərəbistanının Mədinə şəhəri yaxınlığında zəvvarları daşıyan avtobusun yanacaq maşını ilə toqquşması nəticəsində 45 nəfər ölüb.
Ölən şəxslər Hindistan vətəndaşları olublar. Onlar Ümrə ziyarətinə gəlmişdilər.
17-11-2025, 20:05
Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı - FOTO


Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı - FOTO

Bakıda "Euronews" telekanalının yerli ofisinin açılış mərasimi keçirilib.
Tədbirdə "Euronews"un Direktorlar Şurasının sədri Pedro Varqas David açılış nitqi ilə çıxış edib.
Mərasim zamanı "Euronews"un Azərbaycanla əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələri təqdim olunub.
O qeyd edib ki, Azərbaycanla bağlı balanslı mövqeyinə görə kanal təzyiqlərə məruz qalıb.
“Mənim Azərbaycana ilk səfərimdən 10 ildən çox vaxt keçib. Bu illər ərzində Azərbaycanın nə qədər dəyişdiyini müşahidə etdim. Onu da qeyd edim ki, bizim Azərbaycana qarşı balanslı möbqeyimiz qəbul edilmirdi. Baş ofisimizin qapısında etirazlar keçirilirdi. Jurnalistlərimizə e-mail hücumları edilirdi.
Xəbərlərdə məkan olaraq “Şuşa, Azərbaycan” yazılanda bizə saysız hesabsız e-maillər gəlirdi. Bizdən Şuşanı niyə Azərbaycanın tərkibində olan bir ərazi kimi təsvir etdiyimizi soruşurdular. Biz də onlara beynəlxalq hüququn bu ərazini Azərbaycan torpağı kimi tanıdığını deyirdik.
Hətta ötən ilin dekabrında Azərbaycana məxsus sərnişin təyyarəsi vurulanda belə, “Reuters“ qəzanın baş vermə səbəblərinin Rusiyaya sərf edən versiyasını təbliğ edirdi. Biz isə bunu heç vaxt etməmişik”, - Pedro Vargas David qeyd edib.
İdarə Heyətinin sədri iyunda 12 günlük İsrail–İran müharibəsi zamanı Azərbaycanın hava məkanının təhlükəsizliyinə diqqət çəkib: “Əgər Flightradar və ya bu kimi platformalara baxsaydınız, iki tərəfdən – şərqdən və qərbdən – gələn uçuşların böyük bir konsentrasiyasını görərdiniz, Avropadan Asiyaya və daha da uzağa gedən bütün təyyarələr üçün yalnız bir təhlükəsiz seçim var idi.
Bu təhlükəsiz seçim Azərbaycan hava məkanından istifadə etmək və tranziti həmin hava məkanından keçirməklə mümkün olurdu. Mən həmin gün Bakıda idim və yanacaq tükəndiyi, başqa istiqamətə gedə bilmədikləri üçün burada fövqəladə eniş edən təyyarələrin sayını yaxşı xatırlayıram. Və bu, yalnız çətinlik və problem dövrlərində belə deyil. Azərbaycan bizim enerji, təchizat və gələcəyimiz üçün hər gün mövcud olan bir həlldir. Bu, dünyəvi bir ölkədir. Sürətlə inkişaf edən bir ölkədir. Sənaye və mühüm resurslara malikdir. Özünə inamla doludur”.
Tədbirdə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin liderlərindən regionun Avropa ilə münasibətlərinə təsir edən əsas siyasi, iqtisadi və sosial proseslər barədə alınan müsahibələri əhatə edən "Eurasia Talks" verilişi nümayiş etdirilib.
Avropanın ən məşhur kanalının Azərbaycanda ofis açması ölkəmizin media sahəsində son 5 ildə qazandığı ən böyük uğurlardan biri hesab edilir.

17-11-2025, 19:50
Ramiz Mehdiyevin gəlininin yerinə TƏYİNAT


Ramiz Mehdiyevin gəlininin yerinə TƏYİNAT

Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında yeni kadr təyinatı olub.
Klinikanın müalicə işləri üzrə direktor müavini vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Tamara Sayad qızı Quliyeva təyin edilib.
O, bu təyinata qədər Onkologiya Klinikasının Poliklinika və diaqnostika şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva tuturdu. O, qayınatası dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunduqdan sonra vəzifəsindən azad olunub.
17-11-2025, 19:31
Onlar məhkəmə qərarı ilə evlərindən çıxarılır - Nazirlikdən açıqlama


Onlar məhkəmə qərarı ilə evlərindən çıxarılır - Nazirlikdən açıqlama

Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin balansında olan xidməti yaşayış sahələrindən əməkdaşların guya qanunsuz çıxarılması ilə bağlı görüntülər yayılıb.
Nazirlikdən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, 107 ünvanında yerləşən xidməti yaşayış sahələrindən “Azərbaycan Respublikası Mənzil Məcəlləsi”nin 102-ci maddəsinin tələblərinə uyğun olaraq əmək fəaliyyətinə xitam verilmiş şəxslərin çıxarılmaları ilə bağlı tərəfimizdən Suraxanı Rayon Məhkəməsinə müraciət edilib, həmin şəxslərin Nazirliyə məxsus həmin xidməti mənzillərdən çıxarılmaları və mənzilləri Fövqəladə Hallar Nazirliyinə təhvil vermələri barədə məhkəmə qətnamələr qəbul edib və məhkəmə qətnamələri qanuni qüvvəyə minib.
Qeyd edilib ki, qanuni qüvvəyə minmiş 7 məhkəmə qətnaməsi Suraxanı Rayon Məhkəməsi tərəfindən icra edilməsi üçün Ədliyyə Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilib və həmin şöbə tərəfindən məcburi icra hərəkətləri həyata keçirilərək, mənzillərin Nazirliyə təhvil verilməsi istiqamətində işlər davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!