Xəzər dənizindən qum-çınqıl oğurlayanlar saxlanıldılar .....                        HƏMAS bu şərtlə tərksilaha razıdır .....                        Rusiya Peçenej su anbarının bəndinə zərbə endirdi .....                        Merz: Almaniya həmişə İsrailin təhlükəsizliyini müdafiə edəcək .....                        Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb - YENİLƏNİB .....                        Rusiya Ukraynaya hücum edib - ölənlər var .....                        Dünyada yeni müharibə ocağı – təhlükə artır .....                        İrandan ABŞ-yə ŞƏRTLƏR .....                        İran Məclisinin nümayəndə heyəti Moskvadadır .....                       
Dünən, 22:21
Ayxan Baxşəlizadə 25 yaşını qeyd edir


Ayxan Baxşəlizadə

25 yaşını qeyd edir


Bu gün “AİY Group” Şirkətlər Qrupunun prezidenti, Azərbaycan Vale Tudo Federasiyasının Fəxri Prezidenti, gənc xeyriyyəçi iş adamı Ayxan Baxşəlizadənin doğum günüdür.
Ayxan Baxşəlizadə 2000-ci il dekabrın 8-də Bakı şəhərində anadan olub. Orta təhsilini “Baku Oxford School”un ingilis bölməsində başa vurub, daha sonra ADA Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə ali təhsil alıb.
Gənc yaşına baxmayaraq, Ayxan Baxşəlizadə həm idman, həm xeyriyyəçilik, həm də ictimai-siyasi sahələrdə fəallığı ilə seçilir. 2024-cü ildən Azərbaycan Vale Tudo Federasiyasının F.Prezidenti kimi fəaliyyət göstərən Ayxan bəy ölkəmizdə Vale Tudo idman növünün inkişafına xüsusi dəstək göstərir və bu sahədə bir sıra təşəbbüslərin müəllifidir.
O, eyni zamanda xeyriyyəçilik fəaliyyətinə görə də tanınır. 44 günlük Vətən müharibəsindən sonra qazilər və şəhid ailələri ilə bağlı müxtəlif dəstək layihələri həyata keçirib. Pandemiya dövründə və əvvəlki illərdə də sosial həssas qruplara yardım məqsədilə bir sıra xeyriyyə aksiyalarına rəhbərlik edib.
Gələcək planları sırasında idmanının ölkədə daha geniş təbliği, idman infrastrukturunun gücləndirilməsi və yeni sosial layihələrin reallaşdırılması yer alır.
Cavid Vəkilov Ayxan Baxşəlizadəni 25 illik yubileyi münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar diləyir.

Dünən, 19:20
7 Dekabr – Azərbaycan Parlamenti Günü və Dövlətçilik İrsimiz


7 Dekabr – Azərbaycan Parlamenti

Günü və Dövlətçilik İrsimiz


XX əsrin əvvəlləri dünya siyasi xəritəsində dərin dəyişikliklərin baş verdiyi, milli dövlətçilik ideyalarının gücləndiyi bir dövr idi. Bu mürəkkəb geosiyasi şəraitdə Azərbaycan xalqı 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini elan etdi və həmin dövlətin mühüm strukturlarından biri kimi parlamentin yaradılması demokratik idarəçilik baxımından xüsusi əhəmiyyət daşıdı.
7 dekabr 1918-ci ildə fəaliyyətə başlayan Azərbaycan Parlamenti Şərq aləmində ilk parlamentli respublika modelinin tətbiqi ilə tariximizin yeni və misilsiz bir mərhələsini açdı. Müsəlman Şərqində ən mütərəqqi və demokratik prinsiplər əsasında yaradılmış bu parlament çoxpartiyalı struktura malik idi və müxtəlif siyasi qüvvələrin təmsilçiliyi ilə plüralist müzakirə mühitini təmin edirdi. Cəmi 17 ay fəaliyyət göstərsə də, dövlətin hüquqi bazasının formalaşdırılması, idarəetmə sisteminin qurulması, iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində əsasların yaradılması kimi son dərəcə mühüm vəzifələri icra etdi. Ümummilli lider Heydər Əliyev bu tarixi hadisəni yüksək qiymətləndirərək bildirirdi ki, “1918-ci ildə yaradılmış demokratik respublika bizim tariximizin böyük və parlaq bir mərhələsidir. Biz bu mərhələni layiqincə qiymətləndirməliyik”. O, eyni zamanda bu dövrün nailiyyətləri ilə yanaşı, çətinliklərinin də dərindən araşdırılmasının vacibliyini vurğulayaraq qeyd edirdi ki, “Tarixçilərin borcudur ki, demokratik respublikanın fəaliyyətinin qüsurlarını da bilməliyik ki, o səhvlər bir daha təkrarlanmasın”. Bu parlamentin yaratdığı ənənələr müasir milli dövlətçilik ideologiyasının təməl mənbələrindən birinə çevrilmişdir.

Azərbaycan parlamentarizminin müasir mərhələsi Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə - ölkə ağır siyasi böhran, parçalanma və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə keyfiyyətcə yeni inkişaf dövrünə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin parlament sədri kimi tarixi missiyası Azərbaycanın dövlətçiliyinin real xilası ilə nəticələndi. O, dövlət hakimiyyəti daxilində legitimliyi bərpa etdi, separatizm və silahlı qarşıdurmaların qarşısını aldı, idarəetmə sisteminin sabitləşməsini təmin etdi və dövlətin hüquqi əsaslarını yenidən qurdu. Bu mərhələdə qəbul edilən qanunlar müasir Azərbaycan dövlətinin hüquqi memarlığının əsasını təşkil etdi. Parlament onun rəhbərliyi dövründə yalnız qanunverici orqan deyil, həm də strateji qərarların qəbul olunduğu, dövlətin gələcək inkişaf yolunun müəyyənləşdirildiyi siyasi mərkəzə çevrildi. Beləliklə, 1993-cü il parlament mərhələsi müstəqil dövlətçiliyin hüquqi, siyasi və institusional bünövrəsinin möhkəmləndirildiyi dönüş nöqtəsi oldu.
Sonrakı dövrdə isə Ümummilli Lider Heydər Əliyev dövlətçilik xəttinin ardıcıl şəkildə davam etdirilməsi müstəqil Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil etdi və bu xəttin layiqli davamçısı kimi Prezident İlham Əliyev ölkədə qanunverici hakimiyyətin fəaliyyətinin daha səmərəli və dinamik şəkildə qurulmasına geniş imkanlar yaratdı. Dövlət başçısı kimi həyata keçirdiyi siyasi, institusional və iqtisadi islahatlar Milli Məclisin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaratdı, parlamentin müasir dövlət idarəçiliyi sistemində rolunu daha da artırdı. Prezident İlham Əliyevin sözləri ilə desək, “Milli Məclis ölkəmizin sosial-iqtisadi inkişafının və hüquqi dövlət quruculuğunun təmin edilməsində mühüm rol oynayır”. Bu yanaşma onun qanunverici hakimiyyətin müstəqilliyini və funksional imkanlarını yüksək qiymətləndirdiyini, dövlət başçısı kimi həyata keçirdiyi islahatlarla parlamentin daha effektiv fəaliyyət göstərməsi üçün əlverişli siyasi-hüquqi mühit formalaşdırdığını göstərir. Məhz Prezidentin rəhbərliyi ilə aparılan sistemli islahatlar, yeni iqtisadi modelin tətbiqi, idarəetmənin şəffaflaşdırılması, modern hüquqi çərçivənin qurulması və dövlət prioritetlərinin müəyyənləşdirilməsi Milli Məclisin qəbul etdiyi qanunların mahiyyət etibarilə daha çevik, inkişaf yönümlü və ölkənin strateji hədəflərinə uyğun olmasını təmin etdi. Beləliklə, Prezidentin uzaqgörən siyasəti parlament fəaliyyətinin institusional güclənməsinə, qanunvericilik prosesinin keyfiyyətinin yüksəlməsinə və ümumilikdə Azərbaycan parlamentarizminin yeni mərhələyə qədəm qoymasına dolğun töhfə verdi.
Bildiyimiz kimi, 2020-ci ilin 44 günlük Vətən Müharibəsi Azərbaycan tarixində yalnız hərbi-siyasi qələbə olmadı, həm də ölkənin strateji inkişafında yeni mərhələnin başlanğıcı oldu. Qazanılan Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, regionda yeni geosiyasi reallıq formalaşdı və milli dövlətçiliyin gələcək inkişafı üçün fundamental imkanlar yarandı. Bu tarixi dönüşdən sonra başlanan genişmiqyaslı bərpa-quruculuq, reinteqrasiya və sosial-iqtisadi yenidənqurma proseslərinin hüquqi təminatı Milli Məclisin əsas prioritetinə çevrilmişdir.
Parlament tərəfindən qəbul edilən qanunlar azad edilmiş ərazilərdə infrastrukturun bərpası, “Böyük Qayıdış” proqramının icrası, məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı, mina təhlükəsizliyi, yeni iqtisadi rayonların yaradılması və Qarabağ-Şərqi Zəngəzur üçün xüsusi inkişaf planlarının hazırlanması kimi məsələlərin hüquqi çərçivəsini formalaşdırdı. Bu qərarlar Azərbaycanın post-müharibə dövründə siyasi sabitliyinin, sosial rifahının və strateji inkişafının hüquqi əsaslarını təmin edən mühüm mexanizmlərə çevrilmişdir.
Xüsusi qeyd etməliyik ki, xalqımızın tarixi yaddaşında xüsusi yer tutan və əsrlər boyunca azərbaycanlıların yaşayıb yaratdığı Qərbi Azərbaycana qayıdış arzusu da milli ideoloji düşüncənin mühüm tərkib hissəsidir. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi və dövlətçilik fəlsəfəsi çərçivəsində bu arzu ərazi iddiası deyil, doğma yurdlarla mənəvi bağların qorunması, tarixi irsin yaşadılması və dinc şəkildə geri dönüşün hüquqi əsaslarının gələcəkdə formalaşdırılmasına yönəlmiş milli istəyin ifadəsidir. Bu ideya həm tarixi ədalətə inamı, həm də bölgədə uzunmüddətli sülh, qarşılıqlı anlaşma və insan hüquqlarına hörmət kimi prinsipləri təcəssüm etdirir. Qərbi Azərbaycana qayıdış arzusu xalqımızın yaddaşında yaşayan, lakin siyasi deyil, humanitar, mədəni və tarixi bağlılıq üzərində qurulan ümummilli bir idealdır və Azərbaycan cəmiyyətinin gələcək nəsillərə miras kimi ötürdüyü mənəvi dəyərdir.
Beləliklə, 7 dekabrdan başlayan parlamentçilik ənənəsi, dövlətçilik dayaqlarının möhkəmləndirilməsi və 44 günlük Zəfərdən sonra formalaşan yeni inkişaf mərhələsi Azərbaycan parlamentarizminin və milli dövlətçilik fəlsəfəsinin ardıcıl inkişaf dövrünü xarakterizə edir. Bu dövr tarixdən gələn zəngin irsi qoruyaraq, müasir çağırışlara cavab verən və gələcəyin ölkəsini daha güclü, sülhsevər və müstəqil qurmağa yönəlmiş strategiyaları reallaşdıran bir mərhələdir.
Tarixdən götürülən dərslərin və dövlətçilik ənənələrinin qorunması və davamlı şəkildə inkişaf etdirilməsi sayəsində gələcək nəsillərin bu yolu daha da irəli aparacağına və Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirəcəyinə inanıram.

Əziz həmvətənlər!
Sizin hər birinizi 7 Dekabr – Azərbaycan Parlamenti Günü münasibətilə ürəkdən təbrik edir, dövlətimizin inkişafı və xalqımızın rifahı yolunda uğurların davamlı olmasını arzulayıram.

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Dünən, 17:08
Xəzər dənizindən qum-çınqıl oğurlayanlar saxlanıldılar


Xəzər dənizindən qum-çınqıl oğurlayanlar saxlanıldılar

Polis əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, keçirilən növbəti tədbirlərlə Xəzər dənizinin kənarından qeyri-qanuni qum-çınqıl daşınmasını həyata keçirən 34 yaşlı M.Hüseynov, "Hovo" markalı markalı yük avtomobilinin sürücüsü 41 yaşlı Z.Vəlizadə, "Shacman" markalı yük avtomobillərinin sürücüləri 26 yaşlı M.Məmmədov və 42 yaşlı T.Həsənov müəyyən olunaraq saxlanılıblar.
Dünən, 16:34
HƏMAS bu şərtlə tərksilaha razıdır


HƏMAS bu şərtlə tərksilaha razıdır

HƏMAS silahlarını gələcəkdə Qəzzanı idarə edəcək “dövlət”ə bir şərtlə təhvil verməyə hazırdır. Bunun üçün İsrail “işğal”ı sona çatmalıdır.
Bunu Qəzzada HƏMAS-ın lideri Xəlil əl-Heyyə bildirib.
Qeyd edilib ki, HƏMAS lideri “dövlət” deyəndə “gələcək suveren Fələstin”i nəzərdə tutub.
Xəlil əl-Heyyə əlavə edib ki, silahların təslim edilməsi məsələsi Fələstin qrupları və vasitəçilər arasında müzakirə mövzusudur. Razılaşmanın əldə edilməsi hələ başlanğıc mərhələdədir. “Biz sərhədlərə və Qəzzada atəşkəsə nəzarət edəcək qüvvələr kimi BMT qüvvələrini qəbul edirik”, - deyə HƏMAS lideri bildirib.
Dünən, 16:25
Rusiya Peçenej su anbarının bəndinə zərbə endirdi


Rusiya Peçenej su anbarının bəndinə zərbə endirdi

Rusiya Ordusu Xarkov vilayətində yerləşən Peçenej su anbarının bəndinə zərbə endirib, zədələnən bənd üzərindən avtomobillərin hərəkəti tamamilə dayandırılıb.
Bu barədə Peçenej qəsəbə şurasının rəhbəri Aleksandr Qusarov “Telegram”da paylaşım edib.
Qeyd edilib ki, bu gündən etibarən Peçenej bəndi üzərindən nəqliyyatın hərəkəti mümkün deyil.
Peçenej su anbarı Şimalı Dones çayı üzərində yerləşir və regionun əsas hidrotexniki obyektlərindən biri hesab olunur.
Dünən, 16:10
Merz: Almaniya həmişə İsrailin təhlükəsizliyini müdafiə edəcək


Merz: Almaniya həmişə İsrailin təhlükəsizliyini müdafiə edəcək

Almaniya həmişə İsrailin mövcudluq hüququnu və təhlükəsizliyini müdafiə edəcək.
Bunu Almaniya kansleri Fridrix Merz "Yad Vaşem" memorial kompleksinə səfəri zamanı qonaqlar kitabına yazıb.
"Biz almanların yəhudi xalqına qarşı törətdikləri Holokostun dəhşətli cinayətini xatırlayacağıq", - DPA xəbər agentliyi onun sözlərini sitat gətirib.
"Almaniya İsrailin varlığını və təhlükəsizliyini müdafiə etməlidir. Bu, bizim münasibətlərimizin davamlı bünövrəsidir və əbədi olaraq belə qalacaq", - kansler yazıb.
Dünən, 15:46
Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb - YENİLƏNİB


Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb - YENİLƏNİB

Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb.
Bu barədə “24 Heures au Benin” məlumat yayıb.
Qeyd edilib ki, çevrilişə cəhd edən bir qrup hərbçi həbs edilib.

***

14:17

Benin hərbçiləri ölkədə hakimiyyəti ələ keçirdiklərini bəyan ediblər.
Bu barədə "La Nouvell Tribune" portalı Benin Dövlət Yayım Korporasiyası olan SRTB-nin efirində səsləndirilən bəyanata istinadən yazıb.
Bəyanata görə, hərbçilər dövlət qurumlarının buraxıldığını və Patris Talonun prezident vəzifəsindən uzaqlaşdırıldığını elan ediblər.
Qeyd olunur ki, keçid dövründə ölkəyə nəzarət polkovnik-leytenant Tiqri Paskalın rəhbərlik etdiyi Hərbi Bərpa Komitəsinə veriləcək.
Dünən, 15:38
Rusiya Ukraynaya hücum edib - ölənlər var


Rusiya Ukraynaya hücum edib - ölənlər var

Rusiya qoşunları Ukrayna ərazisinə kütləvi pilotsuz və raket hücumları həyata keçirib. Enerji infrastrukturuna və yaşayış binalarına ziyan dəyib.
Kremençuq rayonunda enerji sektorunun bir neçə müəssisəsi zərbə altına düşüb.
"Bu gecə rusiyalılar raket və PUA-ların köməyi ilə Poltavşinaya kütləvi hücum etdilər. Kremençuq rayonunda enerji sektorunun bir neçə müəssisəsi zərbə altına düşdü", - Poltava Hərbi Administrasiyasının rəhbəri Vladimir Koqut teleqram kanalında yazıb.
Onun sözlərinə görə, zərbələr nəticəsində yanğınlar baş verib, fərdi evlərdən birinin ərazisində texniki avadanlıqlara, təsərrüfat binasına ziyan dəyib. Hücum nəticəsində bəzi ərazilərdə istilik və su təchizatı ilə bağlı fasilələr var.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Çerniqov vilayətindəki Novgorod-Seversky şəhərinə Rusiya dronlarının zərbələri nəticəsində 50 yaşlı kişi öldü, tərk edilmiş bina, ev və təsərrüfat binası alovlanıb.
Vilayətin Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov bildirib ki, Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətinin 23 yaşayış məntəqəsini gün ərzində 600 dəfə atəşə tutub. "Ümumilikdə gün ərzində Rusiya qoşunları Zaporojye vilayətinin 649 yaşayış məntəqəsinə 23 zərbə endirib. 43 yaşlı kişi düşmənin Poloqovski rayonuna hücumu nəticəsində yaralanıb", - teleqram kanalında yazıb.
Bundan əlavə, Fedorovun sözlərinə görə, yaşayış binalarına, avtomobillərə və infrastruktur obyektlərinə dəyən ziyan barədə 14 məlumat daxil olub.
Dünən, 15:25
Dünyada yeni müharibə ocağı –  təhlükə artır


Dünyada yeni müharibə ocağı – təhlükə artır

Tailand ordusu Kamboca ilə sərhəd bölgələrində yaşayan sakinləri dörd əyalətdə təhlükəsizlik sığınacaqlarına köçürtmək barədə göstəriş verib.
Bu addım yeni hərbi toqquşmaların baş verə biləcəyi ehtimalı ilə əlaqədardır.
Eyni zamanda, Kamboca Müdafiə Nazirliyi bildirib ki, 7 dekabr tarixində yerli vaxtla saat 14:15 radələrində Tailand hərbi qüvvələri Prea Vihear yaxınlığında Kamboca qüvvələrinə atəş açıb.
Kamboca tərəfi cavab atəşi açmadığını və atəşin 14:32-də, Tayland tərəfi ilə əlaqə saxlandıqdan sonra dayandırıldığını açıqlayıb.
Kamboca həmçinin AŞAEN müşahidəçilərini məlumatlandırıb və insidentlə bağlı araşdırma tələb etməyi planlaşdırır. Nazirlik bir daha vurğulayıb ki, ölkə beynəlxalq hüquqa uyğun olaraq atəşkəs rejiminə və münaqişələrin sülh yolu ilə həllinə sadiqdir.
Dünən, 15:13
İrandan ABŞ-yə ŞƏRTLƏR


İrandan ABŞ-yə ŞƏRTLƏR

"İran ABŞ ilə nüvə proqramı danışıqlarına hazırdır, lakin qarşılıqlı faydalı olması şərtdir".
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib:
"Əgər onlar yanaşmalarını dəyişib ədalətli və qarşılıqlı faydalı danışıqlara hazır olsalar, biz də hazır olarıq. Lakin danışıqlar diktə deyil. O vaxta qədər onların real, ciddi danışıqlara hazır olub-olmadığından əmin deyilik", - deyə nazir bildirib.
Onun sözlərinə görə, İran diplomatiyaya açıqdır, amma yalnız "ədalətli və balanslı" nəticəni təmin edən şərtlərlə.
"Bu ABŞ-dən asılıdır", - deyə Əraqçi vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!