“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
17-12-2025, 23:28
Dünya çempionatı üçün rekord mükafat


Dünya çempionatı üçün rekord mükafat

FIFA 2026-cı il dünya çempionatının mükafat fondunu açıqlayıb.
Mundialın mükafat fondu 727 milyon ABŞ dolları təşkil edir. Məbləğin 655 milyon dolları turnirin iştirakçısı olan 48 ölkənin yığmasına ödəniləcək. Bu isə DÇ-2022 ilə müqayisədə 50 faiz artım deməkdir.
Mundialın qalibi 50, finalda uduzan 33, üçüncü yerin sahibi 29, dördüncü yeri tutan komanda 27 milyon dollar qazanacaq. 5-8-ci yerlər üçün 19, 9-16-cı yerlər üçün 15, 17-32-ci yerlər üçün 11, 33-48-ci yerlər üçün 9 milyon dollar mükafat veriləcək.
Bundan əlavə, final mərhələsinə vəsiqə qazanan hər bir yığma hazırlıq xərclərini ödəmək üçün 1,5 milyon dollar alacaq. Beləliklə, DÇ-2026-nın bütün iştirakçılarına ən azı 10,5 milyon dollar ödəniləcək.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
17-12-2025, 23:09
Məktəblilər arasında “snus” təhlükəsi - Polisdən açıqlama


Məktəblilər arasında “snus” təhlükəsi - Polisdən açıqlama

Məktəblilər arasında “snus” adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb. Uşaqlar isə onun tərkibi və təsirləri barədə məlumatlı olmadan istifadə edir.
İTV-yə danışan şagirdlər bildirirlər ki, bu məhsulu alıb məktəbdə çeynəyirlər.
“Bizim məhlədə satılır, almışam. Uşaqlar da bir neçə dəfə alıblar. Ağızda dağılır, pis dad verir. Hər marketdə satılmır. Köşk kimi yerlərdə olur”, - şagirdlər bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, “Snus” adlandırılan məhsulun tərkibi və hüquqi statusu ilə araşdırmalar aparılır.
Hazırda bu məhsulun narkotik vasitə və ya psixotrop maddə kimi qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış ekspert rəyi yoxdur.
Bununla belə, tərkibində nikotin olan məhsulların, tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satışı qanunvericiliyin tələblərinə ziddir və polis orqanları tərəfindən bu istiqamətdə profilaktik və nəzarət tədbirləri həyata keçirilir.
Zərərli vərdişlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən ticarət obyektlərində və məktəblər ətrafında müvafiq yoxlama və nəzarət fəaliyyəti davam etdirilir.
17-12-2025, 22:56
Qadın deputatlar arasında dava düşdü - VİDEO


Qadın deputatlar arasında dava düşdü - VİDEO

Meksika parlamentində qadın deputatlar arasında dava olub.
Mexiko Şəhər Konqresinin iclası rəqib partiyalardan olan qadın deputatlar arasında qarşıdurma yaranıb.
Hadisə vətəndaşların ictimai məlumatlara çıxışını təmin etmək və şəxsi məlumatların qorunmasından məsul olan qurumun ləğv edilməsi və onun yerinə yeni nəzarət orqanı yaradılması təklifinin müzakirəsi zamanı baş verib.
Sağçı Milli Fəaliyyət Partiyasının (PAN) deputatları təklifə qarşı çıxıb, hakim solçu Morena partiyası isə islahatı dəstəkləyib.

17-12-2025, 22:17
Məşhur aparıcı həbs edildi


Məşhur aparıcı həbs edildi

Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaq zamanı televiziya aparıcısı Ela Rümeysa Cebeci həbs edilib.
Test nəticəsi müsbət çıxmış Cebecinin məhkəmə ifadəsi alındıqdan sonra o, "narkotik maddə istifadəsini asanlaşdırma" ittihamı ilə həbs edilib.
Televiziya aparıcısı test nəticəsinin səhv olduğunu iddia edərək, həyatı boyu narkotik maddədən istifadə etmədiyini qeyd edib.
Xatırladaq ki, Cebeci THC (tetrahidrokannabinol) maddəsini qəbul edərək bunu videoya çəkib və görüntüləri məşhur komediya ustası Cem Yılmaza göndərib.
17-12-2025, 22:06
Ağdamda mina partladı - YARALI VAR


Ağdamda mina partladı - YARALI VAR

Ağdamın Çəmənli kəndində mina partlayıb.
Kənd sakini Məlik Qədir oğlu Məmmədovun idarə etdiyi traktor sahədə soğan səpərkən minaya düşüb.
O, yaralı halda xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
17-12-2025, 21:50
Meyiti tapılan gənc Mirmahmud Mirəlioğlunun nəvəsi imiş


Meyiti tapılan gənc Mirmahmud Mirəlioğlunun nəvəsi imiş

Sumqayıtda 18 yaşlı gəncin meyiti aşkarlanıb.
Hadisə şəhərin 30-cu məhəllə adlanan ərazisində qeydə alınıb.
Məlumata görə, 2007-ci il təvəllüdlü Fəttayev Müşfiq Mirmehdi oğlunun cansız bədəni yaxınları tərəfindən yaşadığı evdə tapılıb.
Vəfat edən gəncin Klassik Xalq Cəbhəsi partiyasının sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi olduğu bildirilir.
Qeyd edək ki, partiya sədrinin oğlu Mirmehdi Fəttayevin iki övladı var.
Onlardan böyüyü 18 yaşlı Müşfiq Fəttayev, kiçik oğlu isə məktəblidir.
Onun ürək tutmasından öldüyü deyilir.
Xatırladaq ki, M.Mirəlioğlu 1991-ci ildə oğlu Müşviqi, 2009-cu ildə isə oğlu Mircəlili, 2012-ci ildə isə qızı Mahirəni itirib.
17-12-2025, 21:47
3 ölkə Türkiyəyə qarşı birləşir


3 ölkə Türkiyəyə qarşı birləşir

Yunanıstan, İsrail və Kipr Şərqi Aralıq dənizi bölgəsində birgə sürətli reaksiya briqadasının yaradılması imkanını nəzərdən keçirir.
Bu barədə Kipr mediası məlumat yayıb. Məsələ üçtərəfli hərbi və siyasi məsləhətləşmələrin intensivləşdiyi bir dövrdə gündəmə gəlib. Bildirilir ki, son vaxtlar yüksək səviyyəli görüşlər keçirilib və yeni təmaslar da planlaşdırılır.
Mediaya sızan məlumatlara görə, yaradılması müzakirə olunan hərbi birləşmənin şəxsi heyətinin sayı 2,5 min nəfərə qədər ola bilər. Onlardan təxminən 1 mini Yunanıstan və İsrailin payına düşür, 500-ə yaxın hərbçi isə Kiprdən nəzərdə tutulur. Briqadanın daimi baza şəklində deyil, çevik və sürətli yerləşdirmə mexanizmi əsasında fəaliyyət göstərməsi planlaşdırılır.
Yunanıstan mətbuatı rəsmi mənbələrə istinadən yazır ki, bu təşəbbüs Şərqi Aralıq dənizində mümkün böhran vəziyyətlərində quruda, dənizdə və havada operativ fəaliyyət göstərə bilən çevik əməkdaşlıq modelini nəzərdə tutur. Plan çərçivəsində döyüş aviasiyası, freqatlar və sualtı qayıqlar da daxil olmaqla hava və dəniz dəstəyi imkanları müzakirə olunur.
Potensial yerləşmə əraziləri kimi Yunanıstanın Rodos və Karpatos adaları, Kipr ərazisi, eləcə də İsraildəki hərbi bazalar göstərilir. Eyni zamanda, mümkün birləşmənin əsas vəzifələrindən biri enerji xətləri və sualtı kabellər daxil olmaqla kritik dəniz infrastrukturunun qorunması, eləcə də regionda gərginliyin artması risklərinə operativ reaksiya verməkdir.
Məlumata görə, birgə briqadanın yaradılması ilə bağlı hələlik yekun qərar qəbul edilməyib. Müzakirələr ilkin mərhələdədir və üç ölkə arasında dərinləşən dialoq çərçivəsində aparılır. Ekspertlər üç ölkənin Türkiyəyə qarşı strateji ittifaq qurduğunu bildirir.
17-12-2025, 21:12
3 uşağına işgəncə verdiyi deyilən ata saxlanıldı - YENİLƏNİB


]3 uşağına işgəncə verdiyi deyilən ata saxlanıldı - YENİLƏNİB

Ağstafada azyaşlı övladlarını döyən və işgəncə verən ata saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunundan bildirilib.
Qurumdan qeyd edilib ki, övladlarını döyən və işgəncələr verən ata Oruc Əliyev polis əməkdaşları tərəfindən tutulub.
Məsələ ilə Ağstafa Rayon Polis şöbəsində müvafiq ekspertiza təyin edilib.
Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

***

20:13

Ağstafada uşaqların atası tərəfindən döyüldüyü iddia edilib.
Hadisə Yeni gün kəndində baş verib.
Uşaqların anası Günel Bayramova iddia edib ki, onun həyat yoldaşı, 42 yaşlı Oruc Əliyev onunla aralarında olan davalara görə uşaqlarını incidirmiş.
Sonuncu dəfə davadan sonra ata evinə gedən Günel Bayramova Oruc Əliyev evdə olmayanda uşaqlarına baş çəkməyə gəlib. Bundan xəbər tutan ata da uşaqları anaları ilə görüşdüyü üçün döyüb, işgəncə verib. Azyaşlılar da atalarının analarını və onları günlərlə müxtəlif əşyalarla döyüb işgəncə verdiklərini bildiriblər. Onlar atalarının spirtli içki aludəçisi olduğunu da deyiblər.
Azyaşlılar əvvəlcə xəstəxanaya yerləşdiriliblər. Ağstafa Rayon Xəstəxanasından isə bildirilib ki,müayinə zamanı azyaşlılarda ciddi xəsarət aşkar edilməyib.
Qeyd edək ki, uşaqlardan ikisi oğlan, biri qızdır.
Sözügedən azyaşlılar aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ekspertizaya cəlb ediliblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, məsələ ilə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilib. Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.
17-12-2025, 20:49
Çaylar narıncıya boyandı - TƏHLÜKƏ


Çaylar narıncıya boyandı - TƏHLÜKƏ

Arktika indiyədək qeydə alınmış ən isti və ən rütubətli ilini yaşayıb.
Bu barədə ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) hesabatında deyilir.
Araşdırma göstərir ki, regionda iqlim dəyişikliyi qlobal orta göstəricidən iki dəfədən çox sürətlə gedir.
NOAA bildirir ki, 2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrınadək Arktikada səth hava temperaturu 1900-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Son 10 ilin hamısı isə ölçmələr tarixində ən isti 10 il sırasında yer alıb. Qlobal miqyasda isə temperatur artımı artıq sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcəni keçib.
Hesabatda vurğulanır ki, sürətlə əriyən daimi donmuş torpaqlar nəticəsində Alyaskadakı 200-dən çox çayda dəmir və digər metallarla çirklənmə artıb, bu da çay sularının narıncı rəngə çevrilməsinə səbəb olub. Alimlər bunun suyun keyfiyyəti, biomüxtəliflik və yerli icmalar üçün ciddi risklər yaratdığını bildirirlər.
Mütəxəssislər Arktikanı “planetin soyuducusu” adlandıraraq, bölgədə baş verən dəyişikliklərin qlobal iqlimə, dəniz səviyyəsinin qalxmasına və hava dövranına birbaşa təsir göstərəcəyini qeyd ediblər. Hesabatda həmçinin Arktikada qış mövsümündə dəniz buzlarının peyk müşahidələri tarixində ən aşağı səviyyəyə düşdüyü vurğulanıb.
17-12-2025, 20:28
Türkiyə S-400-dən imtina edir


Türkiyə S-400-dən imtina edir

Türkiyə ABŞ-la münasibətləri normallaşdırmaq və F-35 qırıcılarının istehsal proqramına yenidən qoşulmaq məqsədilə Rusiyadan alınmış S-400 zenit-raket kompleksindən imtina imkanını müzakirə edir.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Rusiya Prezidenti Vladimir Putinlə təmaslar zamanı bu mövzunu qaldırıb. Lakin Kremlin nümayəndələri belə bir müzakirənin aparıldığını təkzib ediblər.
Vaşinqton uzun müddətdir Ankaradan S-400 sistemindən imtina etməyi tələb edirdi. Məhz bu məsələ ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsinə və 2019-cu ildə ölkənin F-35 proqramından çıxarılmasına səbəb olmuşdu.
Bildirilir ki, Rusiyanın istehsalı olan hava hücumundan müdafiə sistemindən imtina edilməsi ABŞ-la müdafiə sahəsində əməkdaşlığın bərpasına və məhdudiyyətlərin aradan qaldırılmasına yol aça bilər. Eyni zamanda, Ankara S-400-lə bağlı Rusiyadan kompensasiya almağa çalışır. Bu kompensasiyanın enerji resurslarının tədarükü formasında ola biləcəyi də istisna edilmir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!