“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
25-12-2025, 22:32
"Moskva göz yaşlarına inanmır" filminin aktrisası vəfat etdi


"Moskva göz yaşlarına inanmır" filminin aktrisası vəfat etdi

Moskvanın Puşkin Teatrı Rusiyanın Xalq Artisti Vera Alentovanın 83 yaşında vəfat etdiyini bildirib.
Alentova bu gün aktyor Anatoli Lobotskinin dəfn mərasimi zamanı özünü pis hiss etdiyi üçün təcili xəstəxanaya aparılıb və burada dünyasını dəyişib.
Qeyd edək ki, Vera Alentova "Moskva göz yaşlarına inanmır" filmindəki rolu sayəsində dünya miqyasında tanınıb.
25-12-2025, 22:18
Suriyada yeni valyuta buraxılır


Suriyada yeni valyuta buraxılır

"Suriyanın yeni valyutası dövriyyəyə buraxılacaq və bu, yeni iqtisadi mərhələ olacaq".
Bunu Suriya Mərkəzi Bankının sədri Əbdülqadir əl-Hasriya deyib.
"Yeni Suriya valyutası azadlıqdan sonra maliyyə suverenliyimizin simvoludur, Suriya Mərkəzi Bankının idarəetməsi və hər kəsin əməkdaşlığı ilə qurulan yeni mərhələnin başlanğıcını göstərir. Bu, azadlıq anından bəri əldə edilən nailiyyətlərə əlavə olaraq, milli uğur, sabitlik və iqtisadi bərpa yolunda atılmış möhkəm addım olacaq", - deyə o vurğulayıb.
Əl-Hasriya qeyd edib ki, yeni valyutanın detalları dekabrın 28-də keçiriləcək iclas zamanı açıqlanacaq.
25-12-2025, 21:57
Ermənistandan Azərbaycan benzini ilə bağlı AÇIQLAMA


Ermənistandan Azərbaycan benzini ilə bağlı AÇIQLAMA

Ermənistanda Azərbaycandan göndərilən benzinin aşağı qiymətlə satılması ilə bağlı yayılan müzakirələrə rəsmi münasibət bildirilib.
Ermənistanın Rəqabətin Müdafiəsi Komissiyasının sədri Gegam Gevorkyan ölkəyə idxal olunan yanacağın məhz Azərbaycan benzini olduğunu bildirib və onun keyfiyyəti ilə bağlı heç bir şikayətin daxil olmadığını vurğulayıb.
Onun sözlərinə görə, bütün idxalçılar standart yoxlama prosedurlarından keçir, yanacaq laborator analizlərə cəlb olunur və hər hansı keyfiyyət problemi olsaydı, bu benzin Ermənistana buraxılmazdı.
Qiymət məsələsinə toxunan Gevorkyan qeyd edib ki, Azərbaycan benzininin bahalaşacağı halda istehlakçılar onu sadəcə almayacaqlar. O, bunun bazarda digər oyunçuları sıxışdırmaq məqsədi daşıyan iri həcmli idxal olmadığını, yalnız məhdud və eksperimental partiyanın gətirildiyini deyib.
Sədrin sözlərinə görə, qiymətin aşağı olmasının əsas səbəblərindən biri də dəmir yollarının daşımaya görə ödəniş götürməməsidir. Bu amil satış qiymətinə birbaşa təsir göstərib. Gevorkyan hesab edir ki, bu həcm qısa müddətdə tükənəcək və iqtisadi proseslər normallaşdıqdan sonra hansı yanacağın daha ucuz, hansının isə baha olduğu aydın görünəcək.
Komissiya sədri həmçinin böyük idxalçıların guya məcburi şəkildə Azərbaycan benzini idxal edib satmağa məcbur edilməsi barədə yayılan iddiaları əsassız adlandırıb.
Xatırladaq ki, hazırda Azərbaycan benzini Ermənistanda Run Oil yanacaqdoldurma məntəqələrində, o cümlədən paytaxt İrəvan da daxil olmaqla müxtəlif bölgələrdə litri 430 dram, yəni təxminən 1,93 manat qiymətinə satılır.
25-12-2025, 21:30
Daha bir sabiq məmur saxlanıldı


Daha bir sabiq məmur saxlanıldı

Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya saxlanılıb.
Bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
O, oktyabrın 4-də prezident administrasiyasına basqınlara rəhbərlik etməkdə ittiham edilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Laşa Maqradzenin sözlərinə görə, Axalaya aksiyada iştirak etməsə də, o, evdən internet proqramlarından istifadə edərək onlayn rejimdə liderlik edib. Bu, IP ünvanlarının və internet məlumatlarının dekodlanması ilə təsdiqlənib.
25-12-2025, 21:26
Kral Milad müraciətini Ukrayna mahnısı ilə başa vurdu


Kral Milad müraciətini Ukrayna mahnısı ilə başa vurdu

Böyük Britaniyanın kralı III Çarlzın Milad münasibətilə etdiyi ənənəvi televiziya müraciəti Ukrayna xalq mahnısının səsləndirilməsi ilə yekunlaşıb.
Kral çıxışında nə Ukraynanın, nə də başqa konkret ölkələrin adını çəkməsə də, müraciəti müşayiət edən videoçarxda onun bacısı, şahzadə Annanın yaralı ukraynalı əsgərlərlə görüşünü əks etdirən kadrlar yer alıb.
Müraciətin sonunda isə Ukraynanın məşhur Milad nəğməsi olan “Şedrik” ifa edilib. XX əsrin əvvəllərində ukraynalı bəstəkar Mikola Leontoviç tərəfindən yazılmış bu xor əsəri dünyada, o cümlədən Böyük Britaniyada geniş tanınır və burada “Carol of the Bells” – “Milad zəngləri mahnısı” adı ilə məşhurdur. Kralın Milad müraciətində mahnını Ukraynadan olan qaçqınlardan ibarət “Songs for Ukraine” xoru və Kral Operasının xoru birlikdə səsləndirib.
III Çarlz çıxışında sülhün axtarılmasının vacibliyini, qarşılıqlı yardımın, dözümlülüyün və mərhəmətin əhəmiyyətini vurğulayıb. O, ümumbəşəri dəyərlərə sadiqliyin cəmiyyət üçün əsas yol olduğunu bildirib və insanları çətinliklər qarşısında həmrəylik nümayiş etdirməyə çağırıb.
25-12-2025, 21:08
Zelenski Trampın adamları ilə danışıqlar apardı


Zelenski Trampın adamları ilə danışıqlar apardı

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov və diplomatik müşaviri Cared Kuşner ilə danışıb.
Bu barədə Zelenski teleqramda məlumat verib.
"Konstruktiv və intensiv işiniz, ukraynalılara xoş sözlərinizə və Milad təbriklərinizə görə təşəkkür edirəm. Biz Ukraynaya qarşı bu müharibənin sonunu yaxınlaşdırmağa və bütün sənədləri və addımları real, effektiv və etibarlı etməyə çalışırıq", - deyə o qeyd edib.
Zelenskinin sözlərinə görə, söhbət əsnasında işin bəzi əhəmiyyətli detallarını müzakirə ediblər.
“Ortaq nəticə və davamlı sülh üçün işləyə biləcək yaxşı ideyalar var. Əsl təhlükəsizlik, əsl bərpa, əsl sülh — Ukraynada, ABŞ-da, Avropada və bizi dəstəkləyən hər bir tərəfdaşda hamımızın ehtiyac duyduğu şey budur. Ümid edirəm ki, bu gün Milad razılaşmalarımız və müzakirə etdiyimiz ideyalar faydalı olacaq”, - deyə prezident qeyd edib.
Zelenskini Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, ABŞ-la danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Andrey Hnatov, xarici işlər naziri Andrey Sibiha, xarici işlər nazirinin birinci müavini Sergey Kıslıtsya, Prezident Aparatının sədr müavini İqor Brusilo və Prezident Aparatının müşaviri Aleksandr Bevz müşayiət edib.
"Razılığa gəldik ki, Rustem bu gün Stiv və Caredlə yenidən danışacaq. Biz inanırıq ki, bizi nəticəyə yaxınlaşdıra biləcək bir günü və ya bir fürsəti də boşa verməmək düzgündür. Qoy bugünkü söhbətimiz sülhə doğru daha bir addım olsun", - deyə dövlət başçısı əlavə edib.
25-12-2025, 20:48
Müəllimlərin sertifikasiya ilə bağlı vacib xəbər


Müəllimlərin sertifikasiya ilə bağlı vacib xəbər

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsini təqdim edilib.
Bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu məlumat yayıb.
Müvafiq keçidə daxil olmaqla qiymətləndirmə çərçivəsi ilə tanış ola bilərsiniz:

https://arti.edu.az/wp-content/uploads/2025/12/Sertifikatlasdirma-qiym%C9%99tl%C9%99ndirm%C9%99-c%C9%99rciv%C9%99si-1.pdf
25-12-2025, 20:39
Son söz dedilər...


Son söz dedilər...

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 25-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.
Məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyan son sözünü davam etdirib.
Təqsirləndirilən şəxs çıxışında ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını bildirib və deyib: "Mənə qarşı irəli sürülmüş ittihamların heç birində özümü günahkar hesab etmirəm".
O, ibtidai istintaqda dediklərindən imtina etdiyini söyləyərək, məhkəmədən qərar qəbul edərkən yalnız məhkəmədə dediklərinin əsas kimi götürülməsini xahiş edib.
L.Mnatsakanyan fikirlərini sona qədər ifadə etməyə şərait yaratdığına görə məhkəməyə təşəkkür edib.
Sonda o, üç gün ərzində etdiyi çıxışı - 51 səhifəlik mətni məhkəmə protokollarına əlavə etmək üçün məhkəməyə təqdim edib.
Ardınca təqsirləndirilən şəxs Arkadi Qukasyan son söz çıxışı edib.
A.Qukasyan vəkillərinə prinsipiallıq göstərdiklərinə və onu doğru şəkildə müdafiə etdiklərinə görə təşəkkür edib və deyib: "Xüsusilə də həqiqəti üzə çıxarmaq üçün işə düzgün yanaşdıqlarına, həmçinin insani münasibətlərinə görə təşəkkür edirəm".
O, ittiham tərəfinin dəlilləri ilə razılaşmadığını bildirib və özünün əks arqumentlərini səsləndirib.
Təqsirləndirilən şəxs ittiham tərəfinin onun "Sovet Qarabağ"ı qəzetində çalışmasını cinayət kimi təqdim etdiyini və bununla razılaşmadığını söyləyib. O, qəzetin 4 nəfər redaktor müavinindən biri olduğunu, qəzetin rus dilinə tərcüməsi üzrə müavin vəzifəsində çalışdığını deyib. Əlavə edib ki, həmin vaxt tabeliyində 16 nəfər işçi olub. Təqsirləndirilən şəxs qəzetin fəaliyyətini cinayət hesab etmədiyini bildirib.
O, "böyük siyasət"dən 2007-ci ildə getdiyini və bir daha qayıtmadığını deyib.
A.Qukasyan ona qarşı irəli sürülmüş ittihamların heç biri ilə özünü təqsirli bilmədiyini söyləyib.
Sonra təqsirləndirilən şəxs Bako Saakyan son söz çıxışı edib. B.Saakyan çıxışında müdafiəçilərinin hər ikisinə təşəkkür edib: "Professionallığına və insani münasibətinə görə onlara minnətdaram. Hər iki vəkilin bu ittiham aktına olan münasibətini vəkillik və hüquqi cəhətdən çox yüksək keyfiyyətdə qiymətləndirmək olar".
O, çıxışında ittiham tərəfinin bildirdikləri ilə bağlı özünün əks arqumentlərini səsləndirib. İttiham tərəfinin onları cinayətkar birlik kimi təqdim etməsinə isə belə münasibət bildirib: "Cinayətkar təşkilat olmayıb, ola da bilməzdi".
Təqsirləndirilən şəxs Şuşanın işğalında iştirakından da danışıb: "Məhkəmə istintaqı başlayanda vəkilimə demişdim ki, bəli, Şuşada iştirakımla bağlı (Şuşanın işğal olunmasında iştirakını nəzərdə tutur - red.) epizod var və mən bunu məhkəmədə gizlədə bilmərəm".
Məhkəmə prosesi dekabrın 26-da davam etdiriləcək.
25-12-2025, 20:35
Prezident Everesti fəth edən Vəfanı da təltif edib


Prezident Everesti fəth edən Vəfanı da təltif edib

Bu gün Prezident İlham Əliyev Azərbaycanın bir qrup idmançısı və idman mütəxəssisini təltif edib.
Azərbaycanda idmanın inkişafında xidmətlərilə əlaqədar “Tərəqqi” medalı ilə təltif edilənlər arasında Vəfa Musayeva da yer alıb.
Qeyd edək ki, Vəfa Musayeva bir neçə ay əvvəl dünyanın ən yüksək nöqtəsi hesab edilən Everest zirvəsini fəth edib.
Qeyd edək ki, 8848 metr yüksəkliyə malik olan Himalay dağ silsiləsindəki Everest zirvəsi, ekstremal hava şəraiti və oksigen çatışmazlığı ilə tanınır. Buraya qalxmaq adətən 40-60 gün davam edən ağır fiziki və psixoloji hazırlıq tələb edir. Vəfa bu zirvəni fəth edən ilk azərbaycanlı qadındır. O, Lhotse (8.516 metr) zirvəsini də fəth edib
O, uzun illər "BSB – British School in Baku", "Baku Oxford School" (Şəmkir), "Azerbaijan British College", "Azerbaijan Teacher Development Centre"də müəllim kimi fəaliyyət göstərib.
Vəfa Musayeva magistr təhsilini Azərbaycan Dillər Universitetində İngilis və Amerika ədəbiyyatı üzrə alıb. O, ABŞ Dövlət Departamentinin "International Visitor Leadership Program" (IVLP) məzunu və "Adler International Learning" institutunun peşəkar kouçluq üzrə proqramını uğurla tamamlayıb.
25-12-2025, 19:43
İsrail SEPAH-ın nüfuzlu şəxsini öldürdü


İsrail SEPAH-ın nüfuzlu şəxsini öldürdü

İsrail ordusu Livanda İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirinin zərərsizləşdirildiyini açıqlayıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyat Livanın Nəbatiyə bölgəsində həyata keçirilib. Bildirilir ki, əməliyyat İsrail ordusu və Şin Bet (İsrailin daxili təhlükəsizlik xidməti) tərəfindən birgə icra olunub.
Rəsmi açıqlamada qeyd olunur ki, zərərsizləşdirilən şəxs Hüseyn Mahmud Marşad əl-Coharidir. O, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun əsas döyüşçülərindən biri olub və son illər İsrailə qarşı Suriya–Livan istiqamətində planların hazırlanması və irəli aparılmasında fəal iştirak edib.
İsrail ordusunun məlumatına görə, əl-Cohari SEPAH-ın xarici əməliyyatlara cavabdeh olan Qüds Qüvvələrinin “840-cı bölməsi”nin tərkibində fəaliyyət göstərib. Bu bölmə İranın xaricdə diversiya və hücum planlarının planlaşdırılması və koordinasiyası ilə məşğul olur.
Hadisə ilə bağlı Livan və İran tərəflərindən hələlik rəsmi açıqlama verilməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!