Prezident Everesti fəth edən Vəfanı da təltif edibBu gün Prezident İlham Əliyev Azərbaycanın bir qrup idmançısı və idman mütəxəssisini təltif edib.
Azərbaycanda idmanın inkişafında xidmətlərilə əlaqədar “Tərəqqi” medalı ilə təltif edilənlər arasında Vəfa Musayeva da yer alıb.
Qeyd edək ki, Vəfa Musayeva bir neçə ay əvvəl dünyanın ən yüksək nöqtəsi hesab edilən Everest zirvəsini fəth edib.
Qeyd edək ki, 8848 metr yüksəkliyə malik olan Himalay dağ silsiləsindəki Everest zirvəsi, ekstremal hava şəraiti və oksigen çatışmazlığı ilə tanınır. Buraya qalxmaq adətən 40-60 gün davam edən ağır fiziki və psixoloji hazırlıq tələb edir. Vəfa bu zirvəni fəth edən ilk azərbaycanlı qadındır. O, Lhotse (8.516 metr) zirvəsini də fəth edib
O, uzun illər "BSB – British School in Baku", "Baku Oxford School" (Şəmkir), "Azerbaijan British College", "Azerbaijan Teacher Development Centre"də müəllim kimi fəaliyyət göstərib.
Vəfa Musayeva magistr təhsilini Azərbaycan Dillər Universitetində İngilis və Amerika ədəbiyyatı üzrə alıb. O, ABŞ Dövlət Departamentinin "International Visitor Leadership Program" (IVLP) məzunu və "Adler International Learning" institutunun peşəkar kouçluq üzrə proqramını uğurla tamamlayıb.