Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
6-12-2025, 15:50
Bakıda avtomobildən 6500 manat oğurlandı


Bakıda avtomobildən 6500 manat oğurlandı

Bakıda avtomobildən 6500 manat oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonu ərazisində gecə saatlarında naməlum şəxs yaşayış binasının həyətindəki “Mercedes” markalı avtomobildən 6500 manat pul oğurlayıb. Avtomobil sahibi bu barədə polisə müraciət edib.
Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı F.Həsənov müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində digər bir nəfərin 1200 dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 52 yaşlı R.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.
6-12-2025, 15:41
MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır


MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

Bu ilin 23 dekabr tarixində Bakı Konqres Mərkəzində Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan nümayəndəliyinin qurultayı keçiriləcək.
Mövcud rəhbərliyin hesabat təqdim edəcəyi toplantıda təşkilatın yeni İdarə Heyəti sədri və üzvlərinin seçilməsi nəzərdə tutulur.
Eyni zamanda, MÜSİAD Azərbaycanı qarşıdakı illərdə gözləyən strateji fəaliyyət istiqamətləri, regional biznes mühitində yeni əməkdaşlıq imkanları və investisiya hədəfləri müzakirə olunacaq.
Qurultaya həm yerli, həm də xarici qonaqların geniş tərkibdə qatılacağı gözlənilir. Tədbirdə Azərbaycanın aidiyyəti dövlət qurumlarının rəhbərləri, eləcə də Türkiyənin Vitse-Prezidenti Cevdet Yılmaz, Ticarət naziri Ömer Bolat və digər yüksək səviyyəli rəsmi nümayəndələrin iştirakı planlaşdırılır. Cevdet Yılmazın qurultayda çıxış edərək Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişaf dinamikası və gələcək perspektivləri ilə bağlı mesajlar verəcəyi ehtimal olunur.
Həmin gün Bakıda AZPROMO və TÜİB-in birgə təşkilatçılığı ilə II Azərbaycan-Türkiyə İnvestisiya Forumu da baş tutacaq.
Bu tədbirdə də Cevdet Yılmaz və Azərbaycanın rəsmi nümayəndələrinin iştirakı nəzərdə tutulur.
6-12-2025, 15:35
“Qobu Park”dakı yanğında xəsarət alanların son durumu


“Qobu Park”dakı yanğında xəsarət alanların son durumu

“Qobu Park 1” yaşayış massivində partlayış baş verməsi səbəbilə 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bu barədə Kliniki Tibbi Mərkəzin məlumatında deyilir.
“Onlardan 1 nəfər zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
3 nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir. 2 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir”, - KTM-dən bildirilib.
6-12-2025, 15:31
Almaniya Qafqazda hərəkətə keçdi


Almaniya Qafqazda hərəkətə keçdi

Almaniyanın Cənubi Qafqaz istiqamətində fəallaşdığı hiss edilir. Dekabrın 4-də Almaniya Kansleri Fridrix Merts Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında sülh prosesindəki irəliləyişlə bağlı təbriklərini çatdırıb. Kansler Almaniyanın regionda sabitliyi dəstəklədiyini vurğulayıb.
Merts dövlətimizin başçısını Almaniyaya səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən Prezident İlham Əliyev öz növbəsində Almaniya Kanslerini Azərbaycana səfərə dəvət edib. Fridrix Merts də dəvəti məmnunluqla qəbul edib.
Telefon danışığının ardından Ermənistan Baş naziri Nikol Paşinyanın Almaniyaya səfər edəcəyi açıqlanıb. O, gələn həftə Berlində Almaniya Prezidenti, həmçinin kanslerlər görüşəcək.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev gedən proseslərlə bağlı bildirib ki, Almaniya-Ermənistan görüşündə sülh proseslərinin sürətləndirilməsi müzakirə oluna bilər.
"Faktdır ki, artıq ATƏT-in Minsk qrupu ləğv olundu. Azərbaycan və Ermənistan tərəflərinin 8 Avqust görüşündən sonra Avropa İttifaqı üçün Qarabağ mövzusu gündəlikdən çıxarılıb. Rəsmi şəkildə beynəlxalq gündəlikdə Qarabağ adında münaqişə yoxdur.
Ancaq mən düşünmürəm ki, Almaniya Kansleri ilə Paşinyan arasındakı görüşdə Azərbaycan əleyhinə nəsə yeni iddialarla çıxış olsun. Bu qeyri-mümkündür. Çünki indi Avropa İttifaqı üçün, həmçinin Almaniya üçün Rusiya-Ukrayna müharibəsi daha çox aktuallıq kəsb edir, nəinki Cənubu Qafqaz məsələləri.
Digər ağlabatan ehtimal Ermənistanda gələn il keçiriləcək seçkilərlə bağlıdır. Qərbin dəstəyi Paşinyana lazımdır. Bu istiqamətdə müəyyən razılaşmaların əldə olunmasını da düşünürəm.
Amma inandırıcı deyil ki, Paşinyan bizim bölgədə gərginliyin yaradılmasına, Azərbaycan-Ermənistan arasında yeni bir xoşagəlməz hallara cəhd edər. Bu, əvvəl qeyd etdiyim kimi, razılaşdırılmış sülh prosesinin pozulması olardı. Həmçinin Paşinyanın özünün də taleyi şübhə altına düşə bilər".
6-12-2025, 15:22
Neftçalada balıq ətri, kulinariya şousu və su macərası - FOTO


Neftçalada balıq ətri, kulinariya şousu və su macərası - FOTO

4 dekabr 2025-ci ildə Neftçala şəhərinin Bayraq Meydanında keçirilən “Balıq və Aqrar Biznes Festivalı” böyük izdihamla baş tutub. Neftçala Rayon İcra Hakimiyyəti, Aqrar İnnovasiya Mərkəzi və Balıqçılıq və Akvakultura Mərkəzinin, “İODİCO” MMC-nin təşkil etdiyi tədbirə ölkənin müxtəlif bölgələrindən qonaqlar və dövlət rəsmiləri qatılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Balıqçılıq və Akvakultura Mərkəzinin yaradılması, balıqçılığa dövlət qayğısının artırılması haqqında festival iştirakçılarına məlumat verilib.
Açılışda RİH başçısı Mirhəsən Seyidov festivalın Neftçalanın turizm və iqtisadi potensialının tanıdılmasına verdiyi töhfəni vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Neftçala rayonuna səfəri zamanı yeni açılıb istifadəyə verilən “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatında yaradılan şərait haqqında məlumat verərək həmin təsərrüfatın əhalinin məşğulluqla təmin olunmasında, Neftçalada yetişdirilən balıq nümunələrinin yerli və xarici bazarlarda tanıtdırılmasındakı rolu haqqında danışıb. RİH başçısı Respublikada ilk balıqçılıq peşə təhsilinin də Neftçala Peşə Məktəbində tədris olunması barədə festival iştirakçılarına məlumat verib.Əlavə olaraq,festival iştiakçıları “Xıllı-Balıq” MMC-nin, “Oryad Balıq” MMC-nin və Neftçala Sənayə Məhəlləsində fəaliyyət göstərən “AzProduct” MMC və “Kəhf” MMC-nin fəaliyyəti haqqında geniş məlumatlandırılb. O, sonda festivalın keçirilməsinə dəstək verən Kənd Təsərrüfatı Nazirliyinə,onun tabeli qurumlarına,Gənclər və İdman Nazirliyinə, Mədəniyyət Nazirliyinə və digər dövlət qurumlarına rayon ictimaiyyəti adından təşəkkürünü bildirib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev və digər qonaqlar çıxış edərək festival iştirakçlılarına festivalın işlərində uğurlar arzu ediblər.
Ziyarətçilər gün ərzində balıq və aqrar məhsulların sərgisinə baxıb, balıqçılıq üzrə canlı təqdimatlara qatılıb, rəssamların əl işləri və yaradıcı guşələrlə tanış olublar. “Balığı Neftçalada yeyərlər” kulinariya zonasında müxtəlif mətbəx nümunələri təqdim edilib, ustad dərslərində sağlam qidalanma və balığın düzgün bişirilməsi barədə məlumat verilib.
Kür çayında qayıqla gəzinti, kanoe nümayişləri və balıq körpələrinin suya buraxılması festivalın ən yaddaqalan hissələrindən olub. Konsert proqramları, DJ çıxışları və uşaq əyləncə zonaları tədbirə bayram ab-havası yaradıb. Ümumilikdə, Xəzər dənizinin, Kür çayının və balıqçılıq təsərrüfatlarının balıq məhsulları və digər aqrar məhsullar satışa çıxarılıb.
Sonda Kənd Təsərrüfatı Nazirliyi və Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən festivalda fəal iştirak edən şirkətlərin nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.
Neftçalanın ilk “Balıq Festivalı” bölgənin balıqçılıq irsinin və turizm imkanlarının tanıdılması baxımından uğurlu və rəngarəng bir layihə kimi yadda qalıb.






6-12-2025, 14:57
İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək


İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək

Biləsuvar Rayon İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək.
İcra hakimiyyəti bununla bağlı "Euroservise” şirkəti ilə müqavilə bağlayıb.
Müqavilədə Biləsuvar şəhərinin küçələrinin işıqlandırma sisteminin cari təmiri işlərinin satınalınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri isə 510.632,24 manat müəyyənləşib.
Qeyd edilib ki, təmir işləri büdcə və büdcədənkənar vəsaiti hesabına həyata keçiriləcək.
6-12-2025, 14:55
Azərbaycanda saatlıq minumum əməkhaqqı təxirə salındı


Azərbaycanda saatlıq minumum əməkhaqqı təxirə salındı

Regional məsələlər komitəsinin son iclasında Əmək Məcəlləsinə təklif olunan bir sıra mühüm dəyişikliklər edilib. Uşağın doğulması ilə əlaqədar atalara 14 günlük ödənişli məzuniyyətin verilməsi, distant işin hüquqi rəsmiləşdirilməsi və tələbələrin istehsalat təcrübəsi dövründə əmək müqaviləsi ilə təmin olunması kimi yeniliklər qanun layihəsində yer alıb.
Bununla yanaşı, bir müddətdir gündəmdə olan saatlıq minimum əməkhaqqına keçid məsələsi isə layihəyə daxil edilməyib.
Qeyd edək ki, Azərbaycanda minimum əməkdaqqı aylıq nəzərdə tutulub və hazırda bu məbləğ 400 manatdır. Bir müddət əvvəl rəsmi qurumlar saatlıq minimum əməkdaqqı ilə bağlı təkliflər hazırlandığını bildirsə də, hazırda Əmək Məcəlləsinə edilən dəyişiklikdə bu məsələ nəzərdə tutulmayıb və saatlıq minimum əməkhaqqı barədə planlar təxirə salınıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, saatlıq minumum əməkhaqqının tətbiqi hazırda hökumətdə müzakirə olunan məsələlərdən biridir. Onun sözlərinə görə, lakin bunun üçün mexanizmin hazırlanmasına və detallı qaydaların dəqiqləşdirilməsinə ehtiyac var.
“Saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlükləri mövcuddur. Bu model vətəndaşların “overtime”, yəni əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni zamanda, bir neçə yerdə işləmək imkanlarını genişləndirir ki, bu da mühüm amillərdəndir”.
Deputat vurğulayıb ki, bununla yanaşı, əmək müqavilələrinin bağlanması, onların növləri, tətbiq mexanizmi, əməkhaqlarının ödənilməsi sistemi kimi məsələlər də aydın şəkildə müəyyənləşdirilməlidir:
“Ümumiyyətlə, əmək bazarında, xüsusilə də əməkhaqqı siyasəti ilə bağlı islahatlar əsaslandırma, hüquqi çərçivə və mexanizmlərin tam hazır olmasını tələb edir. Bu proseslər tamamlandıqdan sonra müvafiq islahatların icrası mümkün olacaq”.
V.Bayramov əlavə edib ki, saatlıq əməkhaqqı ilə bağlı müzakirələr davam edir və gözləntilər ondan ibarətdir ki, Azərbaycan da bir çox ölkələrdə olduğu kimi bu sistemə keçid reallaşdırılsın. Deputatın fikrincə, bunun tətbiqi yalnız mexanizmin tam hazır olması ilə mümkün olacaq.
6-12-2025, 14:41
Bakı ilə İrəvan mütəmadi təmasdadır - Hikmət Hacıyev


Bakı ilə İrəvan mütəmadi təmasdadır - Hikmət Hacıyev

Ədalətli sülhə əsaslanaraq biz Cənubi Qafqazda yeni reallıqlar və yeni status-kvo yaradırıq.
Bunu Qətərdə keçirilən “Doha Forumu”nda çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, yaxın vaxtlarda imzalanan bir çox sülh razılaşmaları nəticəsiz qalıb, çünki razılaşmalar imzalandıqdan sonra, tərəflər özlərini komfort zonasında hiss edir.
"Azərbaycan və Ermənistan isə bu vəziyyətdən yayınmağa çalışır. Hər iki tərəf anlayır ki, sülh üzüyuxarı istiqamətdə bir prosesdir və buna görə də çox çalışmaq lazımdır”, - Hikmət Hacıyev bildirib.
O əlavə edib ki, rəsmi Bakı və İrəvan mütəmadi olaraq təmasdadır və iki ölkə arasında əldə olunan razılaşmaların icrasına çalışır.
6-12-2025, 13:48
Türkiyədə dəhşətli qəza - 6 nəfər öldü


Türkiyədə dəhşətli qəza - 6 nəfər öldü

Dekabrın 6-sı səhər saatlarında Türkiyənin cənubundakı Osmaniyə əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Şanlıurfa şəhərindən Adanaya gedən sərnişin avtobusu yük maşını ilə toqquşub.
İlkin məlumatlara görə, yerli vaxtla təxminən səhər saat 5:00-da baş verən hadisədə 6 nəfər ölüb, 11 nəfər yaralanıb.
Medianın məlumatına görə, zərbə o qədər güclü olub ki, bəzi sərnişinlər oturacaqları arasında qalıb və yalnız xilasedicilər hadisə yerinə gələndən sonra onları xilas etmək mümkün olub. Yaralılar Osmaniyə əyalətindəki müxtəlif xəstəxanalara çatdırılıb.
Qaziantep şəhəri istiqamətində gedən magistral yolun bir hissəsi müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb.
Qəzanın səbəbləri ilə bağlı araşdırma başlanıb.
6-12-2025, 13:17
Rusiya Kiyevi bombaladı


Rusiya Kiyevi bombaladı

Dekabrın 6-na keçən gecə Rusiya qoşunları Kiyev vilayətinə hava hücumu həyata keçirib.
Gecəboyu Kiyev vilayətinin Fastov, Vışqorod və Buça rayonları Rusiya tərəfindən güclü atəşə tutulub. Üç nəfər yaralanıb.
Fastovda yanğınlar baş verib, dəmiryol vağzalı və avtobazaya ziyan dəyib.
Novi Petrovtsi kəndində pilotsuz uçan aparatların qalıqları 5500 kvadratmetrlik anbarda yanğına səbəb olub. Həmçinin bu kənddə 3 yük maşını yanıb, yaşayış binası dağılıb, daha 6 evə ziyan dəyib.
Buça rayonunun Nejloviçi kəndində yanğın baş verib və fərdi yaşayış evi yanıb.
Hücumun nəticələrinin aradan qaldırılması üçün səylər davam edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!