Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
2-12-2025, 00:30
Qız Qalasındakı qırmızı işığın səbəbi açıqlandı


Qız Qalasındakı qırmızı işığın səbəbi açıqlandı

Azərbaycanın qədim tarix-memarlıq abidəsi olan Qız Qalası tam şəkildə qırmızı rənglə işıqlandırılıb.
Bu, 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə edilib.
Qırmızı rəng QİÇS-ə qarşı mübarizənin rəmzi olan lentin rəngini ifadə edir və vətəndaşlara xəstəliklə bağlı vacib xəbərdarlıq, həmçinin güclü ictimai mesaj kimi təqdim olunur.
2-12-2025, 00:08
İmran Xandan xəbər yoxdur


İmran Xandan xəbər yoxdur

Ötən həftə mətbuatda Pakistanın həbsdə olan sabiq baş naziri İmran Xanın öldürülməsi barədə xəbərlər yayılıb. Xəbərin ilk mənbəyi kimi "Afghanistan Times" media portalı göstərilib.
Ancaq rəsmi mənbələr məlumatı təkzib edib. İmran Xanın sağ olduğu, həbs müddətinin davam etdiyi qeyd olunub.
Buna baxmayaraq İmran Xanın ailəsi ondan xəbər ala bilmirlər. Bu barədə sabiq baş nazirin oğlu Kazım Xan "Reuters" agentliyinə açıqlamasında bildirib.
Oğlu İmran Xanın onun vəziyyəti ilə bağlı heç bir təsdiqlənmiş məlumatın olmamasından ciddi narahatdır.
Kazım deyib ki, ailə son üç həftə ərzində atalarının sağ olduğuna dair heç bir sübut almayıb. Məhkəmənin həftəlik görüşə icazə verməsinə baxmayaraq, bütün ziyarətlər bloklanıb və ailənin Xanla birbaşa təması kəsilib.
“Atanızın təhlükəsiz, yaralı və ya hətta sağ olub-olmadığını bilməmək psixoloji işgəncədir. Bizə verilən son məlumat aylar əvvəl olub və onun da həqiqiliyini təsdiq etmək mümkün deyil”, – Kazım bildirib. O əlavə edib ki, ailənin şəxsi həkiminin də İmran Xanı bir ildən çoxdur müayinə etməsinə icazə verilmir.
Pakistan Daxili İşlər Nazirliyi mövzu ilə bağlı suallara cavab verməyib. Adının açıqlanmasını istəməyən bir həbsxana rəsmisi isə İmran Xanın “sağlam vəziyyətdə” olduğunu qeyd edib və onu daha sərt rejimli müəssisəyə köçürmək planı barədə məlumatı olmadığını deyib.
72 yaşlı İmran Xan 2023-cü ilin avqustundan bəri müxtəlif cinayət işləri üzrə həbslə üzləşir. O, əvvəlcə vəzifədə olarkən hədiyyələri qanunsuz satmaqda günahkar bilinib, daha sonra diplomatik sənədi sızdırmaqda 10 il, ayrı bir korrupsiya işi üzrə isə 14 il həbs cəzası alıb. Xan ittihamları siyasi motivli adlandırır.
Ailənin narahatlığını artıran əsas səbəb tam informasiya blokadasıdır. Televiziya kanallarına Xanın ad və ya görüntüsünü istifadə etməmək tapşırılıb. Onun həbsdən sonra çəkilmiş tək, keyfiyyətsiz bir məhkəmə fotosu internetdə qalıb.
Kazım və qardaşı Süleyman İsa Xan hazırda anası Cəmimə ilə Londonda yaşayır və Pakistanın siyasi həyatından uzaq durmağa üstünlük verirlər. Onlar son dəfə atalarını 2022-ci ilin noyabrında - ona qarşı sui-qəsddən sonra Pakistanda görüblər.
1-12-2025, 23:52
Bakıda daha bir avtobusda gedişhaqqı 60 qəpik oldu


Bakıda daha bir avtobusda gedişhaqqı 60 qəpik oldu

Bakının Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir.
Bu barədə AYNA məlumat yayıb.
Məlumata əsasən, marşrut üzrə fəaliyyət göstərən avtobusların mərhələli qaydada müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi həyata keçirilib. Belə ki, 4 komfortlu və irututumlu avtobusa daha 6-sı əlavə olunaraq xətt üzrə 10 müasir 2025-ci il Çin istehsalı olan "Yutong" markalı avtobus sərnişinlərə xidmət göstərəcək.
Dekabrın 2-dən fəaliyyətə başlayacaq avtobuslar ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Avtobuslarda gediş haqqı 0,60 manat təşkil edəcək, ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
1-12-2025, 23:45
Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR


Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

“Brussels Signal” portalında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycan-Ermənistan münasibətləri, ölkəmizin regionda sülhün təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də Avropanın enerji təhlükəsizliyində rolu ilə bağlı fikirlərindən bəhs edən məqalə dərc olunub.
Məqalədə Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun uzun müddət Ermənistanla bağlı ərazi mübahisəsinə fokuslansa da, bölgədə sülhün təmin edilməsindən sonra əməkdaşlığın əsas istiqamətinin dəyişdiyi və iqtisadi sahələrin ön plana çıxdığı vurğulanıb. 2023-cü ilin sentyabrında keçirilmiş qısamüddətli antiterror tədbirlərindən sonra Qarabağ məsələsinin faktiki olaraq başa çatdığı bildirilib. Məqalədə etnik ermənilərin böyük hissəsinin regionu tərk etdiyi və artıq iki ölkənin birgə infrastruktur layihələri üzərində işləmək imkanına malik olduğu diqqətə çatdırılıb.
Yazıda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ötən həftə Brüsseldə jurnalistlərə müsahibəsində “Biz müharibədə qalib gəldik, gəlin, indi sülhü qazanaq. Biz regionu köklü şəkildə yenidən qururuq və Azərbaycan-Ermənistan sülh gündəliyini möhkəmləndiririk”, - fikri oxucuların diqqətinə təqdim olunub. Hazırda bu istiqamətdə diqqət mərkəzində saxlanılan, Azərbaycan, Ermənistan, İran və Türkiyə sərhədlərinin kəsişməsində yerləşən Zəngəzur dəhlizinin potensial olaraq Çin ilə Avropanı birləşdirəcək nəqliyyat oxu hesab edildiyi xüsusi vurğulanıb. Eyni zamanda, ABŞ-ın layihənin Ermənistana aid hissəsində tərəfdaş qismində çıxış etdiyi və dəhlizin bir seqmentinə Prezident Trampın adının verildiyi qeyd olunub.
Məqalədə, həmçinin Azərbaycanın həm təbii qazın, həm də bərpaolunan elektrik enerjisinin potensial tədarükçüsü kimi öz imkanlarını təqdim etdiyi, ölkədə qızıl yataqlarının olduğu, həmçinin nadir torpaq elementlərinin mövcudluğunun ehtimal edildiyi vurğulanıb.
Xəbərdə Azərbaycanın Qərb tərəfindən sanksiyaya məruz qalan Rusiya və İran arasında yerləşməsinin regiona öz təsirini göstərdiyi də bildirilib. Bu çərçivədə SOCAR-a məxsus enerji obyektlərinə və Azərbaycanın Kiyevdəki səfirliyinin binasına Rusiyanın hava zərbələrinin endirildiyi, eyni zamanda, Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun törədildiyi xatırlanıb. Hikmət Hacıyevin Rusiyanın Ukraynada SOCAR-ın obyektlərinə və səfirliyin binasına zərbələrin endirilməsini qəza nəticəsində vurulmuş zərər olduğunu qeyd etdiyi bildirilib. Həmçinin Azərbaycanın Tehrandakı səfirliyinə hücumda məsuliyyət daşıyan şəxslərdən birinin edam edildiyi də xüsusi vurğulanıb.
Eyni zamanda, yazıda 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində 67 sərnişindən 38-nin həlak olmasına da toxunulub. Prezidentinin köməkçisinin bu məsələ barədə şərhində Rusiya Prezidentinin Azərbaycanın narahatlıqlarını cavablandırdığı, hadisə ilə bağlı Rusiya tərəfindən araşdırmanın aparıldığı və cinayəti törədən şəxslərin məsuliyyətə cəlb olunacağını qeyd etdiyi diqqətə çatdırılıb. Bu konteksdə Hikmət Hacıyevin “Bütün bu gərginlik dalğasının artması bizə təsir göstərə bilər. Lakin buna baxmayaraq, Azərbaycan sabitlik, təhlükəsizlik və firavanlıq adasıdır və biz bunu daha da möhkəmləndirməkdə davam edəcəyik” fikri xüsusilə qeyd edilib.
Bundan başqa, məqalədə Ermənistanla münaqişənin başa çatmasının Bakının xarici siyasətinə yenidən baxılmasına səbəb olduğu, Azərbaycanın hazırda özünü Mərkəzi Asiya ilə Qafqaz dağları və Yaxın Şərq arasında yerləşən ölkə kimi gördüyü, ölkənin geosiyasi kimliyinin artıq çoxşaxəli xarakter aldığı vurğulanıb.
1-12-2025, 23:22
“Fənərbağça” - “Qalatasaray” oyununda qalib olmadı


“Fənərbağça” - “Qalatasaray” oyununda qalib olmadı

Futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.
XIV tura təsadüf edən matçda “Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Şükrü Saracoğlu” stadionunda təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 27-ci dəqiqədə qonaqların heyətində Leroy Sane açıb. 90+5-ci dəqiqədə isə Con Duran bərabərlik qoluna imza atıb.
Qeyd edək ki, xallarını 33-ə yüksəldən “Qalatasaray” turnir cədvəlinə başçılıq edir “Fənərbağça” isə 32 xalla ikinci pillədə qərarlaşıb.
1-12-2025, 23:06
Müharibəni qazandıq, indi gəlin sülhü qazanaq!


Müharibəni qazandıq, indi gəlin sülhü qazanaq!

Azərbaycan Ermənistanla münaqişənin başa çatmasından sonra iqtisadiyyatın və infrastrukturun inkişafına xüsusi diqqət yönəldib.
Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Brussels Signal" nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, keçmiş ərazi mübahisələri artıq tarixdə qalıb və gündəlikdə olan əsas prioritet genişmiqyaslı layihələrdir:
"Bu layihələr arasında Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanı, Ermənistanı, İranı və Türkiyəni birləşdirəcək yol-dəmir yolu xətti Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağına çevrilə bilər".
Onun sözlərinə görə, Bakı həmçinin Avropa ilə enerji əməkdaşlığının genişləndirilməsini təklif edir. Qaz tədarükü, həmçinin bərpaolunan enerji sahəsində birgə layihələr gündəmdədir. Bundan əlavə, qızıl və nadir torpaq elementləri üzrə geoloji kəşfiyyat imkanları da nəzərdən keçirilir.
“Biz müharibəni qazandıq, indi gəlin sülhü də qazanaq”, – deyə Hacıyev vurğulayıb.
Prezidentin köməkçisi onu da bildirib ki, Azərbaycanın əsas məqsədi regionda sabitlik, geniş inkişaf və ümumi rifahın təmin olunmasıdır.
1-12-2025, 22:14
Bir ildə minalar minlərlə insan öldürüb


Bir ildə minalar minlərlə insan öldürüb

Dünyada piyadaəleyhinə minalar, kustar üsulla hazırlanan bombalar və partlamamış hərbi sursatlar nəticəsində ötən il azı 6279 nəfər həlak olub və ya yaralanıb.
Bu barədə “Handicap International” təşkilatının dekabrın 1-də Cenevrədə açıqladığı “Mina Monitoru” hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, bu rəqəm 2020-ci ildən bəri ən yüksək göstəricidir. Həmin qurbanların 90 faizi mülki şəxslərdir. Mina qurbanlarından 1945-i həlak olub.
“Handicap International” mina təmizlənməsi və qurbanlara dəstək sahəsində beynəlxalq yardımın azalmasını, həmçinin altı ölkənin mina qadağası sazişindən çıxmaq niyyətini kəskin şəkildə tənqid edib. Qeyd edilib ki, artımın əsas səbəbi minaların müxtəlif münaqişə regionlarında daha intensiv şəkildə tətbiq olunmasıdır. Ümumilikdə 52 ölkə və ərazidə mina qurbanları qeydə alınıb. Ən çox qurbanın olduğu ölkələr arasında ilk sıralarda Myanmar (2029), Suriya (1015), Əfqanıstan (624), Ukrayna (293) və Yəmən (247) yer alıb. Xüsusilə hazırkı münaqişə bölgələrində qeydə alınmayan qurbanların sayının çox yüksək olduğu bildirilir.
Qeyd edək ki, 1997-ci ildə qəbul olunan Ottava Konvensiyasına əsasən, piyadaəleyhinə minaların istifadəsi, istehsalı və ehtiyatda saxlanması qadağandır. Bu sənədi indiyədək 160-dan çox ölkə imzalayıb. ABŞ, Rusiya, Çin, Hindistan, Pakistan və İsrail də daxil olmaqla təxminən 30 ölkə Konvensiyaya qoşulmayıb. Konvensiyaya qoşulan ölkələr bu həftə mövzu ilə bağlı Cenevrədə toplaşacaq. “Handicap International” xəbərdarlıq edir ki, Rusiya-Ukrayna müharibəsindən sonra getdikcə daha çox ölkə konvensiyadan geri çəkilir. Ukraynadan əlavə, Estoniya, Finlandiya, Latviya, Litva və Polşa da bu il konvensiyadan çıxış prosesinə başlayıblar.
1-12-2025, 21:33
Danışıqlarda ən mürəkkəb mövzu ərazi məsələsidir


Danışıqlarda ən mürəkkəb mövzu ərazi məsələsidir

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda ən mürəkkəb mövzu ərazi məsələsidir.
O, bunu Parisdə Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında deyib.
Dövlət başçısı əlavə edib ki, Ukraynanın bərpası, maliyyə dəstəyi və təhlükəsizlik təminatlarına dair məsələlər Qərb tərəfdaşlarının iştirakı ilə müzakirə olunmalıdır.
1-12-2025, 20:42
Bakıda evdən meyit tapıldı


Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapılıb.
Meyit Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində aşkarlanıb. Mənzildən təxminən 65-70 yaşlı naməlum kişi cinsli şəxsin üzərində heç bir xəsarət və zorakılıq izi olmayan meyiti tapılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
1-12-2025, 20:27
Gürcüstan DTX BBC ilə bağlı araşdırmalara başladı


Gürcüstan DTX BBC ilə bağlı araşdırmalara başladı

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) BBC telekanalının yaydığı məlumatlarla bağlı araşdırmaya başlayıb.
Bu barədə Gürcüstan DTX məlumat yayıb. Bildirilir ki, araşdırmanın məqsədi BBC-nin istifadə etdiyi müsahibələrin hansı məlumatlara əsaslandığını, şəxslərin hansı faktlara istinad etdiyini və bu məlumatların aktuallığını və etibarlılıq dərəcəsini ətraflı şəkildə müəyyən etməkdir.
Məlumatda deyilir ki, yayımlanmış materialda vətəndaşların həyatı və sağlamlığına qarşı yönəlmiş, onların və cəmiyyətin qanuni maraqlarını əhəmiyyətli dərəcədə pozan cinayət əlamətlərinin olduğu faktı artıq müəyyən edilib. Eyni zamanda, Gürcüstanın milli maraqlarına, beynəlxalq imicinə və nüfuzuna ciddi ziyan vuran və dövlət maraqlarına zərər vurmağa yönəlmiş cinayət əlamətlərinin olduğu aşkar edilib.
DTX araşdırmanın bütün istiqamətlərdə davam edəcəyini və ictimaiyyətə nəticələr barədə vaxtaşırı ətraflı məlumatın veriləcəyini bildirib.
Qeyd edək ki, BBC-nin süjetində ötən il Tbilisidə keçirilmiş aksiyaların dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərləyici maddələrdən istifadə olunduğu iddia edilib.
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası telekanalı böhtana görə beynəlxalq məhkəməyə verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!