Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                        Bu müəllimlərin maaşları artırıldı .....                        Rəşad Nəbiyev pakistanlı nazirlə görüş keçirdi .....                        Paşinyan İstintaq Komitəsinə yeni sədr tapdı .....                        Çovğun 70 min nəfəri işıqsız qoydu .....                        Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silir .....                        Fidandan Ermənistan və Azərbaycana çağırış: bu tarixi fürsəti qaçırmayın! .....                       
Tarix : 18-12-2015, 10:16
Moskvadakı türklər: Bizim günahımız nədir?


Rusiya təyyarəsinin vurulmasından sonra Moskvada Türkiyə səfirliyinin qarşısında etiraz aksiyası keçirilmiş, bina boya və yumurta atəşinə tutulmuşdu.

Gecce.az BBC-yə istinadən xəbər verir ki, Moskvada yaşayan türklərin bir çoxu Türkiyə-Suriya sərhədində vurulmuş Su-24 bombardmançı təyyarəsi ilə bağlı Rusiya hakimiyyəti tərəfindən onların üzərinə təzyiqlərin artdığını deyirlər.
Onların dediyinə görə, türk şirkətlərinin üçdə biri bağlanıb, adamlar işlərini itiriblər. Bağlanmayan şirkətlərə isə tez-tez Rusiyanın müxtəlif hakimiyyət strukturlarından nümayəndələr gəlir, Türkiyə vətəndaşları saxlanır, deportasiya edilir, bəziləri isə əllərində vizaları ola-ola sərhəddən buraxılmırlar.
BBC-in Rus xidməti Moskvadakı türk icmasının əhval-ruhiyyəsini öyrənməyə çalışıb. Bəzi biznesmenlər söhbətdən qəti imtina ediblər. Lakin bəzi Moskva türkləri ilə danışmaq hər halda mümkün olub.
Halil Şentürk: “Küçə ilə sakit gedə bilmirəm”
Moskvadakı türklər: Bizim günahımız nədir?



Moskvadakı türklər: Bizim günahımız nədir?

Mən Türkiyə vətəndaşıyam. Burada artıq beş ildir ki, yaşayıram. Həyat yoldaşım rusdur, iki uşağımız var. Təyyarə insidentindən sonra işsiz qalmışam. Mən həmin hadisədən az sonra kiçik oğlumla Türkiyədən qayıdırdım. Hamımızı Vnukovo hava limanında saxladılar. Məni saatyarım sorğu-sualdan sonra buraxdılar. Qalanlarını buraxmadılar. Ertəsi gün isə çalışdığım firma bildirdi ki, bağlanır. Bu bir Türkiyə şirkətidir. Siqnalizasiya sistemlərinin quraşdırılması ilə məşğuldur. Biz birbaşa tikintilərlə işbirliyində idik. İndi bu iş dayanıb.
Böyük tikintilərdə, çoxlu türk işçi var. Hər gün eşidirsən ki, kimisə deportasiya ediblər. Bir şirkətə üç gün dalbadal polis və OMON gəlirdi. Sorğu-sualsız avtobuslara doldurub aparırdılar. Orada onları uzun müddət saxlayırdılar. İndi dostlarımdan bir çoxu yoxlamalarla üzləşməməyin dərdindən gecələr işləyir. Küçə ilə sakit gedə, maşın sürə bilmirəm. Birmirsən ki, qabağına necə bir polis çıxacaq. Bir də gördün ki, “vətənpərvər” polis nəfəri ilə qarşılaşdın. Əgər sürücü qaydanı pozursa, onu cərimə edib buraxırlar, elə deyilmi? Amma indi hər şey başqa cür ola bilər. Adama deyə bilərlər: “Sən Türkiyə vətəndaşısan. Öz prezidentin Erdoğana salam deyərsən, çünki səni deportasiya edirik”. Mən belə sözləri artıq çox eşitmişəm. Onların bizim həyatımızı cəhənnəmə döndərmək üçün əllərində əsasları var.
İndi qonşularla salamlaşmağa, adamlarla ünsiyyətdə olmağa cəsarət eləmirəm. Türkiyədən olan dostlar, burda yaşayanlar deyirlər ki, yeni ilə qədər dözəcəklər və əgər vəziyyət dəyişməsə çıxıb gedəcəklər. Türkiyədə bir rusa da toxunmurlar. Orda siyasi problemlər heç kəsi maraqlandırmır. Burda bilmirəm, niyə belədir? Bilmirəm təqsir kimdədir? Türkiyə xəbərlərində deyirlər ki, təyyarə sərhədi pozub, burada deyirlər ki, pozmayıb. Kimin haqlı, kimin haqsız olduğunu bilmirik. Mən sadəcə olaraq rahat yaşamaq və işləmək istəyirəm.
Önder və Svetlana Aydosoğlu: "Biz hakimiyyətlə üzləşməkdən qorxuruq”
Moskvadakı türklər: Bizim günahımız nədir?



Moskvadakı türklər: Bizim günahımız nədir?

Önder: Mən meyvə-tərəvəz təchizatı ilə məşğul olan böyük Rusiya-Azərbaycan firmasında işləyirəm. Soyuducu qurğularla məşğulam. Deyirlər ki, terzliklə bizdə ixtisarlar olacaq. Mal dövriyyəsi yoxdur, yük maşınıarını sərhəddən buraxmırlar. Meyvə-tərəvəzlə məşğul olanların hamısı bu vəziyyətdədir. Dostumla birlikdə soyuducuları quraşdıran firma açmaq istəyirdik. Hər şey hazır idi, amma indi bu mümkün olmayacaq.
Svetlana: Hakimiyyət strukturları ilə üzləşməkdən ehtiyat edirik. Məsələn yol polisi saxlayıb görsə ki, sənədlər türkcədən tərcümə olunub, əlavə suallar ortaya çıxacaq.
Bu kütləvi isterika fonunda psixoloji vəziyyətin gərginləşdirilməsidir. Biz həm burdakı, həm də ordakı qohumlarımızdan narahatıq. Belə vəziyyətdə olmağı düşmənimə də arzu etmərəm. Dəfələrlə olub ki, ərimin iş vizasını uzatmaq istəməyiblər, bir-iki gün vaxt veriblər ki, çıxıb getsin. Ailə parçalanır, axı.
Önder: Mənim iş vizamın vaxtı gələn ilin axırına qədərdir. Ondan sonra nə olacaq, bilmirəm. Siyasət barədə danışmaq çətindir. Düşünürəm ki, hər iki tərəfdə təqsir var. Amma biz sadə insanlar, ailələrimizlə birlikdə işləyir və yaşayırıq. Ümid edirik ki, siyasətdə də tezliklə hər şey öz yerini tutacaq. Ola bilsin, Vladimir Putin və bizim prezident Erdoğan nəhayət dil tapacaqlar.
Burhan və Tatyana Uçaner: "Bizi rahat buraxın!"
Moskvadakı türklər: Bizim günahımız nədir?


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!