19 yaşlı erməni hərbçinin meyiti tapıldı .....                        Tramp Ağ Evdə Baydenlə görüşdü .....                        İlham Əliyev daha bir görüş keçirdi .....                        İrana yağan qar yolları bağladı: ərazidən son görüntülər .....                        Biz özümüz də Minsk Qrupunun işindən narazı qaldıq .....                        Paşinyan Kazan görüşündən danışdı .....                        İlham Əliyev Mitsotakislə bir araya gəldi .....                        Əsədovla Mişustin əməkdaşlıqdan danışdılar .....                        Prezident Baş nazirin müavini ilə görüşdü .....                       
Tarix : 30-11-2015, 13:50
Rus – Türk münaqişəsi Fransa – Rusiya yaxınlaşmasını kölgədə qoydu




Artıq Ərdoğan Putinin qara siyahısına düşdü. Rus prezident Ankaraya qarşı xeyli cavab planı təqdim edib. Su-24 təyyarəsinin vurulması Putinin gözündə dost bir ölkənin xəyanətidir.

“Dost, demək olar ki, müttəfiq ölkə” olan Türkiyə bir neçə günün içində Rusiyanın ən yeni düşməninə, “gərginlik yaradan” bir ölkəyə çevrildi və O, cəzasız qalmayacaq. Suriya – Türkiyə sərhədində türk ordusu tərəfindən rus təyyarəsinin vurulması, bir pilot və bir əsgərin ölməsi Rusiyada əsəbləri tarma çəkdi.
Vladimir Putin iki ölkə arasında müharibənin başlamayacağı ilə bağlı hər kəsi əmin edərək bu hadisəni “arxadan vurulan xəncər”ə bənzədib. “Təəssüf edirəm ki, Türkiyə ilə son on ildə qazandığımız dövlətlərarası isti münasibət səs-küylü şəkildə məhv olur” rus prezedent cümə axşamı Fransua Olandla Moskvada baş tutmuş görüşü zamanı bildirib. O, həmçinin, iddia edib ki, bu bir namərdlikdir, çünki türk ordusu rus təyyarəsinin uçuşundan xəbərdar idi.
Bu son günlərdə Türkiyənin Rusiyaya xəyanət ritorikası gücləndi. Türkiyəyə tətbiq olunacaq sanksiyalar ruslar tərəfindən işlənib hazırlanmağa başlandı. Hadisə baş verən günün axşamı Türkiyənin Moskvadakı səfirliyi yüzlərlə etirazçı tərəfindən əhatəyə alındı, səfirliyin binasına daşla hücum edildi. Üstəlik Moskvanın 900 km də yerləşən Ulyanovskdakı Efes piyvə zavodunun qarşısındakı türk bayrağı gənclər tərəfindən endirildi və yerinə rus bayrağı asıldı.
İqtisadi sanksiya planı haqqında hələ rus məsul şəxsləri danışmamış bəzi distrubitorlar türk məhsullarından imtin etdi. Sosial şəbəkələrdə də Türkiyədən gələn bütün məhsulları baykot etmək üçün çağırışlar çoxaldı. Artıq tur-operatorlar rusların Türkiyədə terror təhlükəsi ilə üzləşə biləcəyini əsas gətirən xarici işlər nazirliyinin sadə bir “tövsiyə” sinə uyğun olaraq ruslar üçün əsas səyahət istiqaməti olan Türkiyənin sahilyanı bölgələrinə səyahətləri ləğv edib. Turistlərə əvəzində Krım, Kuba və Çində istirahət təklif olunub. Eyni zamanda, rus futbol klubları qış fasiləsi zamanı hər il Türkiyədə baş tutan təlim-məşq toplanışlarını İdman naziri Vitali Mutkonun xəbərdarlığına əsasən ləğv edib.
Cümə axşamı baş nazir Dimitri Medvedev hökümətə iki gün ərzində bu ölkəyə qarşı tətbiq olunacaq iqtisadi və mədəni sanksiyaların işlənib hazırlanması ilə bağlı göstəriş verdi. Təyyarənin vurulması Ankara və Moskva arasındakı sıx əməkdaşlığa bütün səviyyələrdə öz təsirini göstərməkdədir. Gömrükdə qanunların sərtləşməsi, rus səmasında türk təyyarələrinin, rus sularında türk gəmilərinin hərəkətinin məhdudlaşdırılması, ortaq layihələrin müvəqqəti dayandırılması (TÜRKSTREAM qaz kəməri layihəsi və Rusiyanın Mersində tikdiyi nüvə zavodu kimi), hərbi müqavilələr və Rusiyanın Suriyada keçirdiyi hərbi əməliyyatlar barədə məlumatları paylaşmasına fasilə verilməsi buna sübutdur. Ancaq rusların əsas cəza tədbiri türk qida məhsullarına embarqo qoymaq oldu. “Türk istehsalçıların rus normalarına uyğun olmayan məhsul istehsal etdikləri” bəhanə gətirildi. Kənd təsərrüfatı naziri Aleksandr Tatçev Türkiyədən gələn meyvə-tərəvəzə və balığa da məhdudiyyət qoyulacağını qeyd edib. Məlumat üçün bildirək ki, Rusiyanın idxal etdiyi meyvə-tərəvəzin 20 faizi Türkiyənin payına düşür.
Türk ordusu tərəfində rus təyyarəsinin vurulması Rusiya ilə bir NATO üzvü olan ölkəni üz-üzə qoyan ən ciddi insident oldu.Bu gərginlik hələ ki, sözdədir, ancaq sürətlə həyata keçirilə bilər, Fransanın səy göstərdiyi Suriya böhranında Qərblə Rusiyanın yaxınlaşması məsələsini də çətin vəziyyətə salar və Putinə ABŞ ilə koalisiya yaratmaq planından imtina etmək üçün bəhanə ola bilər.



Bizimxeber.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!