Azərbaycanla bağlı proqnoz dəyişmədi .....                        ABŞ İranın 10 gəmisini məhv etdi .....                        Rusiyalı diplomatlar partlayış nəticəsində yaralandılar .....                        İranda müharibə nə vaxt başa çatacaq? .....                        "Qalatasaray" tarixi qələbə qazandı .....                        Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                       
Tarix : 30-11-2015, 09:11




Stadion inşaatlarında türk firmaları ilə bağlanan müqavilələr ləğv olunmayacaq.

Türkiyənin hava sərhəddini pozduğu üçün bu ölkənin “F-16” qırıcıları tərəfinfən Rusiyanın “SU-24” hərbi təyyarəsinin vurulması iki ölkə arasında iqtisadi-siyasi gərginliyə səbəb olub. Hadisədən sonra dalbadal bəyanatlar səsləndirən rəsmi Moskva növbəti açıqlama ilə çıxış edib.

Bəyanatda bildirilib ki, 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Futbol Çempionatı üçün tikilən stadion inşaatlarında türk firmaları ilə bağlanan müqavilələr ləğv olunmayacaq. Bu bəyanatı Rusiyanın idman naziri, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko səsləndirib. İqtisadi sanksiyaların stadion tikintisində işləyən şirkətlərə təsir etməyəcəyini deyən Mutko, Türkiyənin tikinti firmaları ilə daha əvvəl bağlanmış müqavilələrin bu sanksiya çərçivəsində olmayacağını bildirib.
Bu türk firmaları Rusiyada sanksiyalara məruz qalmayacaq



Rusiyanın idman naziri, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko

“Hesab etmirəm ki, iqtisadi sanksiyalar imzalanmış müqavilələr və ya hazırda həyata keçirilən layihələrə xitam verə. Burada söhbət yeni layihələrdən və müqavilələrdən gedir.”

Türk firmalarının çempionat çərçivəsində olan layihələrdə podratçı mövqeyində olduğunu deyən Mutko bu layihələrdə əsas yerlərdə Rusiya şirkətləri olduğunu qeyd edib.

FİFA Dünya Kubokunun matçları 14 iyun – 15 iyul 2018-ci il tarixlərdə Rusiyanın; Moskva, Sankt Peterburq, Kalininqrad, Kazan, Volqaqrad, Nijni Novqorod, Samara, Saransk, Yekatrinburq, Rostov və Soçi şəhərlərindəki stadionlarda keçiriləcək.

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb.




Anspress


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!