15-07-2025, 17:26
Pezeşkian xaricdə yaşayan iranlılara mesaj ünvanladıİran prezidenti Məsud Pezeşkian xaricdə yaşayan İran vətəndaşlarına təşəkkür edib
Məsud Pezeşkian xaricdə yaşayan İran vətəndaşlarına ünvanladığı mesajda 12 günlük müharibə zamanı göstərdikləri birlik və həmrəyliyi ölkəyə böyük xidmət kimi dəyərləndifib.
Prezident Pezeşkian xaricdə yaşayan İran vətəndaşlarının bu çətin anlarda vətənə göstərdikləri həmrəyliyi “unikal xidmət” kimi qiymətləndirərək, onların ölkənin gələcəyində daha mühüm rol oynaya biləcəklərini vurğulayıb.
Məktubda deyilir: “Konsensus, həmrəylik və rasionallıqla yeni yol xəritəsinin cızılması bizi daha yaxşı gələcəyə apara bilər”.
15-07-2025, 16:28
Ukraynanın Baş naziri istefa verdiUkraynanın Baş naziri Denis Şmiqal vəzifəsindən istefa verib.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Xatırladaq ki, dünən Prezident Zelenski dünən Baş nazirin birinci müavini və iqtisadiyyat naziri Sviridenkoya hökumətə rəhbərlik etməyi təklif edib.
15-07-2025, 14:07
Ukraynada hərbi vəziyyətin müddəti uzadıldıUkrayna Ali Radası ölkədə hərbi vəziyyətin müddətini noyabrın 5-dək uzadıb.
Qərarın lehinə 320 deputat səs verib.
15-07-2025, 13:34
Rusiya Ukraynanın daha iki qəsəbəsini işğal etdiRusiyanın “Cənub” qoşun qruplaşmasının bölmələri Donetsk isdtiqamətində Petrovka qəsəbəsini nəzarətə götürüb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik həmçinin bildirir ki, “Şərq” qoşun qruplaşmasının bölmələri də Donetskdə Voskresenka yaşayış məntəqəsini nəzarətə götürüb.
Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqadası, dəniz piyadaları briqadası və iki ərazi müdafiə briqadasının canlı qüvvəsi və texnikası Dnepropetrovsk vilayətinin Novogeorgiyevka, Zaporojye vilayətinin Temirovka və Poltavka yaşayış məntəqələri ərazilərində darmadağın edilib.
15-07-2025, 00:52
Zelenski Trampla danışıqlar apardıUkrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.
Bu barədə Zelenskinin teleqrama kanalında məlumat verilib.
Siyasətçi Ağ Ev rəhbərinə Ukraynanı dəstəkləmək istəyinə görə təşəkkür edib.
“Bizim belə yaxşı münasibətlərimizin olması vacibdir və NATO ölkələri müdafiə xərclərini artırmağa çalışır”, - deyə Zelenski bildirib.
14-07-2025, 23:36
Makron Bakı və İrəvana dəstək ifadə etdiFransa prezidenti Emmanuel Makron bəyan edib ki, Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanması regionun bütün ölkələri üçün yeni bir səhifə aça bilər.
O, bu barədə Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün nəticələrinə dair X sosial şəbəkəsindəki hesabında yazıb.
Makronun sözlərinə görə, görüş zamanı o, Ermənistanın Azərbaycanla sülhə nail olmaq səylərinə dəstəyini ifadə edib: "Ermənistan və Azərbaycan arasında sülh sazişinin qısa müddətdə imzalanması regionun və onun hüdudlarından kənarda olan bütün ölkələr və xalqlar üçün yeni bir səhifə açmağa imkan verər".
14-07-2025, 23:04
ABŞ-nin Zəngəzur dəhlizi təklifinə Ermənistandan reaksiyaErmənistan yalnız öz yurisdiksiyası altında nəqliyyat kommunikasiyaların blokdan çıxarılmasını müzakirə edir.
Bunu Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.
"Ermənistan öz suveren ərazisinə nəzarəti heç bir üçüncü tərəfə həvalə etməyi müzakirə etməyib və müzakirə etmir. Ermənistan Respublikasının ərazisinin heç bir hissəsi Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyasından kənarda ola bilməz. Ölkə qanunvericiliyinə görə, Ermənistan torpaqları yalnız kənd təsərrüfatı məqsədilə icarəyə verilə bilər. ABŞ səfirinin dediyi variant mümkün deyil", - deyə Baqdasaryan bildirib.
Xatırladaq ki, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak bildirmişdi ki, ABŞ iki Qafqaz ölkəsi arasında uzun müddətdir dalana dirənmiş diplomatik danışıqların irəliləyişinə nail olmaq məqsədilə Ermənistan və Azərbaycan arasında planlaşdırılan nəqliyyat dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib.
14-07-2025, 22:31
Tramp Rusiyaya 50 gün vaxt verdi"Moskva və Vaşinqton arasında 50 gün ərzində Ukraynadakı nizamlanma ilə bağlı razılaşma əldə olunmasa, ABŞ Administrasiyası Rusiyaya qarşı təqribən 100 faiz həcmində idxal rüsumları tətbiq etnək niyyətindədir".
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rütte ilə görüşündə bildirib.
"Biz onlardan çox narazıyıq. Təqribən 100 faiz həcmindəki rüsumları ikinci dərəcəli rüsumlar adlandırmaq mümkündür. Mən düşünürdüm ki, biz iki aya razılaşma əldə edəcəyik" , - deyə o qeyd edib.
14-07-2025, 21:30
Paşinyan Makronla görüşdüErmənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Görüş Yelisey sarayında baş tutub.
Paşinyan görüşün görüntülərini sosial şəbəkədəki səhifəsində yerləşdirib.
14-07-2025, 19:36
Güman ki, Azərbaycanla Ermənistan... - Trampdan yeni AÇIQLAMAABŞ Prezidenti Donald Tramp Azərbaycanla Ermənistan arasında baş tutan danışıqlar barədə açıqlama verib.
Tramp bu barədə NATO Baş Katibi Mark Rutte ilə Ağ Evdəki görüşündə danışıb.
“Güman etmək olar ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlar uğurlu nəticə verəcək”, - ABŞ lideri vurğulayıb.
O, ABŞ administrasiyasının dünyadakı bir çox münaqişələri həll etdiyini qeyd edib.