TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
28-11-2025, 15:52
Simonyan müharibə itkilərini gizlətməkdə ittiham olundu


Simonyan müharibə itkilərini gizlətməkdə ittiham olundu

Ermənistan parlamentinin sədri Alen Simonyanın 44 günlük müharibədə ölən və itkin düşənlərin sayı ilə bağlı açıqladığı rəqəmlər erməni cəmiyyətində müzakirələrə səbəb olub.
A.Simonyan rəqəmlərin mübahisələndirilməsilə razılaşmayıb.
"Bu rəqəmlər Ermənistanın İstintaq Komitəsindən götürülüb. Bəziləri bu rəqəmləri mübahisələndirməyə çalışır. Bilirəm ki, kimlərsə ermənilərin əzablarından istifadə edərək öz siyasi məqsədlərinə çatmağa çalışırlar", - deyə o bildirib.
Simonyanın sözlərinə görə, Baş nazir Nikol Paşinyan da parlamentdə bu rəqəmləri kiçik bir fərqlə qeyd edib.
"Fərq 1200 deyildi. Rəqəmlər yenidən dəyişə bilər, çünki 191 nəfər itkin düşüb. Allah qoysa, hamısı möcüzəvi şəkildə tapılar və geri qaytarılar", - deyə o qeyd edib.
Xatırladaq ki, dünən Alen Simonyan 2020-ci ildəki 44 günlük müharibədə 3833 nəfərin öldüyünü bildirib.
Müxalifətdən olan bəzi siyasətçilər Simonyanı rəqənləri azaltmaqda ittiham ediblər.
28-11-2025, 15:34
Lavrov hara yoxa çıxmışdı?


Lavrov hara yoxa çıxmışdı?

Rusiya xarici işlər naziri Sergey Lavrov bir müddətdir mediada “yoxa çıxması” ilə bağlı səslənən suallara ironik münasibət bildirib.
Macarıstanın baş naziri Viktor Orbanla Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar üçün Kremlə gələrkən jurnalistlər nazirdən “hara yoxa çıxmısınız?” deyə soruşublar.
Lavrov isə sualı zarafatla cavablandırıb: “Mən hələ də yoxam”.
Qeyd edək ki, son günlər bəzi xarici KİV-lər (The Economic Times və The Independent) Lavrovun ləğv edilən Putin–Tramp görüşü səbəbindən “qara siyahıya düşdüyünü” iddia edirdilər. Həmin məlumatlarda prezident Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Budapeştdə keçirilməsi planlaşdırılan sammitin pozulmasının Lavrovun “siyasi mövqeyini zəiflədə biləcəyi” yazılmışdı.
Kreml bu məlumatları dəfələrlə təkzib edib. Putin jurnalistlərə açıqlamasında iddiaları “saxta” adlandırıb və Lavrovun ABŞ tərəfi ilə görüşə hazırlaşdığını bildirib: “Onun öz iş qrafiki var. Mənə məlumat verdi və nə ilə məşğul olacağını dedi”.
Prezidentin mətbuat katibi Dmitri Peskov da bəyan edib ki, Lavrov “iş başındadır” və “hər şey qaydasındadır”.
28-11-2025, 13:20
Latviya Ukraynaya 42 ədəd zirehli transportyor verdi


Latviya Ukraynaya 42 ədəd zirehli transportyor verdi

Latviya Kiyevə 42 ədəd “Patria” zirehli transportyorunun tədarükünü başa çatdırıb.
Baltikyanı respublikanın xarici işlər naziri Bayba Braje bu barədə özünün sosial media hesabında yazıb. “Latviya Ukrayna ordusuna 42 ədəd “Patria” 6x6 zirehli transportyorunun tədarükünü başa çatdırıb”, - deyə nazir bildirib. Onun sözlərinə görə, zirehli transportyorların tədarükü Latviyanın hər il ümumdaxili məhsulunun 0,25 faizini Ukraynaya hərbi yardım üçün ayırmaq öhdəliyini təsdiqləyir.
Qeyd edək ki, 2019-cu ildə Finlandiya və Latviya müasir zirehli transportyorların hazırlanması üçün müştərək proqrama başlayıblar. Proqramda, həmçinin İsveç və Almaniya da iştirak edir. Finlandiya Müdafiə Nazirliyinin məlumatına görə, layihə çərçivəsində Helsinki 164, Latviya 250-dən çox, İsveç isə ümumilikdə 321 zirehli transportyor sifariş verib.


28-11-2025, 11:23
Bəlkə də Ermənistan növbəti Moldova olacaq - Aİ rəsmisi


Bəlkə də Ermənistan növbəti Moldova olacaq - Aİ rəsmisi

Sülh perspektivlərinin yaxşılaşması ilə həm Bakı, həm də İrəvan Moskvaya alternativ olaraq Avropa İttifaqı (Aİ) ilə daha sıx əlaqələr qurmağı düşünür.
Bunu "Politico" nəşri iddia edib.
Qeyd olunur ki, Bakı və İrəvanın iştirakı istənilən ciddi regional əməkdaşlıq üçün vacib hesab olunur və potensial olaraq Aİ-nin Türkiyə ilə münasibətlərini daha konstruktiv istiqamətə yönəltməklə əlavə fayda gətirə bilər.
Aİ rəsmilərindən biri zarafatla bildirib ki, "Bəlkə də Ermənistan növbəti Moldova olacaq".
28-11-2025, 11:09
Zelenskinin “sağ əli”nin evində axtarış  aparılır


Zelenskinin “sağ əli”nin evində axtarış aparılır

Ukrayna hüquq-mühafizə orqanları Yermakın mənzilində axtarış aparılmasını təsdiqləyib.
Axtarışın istintaq çərçivəsində aparıldığı bildirilib.
Məsələ ilə bağlı təfərrüatlar daha sonra açıqlanacaq.
Mətbuat yazır ki, axtarış "Mindiç işi" üzrə Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAP) əməkdaşları tərəfindən aparılır.

***

10:32

Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermakın evində axtarış aparıldığı bildirilir.
Bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAPO) Prezident Volodimir Zelenskinin yaxın adamı hesab edilən Yermakın evində axtarışlara başlayıb.
Digər mənbələr hələlik bu məlumatı təsdiqləməyib.
27-11-2025, 21:14
Lukaşenko: “Ukrayna sərhədlərini qorumaq istəyirsə, danışıqlara getməlidir”


Lukaşenko: “Ukrayna sərhədlərini qorumaq istəyirsə, danışıqlara getməlidir”

Belarus Prezidenti Aleksandr Lukaşenko müharibənin ilk günlərində Ukrayna Prezidenti Volodimir Zelenskiyə məsləhət verdiyini bildirib.
Lukaşenko bunu rusiyalı jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
Onun sözlərinə görə, əgər Kiyev Minsk razılaşmalarını yerinə yetirsəydi, bu gün müharibə olmazdı:
“Ukrayna Minsk razılaşmalarını icra etsəydi, müharibə baş verməzdi və ölkə 1991-ci il sərhədlərində qalardı”, – Belarus lideri bildirib.
Lukaşenko Zelenskiyə hazırkı vəziyyəti düzgün qiymətləndirməyi tövsiyə etdiyini söyləyib:
“Əgər indi Ukraynanın mövcud sərhədlərlə qalmasını istəyirsə, danışıqlara getməlidir. Heç bir halda danışıqları pozmaq lazım deyil”.
Belarus Prezidenti iddia edib ki, hazırda Ukraynanın hələ də dənizə çıxışı, o cümlədən Odessa və Nikolayev kimi mühüm şəhərləri var, lakin bu vəziyyət “bir anın içində dəyişə bilər”.
Lukaşenko həmçinin ABŞ tərəfindən hazırlanmış “sülh planı”na da toxunub:
“Biz Rusiyanın Ukrayna ilə sülh sazişi əldə etmək cəhdlərini dəstəkləyirik. Əsas məqamlar artıq razılaşdırılıb. ABŞ diplomat kimi davranarsa, bu müqavilə imzalanacaq”, – deyə o vurğulayıb.
27-11-2025, 19:54
Honkonqda ölənlərin sayı 75-ə çatdı


Honkonqda ölənlərin sayı 75-ə çatdı

Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 75-ə yüksəlib.
Son məlumatlara görə 76 nəfər, o cümlədən 11 yanğınsöndürən xəsarət alıb, 279 nəfər itkindir. Ölənlərdən biri də yanğınsöndürəndir. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir. Hadisə yerinə 300-dən çox yanğınsöndürmə və xilasetmə avtomobili, eləcə də 1200-dən çox yanğınsöndürən cəlb olunub.
Qeyd edək ki, noyabrın 26-da günortadan sonra dünyanın ən sıx məskunlaşılan və ən çox hündür binaların olduğu şəhərlərindən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı bildirilir. Yanğınla əlaqələr yüzlərlə insanın taleyindən xəbər yoxdur.
Binada yeniləmə işləri aparan tikinti şirkətinin iki direktorunun və məsləhətçi mühəndisinin həbs olunduğu bildirilir. Bu gün şirkətin ofisində axtarış aparılıb və sənədlər müsadirə olunub.
Binaların qoruyucu tor və yanğın təhlükəsizliyi standartlarına cavab verməyən plastiklə örtülməsi, eləcə də bir illik təmir işləri zamanı tikinti şirkəti tərəfindən quraşdırılmış penoplast ilə zədələnməmiş binanın bəzi pəncərələrinin bağlandığı aşkar edilib.
Honkonqun sığorta sektorunun son 70 ildə ən güclü olan Tay Po yanğını ilə əlaqədar rekord məbləğdə - 2,6 milyard Honkonq dolları (334 milyon dollar) məbləğində iddialarla üzləşəcəyi gözlənilir. Yanğın yeddi binaya ciddi ziyan vurub.
27-11-2025, 18:45
Navalninin fondu terrorçu elan edildi


Navalninin fondu terrorçu elan edildi

Rusiya Ali Məhkəməsi mərhum müxalif siyasətçi Aleksey Navalnının təsis etdiyi Korrupsiya ilə Mübarizə Fondunu terror təşkilatı kimi tanıyıb.
Rusiya Ali Məhkəməsi məsələ ilə bağlı ölkənin Baş Prokurorluğunun iddiasını təmin edib.
Qərar qapalı məhkəmə iclasında qəbul edilib və dərhal qüvvəyə minib.
Qeyd edək ki, Korrupsiya ilə Mübarizə Fondu 2011-ci ildə müxalif siyasətçi, 2024-cü ilin fevralında cəzaçəkmə müəssisəsində vəfat edən Aleksey Navalnı tərəfindən yaradılıb. Fond daha əvvəl Rusiyada ekstremist təşkilat və xarici agent kimi tanınıb, təşkilatın fəaliyyəti qadağan edilib.
27-11-2025, 18:08
Müharibə bu halda dayandırıla bilər - Putinin şərtləri


Müharibə bu halda dayandırıla bilər - Putinin şərtləri

Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkek sammitindən sonra keçirdiyi mətbuat konfransında bir sıra mühüm açıqlamalar verib.
Putin bildirib ki, ABŞ-dan yüksək səviyyəli nümayəndə heyətinin gələn həftə Moskvaya səfəri razılaşdırılıb və səfər plan üzrə baş tutacaq.
Rusiya lideri Qərbdə yayılan “Rusiya Avropaya hücuma hazırlaşır” iddialarını təkzib edib: “Bu iddialar yalandır, cəfəngiyyatdır. Avropaya hücum etmək niyyətimiz yoxdur və bunu rəsmi şəkildə təsdiqləməyə hazırıq".
Putin əlavə edib ki, Moskva Avropa təhlükəsizliyi və strateji sabitlik məsələlərini Qərb ölkələri ilə müzakirə etməyə açıqdır.
Rusiya Prezidenti ABŞ-ın təklif etdiyi sülh planı ilə bağlı yayılan məlumatları da şərh edib. Onun sözlərinə görə, ortada “hazır müqavilə layihəsi” olmayıb. Sadəcə müzakirə üçün suallar və mövzular paketi mövcud olub.
Putin deyib ki, ABŞ-ın təqdim etdiyi plan “diplomatik dildə yenidən işlənməlidir”, çünki bəzi maddələr “indiki şəraitdə gülünc səslənir”.
O bildirib ki, Cenevrədə aparılan danışıqlardan sonra tərəflər planın 28 bəndini dörd tematik blok üzrə bölmək barədə razılığa gəliblər.
Putin döyüş zonasındakı vəziyyətə də toxunub: “Əgər Ukrayna ordusu hazırda tutduğu əraziləri tərk etsə, biz hərbi əməliyyatları dayandırarıq. Əks halda, Rusiya öz məqsədinə hərbi yolla çatacaq.”
25-11-2025, 22:14
Tramp arıqlamaq istəyir


Tramp arıqlamaq istəyir

ABŞ Prezidenti Donald Tramp arıqlamaq istədiyini açıqlayıb.
Tramp jurnalistlərlə söhbətində zarafatla bildirib ki, yaxın vaxtlarda çəki azaltmağı planlaşdırır, lakin bu, Şükranlıq Günündən əvvəl baş verməyəcək:
“Bir neçə kilo arıqlamaq istərdim. Amma Şükranlıq Günündə yox. Çünki hinduşka yeyəcəyəm”, – deyə ABŞ prezidenti bildirib.
Rəsmi tibbi müayinələrin nəticələrinə görə, Trampın çəkisi 107 kiloqram, boyu isə 190 santimetrdir. ABŞ lideri heç vaxt fastfud sevər olduğunu gizlətməyib, o, xüsusilə burger, kartof fri və qazlı içkilərə üstünlük verir.
ABŞ-da Şükranlıq Günü 27 noyabr tarixində qeyd olunacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!