TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
4-12-2025, 17:48
Putin Hindistana getdi


Putin Hindistana getdi

Rusiya Prezidenti Vladimir Putin iki günlük səfərlə Hindistana gedib. 4 dekabrda dövlət başçısının Hindistanın Baş naziri Narendra Modi ilə qeyri-rəsmi təkbətək görüşü planlaşdırılır.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Prezidentin təyyarəsi Hindistan Hərbi Hava Qüvvələri Palam bazasına eniş edib. Aeroportda onu Baş nazir Modi onu şəxsən pilləkənlərdə qarşılayıb.
Putini qatarda yeddi nazir müşayiət edir. Onların arasında müdafiə naziri Andrey Belousov, kənd təsərrüfatı naziri Oksana Lut, səhiyyə naziri Mixail Muraşko, nəqliyyat naziri Andrey Nikitin, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, maliyyə naziri Anton Siluanov və daxili işlər naziri Vladimir Kolokoltsev var.
4-12-2025, 17:18
ATƏT-in sədrindən Bakı və İrəvana mesaj


ATƏT-in sədrindən Bakı və İrəvana mesaj

Azərbaycan və Ermənistan arasında münaqişənin başa çatması bütün ATƏT regionunda nikbinlik yaradan çox uğurlu nümunədir.
Bu fikirləri Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen jurnalistlər üçün açıqlamasında səsləndirib.
O bildirib ki, Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə edilməsi irəliyə atılmış addımdır və bu məsələ ATƏT-in builki fəaliyyətində əsas uğurlardan biri olub:
“Mən hər iki ölkəyə səfər edərək, sülh prosesilə yaxından tanış olmaq şansı əldə etmişəm. Hər iki ölkə ilə daim məhsuldar əlaqələrimiz mövcuddur. ATƏT bundan sonra da tərəflər arasında hazırda müzakirə edilən msəsələrlə bağlı istənilən dəstəyi verməyə hazırdır”.
4-12-2025, 16:45
Abbas Araqçi Azərbaycana gəlir


Abbas Araqçi Azərbaycana gəlir

İranın xarici işlər naziri Abbas Araqçi Azərbaycana səfər edəcək.
Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
İranın xarici işlər nazirinin Azərbaycana səfərinin gələn həftəyə planlaşdırıldığı qeyd edilir.
4-12-2025, 16:41
Mirzoyan Vyanada Hakan Fidanla görüşdü


Mirzoyan Vyanada Hakan Fidanla görüşdü

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vyanada türkiyəli həmkarı Hakan Fidanla ayaqüstü görüş keçirib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ermənistan və Türkiyə XİN rəhbərlərinin təması ATƏT-in Vyanada keçirilən 32-ci Nazirlər Şurasının açılış mərasimi zamanı baş tutub.
4-12-2025, 15:51
İran Azərbaycandan su almaq istəyir?


İran Azərbaycandan su almaq istəyir?

İran dərin quraqlıq və su çatışmazlığı fonunda ilk dəfə olaraq su idxalına açıq olduğunu bəyan edib.
Bu barədə İranın energetika naziri Abbas Əliyebadi çıxışında deyib.
Nazirin sözlərinə görə, əgər regionda suyu “məqbul qiymətə satmağa hazır olan ölkə varsa”, Tehran su almağa hazırdır. Əliyebadi bildirib ki, İran hazırkı böhran şəraitində su təminatını sabitləşdirmək üçün bütün mümkün variantları nəzərdən keçirir.
İran son illərin ən ağır quraqlığını yaşayır. 2025-ci ilin martında prezident Məsud Pezeşkian quraqlığın və suya həddindən artıq tələbatın ölkəni humanitar fəlakətə sürüklədiyini açıqlamışdı. İlin ortasına doğru vəziyyət kritik həddə çatdı: paytaxt Tehranın bir çox rayonlarında suyun verilişi 48 saata qədər dayandırıldı.
2025-ci ilin yayında regionun ən böyük duzlu gölü olan Urmiya tamamilə qurudu. Noyabrda Tehranın əsas su hövzəsində ehtiyatlar minimuma düşdü və hökumət suyun cəmi bir neçə həftəyə çata biləcəyini etiraf etdi.
Prezident Pezeşkian noyabrın 8-də bəyan etmişdi ki, yağışlar olmasa, paytaxtın müəyyən hissələrinin əhalisi təxliyə edilə bilər.
İranın su idxalına açıq olması fonunda regionda, o cümlədən Azərbaycanda bu məsələnin gündəmə gələcəyi istisna edilmir. Lakin indiyədək rəsmi Bakıdan İranın su almaq təklifinə dair hər hansı açıqlama verilməyib.
4-12-2025, 15:34
Britaniya ilk dəfə Ermənistana hərbi attaşe təyin etdi


Britaniya ilk dəfə Ermənistana hərbi attaşe təyin etdi

Böyük Britaniya ilk dəfə Ermənistana rezident hərbi attaşe təyin edib.
Bu barədə məlumatı Böyük Britaniyanın Ermənistandakı Səfirliyi yayıb.
Sözügedən posta mayor Tomas Şorland Boll təyin olunub.
“Bu tarixi addım Birləşmiş Krallıqla Ermənistan arasında tərəfdaşlığın dayanıqlığının artmasını təcəssüm etdirir, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcək”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Böyük Britaniya bu ilin martında Azərbaycana da hərbi attaşe təyin etmişdi.
4-12-2025, 13:47
G20-yə yeni üzv qəbul ediləcək


G20-yə yeni üzv qəbul ediləcək

Birləşmiş Ştatlar 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək İyirmilik Qrupunun (G20) növbəti sammitinin iştirakçıları siyahısına Cənubi Afrikanın əvəzinə Polşanı daxil edib.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Dövlət katibi Marko Rubionun sözlərinə görə, ABŞ Polşanı Cənubi Afrikanın əvəzinə G20 sammitində iştirak etməyə dəvət edir.
Nəşrin yazdığına görə, Amerika rəsmiləri Varşava ilə tərəfdaşlıqlarını yüksək qiymətləndirərək, ölkənin 1989-cu ildə Varşava Müqaviləsi Paktından çıxmasından sonra uğurlu əməkdaşlığı qeyd ediblər. Rubio vurğulayıb ki, “bir vaxtlar dəmir pərdə arxasında qalan ölkə indi dünyanın ən böyük iqtisadiyyatlarından birinə çevrilib və G20-də öz layiqli yerini tutacaq”.
Qeyd olunur ki, Polşa uzun müddətdir ki, G20-yə qoşulmağa çalışır. Bu ilin sentyabrında ABŞ prezidenti Donald Tramp Polşa prezidenti Karol Navroçkini sammitə “müəyyən edilməmiş formada” dəvət edib. Cənubi Afrikanı Polşa ilə əvəz etmək qərarı Vaşinqtonun Pretoriyanı ağdərililərin hüquqlarını pozduğuna görə tənqid etməsi fonunda qəbul edilib.
Noyabrın 26-da Tramp Cənubi Afrikanın Mayami sammitinə dəvət edilməməsinə göstəriş verib. O bəyan edib ki, Cənubi Afrikada keçirilən G20-nin əvvəlki sammitindən sonra ölkə hakimiyyəti bağlanış mərasimində iştirak edən yüksək rütbəli ABŞ rəsmisinə prezidentlik səlahiyyətlərini verməkdən imtina edib. Prezident həmçinin qeyd edib ki, Cənubi Afrikada avropalı müstəmləkəçilərin övladlarına qarşı insan hüquqlarının pozulması davam edir.
4-12-2025, 13:20
Proses başlayıb, II Qaregin getməlidir! - Paşinyan


Proses başlayıb, II Qaregin getməlidir! - Paşinyan

“Mən inanıram ki, kilsə əleyhinə düşüncə tərzi ilə hərəkət edən Ktriç Nersisyan (Bütün Ermənilərin Katolikosu II Qaregin – red.) və onun ətrafındakı kiçik bir dairədir”.
Bunu baş nazir Nikol Paşinyan 4 dekabrda jurnalistlərlə söhbətində bildirib.
"Ermənistan Apostol Kilsəsinə Ktriç Nersisyanın və digərlərinin Ana Taxtda olmasından daha çox zərər verən heç nə yoxdur.
Proses başlayıb və o, getməlidir. Onun istefa verib-verməyəcəyi ilə bağlı seçim yoxdur. O, getməlidir!", - deyə Paşinyan əlavə edib.
4-12-2025, 12:51
Ermənistanda hərbi xidmət müddəti niyə azaldılır? - Nazir cavab verdi


Ermənistanda hərbi xidmət müddəti niyə azaldılır? - Nazir cavab verdi

Ermənistanın müdafiə naziri Suren Papikyan hərbi xidmət müddətinin azaldılmasından danışıb.
Parlamentdə çıxış edən Papikyan deyib burada bir məqsəd var: Ermənistan ordusunu daha peşəkar etmək.
Onun sözlərinə görə, bu qərar orduya qəbulun səmərəliliyinin artırılmasına əsaslanır.
Nazir konkret rəqəmlər verməkdən imtina edib və qeyd edib ki, onları əvvəllər də səsləndirib.
"Lakin hesablamalarla bağlı hər hansı bir şübhə yaranarsa, bu məsələyə yenidən ətraflı baxmağa hazıram", - deyə Papikyan əlavə edib.
Xatırladaq ki, Ermənistanda sıravi əsgərlər üçün məcburi hərbi xidmət müddəti 24 aydan 18 aya endiriləcək. Bu qərar 2026-cı il yanvarın 1-dən sonra məcburi xidmətə çağırılan vətəndaşlara şamil ediləcək.
Orduya qış çağırışı prosesi 2026-cı il yanvarın 7-də başlayacaq.
3-12-2025, 18:16
Kreml Avropa liderlərini Moskvaya dəvət etdi


Kreml Avropa liderlərini Moskvaya dəvət etdi

Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqları yalnız ABŞ-la apardığını açıqlayıb.
Vladimir Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Moskvanın mövqeyi artıq formalaşıb və Vaşinqtonla aparılan müzakirələrdə Rusiyanın təklifləri nəzərə alınacağına dair siqnallar alınıb.
Uşakovun sözlərinə görə, danışıqların gedişinə Rusiya ordusunun cəbhədə əldə etdiyi irəliləyişlər “müsbət təsir göstərib”. O iddia edib ki, Ukrayna İstanbul formatını davam etdirməkdən imtina edib, Avropa ölkələri isə “bütün təmaslardan qaçır”.
“Kreml NATO məsələsini də ABŞ nümayəndə heyəti ilə müzakirə edib”, – Rusiya rəsmisi bildirib. Onun sözlərinə görə, Ukraynanın NATO üzvlüyü mövzusu görüşdə qaldırılıb.
Uşakov əlavə edib ki, Rusiya Avropadan gələcək hər hansı təklifə açıqdır:
“Əgər hansısa Avropa lideri dialoq aparmaq istəyirsə, buyursun, Moskvaya gəlsin”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!