TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
6-12-2025, 17:12
Qəzza danışıqları həlledici mərhələdən keçir


Qəzza danışıqları həlledici mərhələdən keçir

Qəzza ilə bağlı danışıqlar həlledici mərhələdən keçir.
Bunu Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani Doha Forumunda çıxışında bildirib.
O bildirib ki, vasitəçilər atəşkəs razılaşmasının növbəti mərhələsinin həyata keçməsi üçün birlikdə işləyirlər.
Baş nazir onu da qeyd edib ki, İsrail qoşunları tam geri çəkilməyincə Qəzzadakı atəşkəs “yarımçıq” olacaq.
6-12-2025, 16:50
Putinin həbs qərarı ləğv ediləcək?


Putinin həbs qərarı ləğv ediləcək?

Sülh danışıqları zamanı razılıq əldə olunsa belə, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Vladimir Putin və digər yüksək vəzifəli rus rəsmiləri barəsində çıxarılmış həbs orderlərinin qüvvədə qalacağını bildirib.
Bu barədə Reuters və Associated Press məlumat yayıb.
BCM nümayəndələrinin sözlərinə görə, məhkəmənin apardığı istintaq yalnız BMT Təhlükəsizlik Şurasının qərarı ilə müvəqqəti olaraq dayandırıla bilər.
BCM-in baş prokurorunun müavini Nacat Şamim Xan qeyd edib ki, istintaq davam edirsə, məhkəmə yalnız öz hüquqi çərçivəsinə uyğun şəkildə hərəkət edir və siyasi razılaşmalar orderlərin hüquqi qüvvəsinə təsir göstərmir.
Məhkəmə daha əvvəl Rusiya prezidenti Vladimir Putin, uşaq hüquqları üzrə ombudsman Mariya Lvova-Belova, keçmiş müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov, Hərbi Hava Qüvvələrinin komandiri Sergey Kobılaş və Qara Dəniz Donanmasının komandiri Viktor Sokolov barəsində həbs orderi çıxarmışdı.
Qurum bu şəxsləri Ukraynadakı hərbi əməliyyatlarla bağlı beynəlxalq hüququn ciddi pozuntularında ittiham edir və onlara qarşı cinayət təqibi dünya ictimaiyyətinin diqqətində qalmaqda davam edir.
6-12-2025, 15:41
MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır


MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

Bu ilin 23 dekabr tarixində Bakı Konqres Mərkəzində Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan nümayəndəliyinin qurultayı keçiriləcək.
Mövcud rəhbərliyin hesabat təqdim edəcəyi toplantıda təşkilatın yeni İdarə Heyəti sədri və üzvlərinin seçilməsi nəzərdə tutulur.
Eyni zamanda, MÜSİAD Azərbaycanı qarşıdakı illərdə gözləyən strateji fəaliyyət istiqamətləri, regional biznes mühitində yeni əməkdaşlıq imkanları və investisiya hədəfləri müzakirə olunacaq.
Qurultaya həm yerli, həm də xarici qonaqların geniş tərkibdə qatılacağı gözlənilir. Tədbirdə Azərbaycanın aidiyyəti dövlət qurumlarının rəhbərləri, eləcə də Türkiyənin Vitse-Prezidenti Cevdet Yılmaz, Ticarət naziri Ömer Bolat və digər yüksək səviyyəli rəsmi nümayəndələrin iştirakı planlaşdırılır. Cevdet Yılmazın qurultayda çıxış edərək Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişaf dinamikası və gələcək perspektivləri ilə bağlı mesajlar verəcəyi ehtimal olunur.
Həmin gün Bakıda AZPROMO və TÜİB-in birgə təşkilatçılığı ilə II Azərbaycan-Türkiyə İnvestisiya Forumu da baş tutacaq.
Bu tədbirdə də Cevdet Yılmaz və Azərbaycanın rəsmi nümayəndələrinin iştirakı nəzərdə tutulur.
6-12-2025, 13:48
Türkiyədə dəhşətli qəza - 6 nəfər öldü


Türkiyədə dəhşətli qəza - 6 nəfər öldü

Dekabrın 6-sı səhər saatlarında Türkiyənin cənubundakı Osmaniyə əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Şanlıurfa şəhərindən Adanaya gedən sərnişin avtobusu yük maşını ilə toqquşub.
İlkin məlumatlara görə, yerli vaxtla təxminən səhər saat 5:00-da baş verən hadisədə 6 nəfər ölüb, 11 nəfər yaralanıb.
Medianın məlumatına görə, zərbə o qədər güclü olub ki, bəzi sərnişinlər oturacaqları arasında qalıb və yalnız xilasedicilər hadisə yerinə gələndən sonra onları xilas etmək mümkün olub. Yaralılar Osmaniyə əyalətindəki müxtəlif xəstəxanalara çatdırılıb.
Qaziantep şəhəri istiqamətində gedən magistral yolun bir hissəsi müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb.
Qəzanın səbəbləri ilə bağlı araşdırma başlanıb.
6-12-2025, 13:17
Rusiya Kiyevi bombaladı


Rusiya Kiyevi bombaladı

Dekabrın 6-na keçən gecə Rusiya qoşunları Kiyev vilayətinə hava hücumu həyata keçirib.
Gecəboyu Kiyev vilayətinin Fastov, Vışqorod və Buça rayonları Rusiya tərəfindən güclü atəşə tutulub. Üç nəfər yaralanıb.
Fastovda yanğınlar baş verib, dəmiryol vağzalı və avtobazaya ziyan dəyib.
Novi Petrovtsi kəndində pilotsuz uçan aparatların qalıqları 5500 kvadratmetrlik anbarda yanğına səbəb olub. Həmçinin bu kənddə 3 yük maşını yanıb, yaşayış binası dağılıb, daha 6 evə ziyan dəyib.
Buça rayonunun Nejloviçi kəndində yanğın baş verib və fərdi yaşayış evi yanıb.
Hücumun nəticələrinin aradan qaldırılması üçün səylər davam edir.
5-12-2025, 17:23
Türkiyə Ermənistanla sərhədi 6 aya açacaq? - Ankaradan REAKSİYA


Türkiyə Ermənistanla sərhədi 6 aya açacaq? - Ankaradan REAKSİYA

"Bloomberg" agentliyi Türkiyənin Ermənistanla quru sərhədini yaxın altı ay ərzində açmağı nəzərdən keçirdiyini yazıb. Agentlik məlumatı yayarkən adı açıqlanmayan mənbələrə istinad edib.
Qeyd olunur ki, bu addım Avropada "soyuq müharibə" dövründən qalan son bağlı sərhəd xəttinin aradan qaldırılması demək olacaq və bu, Cənubi Qafqazda ticarət və kommunikasiya xəritəsini dəyişə bilər.
Türkiyə Böyük Millət Məclisinin(TBMM) Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, Ermənistanla 6 ay ərzində sərhədlərin açılacağı ilə bağlı yayılan xəbərlər dezinformasiyadır:
“Azərbaycanla Ermənistan arasında müharibə bitib. Azərbaycan torpaqlarını işğaldan azad edib. Amma Azərbaycanın müharibədən sonra Ermənistan qarşısında qoyduğu iki mühüm şərt vardı: Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasına dəyişiklik etmək. Ermənistan konstitusiyasında Qarabağın Ermənistana aid olması ilə bağlı torpaq iddiası var ki, bunu Azərbaycanın qəbul etməsi mümkün deyil. Hazırda bu istiqamətdə müəyyən işlər gedir.
Cənab İlham Əliyevlə cənab Nikol Paşinyan arasında gedən dialoqlar yaxşı səviyyədədir. Onu gözləmək lazımdır. Türkiyə Azərbaycana rəğmən "mən Ermənistanla sərhədləri açıram" deməz. Bu istiqamətdə yayılan xəbərləri yalan və dezinformasiya olaraq qəbul etmək lazımdır. Prezident və xarici işlər nazirinin açıqlaması yoxdursa, deməli, bu yöndəki xəbərlərin hamısı yalandır”.
5-12-2025, 16:20
Qırğızıstan BMT Təhlükəsizlik Şurasına üzv olmaq istəyir - Liderlərdən ÇAĞIRIŞ


Qırğızıstan BMT Təhlükəsizlik Şurasına üzv olmaq istəyir - Liderlərdən ÇAĞIRIŞ

Bu gün Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargahında Mərkəzi Asiya dövlətlərinin BMT-dəki daimi nümayəndələrinin brifinqi keçirilib.
Özbəkistanın BMT-dəki daimi nümayəndəsi Uluqbek Lapasov 16 noyabr 2025-ci ildə Daşkənddə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün nəticələrini təqdim edib. O, region liderlərinin BMT üzv dövlətlərini Qırğızıstan Respublikasının 2027-2028-ci illərdə BMT Təhlükəsizlik Şurasına namizədliyini dəstəkləməyə çağıran müraciəti barədə məlumat verib.
Uluqbek Lapasov qeyd edib ki, Mərkəzi Asiya regionunun dövlət başçıları öz müraciətlərində Qırğızıstan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə namizədliyi Mərkəzi Asiyanın qlobal sülhə və təhlükəsizliyə töhfəsini gücləndirmək istəyini əks etdirdirir.
Öz növbəsində, Qırğızıstan Respublikasının BMT-dəki daimi nümayəndəsi Aida Kasımalıyeva Mərkəzi Asiya dövlətlərinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib və qeyd edib ki, bu birlik regionun sülhə, dialoqa və konstruktiv çoxtərəfliliyə ortaq sadiqliyini nümayiş etdirir. O bildirib ki, Qırğızıstan Respublikası BMT Təhlükəsizlik Şurasına seçiləcəyi təqdirdə beynəlxalq təşkilatın məsuliyyətli və prinsipial üzvü olacaq, qlobal təhlükəsizliyin gücləndirilməsi və bütün regionların, xüsusən də inkişaf etməkdə olan və kiçik dövlətlərin səslərinin eşidilməsinə çalışacaq.
5-12-2025, 14:18
Fransa demoqrafik çağırışla üz-üzə


Fransa demoqrafik çağırışla üz-üzə

Fransa uzun illər Avropada demoqrafik sabitliyi ilə seçilsə də, son illərin göstəriciləri bu üstünlüyün sürətlə zəiflədiyini ortaya qoyub. Doğum səviyyəsinin azalması, əhalinin yaşlanması və iqtisadi dinamikanın zəifləməsi ölkənin sosial modelinə, maliyyə dayanıqlığına və əmək bazarına ciddi təsir göstərməkdədir. Hesablama Palatası dərc etdiyi hesabatla bu riskləri bir daha gündəmə gətirib.
İkinci dünya müharibəsindən sonra ilk dəfə olaraq Fransa 2025-ci ildə mənfi təbii artımla, yəni doğumdan daha çox ölüm halı ilə üzləşə bilər. Qadınbaşına düşən doğum sayı əhalinin özünü yeniləmə həddindən aşağı düşməkdədir. Eyni zamanda, ömür uzunluğunun artması fonunda əhalinin yaşlanması qaçılmaz hal alır.
“Insee” Sorğu İnstitutunun proqnozlarına görə, 2070-ci ildə 65 yaşdan yuxarı şəxslər ölkə əhalisinin təxminən üçdəbirini təşkil edəcək. Bu isə təkcə tibbi xidmət və baxım sektorunda deyil, həm də pensiya sistemi, dövlət maliyyəsi və əmək ehtiyatlarında kəskin təzyiq yaradacaq. Aktiv əhalinin azalması daha az sosial ödəniş, eyni zamanda isə artan yaşlı nəsil səbəbi ilə daha çox dövlət xərci deməkdir. İqtisadi artım potensialının zəifləməsi də əlavə risklər yaradır. Prezident Emmanuel Makron 2024-cü ilin əvvəlində “yenidən demoqrafik silahlanma” ifadəsini işlətsə də, ekspertlər bu prosesin asan olmadığını bildirirlər. Natalist siyasətlərin təsiri zəifdir və bir çox ölkələrdə gözlənilən nəticələri vermir. Eyni zamanda, immiqrasiya problemin miqyasını tam kompensasiya edə bilməz, baxmayaraq ki, Fransa üçün xarici işçi qüvvəsindən imtina daha ciddi tənəzzüllə nəticələnə bilər.
Hesabatda qeyd olunur ki, doğum səviyyəsinin kəskin azalmasının qarşısını almaq çətin olacaq və buna görə də dövlət artıq uyğunlaşma strategiyasına başlamaq məcburiyyətindədir. Bunun üçün yaşlı və gənc işçi qruplarının məşğulluq səviyyəsi yüksəldilməlidir, əhalinin yaşlanmasına bağlı olaraq pensiya sistemi yenidən tənzimlənməlidir, maliyyə yükü təkcə aktiv nəsillərin üzərinə qoyula bilməz, məsuliyyət bölgüsü yenidən qurulmalıdır.
Doğum səviyyəsinin azalması ilə bağlı səbəbləri və nəticələri araşdıracaq parlament missiyası işə başlayacaq. Bu, demoqrafik məsələlərin indiyədək büdcə müzakirələrində kifayət qədər yer almamasına qarşı ilk addım kimi dəyərləndirilir.
Hesablama Palatasının prezidenti Pierre Moscovici xəbərdarlıq edir: “Demoqrafiyada borc məsələsində etdiyimiz səhvi təkrarlamayaq”.
5-12-2025, 14:00
İstanbulda televiziya aparıcıları saxlanıldı


İstanbulda televiziya aparıcıları saxlanıldı

İstanbulda jandarma qrupları tanınmış şəxslərə qarşı narkotik əməliyyatı keçirib.
Müxtəlif televiziya kanallarında xəbər təqdim edən Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu saxlanılıb.
Ankarada saxlanılan Hande Sarıoğlu İstanbula gətirildiyi qeyd olunub. Əlavə məlumat verilməyib.
4-12-2025, 18:13
Ermənistanda daha bir keşiş tutuldu


Ermənistanda daha bir keşiş tutuldu

Ermənistan Milli Təhlükəsizlik Xidməti arxiyepiskop Arşak Xaçatryanı saxlayıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Din xadiminin hansı işlə bağlı saxlanıldığı hələ dəqiqləşməyib.
Qeyd edək ki, Eçmiədzinin kargüzarlıq idarəsinin rəhbəri Xaçaturyan bazar ertəsi keçirdiyi mətbuat konfransında MTX-nin nümayəndələri ilə bir neçə dəfə qeyri-rəsmi görüş keçirdiyini bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!