Bu görüş müharibənin sonunu yaxınlaşdıra bilər .....                        “İlham Əliyev bütün Qafqazın şərəfini qorudu” - Saakaşvili .....                        Azərbaycan millisinin baş məşqçisi vəzifəyə təyin edildi .....                        Azərbaycanın layihələri sanksiyalardan azad edildi .....                        Daha 45 fələstinlinin cəsədi təhvil verildi .....                        Fenomenə çevrilmiş dilənçi qız saxlanıldı .....                        100 illik saziş qüvvəyə mindi .....                        Ramil Həsən Ceyhun Bayramovun qəbulunda .....                        Kəmaləddin Heydərov rəisi işdən çıxardı .....                       
23-03-2025, 13:41
Putini dayandıra bilərəm - Tramp söz verdi


Putini dayandıra bilərəm - Tramp söz verdi

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini dayandıra biləcəyini deyib.
O, bu barədə “Outkick” portalının jurnalisti Kley Trevisə müsahibəsində bildirib.
“Dünyada məndən başqa Putini dayandıra biləcək kiminsə olduğunu düşünmürəm. Mən onu dayandıra bilərəm. Biz çox rasional müzakirə apardıq. Mən insan ölümlərinin dayandırılmasını istəyirəm”, - o, əlavə edib.
Tramp, həmçinin Rusiyanın davamlı qlobal demonizasiyasına baxmayaraq, Moskva ilə Vaşinqton arasında heç bir böyük münaqişənin baş verməməsindən təəccübləndiyini bildirib:
“2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsi zamanı ABŞ-yə Corc Buş, 2014-cü ildə Krımın ilhaqı zamanı Barak Obama rəhbərlik edib. Mən Putini çox yaxşı tanıyıram. Prezidentliyimin ilk dövründə o, heç bir yerə hücum etməyib”.
23-03-2025, 13:00
İmamoğlunun müşaviri də həbs edildi


İmamoğlunun müşaviri də həbs edildi

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Başqanının müşaviri və İBB Medya AŞ İdarə Heyətinin sədri Murat Ongun, İBB ilə bağlı aparılan aparılan korrupsiya və terror araşdırması çərçivəsində həbs edilib.
Bu barədə “Hurriyet” qəzeti məlumat yayıb.

Araşdırmanın detalları:

Əsas ittihamlar: İBB Başqanı Əkrəm İmamoğlu və 99 şübhəli haqqında "cinayətkar təşkilatın rəhbəri olmaq", "cinayətkar təşkilata üzv olmaq", "rüşvət", "dələduzluq", "şəxsi məlumatları qanunsuz əldə etmək" və "tender saxtakarlığı" ittihamları irəli sürülüb.

Terrorla əlaqəli ittihamlar: İmamoğlu, İBB Baş katibinin müavini Mahir Polat və Şişli Bələdiyyə sədri Resul Emrah Şahan da daxil olmaqla 7 şübhəli, "PKK/KCK terror təşkilatına yardım etmək" ittihamı ilə araşdırılır.

Murat Ongunun ifadəsi:

İttihamlara cavab: Ongun, təşkilat üzvü olmadığını və buna görə də peşmanlıq hüququndan faydalanmaq istəmədiyini bildirib.
Mətbuatla əlaqələr: Mətbuatla əlaqələri idarə etdiyi iddialarına cavab olaraq, işini yaxşı gördüyünü və heç kimə qarşı qaralama kampaniyası aparmadığını qeyd edib.

Maddi dəstək iddiaları: Jurnalistlərə maddi dəstək verdiyi iddialarını rədd edərək, belə bir şeyi özünə yaraşdırmadığını və İBB olaraq yalnız rəsmi yollarla media qurumlarına reklam verərək dəstək olduqlarını vurğulayıb.
23-03-2025, 11:33
İsrailin “HƏMAS”a təklif etdiyi yeni barışıq planı


İsrailin “HƏMAS”a təklif etdiyi yeni barışıq planı

İsrail vasitəçi qismində çıxış edən Misir dövlətinin köməyi ilə Fələstinin HƏMAS hərəkatına Qəzza zolağından girovların azad edilməsi üçün iki mərhələli plan təqdim edib.
Bu barədə “Sinxua” agentliyi adı açıqlanmayan məlumatlı mənbələrə istinadən yazıb.
Belə ki, İsrailin planı Fələstin hərəkatının ilk mərhələdə 11 girovu azad edəcəyini və 16 ölünün cəsədini təhvil verəcəyini, ardınca isə 40 gün müddətinə barışıq əldə edəcəyini nəzərdə tutur.
HƏMAS daha sonra bütün qalan girovları azad etməli olacaq. Mənbələr bildiriblər ki, ABŞ İsrailin bu təklifini dəstəkləyir.
23-03-2025, 11:14
İmamoğlunun həbsinə qərar verildi


İmamoğlunun həbsinə qərar verildi

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həbs olunub.
Məhkəmə bu barədə müvafiq qərar çıxarıb.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən E.İmamoğlu və 99 şübhəli barədə "PKK terror təşkilatına kömək etmək", "cinayət təşkilatına rəhbərlik etmək", "cinayət təşkilatının üzvü olmaq", "rüşvət", "fırıldaqçılıq", "şəxsi məlumatları qanunsuz şəkildə əldə etmək" və "tender saxtakarlığı" ittihamları ilə başladılan istintaq işləri davam edir.
22-03-2025, 23:29
Trampdan Türkiyəyə sürpriz


Trampdan Türkiyəyə sürpriz

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi və F-35 təyyarələrinin satışını bərpa etməyi düşünür.
Bu barədə FOX kanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Tramp Türkiyəyə F-16 qırıcılarının satışının tamamlanmasına kömək etmək niyyətindədir.
"Hər iki tərəf Rusiyanın S-400 sisteminin yararsız olması barədə razılığa gələ bilsə, Tramp Türkiyəyə F-35 qırıcılarını satmaq fikrinə açıqdır. Trampın komandası Türkiyəni "Amerikanın düşmənlərinə sanksiyalar yoluyla mübarizə Akt"ını pozan ölkələr siyahısından çıxarmağın yollarını axtarır".
22-03-2025, 23:17
Ukraynaya hansı ölkələr qoşun göndərəcək? - SİYAHI


Ukraynaya hansı ölkələr qoşun göndərəcək? - SİYAHI

Qərb Ukrayna sərhədlərinə iki sülhməramlı kontingent göndərməyi planlaşdırır.
İlk kontingentin Hindistan, İndoneziya, Braziliya və Səudiyyə Ərəbistanından olan hərbçilərdən ibarət olacağı və Rusiya ilə Ukrayna sərhədində yerləşdirilməsi planlaşdırılır.
İtalyan nəşri yazır ki, ikinci kontingentə “istəkli dövlətlər koalisiyasının” hərbçiləri daxil olacaq və bu planlara uyğun olaraq Ukraynanın Polşa, Bolqarıstan, Slovakiya və ola bilsin ki, Macarıstanla qərb sərhədi boyunca yerləşdiriləcək.
Qəzet yazır ki, Böyük Britaniya, Fransa, Almaniya, Kanada və İtaliya Ukraynanın qərb sərhədlərinə nəzarət etməyi planlaşdırır. Nəşrin məlumatına görə, ABŞ sülhməramlıların göndəriləcəyi təqdirdə dəstək və maddi-texniki təmin etməyə hazır olacaq. “La Repubblica” yazır ki, Moskva ilə Kiyev arasında atəşkəs əldə olunarsa, “zəmanət planı” həyata keçiriləcək.
Almaniyanın "Welt" nəşri isə diplomatik mənbələrə istinadən yazır ki, Pekindən olan diplomatlar Ukraynada sülhməramlı missiyada mümkün iştirak xahişi ilə Aİ-yə müraciət ediblər.
Qeyd olunur, Rusiya və Ukrayna sərhədinə Asiya və Cənubi Amerikadan sülhməramlılar göndərmək niyyəti Rusiyanın NATO qoşunlarının Ukraynada olmasını qəbul etməyəcəyinə əsaslanır. Bunu martın 12-də xarici işlər naziri Sergey Lavrov deyib və Şimali Atlantika Alyansı nümayəndələrinin iştirakını Rusiya üçün təhlükə adlandırıb. Lakin sonradan Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, üçüncü ölkələrin silahlı qüvvələrinin Ukraynada istənilən bayraq altında yerləşdirilməsi bu ölkələrin Rusiya ilə münaqişədə birbaşa iştirakı kimi qiymətləndiriləcək.
22-03-2025, 22:46
CHP boğaza qədər çirkaba batıb - Ərdoğan


CHP boğaza qədər çirkaba batıb - Ərdoğan

"CHP seçicilərinin tələblərini parlamentə daşıyan partiya deyil, gözü puldan doymayan bir qrup bələdiyyə soyğunçusunu müdafiə edən bir qrupa çevrilib".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın iftar məclisindəki çıxışında bildirib.
O qeyd edib ki, CHP boğaza qədər çirkaba batıb və marginal solçuların sığınacağına çevrilib
Ərdoğanın sözlərinə görə, CHP iddialara cavab vermək əvəzində küçə terroru ilə məşğuldur: "Müxalifət nə edirsə, etsin. Təmkinliyimizi pozmayacağıq. Bizim bələdiyyələrimiz rüşvət, korrupsiya tərəfdarı olmayacaq, xalqa xidmət edəcəklər. Xalqımız CHP-nin Suriyadakı atəşi ölkəmizə daşımasına imkan vermədi. Təxribatçılar 4 gündür ki, millətimizin rahatlığını pozmaqla məşğuldur. Polislərə, müstəntiqlərə hücum edirlər. Küçə terroru ilə milli iradəyə təzyiq göstərirlər. Buradan CHP başqanına səslənirəm; nədən qorxursunuz? Niyə cavab vermirsiniz? Bir ovuc oğrunun əlində alətə çevrilən CHP-nin durumu Atatürkün partiyasının tərəfdarlarını üzür".
22-03-2025, 20:26
İmamoğlu Ədliyyə Sarayına gətirildi


İmamoğlu Ədliyyə Sarayına gətirildi

İstanbul şəhər bələdiyyəsinin sədri Ekrem İmamoğlu Çağlayandakı Ədliyyə Sarayına gətirilib.
İmamoğlu ilə yanaşı 91 şübhəli də dindiriləcək.
Prosedura uyğun olaraq, həmin şəxslər prokurora ifadə verməlidirlər. O, öz növbəsində iş materiallarının məhkəməyə göndərilməsi ilə bağlı qərar verəcək.
Qeyd edək ki, İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.
22-03-2025, 19:32
Məsciddə terror aktı - 44 nəfər öldü


Məsciddə terror aktı - 44 nəfər öldü

Nigerin cənub-qərbində məscidə hücum edilib.
Bu barədə TRT kanalı məlumat yayıb.
Hücum nəticəsində 44 nəfər həlak olub. Hücumla əlaqədar üç günlük milli matəm elan edilib.
Daxili işlər naziri Mohamed Toumba 4-ü ağır olmaqla 13 nəfərin yaralandığı hücumun İŞİD terror təşkilatı tərəfindən törədildiyini bildirib.
22-03-2025, 19:00
İmamoğlu polisə ifadəsində nələr danışıb? - TƏFƏRRÜAT


İmamoğlu polisə ifadəsində nələr danışıb? - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı aparılan korrupsiya araşdırması çərçivəsində bələdiyyə sədri Ekrem İmamoğlu ifadə verib.
Türkiyə mətbuatında ifadə ilə bağlı bir sıra detallar yayılıb.
İstanbul Respublika Baş Prokurorluğunun başladığı istintaq çərçivəsində polisə 121 səhifəlik izahat verən İmamoğlu əksər suallara eyni cavabı verib: “Bu sualı cavablandırmıram. Bütün ittihamları qətiyyətlə rədd edirəm”.
Prokurorluq tərəfindən İmamoğlu və 99 şübhəli şəxs barəsində "cinayət təşkilatı rəhbəri olmaq", "cinayət təşkilatına üzv olmaq", "rüşvət", "dələduzluq", "şəxsi məlumatları qanunsuz əldə etmək" və "tenderlərdə saxtakarlıq" kimi ittihamlarla araşdırma aparılır.
İfadə zamanı İmamoğlu aylıq gəlirinin 250 min lirə olduğunu və əmlak bəyannaməsi verdiyini bildirib. Ona yönəldilən ittihamlar arasında Bələdiyyə tenderlərində qanunsuzluqlar və yüksək məbləğdə dövlət ziyanına səbəb olan müqavilələr də yer alır.
Maliyyə Cinayətləri Araşdırma Şurasının hesabatına dair suallara cavab verməkdən imtina edən İmamoğlu gizli şahidlərin ifadələri ilə bağlı da heç bir açıqlama verməyib.
İfadə çərçivəsində bələdiyyəyə məxsus reklam panelləri, tenderlər və müxtəlif infrastruktur layihələri ilə bağlı milyardlarla lirəlik dövlət zərəri iddiaları səsləndirilib. Bundan əlavə, həyata keçirilən bəzi ihalələrdə qanunsuzluqlar olduğu iddia edilib.
Ekrem İmamoğlu Beylikdüzü Bələdiyyə Başçısı olduğu dövrdə keçirilən və qanunsuz ödəmələrlə bağlı olduğu deyilən tenderlər barədə də suallara cavab verməyib.
Bütün ittihamları rədd edən İmamoğlu, əlavə açıqlama verib-verməyəcəyi sualına “Xeyr” cavabını verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!