Nazirliyin Media və kommunikasiya şöbəsi ləğv edilib .....                        Ağdaşda 28 yaşlı qadın itkin düşüb .....                        Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik açıqladı .....                        Kuryer işləyən azərbaycanlı güllələnərək öldürüldü .....                        Rusiyanın daha bir generalı ölüb .....                        Qənirə Paşayeva mükafatı qalibə təqdim olundu .....                        Tehran “İranı Daş dövrünə qaytaracağıq” deyən Trampa cavab verdi .....                        Türkiyə 11 gəmisini Hörmüzdən çıxara bilmir .....                        Türkiyə İranı kölgədə qoyacaq ballistik raketlər hazırlayır .....                       
15-09-2025, 11:47
Paşinyan KTMT-ni “topa tutdu”: Azərbaycana qardaş ölkə kimi yanaşıb


Paşinyan KTMT-ni “topa tutdu”: Azərbaycana qardaş ölkə kimi yanaşıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təhlükəsizliyini təmin edə bilmir.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında bildirib.
O qeyd edib ki, əvvəlki dövrlərdə xarici təhlükəsizliyi təmin etmək üçün əsas vasitələr hərbi-siyasi ittifaqlar və ordu hesab olunurdu, amma təcrübə göstərdi ki, bu yanaşma işləməyib:
"Xüsusilə KTMT məsələsində üç dəfə uğursuzluq olub. KTMT Azərbaycana eyni dərəcədə "qardaş ölkə" kimi yanaşıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Eyni yanaşmanı Ermənistan üçün görmək isə mümkün olmayıb".
Baş nazir xatırladıb ki, 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Ermənistan KTMT-yə müraciət edib:
"İkinci Qarabağ Müharibəsi zamanı Ermənistan KTMT-yə hərbi dəstək üçün müraciət edib. Lakin KTMT Ermənistanın müraciətinə cavab verməyib".
15-09-2025, 11:16
Lukaşenkonun uzun hakimiyyətinin sirri: “Namizəd olmaq istəmirdim”


Lukaşenkonun uzun hakimiyyətinin sirri: “Namizəd olmaq istəmirdim”

Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyətdə uzun müddət qalmasının səbəbini izah edib.
O bildirib ki, uzun hakimiyyətinin sirri “xalqını sevməsi və iş görməsi, amma hakimiyyətə sahib çıxmaq istəməməsi” ilə bağlıdır.
“Ən böyük qorxum mənə inanan xalqı yarı yolda qoymaqdır. 30 il əvvəl xalqa vicdanla xidmət edəcəyimə and içmişəm. Mən də bunu edirəm, işləyirəm, amma hökmranlıq etmirəm. Çətin olsa da belə”, - Lukaşenko vurğulayıb.
O, həmçinin son prezident seçkilərində namizədliyini irəli sürmək istəmədiyini, lakin “qaçmaq” barədə yayılan şayiələr səbəbindən məcbur qaldığını söyləyib:
“Düzünü desəm, əvvəlki seçkilərdə artıq bitirmək niyyətim var idi. Bilirdim ki, xalq məni dəstəkləyir. Amma dedilər ki, biz hazır deyilik. Hətta elə bir vəziyyət yarandı ki, guya mən qaçmaq istəyirəm. Mənə "xain" damğası vura bilərdilər. Ona görə də qalmaq məcburiyyətində qaldım. Prezident kimi qalmağıma baxmayaraq, səmimi deyirəm məcbur qaldım. Amma işlədim, işləyirəm və bütün gücümlə vəzifəmi icra edəcəyəm”.
14-09-2025, 18:56
İsrail hərbçiləri Suriyanın iki kəndinə girdi


İsrail hərbçiləri Suriyanın iki kəndinə girdi

İsrail hərbçiləri Suriyanın cənub-şərqində, Dəra əyalətində iki kəndə daxil olub.
Bu barədə Suriya dövlət xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, 1974-cü ildə müəyyən edilən atəşkəs xəttinə yaxın Saysun və Cemle kəndlərində hərbçilər axtarış tədbirləri həyata keçirib.
Suriya hökumət rəsmiləri isə bu əməliyyatı kəskin qınayıb.
14-09-2025, 18:38
Türkiyə nüvə reaktorlarının tikintisinə başladı


Türkiyə nüvə reaktorlarının tikintisinə başladı

Ankara digər ölkələrin iştirakı olmadan nüvə reaktorlarının tikintisi üzrə milli layihəyə başlayıb.
Türkiyənin sənaye naziri Kacirin sözlərinə görə, bu, enerji müstəqilliyini gücləndirmək üçün “Milli Texnoloji Sıçrayış” strategiyasının bir hissəsidir.
Layihə süni intellekt, müdafiə, kimya və metallurgiya sahələrini əhatə edir, karbonsuz enerji mənbələrinə əsaslanır və Türkiyənin TENMAK, TÜBİTAK institutları və universitetləri ilə birgə həyata keçirilir. O, xarici layihələrə, o cümlədən Rusiyanın Akkuyu AES-ə alternativ ola bilər və Türkiyəni texnoloji suverenliyə doğru hərəkət etdirə bilər.
14-09-2025, 16:40
Qəzzada ölənlərin sayı 64 871 nəfərə çatdı


Qəzzada ölənlərin sayı 64 871 nəfərə çatdı

Son sutka ərzində İsrail Ordusunun zərbələri nəticəsində Qəzzada 68 nəfər ölüb, 346 nəfər yaralanıb.
Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Bundan əlavə, son 24 saatda Qəzza sektorunda 2 nəfər aclıqdan ölüb. Bununla da 145-i uşaq olmaqla, aclıqdan ölənlərin sayı 422 nəfər olub.
Ümumilikdə, 7 oktyabr 2023-cü ildən indiyə qədər Qəzzada 64 871 nəfər ölüb, 164 610 nəfər yaralanıb.
14-09-2025, 16:26
Türkiyədə silah zavodu yanır


Türkiyədə silah zavodu yanır

Türkiyənin Konya şəhərindəki silah zavodunda yanğın başlayıb.
Hadisə Beyşehir rayonundakı Üzümlü məhəlləsində qeydə alınıb.
Yanğın anbar olaraq istifadə edilən yerdən başlayıb.
Hadisə yerinə yanğınsöndürən, təcili tibbi yardım və jandarm əməkdaşları cəlb olunub.
Yanğının səbəbi bəlli deyil.
Hadisə nəticəsində ölən və yaralanan olması barədə məlumat yoxdur.
14-09-2025, 15:54
Rusiya Polşaya niyə hücum etdi? - Keçmiş prezident açıqladı


Rusiya Polşaya niyə hücum etdi? - Keçmiş prezident açıqladı

Polşanın keçmiş prezidenti Anjey Duda Rusiya pilotsuz təyyarələrinin ölkəsinin hava məkanına soxulmasına münasibət bildirib.
O, bu barədə RMF FM-də danışıb.
Polşanın keçmiş prezidenti dron reydinin səbəblərindən danışarkən o, iki mümkün variantı nəzərdən keçirib:
"Hazırda dövlət sirlərinə çıxışım yoxdur, prezidentin çağırdığı görüşlərdə olmamışam, amma potensial olaraq iki variant var. Ya ruslar bu hərəkəti "Zapad" təlimləri çərçivəsində həyata keçiriblər və bunlar bizim müdafiə imkanlarımızı, NATO həmrəyliyimizi sınaqdan keçirən birdəfəlik təlimlər olub, ya da təəssüf ki, biz çox ciddi vəziyyətlə üzləşirik. Bu o deməkdir ki, biz 2021-ci ildən Polşaya qarşı davam edən bir növ hibrid hücumun yeni versiyasının başlanğıcının şahidi oluruq".
"Bizim bu dron hücumuna daha sərfəli şəkildə cavab vermək imkanımız yox idi, ona görə də təyyarələri havaya qaldırmalı olduq" - keçmiş prezident deyib.
14-09-2025, 14:55
Rusiyada yük qatarı aşdı, maşinist öldü


Rusiyada yük qatarı aşdı, maşinist öldü

Rusiyanın Leninqrad vilayətinin Qatçina rayonunda yük qatarı relsdən çıxaraq aşıb.
Bu barədə vilayət qubernatoru Aleksandr Drozdenko məlumat verib.
Məlumata görə, hadisə Semrino stansiyası yaxınlığında baş verib. Qatarın relsdən çıxması nəticəsində maşinist kabində sıxılmış vəziyyətdə qalıb və çıxarıldıqdan sonra təcili yardım maşınında vəfat edib.
14-09-2025, 12:46
Ermənistanın sərhəd ştampı dəyişir: Ağrı dağının şəkli ləğv olunur


Ermənistanın sərhəd ştampı dəyişir: Ağrı dağının şəkli ləğv olunur

Ağrı dağının (ermənicə Ararat) təsviri Ermənistan Respublikasına giriş və çıxış üçün vurulan sərhəd nişanından (ştamp) götürüləcək.
Bu barədə “Aprelu Yerkir” partiyasının həmtəsisçisi Mesrop Arakelyan Facebook səhifəsində qeyd edib.
Onun sözlərinə görə, hökumətin qərarı ilə noyabrın 1-dən etibarən Ermənistanın sərhəd ştampında Ağrı dağı təsvir olunmayacaq.
Arakelyan ironiya ilə yazıb: "Onlar "Ermənistan" sözünü də çıxara bilərdilər? Etmədilər".
Bu barədə qərarın sentyabrın 11-də verildiyi bildirilib.
14-09-2025, 12:44
Nepalda iğtişaşlar: Ölənlərin sayı 70-i ötdü


Nepalda iğtişaşlar: Ölənlərin sayı 70-i ötdü

Nepalda kütləvi iğtişaşlar zamanı 70-dən çox adam ölüb.
Bu barədə yerli hakimiyyət nümayəndələri məlumat yayıb.
"Ümumilikdə 72 nəfər ölüb. Daha 191 yaralı hazırda ölkənin müxtəlif xəstəxanalarında və səhiyyə müəssisələrində müalicə alır", - hökumət sözçüsü Eknarayan Aryal bildirib.
Onun sözlərinə görə, ölüm halları sentyabrın 8-də keçirilən etiraz aksiyaları zamanı, həmçinin sentyabrın 9-da baş verən yanğın və iğtişaşlar nəticəsində baş verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!