Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
20-07-2023, 16:45
Rusiya Çinin Baş Konsulluğuna ziyan vurdu


Rusiya Çinin Baş Konsulluğuna ziyan vurdu

Rusiyanın Odessanı atəşə tutması nəticəsində Çin Xalq Respublikasının Baş Konsulluğunun binasına ziyan dəyib.
Bu barədə Odessa Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.
"Təcavüzkarlar qəsdən liman infrastrukturuna zərbələr endirir, ətrafdakı inzibati və yaşayış binalarına, eləcə də Çin Xalq Respublikasının konsulluğuna ziyan dəyib. Bu, düşmənin heç nəyə fikir vermədiyini göstərir", - Kiper bildirib.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Nikolenko Oleq isə qeyd edib ki, XİN dəyən ziyanın müəyyən edilməsi və lazımi yardımın göstərilməsi üçün Çin Xalq Respublikasının səfirliyi ilə əlaqə saxlayır.
Qeyd edək ki, Çinin Baş Konsulluğunun binası Odessanın mərkəzində yerləşir.

20-07-2023, 16:00
Ukrayna ABŞ istehsalı kaset sursatlardan istifadə etməyə başlayıb


Ukrayna ABŞ istehsalı kaset sursatlardan istifadə etməyə başlayıb

Ukrayna qoşunları Rusiya ordusuna qarşı ABŞ istehsalı kaset sursatlarından istifadə etməyə başlayıb.
Bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, sursat Rusiya ordusunun mövqelərini yarmaq məqsədilə cənub-şərq sektorunda tətbiq edilib.
Bildirilir ki, kaset sursatları Baxmut yaxınlığında da istifadə olunmağa başlaya bilər.
Qeyd edək ki, Ukrayna iyul ayında ABŞ-dan kaset sursatları alıb.
20-07-2023, 13:50
Erməni batalyonu Donetsk istiqamətində məhv edildi


Erməni batalyonu Donetsk istiqamətində məhv edildi

Erməni muzdluları tərəfindən yaradılmış “Arbat” batalyonu Donetsk istiqamətində məhv edilib.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, Ukrayna ordusu “Arbat” batalyonuna sarsıdıcı zərbələr endirib. Yaxın saatlarda bununla bağlı rəsmi açıqlama verilməsi gözlənilir.
Xatırladaq ki, “Arbat” batalyonu erməni muzdlularından təşkil olunaraq, Ukraynaya qarşı döyüşə cəlb olunub.
20-07-2023, 13:44
Rusiya nümayəndələri İstanbulu tərk etdi


Rusiya nümayəndələri İstanbulu tərk etdi

Rusiya nümayəndələri İstanbul şəhərində yerləşən taxıl sazişi üzrə Birgə Əlaqələndirmə Mərkəzini tərk edib.
Bu barədə TRT məlumat yayıb.
Bildirilir ki, saziş qüvvədən düşdüyü üçün Rusiya nümayəndə heyəti mərkəzdəki fəaliyyətini başa vurub.
Qeyd edək ki, 22 iyul 2022-ci ildə Rusiya və Ukrayna BMT və Türkiyənin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü barədə razılıq əldə edib. Taxıl sazişi yük gəmilərinin Qara dənizdən 310 dəniz mili uzunluğunda və üç dəniz mili enində dəhliz boyunca Odessa, Çornomorsk və Pivdennyi limanlarına təhlükəsiz keçməsinə imkan verir. Razılığa əsasən, 2022-ci ilin avqust ayının əvvəlindən taxılın daşınmasına başlanılıb.
Saziş bu həftənin əvvəli başa çatıb və Rusiya müqavilədə iştirakını dayandırıb.
20-07-2023, 13:04
Ermənistanla Türkiyə sərhədində tikinti işləri başa çatır


Ermənistanla Türkiyə sərhədində tikinti işləri başa çatır

Türkiyə ilə sərhəddə yerləşən "Marqara" keçid məntəqəsində tikinti işləri yaxın vaxtlarda başa çatacaq. Bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan bildirib.
“Hökumətin iclaslarında maliyyələşmə ilə bağlı bir sıra qərarlar qəbul edilib. "Marqara"da aktiv tikinti işləri aparılır. İşlərin tezliklə başa çatacağını söyləyə bilərəm”, - Badasyan deyib.
19-07-2023, 23:41
Makron hökumətdə dəyişiklik etməyi planlaşdırır


Makron hökumətdə dəyişiklik etməyi planlaşdırır

Fransa prezidenti Emmanuel Makron hökumətdə dəyişiklik etməyi planlaşdırır.
Bu barədə BFMTV kanalı məlumat yayıb.
Məlumata görə, hökumətdəki dəyişikliklər cümə axşamı günü açıqlanacaq. Baş nazir Elizabet Born prezidentlə qarşıdan gələn dəyişiklikləri müzakirə etmək üçün Yelisey Sarayına gəlib.
Bildirilir ki, hökumət başçısı postunu qoruyub saxlayacaq.
19-07-2023, 23:41
Makron hökumətdə dəyişiklik etməyi planlaşdırır


Makron hökumətdə dəyişiklik etməyi planlaşdırır

Fransa prezidenti Emmanuel Makron hökumətdə dəyişiklik etməyi planlaşdırır.
Bu barədə BFMTV kanalı məlumat yayıb.
Məlumata görə, hökumətdəki dəyişikliklər cümə axşamı günü açıqlanacaq. Baş nazir Elizabet Born prezidentlə qarşıdan gələn dəyişiklikləri müzakirə etmək üçün Yelisey Sarayına gəlib.
Bildirilir ki, hökumət başçısı postunu qoruyub saxlayacaq.
19-07-2023, 21:22
ABŞ-dan Ukraynaya 1,3 milyard dollarlıq hərbi yardım


ABŞ-dan Ukraynaya 1,3 milyard dollarlıq hərbi yardım

ABŞ Ukraynaya 1,3 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb.
Bu barədə Pentaqon məlumat yayıb.
Yeni hərbi yardım paketinə dörd NASAMS zenit-raket kompleksi və "Phoenix Ghost" və "Switchblade" dronları daxildir.
Həmçinin yeni paketdə 152 mm-lik artilleriya mərmiləri, TOW raket sistemi (3,75–4,5 km), aviasiya sursatları, PUA-ların və elektron müharibə vasitələrinin aşkarlanması vasitələri, 150 yanacaq daşıyan maşın və digər hərbi texnika var.
19-07-2023, 20:24
Ukrayna Prezidentindən İlham Əliyevə təşəkkür mesajı


Ukrayna Prezidentindən İlham Əliyevə təşəkkür mesajı

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Bu haqda Ukrayna lideri "Twitter" hesabında paylaşım edib.
“Mən Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynanın ehtiyacı olan enerji avadanlıqlarının alınmasına yardımın ayrılması qərarına görə minnətdaram. Dost Azərbaycanın bu dəstəyi təcavüzkarın ardıcıl hücumları qarşısında Ukrayna enerji kompleksinin davamlılığını təmin etmək üçün vacibdir. Biz Ukraynanın enerji sistemini qışa hazırlamaq üçün tərəfdaşlarımızla fəal işləməyə davam edirik”, - deyə Zelenski vurğulayıb.
19-07-2023, 20:05
Rusiyanın inqilab limiti tükənib - Putin


Rusiyanın inqilab limiti tükənib - Putin

Rusiyanın inqilab üçün limiti tükənib. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin bildirib ki, Rusiyaya inqilab lazım deyil.
O qeyd edib ki, ölkəsi ötən əsrdə kifayət qədər inqilablar yaşayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!