Aşıqların dillər əzbəri – “Düşübdü” .....                        Füzulidə yanğın - Tüstüdən zəhərlənən var .....                        Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı .....                        “Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək? .....                        Xınalığa dolu düşüb - VİDEO .....                        Azərbaycanda baş direktor və müavini cinayət başında saxlanıldı .....                        Prezident BMT Baş katibinin köməkçisini qəbul etdi .....                        Şoyqu müharibə ilə bağlı yeni göstəriş verdi .....                        İlham Əliyev İraq parlamentinin sədrini qəbul edib .....                       
21-07-2023, 13:19
Ukrayna Prezidenti onu tənqid edən səfiri vəzifəsindən azad etdi


Ukrayna Prezidenti onu tənqid edən səfiri vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Böyük Britaniyadakı səfiri Vadim Pristaykonu vəzifəsindən azad edib.
Qərar Ukrayna prezidentinin saytında dərc edilib. Onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Pristayko Zelenskinin Böyük Britaniya müdafiə naziri Ben Uollasla bağlı fikirlərini "qeyri-sağlam sarkazm" adlandırmışdı. Məlumata görə, diplomat Zelenskini tənqid etməsindən sonra Kiyevdən sərt tonda telefon zəngi qəbul edib.
21-07-2023, 12:40
Polşa Belarusla sərhədə əlavə qoşun yerləşdirir


Polşa Belarusla sərhədə əlavə qoşun yerləşdirir

Polşa Müdafiə Nazirliyi Belarusla sərhədə əlavə qoşun yerləşdirmək qərarına gəlib.
Bu barədə Polşa təhlükəsizlik komitəsinin nümayəndəsi Zibqnev Hofman bildirib.
Onun sözlərinə görə, Belarus ordusu ilə “Vaqner” qruplaşmasının birgə təlimlər keçirməsi təxribatdır. Polşa bu səbəbdən sərhədə əlavə hərbi qüvvələr yerləşdirəcək.
Qeyd edək ki, Belarus Silahlı Qüvvələri “Vaqner” qruplaşması ilə birlikdə Polşa sərhədi yaxınlığında yerləşən Brest poliqonunda döyüş hazırlığı üzrə təlimlər keçirir.
21-07-2023, 11:45
Putin intiqamın ən yaxşı soyuq yemək olduğunu düşünən biridir - ABŞ


Putin intiqamın ən yaxşı soyuq yemək olduğunu düşünən biridir - ABŞ

"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin qiyamı Prezident Vladimir Putinin qurduğu güc sistemində əhəmiyyətli zəiflik olduğunu nümayiş etdirdi.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.
O vurğulayıb ki, Rusiya lideri hələ də Priqojindən qisas almaq istəyə bilər: "Bu, hazırda gördüyümüz çox mürəkkəb rəqsdir".
Börns əlavə edib ki, Putin Proqojinlə nə edəcəyini düşünür və vaxt qazanmağa çalışır:
“Putin intiqamın ən yaxşı soyuq yemək olduğunu düşünən biridir. Mənim təcrübəmə görə, Putin intiqamçıdır və Priqojin cəzadan xilas ola bilsə, təəccüblənərdim... Əgər mən Priqojin olsaydım, yeməyimin dadına baxan adamı işdən çıxarmazdım”.
21-07-2023, 11:29
Rusiya Odessaya raket zərbələri endirdi - Ölən və yaralananlar var


Rusiya Odessaya raket zərbələri endirdi - Ölən və yaralananlar var

Rusiya ardıcıl dördüncü gün Ukraynanın Odessa vilayətinə raket zərbələri endirib.
Vilayətdə hava hücumu xəbərdarlığı elan edilib.
Odessa administrasiyasının mətbuat katibi Sergey Bratçuk deyib ki, vilayətin cənubuna atılan iki raket bölgədəki kənd təsərrüfatı müəssisələrinə düşüb. Onun sözlərinə görə, raketlər “Kalibr” tipli olub.
Administrasiyanın rəhbəri Oleq Kiper qeyd edib ki, zərbələr nəticəsində iki nəfər yaralanıb. Obyektlərə vurulan zərbələr nəticəsində 100 ton noxud və 20 ton arpa məhv olub.
Rusiya, həmçinin Zaporojye vilayətinin Poxovski rayonunda infrastruktur obyektinə də zərbələr endirib. Regional hərbi administrasiyanın rəhbəri Yuri Malaşko vurğulayıb ki, hücumda 29-43 yaşlarında 4 nəfər ölüb, daha iki nəfər yaralanıb.
20-07-2023, 21:26
Fransa hökumətinin yeni tərkibi açıqlandı


Fransa hökumətinin yeni tərkibi açıqlandı

Fransa hökumətinin yeni tərkibi açıqlanıb. Elizabet Born Fransanın Baş naziri vəzifəsində qalıb.
Yeni hökumət əvvəlkindən çox da fərqlənmir.
Səhiyyə və təhsil nazirləri, sosial və həmrəylik üzrə dövlət katibi vəzifələrinə yeni təyinatlar olub.
Hökumətin digər üzvləri öz funksiyalarını davam etdirəcəklər.
İyulun 21-də Prezident Emmanuel Makronun sədrliyi ilə Yelisey sarayında yeni hökumətin üzvləri ilə ilk iclasın keçiriləcəyi gözlənilir.
20-07-2023, 20:20
Moldova MDB-nin Parlamentlərarası Assambleyasını tərk etdi


Moldova MDB-nin Parlamentlərarası Assambleyasını tərk etdi

Moldova MDB-nin Parlamentlərarası Assambleyasını tərk edib.
Bu barədə qərarı Moldova parlamenti qəbul edib.
Belə ki, parlament 1995-ci ildə Minskdə imzalanmış MDB-nin Parlamentlərarası Assambleyası haqqında Konvensiyanı denonsasiya edib.
20-07-2023, 19:11
Türkiyə ilə Şimali Kipr arasında Anlaşma Memorandumu imzalandı


Türkiyə ilə Şimali Kipr arasında Anlaşma Memorandumu imzalandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfər edib.
Səfər çərçivəsində o, ŞKTR lideri Ersin Tatar ilə görüşüb.
Lefkoşadakı "Concorde" otelində baş tutan görüşdən sonra iki lider Şimali Kipr Türk Respublikası vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsi haqqında Saziş və Şimali Kipr Türk Respublikasının Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə Mərkəzinin yaradılması prosesində Türkiyənin göstərəcəyi dəstək haqqında Anlaşma Memorandumu imzalayıblar.
20-07-2023, 17:42
Türkiyənin Avropa İttifaqına daxil olması prosesi dayanıb - Almaniya XİN


Türkiyənin Avropa İttifaqına daxil olması prosesi dayanıb - Almaniya XİN


Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması prosesi nəinki dayanıb, əksinə dalana dirənib.
Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
Onun sözlərinə görə, İttifaqın yeni üzvlüklə bağlı hər kəsə bəlli olan qaydaları mövcuddur.
“Türkiyənin üzvlük perspektivləri, prosesləri və tərəqqisinin son illərdə nəinki dayanması, hətta deyərdim ki, dərindən dondurulması da onunla izah olunur ki, danışıqlar üçün zəruri olan əsas müddəalar, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi nəinki həyata keçirilməyib, hətta ondan uzaqdır”,- deyə Berbok vurğulayıb.
20-07-2023, 17:19
Rusiyaya qarşı sanksiyaların müddəti 6 ay uzadıldı


Rusiyaya qarşı sanksiyaların müddəti 6 ay uzadıldı

Avropa İttifaqı Şurası Rusiyaya qarşı bütün iqtisadi sanksiyaların müddətini daha altı ay uzadıb. Bu barədə Aİ Şurası bəyanat yayıb.
“Şura bu gün Rusiyanın iqtisadi sektorlarına qarşı qadağaların altı ay – 2024-cü il yanvarın 31-dək uzadılması barədə qərar qəbul edib”, - bəyanatda deyilir.
Məlumat üçün bildirək ki, sanksiyalar ilk dəfə 2014-cü il avqustun 1-də qüvvəyə minib və hər altı aydan bir uzadılıb. Avropa İttifaqı 2022-ci ilin fevralından bəri Rusiyaya qarşı birtərəfli sanksiyaları 11 yeni məhdudiyyət paketi ilə sərtləşdirib.
20-07-2023, 16:45
Rusiya Çinin Baş Konsulluğuna ziyan vurdu


Rusiya Çinin Baş Konsulluğuna ziyan vurdu

Rusiyanın Odessanı atəşə tutması nəticəsində Çin Xalq Respublikasının Baş Konsulluğunun binasına ziyan dəyib.
Bu barədə Odessa Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.
"Təcavüzkarlar qəsdən liman infrastrukturuna zərbələr endirir, ətrafdakı inzibati və yaşayış binalarına, eləcə də Çin Xalq Respublikasının konsulluğuna ziyan dəyib. Bu, düşmənin heç nəyə fikir vermədiyini göstərir", - Kiper bildirib.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Nikolenko Oleq isə qeyd edib ki, XİN dəyən ziyanın müəyyən edilməsi və lazımi yardımın göstərilməsi üçün Çin Xalq Respublikasının səfirliyi ilə əlaqə saxlayır.
Qeyd edək ki, Çinin Baş Konsulluğunun binası Odessanın mərkəzində yerləşir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!