İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
17-07-2023, 21:43
Ərdoğan Səudiyyə Ərəbistanına səfər etdi


Ərdoğan Səudiyyə Ərəbistanına səfər etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfər edib. Bu barədə TRT kanalı məlumat yayıb.
Bildirilir ki, Ərdoğan və xanımını daşıyan təyyarə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə enib. Hava limanında onu Səudiyyə Ərəbistanı xarici işlər naziri Faysal bin Ferhan Əl-Səud və digər rəsmilər qarşılayıb.
17-07-2023, 18:44
Rusiya ilə bizim heç bir razılaşmamız olmayıb - Zelenski


Rusiya ilə bizim heç bir razılaşmamız olmayıb - Zelenski

Ukrayna taxıl sazişini davam etdirməyə hazırdır, lakin bunun üçün Türkiyə və BMT-dən cavab lazımdır. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xarici KİV-ə müsahibəsində bildirib.
“Bizim iki razılaşmamız vardı: Ukrayna, Türkiyə, BMT; digər razılaşma isə Rusiya, Türkiyə, BMT-dir. Ona görə də Rusiya iştirakını dayandırdığını deyəndə, BMT-nin Baş katibi Quterreş və Prezident Ərdoğanla razılaşmalarını pozur, bizimlə yox. Rusiya ilə bizim heç bir razılaşmamız olmayıb”, - deyə Zelenski vurğulayıb.
Sazişlə bağlı BMT və Türkiyəyə Ukraynanın rəsmi mövqeyini çatdırmağı tapşırdığını bildirən Zelenski deyib: “Mən Rusiya Federasiyasının rəsmi mövqeyindən sonra Xarici İşlər Nazirliyimizə tapşırmışam ki, BMT-yə və Türkiyəyə bizim rəsmi mövqeyimizi hazırlasınlar. Ukraynanın taxıl sazişini davam etdirməyə hazır olduğuna dair cavab versinlər”.
Ukrayna Prezidentinin sözlərinə görə, Rusiyanın iştirakı olmadan belə, hər şey edilməlidir ki, Ukrayna Qara dəniz dəhlizindən istifadə edə bilsin.
17-07-2023, 18:01
Zelenski Rusiyanın taxıl sazişindən çıxmasını şərh etdi


Zelenski Rusiyanın taxıl sazişindən çıxmasını şərh etdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın taxıl sazişindən çıxmasını şərh edib.
Bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Zelenski bildirib ki, Kiyev taxılın çatdırılması üçün Qara dəniz dəhlizindən istifadənin davam etdirilməsinin tərəfdarıdır.
O, həmçinin qeyd edib ki, Kiyev və Moskva müqavilə bağlamadığı üçün Rusiya BMT və Türkiyə ilə müqavilələrini ləğv edib, Ukrayna ilə yox.
“Rusiya Federasiyası olmadan belə hər şey edilməlidir ki, biz Qara dəniz dəhlizindən istifadə edə bilək. Qorxmuruq. Bizə gəmilərin sahibi olan şirkətlər müraciət etdilər. Onlar hazır olduqlarını söylədilər. Əgər Ukrayna buraxsa, Türkiyə də onları buraxsa, hamı taxıl tədarükünü davam etdirməyə hazırdır”, - deyə sözçü Zelenskidən sitat gətirib.
17-07-2023, 17:50
Şarl Mişel Rusiyanın taxıl sazişindən çıxmasına reaksiya bildirdi


Şarl Mişel Rusiyanın taxıl sazişindən çıxmasına reaksiya bildirdi

Rusiyanın Qara dəniz taxıl təşəbbüsündən çıxması qlobal miqyasda ərzaq təhlükəsizliyini təhdid edir. Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib.
O, Rusiyanın taxıl sazişindən çıxmasına təəssüfləndiyini söyləyib.
“Qara Dəniz Taxıl Təşəbbüsü bütün dünyada milyonlarla insana fayda verib. Mən Rusiyanın bugünkü bəyanatından təəssüflənirəm. Bu, ərzaq təhlükəsizliyini və bütün dünyada insanların taxıl və gübrə təchizatına çıxışını təhlükə altına alacaq”, - Şarl Mişel sosial şəbəkə hesabında yazıb.
17-07-2023, 17:45
Özdağdan Kılıçdaroğluyla bağlı etiraf


Özdağdan Kılıçdaroğluyla bağlı etiraf

CHP lideri Kamal Kılıçdaroğlu Türkiyədə may ayında keçirilən prezident seçkilərindən əvvəl millətçi Zəfər Partiyasına 3 nazirlik veriləcəyini vəd edib.
Bu barədə Zəfər Partiyasının sədri Ümit Özdağ T24 nəşrinə açıqlamasında bildirib.
Özdağın sözlərinə görə, bu vəd yazılı razılaşma əsasında verilib.
Partiya sədir bunun gizli razılaşma olduğunu qeyd edib. Özdağ iddia edib ki, partiyası Milli Kəşfiyyat Təşkilatının başçısı vəzifəsinin onlara veriləcəyi barədə şifahi təminat alıb.
Zəfər Partiyasının lideri vurğulayıb ki, Kılıçdaroğlu seçkidə qalib gəlsəydi, o daxili işlər naziri olacaqdı.
Xatırladaq ki, seçkilərin ikinci turunda Zəfər Partiyası Kılıçdaroğlunun prezidentliyə namizədliyini müdafiə edib.
17-07-2023, 17:24
Sabiq prezidentin müavini həbsdə qaldı


Sabiq prezidentin müavini həbsdə qaldı

Ermənistanda Korrupsiyaya qarşı mübarizə üzrə Apellyasiya Məhkəməsi müxalif Respublikaçılar Partiyasının sədri, sabiq prezident Serj Sarkisyanın müavini Armen Aşotyanın həbsdə qalması barədə qərar çıxarıb. Bu barədə onun vəkili Tiqran Atanesyan sosial şəbəkələrdə bildirib.
Onun özlərinə görə, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etməyib.
Qeyd edək ki, Aşotyan təhsil naziri olarkən Tibb Universiteti üçün satınalma zamanı vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunur. İyunun 16-da o, 2 ay müddətinə həbs edilib.
17-07-2023, 17:09
Gürcüstan və Özbəkistan əməkdaşlığın inkişafına dair plan imzaladı


Gürcüstan və Özbəkistan əməkdaşlığın inkişafına dair plan imzaladı

Gürcüstan və Özbəkistanın baş nazirləri 2023-2024-cü illər üçün ikitərəfli əməkdaşlığın inkişafına dair plan imzalayıblar.
İrakli Qaribaşvili və Abdulla Aripov islahatlar sahəsində gələcək təcrübə mübadiləsinə hazır olduqlarını bildiriblər.
Tərəflər Gürcüstanın tranzit potensialını və “Orta Dəhliz”in inkişafının və onun beynəlxalq formatda təşviqinin vacibliyini müzakirə ediblər.
Həmçinin geniş tərkibdə keçirilən görüşdə iki ölkənin ticarət və sənaye palataları arasında İşgüzar Şuranın yaradılması haqqında saziş imzalanıb.
17-07-2023, 15:35
Konkret nəticələr olsa, taxıl sazişinin bərpası məsələsi nəzərdən keçiriləcək


Konkret nəticələr olsa, taxıl sazişinin bərpası məsələsi nəzərdən keçiriləcək

"Rusiya vədlər və təminatlar deyil, yalnız konkret nəticələr əldə olunarsa, taxıl sazişinin bərpası məsələsini nəzərdən keçirməyə hazır olacaq".
Bu, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.
"Bir il sonra Qara Dəniz Təşəbbüsünün həyata keçirilməsi üzrə işlərin nəticələri məyusedici görünür. Ukraynadan son ana qədər ərzaq ixracı Kiyevin və onun Qərb kuratorlarının maraqlarına xidmət etmək məqsədi daşıyırdı. Terror aktlarının həyata keçirilməsi üçün Kiyevin nəzarətində olan limanlardan və Ukrayna taxılının ixracı üçün Rusiya Federasiyasının açdığı təhlükəsiz dəhlizdən istifadə edilib", - Rusiya XİN-in açıqlamasında iddia olunur.
17-07-2023, 15:19
Ermənistanda qızılcaya yoluxanların sayı getdikcə artır


Ermənistanda qızılcaya yoluxanların sayı getdikcə artır

Ermənistanda qızılcaya yoluxanların sayı 322 nəfərə çatıb.
Bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yoluxma halları artıb. "6 nəfər xəstəxanaya yerləşdirilib. Ümumilikdə yoluxanların 222-si uşaqdır", - deyə məlumatda qeyd olunub.
17-07-2023, 13:43
Vaşinqton və Londonla diplomatik əlaqələri kəsmək ehtimalı yoxdur - Peskov


Vaşinqton və Londonla diplomatik əlaqələri kəsmək ehtimalı yoxdur - Peskov

"Putin Krım körpüsündə təmir işlərinin təşkili barədə göstəriş verib". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Putin Krım körpüsünə hücumla bağlı hesabatları dinləyib", - o bildirib.
"Moskvanın Vaşinqton və Londonla diplomatik əlaqələrini kəsmək ehtimalı yoxdur, dialoq kanallarına ehtiyac var. Rusiya Federasiyası Ukraynanın NATO və Vaşinqtondan nə qədər məlumat aldığını mükəmməl bilir, burada heç bir illüziya yoxdur", - Peskov əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!