İstanbulda 5 ballıq zəlzələ: 17 nəfər xəsarət aldı - YENİLƏNİBİstanbulda baş verən zəlzələ nəticəsində 17 nəfər xəsarət alıb.
Bu barədə Türkiyənin "Hürriyət" qəzeti məlumat yayıb.
Xəsarət alanlar əsasən özlərini binalardan atanlardır.
***
Bu gün İstanbulda 5 bal gücündə zəlzələ olub.
Bu barədə AFAD məlumat yayıb.
Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.