Türkiyə İsrail ilə ticarəti tam dayandırıb .....                        Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi .....                        OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR .....                        Mirzoyan Kuleba ilə danışıqlar apardı .....                        Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi .....                        İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama .....                        Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü .....                        Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı .....                        "Avroviziya"da Fələstin bayrağı qadağan edildi .....                       
28-07-2023, 15:26
Danışıqlara hazırıq, lakin məcbur edə bilmərik - Putin


Danışıqlara hazırıq, lakin məcbur edə bilmərik - Putin

Ukrayna ilə hərbi münaqişənin əsasını ABŞ və NATO-nun təhlükəsizlik təhdidlərinin yaradılması təşkil edir.
Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika plenar iclasında deyib.
O əlavə edib ki, ABŞ, NATO və Ukrayna bütün ölkələrin, o cümlədən Rusiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı danışıqlardan imtina edir.
“Biz dəfələrlə danışmışıq və mən rəsmi şəkildə bildirmişəm ki, biz danışıqlara hazırıq, lakin danışıqlara məcbur edə bilmərik”, - deyə Putin vurğulayıb.
28-07-2023, 14:17
Erməni hərbiçilərin olduğu avtomobil qəzaya uğradı


Erməni hərbiçilərin olduğu avtomobil qəzaya uğradı

Ermənistan ordusuna məxsus “UAZ” markalı hərbi avtomobil qəzaya uğrayıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avtomobilin aşması nəticəsində 2 hərbçi yaralanıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu deyilir.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
28-07-2023, 13:54
Gürcüstan Prezidenti əfv sərəncamı imzaladı


Gürcüstan Prezidenti əfv sərəncamı imzaladı

Gürcüstan prezidenti Salome Zurabişvili əfv sərəncamı imzalayıb.
Gürcüstan lideri 11 məhbusu bağışlayıb. Onlardan 10 nəfərin cəzası tamamilə ləğv edilib, bir nəfərin isə cəzası azaldılıb.
Əfvə düşənlər arasında eks-prezident Mixail Saakaşvili yoxdur.
28-07-2023, 13:30
Ukraynanı ancaq Qərbin pulu dəstəkləyir - Viktor Orban


Ukraynanı ancaq Qərbin pulu dəstəkləyir - Viktor Orban

Macarıstanın baş naziri Viktor Orban Ukraynadakı müharibənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.
Bu barədə o, "Kossuth" radiosuna müsahibəsində danışıb.
Orban qeyd edib ki, Avropa ABŞ kimi “çoxlu pul qazanmağa” uyğunlaşmayıb.
“Hər cür maliyyə manipulyasiyalarının köməyi ilə amerikalılar çox pul qazana bilərlər, lakin Avropa fərqlidir, buna uyğunlaşmayıb. Biz amerikalılar kimi asanlıqla pul istehsal edə bilmərik”, – baş nazir bildirib. O qeyd edib ki, Avropa iqtisadiyyatı problem içindədir.
Viktor Orbanın sözlərinə görə, Qərb ölkələrinin Ukraynaya gələcək dəstəyi 2024-cü ilin payızında ABŞ-da keçiriləcək prezident seçkilərindən asılı olacaq. O, həmçinin vurğulayıb ki, hər şey Co Baydenin “proksi müharibəsi”nə son qoymadan seçkiyə getməyə qərar verməsindən, yoxsa “atəşkəs və sülhlə seçkiyə getmək istəməsindən” asılıdır.
"Bu müharibə artıq Ukrayna müharibəsi deyil. Ukraynalıların gücü tükənib, Ukraynanı ancaq Qərbin pulu dəstəkləyir. Ukraynanın suverenliyi praktiki olaraq itirilib. Çünki heç bir maliyyə gəliri olmayan, öz vətəndaşlarını işlə təmin edə bilməyən, hətta müharibəni maliyyələşdirə bilməyən ölkə suveren deyil”, - deyə o qeyd edib.
27-07-2023, 16:20
Rusiyanın itkiləri Ukraynadan 10 dəfə azdır - Putin


Rusiyanın itkiləri Ukraynadan 10 dəfə azdır - Putin

Rusiyanın itkiləri Ukraynanın itkilərindən 10 dəfə azdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri son hücumu nəticəsində 200-dən çox hərbçisini itirib.
Putinin sözlərinə görə, son günlər döyüşlər intensivləşib, Ukrayna ordusunun əsas zərbələri Zaporojye vilayəti istiqamətindədir.
Ukrayna Baş Qərargahının son məlumatına görə, Rusiyanın itkiləri 243 mini keçib.
27-07-2023, 16:01
Priqojinin yeri məlum oldu


Priqojinin yeri məlum oldu

Rusiyada qiyama cəhd edən “Vaqner” muzdlu döyüşçülərinin rəhbəri Yevgeni Priqojinin yeri məlum olub.
O, Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində fotoobyektivlərə tuş gəlib.
“Vaqner” rəhbərinin fotosunu Mərkəzi Afrika Respublikasının Rus Evinin rəhbəri Dmitri Siti sosial şəbəkə hesabında paylaşıb. Priqojinin Rusiya lideri Vladimir Putinlə eyni tədbirə qatılması diqqət çəkib. Lakin detallar ictimaiyyətə açıqlanmayıb.
27-07-2023, 15:07
Ukraynada səfərbərliyin müddəti uzadıldı


Ukraynada səfərbərliyin müddəti uzadıldı

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin müddəti 90 gün uzadılıb.
Bu barədə Ukrayna Ali Radasının mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, qərar Ukrayna parlamentinin bu gün keçirilən iclasında qəbul olunub. Qərarın müzakirəsi zamanı 347 nəfər lehinə səs verib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibənin başlanmasından indiyə qədər ölkədə hərbi vəziyyətin müddəti səkkizinci dəfə uzadılıb.
27-07-2023, 14:21
Putindən Afrikaya pulsuz taxıl vədi


Putindən Afrikaya pulsuz taxıl vədi

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Afrikaya taxıl ixracında Ukraynanı əvəz edə biləcəyini deyib.
Bu barədə Putin Sankt-Peterburqda keçirilən Afrika ölkələrinin liderlərinin iştirak etdiyi Rusiya-Afrika sammitində bildirib.
Onun sözlərinə görə, Rusiya Afrikaya taxıl ixracında Ukraynanı əvəz edə bilər və Moskva üç-dörd ay ərzində altı ölkəyə pulsuz taxıl tədarük etməyə hazırdır.
Putin altı ölkə siyahısında Burkina Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyanın adını çəkib. Onların hər biri 25-50 min ton taxıl əldə edəcək.
27-07-2023, 14:10
Meşə yanğınları 40-dan çox insanın həyatına son qoydu


Meşə yanğınları 40-dan çox insanın həyatına son qoydu

Aralıq dənizi ölkələrində meşə yanğınları 40-dan çox insanın həyatına son qoyub.
Yunanıstan adalarında, o cümlədən Rodosda yanğınsöndürənlər alovla mübarizəni davam etdirirlər. Təbiət yanğınları ilə əlaqədar ada ərazisində fövqəladə vəziyyət rejimi elan edilıb.
Son bir neçə gündə İtaliyada altı nəfər meşə yanğınlarının qurbanı olub. Ən mürəkkəb vəziyyət Siciliya adaşında yaranıb. İyulun 24-də orada havanın hərarəti 47,4 dərəcəyə yüksəlib. İtaliyanın Baş naziri Corca Meloni zərər çəkənlərə yardım üçün hökumətin bütün mümkün imkanlardan istifadə edəcəyini bildirib.
Aralıq dənizi sahillərində yerləşən Afrika ölkələri də təbiət yanğınlarından əziyyət çəkir. Əlcəzairdə təbii fəlakət 34 nəfərin həyatına son qoyub. Bir neçə gündür ki, havanın temperaturunun 49 dərəcədən aşağı düşmədiyi Tunisdə meşə yanğınları səbəbindən yüzlərlə insan təxliyə olunub.
27-07-2023, 12:45
İsrailin müdafiə naziri türkiyəli həmkarıyla telefon danışığı apardı


İsrailin müdafiə naziri türkiyəli həmkarıyla telefon danışığı apardı

İsrailin müdafiə nazir Yoav Qallant və Türkiyənin milli müdafiə naziri Yaşar Gülər arasında telefon danışığı olub.
Bu barədə İsrailin müdafiə naziri "Twitter" hesabında bildirib.
"Bu səhər mən həmkarım, Türkiyənin müdafiə naziri Yaşar Gülərlə ilk dəfə danışdım. Biz əməkdaşlığı və təhlükəsizlik sistemləri arasında dialoqu gücləndirmək yollarını müzakirə etdik. Mən Türkiyənin müdafiə naziri ilə telefon danışığımda vurğuladım ki, ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi bizim ümumi strateji təhlükəsizlik marağımızdadır və bu, Yaxın Şərqdə sabitliyi yaxşılaşdıracaq", - İsrailin müdafiə naziri qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!