Paşinyan Azərbaycanla sülh sazişini seçkilərədək imzalamağı planlaşdırır .....                        Tramp: "Razılıq olmazsa, ABŞ İrana sərt tədbirlər tətbiq edəcək" .....                        İzmirdə FETÖ-ya qarşı əməliyyat: 12 nəfər saxlanılıb .....                        Paşinyan alternativ marşurutların olmasından narahatdır .....                        Salyanda "üstü bəzək, altı təzək" olan körpü .....                        Nəriman Axundzadənin ABŞ klubuna transferinin detalları müəyyənləşib .....                        Ərinin qətlini sifariş edən qadın apellyasiya şikayəti verdi .....                        Vensin ailəvi Bakı səfəri sosial şəbəkələrdə gündəm oldu .....                        “Neftçi” qələbə qazandı .....                       
23-01-2026, 14:57
Putin Ukrayna müharibəsini dayandırmaq istəmir


Putin Ukrayna müharibəsini dayandırmaq istəmir

“Müharibəni davam etdiririk”.
Bu sözləri Putin Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşdə deyib.
Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Ukrayna ilə bağlı danışmaq artıq mümkün deyil. Rusiya hərbi əməliyyatları davam etdirir.
Putinlə Uitkoffun danışıqları bir gün əvvəl Kremlin qapalı qapıları arxasında keçirilib və 3,5 saat davam edib.
Görüşdə Trampın Sülh Şurasının yaradılması təşəbbüsü, bir sıra regional məsələlər və Qrenlandiya ətrafındakı vəziyyət müzakirə olunub.
22-01-2026, 23:32
Qrenlandiya danışıqlara hazırdır


Qrenlandiya danışıqlara hazırdır

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın paytaxtı Nuukda keçirilən mətbuat konfransında hökumətinin ABŞ ilə danışıqlara hazır olduğunu bildirib. Bununla yanaşı, o vurğulayıb ki, Qrenlandiyanın suverenliyi “qırmızı xətt”dir.
Hökumət başçısı hazırda müzakirə olunan Qrenlandiya ilə bağlı saziş barədə ətraflı məlumata malik olmadığını da qeyd edib.
Çərşənbə günü Davosda NATO-nun baş katibi Mark Rütte ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib. Görüşün yekunlarına görə, Ağ Evin rəhbəri Qrenlandiyanın gələcək statusu ilə bağlı saziş üzrə danışıqlar üçün çərçivə əsasının hazırlandığını, detalların isə daha sonra təqdim ediləcəyini bildirib.
22-01-2026, 21:22
Cənubi Qafqaz Rusiyadan uzaqlaşır


Cənubi Qafqaz Rusiyadan uzaqlaşır

Rusiya iqtisadiyyatı faktiki olaraq iflas həddinə yaxınlaşıb və ölkədə inflyasiya səviyyəsi 30 faizə çatıb.
Bunu Finlandiya Prezidenti Aleksandr Stabb Davos çərçivəsində “Avropa özünü qoruya bilərmi?” mövzusunda panel müzakirəsində çıxışı zamanı bildirib.
Prezidentin sözlərinə görə, Ukraynaya qarşı başladılan müharibə Vladimir Putin üçün strateji uğursuzluqla nəticələnib.
O qeyd edib ki, Rusiya hərbi əməliyyatlar nəticəsində Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət etsə də, bu prosesdə Rusiya Silahlı Qüvvələrinin sıralarında təxminən bir milyon nəfər ya həlak olub, ya da yaralanıb. Onun fikrincə, bu itkilər uzunmüddətli perspektivdə Rusiyanın həm hərbi, həm də sosial-iqtisadi dayanıqlığını ciddi şəkildə zəiflədir.
Finlandiya prezidenti çıxışında Rusiyanın beynəlxalq mövqelərinin də zəiflədiyini vurğulayıb. Stabb bildirib ki, “imperiya Rusiyası” öz təsir dairəsinin mühüm hissəsini itirib və Mərkəzi Asiya ölkələri ilə yanaşı, Cənubi Qafqaz dövlətləri də getdikcə Moskvadan uzaqlaşır. Onun sözlərinə görə, bu proses təkcə hərbi münaqişələrin nəticəsi deyil, eyni zamanda Rusiyanın daxili iqtisadi problemləri və beynəlxalq aləmdə etimad itkisi ilə birbaşa bağlıdır.
22-01-2026, 20:35
Rus diplomat bu ölkədən qovuldu


Rus diplomat bu ölkədən qovuldu

Almaniya hökuməti rusiyalı diplomatı casusluq ittihamı ilə “persona non grata” elan edib.
Almaniya Xarici İşlər Nazirliyi bu gün Rusiyanın Berlindəki səfirinin nazirliyə çağırıldığını və ona diplomatik nümayəndəliyin bir əməkdaşının ölkəni tərk etməli olması barədə məlumat verildiyini açıqlayıb. “Almaniyada casusluq, xüsusilə də diplomatik status pərdəsi altında casusluq Almaniya hökuməti tərəfindən qətiyyən qəbul edilmir”, - deyə nazirliyin açıqlamasında bildirilib.
Qeyd edək ki, Federal Kriminal Polis İdarəsi (BKA) tərəfindən Berlində saxlanılan və Rusiya casusu olduğu ehtimal edilən İlona V. adlı qadınla bağlı hadisə Almaniya siyasətində kəskin narazılığa səbəb olub.
“Spiegel” jurnalı “persona non grata” elan olunan şəxsin Rusiyanın Almaniyadakı səfirliyində hərbi attaşenin müavini olduğu və İlona V.-nin kuratoru kimi fəaliyyət göstərdiyini yazsa da, rəsmi qurumlar bu məlumatı hələlik təsdiqləməyiblər.
İlona V. Almaniyada pilotsuz uçuş aparatlarının sınaqları və tədarükü, eləcə də müdafiə sənayesi obyektlərinin yerləşdiyi ərazilər barədə məlumatlar toplayaraq Rusiyaya ötürməkdə ittiham olunur.
22-01-2026, 19:57
Növbəti üçtərəfli görüş bu ölkədə keçiriləcək


Növbəti üçtərəfli görüş bu ölkədə keçiriləcək

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü ABŞ, Ukrayna və Rusiya arasında Birləşmiş Ərəb Əmirliklərində ikigünlük üçtərəfli görüşlərin keçiriləcəyini elan edib.
O, görüşün Amerika danışıqlar qrupunun Moskvaya səfərindən sonra baş tutacağını bildirib.
“Ruslar kompromislərə hazır olmalıdırlar, çünki təkcə Ukrayna deyil, hamı hazır olmalıdır və bu, bizim üçün vacibdir”, -deyə Zelenski Davosda çıxışı zamanı vurğulayıb.
22-01-2026, 19:44
Ərdoğan Pezeşkianla İrandakı vəziyyəti müzakirə etdi


Ərdoğan Pezeşkianla İrandakı vəziyyəti müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
Bu barədə Türkiyə KİV məlumat yayıb.
Türkiyə və İran liderləri ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Ərdoğan Pezeşkiana İranda baş verənləri yaxından izlədiyini bildirib. O, "Türkiyənin İrana qarşı xarici müdaxilə ssenarilərinə heç vaxt müsbət yanaşmadığını" qeyd edib.
22-01-2026, 18:33
İranda etirazçılar qana boğuldular - Zelenski


İranda etirazçılar qana boğuldular - Zelenski

Dünya İran xalqına lazımi köməyi göstərmədi.
Bunu Ukrayna Prezidenti Volodimir Zelesnki Davosda Dünya İqtisadi Forumunda çıxışında deyib.
“İranda etirazçılar qana boğuldular. Dünya İran xalqına kifayət qədər kömək etmədi, kənarda qaldı. Avropada Milad bayramı və Yeni il şənlikləri keçirilirdi. Avropalı siyasətçilər iş başına qayıdana və mövqe ortaya qoyana qədər ayətullah artıq minlərlə insanı öldürmüşdü. İrandakı rejim qalsa, bu dünyaya bir mesaj olacaq: çoxlu insan öldür və hakimiyyətdə qal”, - Zelenski qeyd edib.
Ukrayna lideri Avropanın hələ də İrana qarşı cavab tədbirləri görməməsindən şikayətlənib.
22-01-2026, 18:20
Acunun yaxın adamı saxlanıldı


Acunun yaxın adamı saxlanıldı

Türkiyəli iş adamı Acun Ilıcalının rəhbəri olduğu “Acun Medya”nın baş koordinatoru Esat Yontunç saxlanılıb.
Bu haqda Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, o, bu gün xarici ölkədən qayıdarkən hava limanında saxlanılıb.
Yontunç fahişəliyə cəlbetmə və narkotik istifadəsini asanlaşdırma əməlləri üzrə ittiham olunur.
Qeyd edək ki, daha öncə narkotiklə bağlı Məhkəmə Tibbi Ekspertizası İnstitutuna saç və qan nümunələri təqdim edilən bir neçə şübhəli şəxs məhkəməyə göndərilib. Məlum olub ki, həmin şübhəlilərdən biri məhz A.Ilıcalının yaxın dostu və “Acun Medya”nın baş koordinatoru Esat Yontunçdur.
22-01-2026, 17:33
Kamçatkada güclü zəlzələ


Kamçatkada güclü zəlzələ

Rusiyanın Kamçatka bölgəsində güclü zəlzələ baş verib.
Bu barədə Rusiyanın Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
6,4 bal gücündə zəlzələnin Kamçatka sahillərində qeydə alındığı bildirilir.
Bölgənin mərkəzi şəhəri sayılan Petrpavlovsk-Kamçatskda zəlzələ 4 bal gücündə hiss olunub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.
21-01-2026, 17:00
Ukrayna Azərbaycana təşəkkür etdi


Ukrayna Azərbaycana təşəkkür etdi

Ukrayna Xarici İşlər Nazirliyi növbəti humanitar yardıma görə Azərbaycana təşəkkür edib.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, Rusiya qış aylarında mülki enerji infrastrukturunu hədəf almağa davam etdiyindən, enerji dəstəyi Ukrayna vətəndaşları üçün olduqca vacib olaraq qalır.
Rəsmi Kiyev Ukraynaya enerji infrastrukturu məsələsind yardım elan edən bütün ölkələrə, o cümlədən Azərbaycana təşəkkür edib.
"Azərbaycan Rusiya hücumlarından təsirlənən bölgələrdə elektrik təchizatının bərpasına kömək etmək üçün enerji avadanlığı - 12 aşağı gərginlikli panel, 11 generator, 5 transformator və 27 000 metr kabel göndərib”, - məlumatda deyilir.
Qeyd edilib ki, bundan əlavə, Niderland və Slovakiyadan da enerji və tibbi avadanlıqların Ukraynaya çatdırılması gözlənilir.
“Həm hərfi, həm də məcazi mənada istilik verən dəstəyə görə tərəfdaşlarımıza minnətdarıq. Bu dəstək tək olmadığımızı sübut edir”, - Ukraynanın xarici işlər naziri Andrey Sibiqa vurğulayıb.
Qeyd edək ki, yanvarın 20-də Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!