20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
29-03-2026, 17:36
Rusiya İrana kömək edir - Zelenski


Rusiya İrana kömək edir - Zelenski

Rusiya tərəfi ABŞ-nin Səudiyyə Ərəbistanındakı aviabazasının peyk görüntülərini çəkərək İranın həmin obyektə hücumuna şərait yaradıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə əldə olunmuş kəşfiyyat məlumatlarını media ilə bölüşüb.
O bildirib ki, Rusiya hücumdan əvvəl həmin bazanın görüntülərini üç dəfə peyk vasitəsilə qeydə alıb:
"İranlılara kömək etmək Rusiyanın maraqlarına xidmət edir. Mən buna sadəcə inanmıram, bunu bilirəm ki, onlar məlumat paylaşırlar".
Qeyd edək ki, hücum nəticəsində ABŞ-yə məxsus qırıcı təyyarələrə ciddi ziyan dəyib, hərbçilər arasında yaralananlar olub.
29-03-2026, 17:20
İsrail ordusu Livanda itkilər verdi


İsrail ordusu Livanda itkilər verdi

İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın silahlı birləşmələrinə qarşı döyüş əməliyyatları zamanı yeni itkilər verib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, döyüşlərin birində hava-desant briqadasında xidmət edən 22 yaşlı çavuş Moşe Kats həlak olub.
Həmin döyüşdə daha üç israilli hərbçi orta dərəcəli xəsarətlər alıb, onlar xəstəxanaya yerləşdiriliblər.
29-03-2026, 17:05
PKK İrana qarşı vuruşsa, hərbi cavab veriləcək - Türkiyə


PKK İrana qarşı vuruşsa, hərbi cavab veriləcək - Türkiyə

Türkiyə İrana qarşı hərbi əməliyyatlarda kürd qruplaşmalarından istifadə olunacağı təqdirdə ciddi hərbi tədbirlər görəcəyi barədə xəbərdarlıq edib.
İsrail "Mossad" kəşfiyyatı vasitəsilə PKK və PJAK terrorçularını İrana qarşı quru döyüşlərinə cəlb etməyə çalışır.
"Türkiyə bu planlardan xəbər tutan kimi dərhal hərəkətə keçib və ABŞ, İraq, eləcə də kürd birləşmələrini məlumatlandırıb.Məsələ martın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Donald Tramp arasında telefonla müzakirə edilib. Ərdoğan kürd qruplaşmalarının bu müharibədə iştirakına qəti etirazını bildirib. Kürd təşkilatlarına isə çatdırılıb ki, müharibəyə qoşulsalar, Türkiyə, Suriyada olduğu kimi, onlara dərhal zərbə endirəcək",- məlumatda qeyd edilib.
Hazırda Türkiyə XİN və Milli Kəşfiyyat Təşkilatı (MİT) Bağdad və İraq Kürdistanı ilə intensiv danışıqlar aparır. Türkiyə rəsmiləri Şimali İraqa səfər edərək Ankaranın hərbi cavab verməyə hazır olduğunu tərəflərə bəyan ediblər.
Həmçinin bildirilib ki, PKK lideri Abdullah Öcalan da prosesə cəlb olunub. O, təşkilata mesaj göndərərək İranın daxili işlərinə qarışmamağa və "İsrailin tələsinə düşməməyə" çağırıb.
29-03-2026, 16:56
Çeçenistanda fövqəladə vəziyyət


Çeçenistanda fövqəladə vəziyyət

Çeçenistan ərazisində əhalinin qorunması məqsədilə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Bu barədə "Çeçnya Seqodnya" agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Çeçenistan başçısı Ramzan Kadırov bu barədə müvafiq sərəncam imzalayıb.
Fövqəladə rejimin tətbiqinə səbəb güclü yağışlar, dağlarda leysanlar, yağış və sulu qar şəklində yağıntılar, çaylarda suyun səviyyəsinin təhlükəli həddə qədər yüksəlməsi və kiçikhəcmli sellərin baş verməsidir.
29-03-2026, 16:35
ABŞ gizli şəkildə İrana quru hücumu planlaşdırır - Qalibaf


ABŞ gizli şəkildə İrana quru hücumu planlaşdırır - Qalibaf

ABŞ Tehrana göndərdiyi danışıqlar barədə açıq siqnallara baxmayaraq, gizli şəkildə İrana quru hücumu planlaşdırır.
Bu barədə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf bildirib.
"ABŞ öz istəklərini 15 bənddən ibarət siyahı şəklində ifadə edib və müharibədə nail ola bilmədiklərinə can atır. Düşmən açıq şəkildə danışıqlar barədə siqnal göndərir və eyni zamanda, gizli şəkildə quru hücumu planlaşdırır", - o qeyd edib.
Bununla yanaşı, Qalibaf vurğulayıb ki, İran istənilən quru hücumunu dəf etməyə hazırdır.
Daha əvvəl "The Washington Post" qəzeti xəbər yaymışdı ki, Pentaqon İran ərazisində tammiqyaslı müdaxilə əvəzinə, xüsusi təyinatlıların və piyadaların nöqtəvi reydlərini nəzərdə tutan məhdud quru əməliyyatları variantları üzərində işləyir.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Bundan əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.
29-03-2026, 15:27
İrana qarşı böyük plan - Üç istiqamətdən hücum


İrana qarşı böyük plan - Üç istiqamətdən hücum

İran hakimiyyəti ABŞ və İsrailin “Haman” adlı yeni hərbi plan hazırladığını iddia edir.
Bu barədə məlumatı İranın yarırəsmi nəşri olan Tehran Times yayıb.
İddialara görə, plan İrana qarşı mərhələli hücum ssenarisini əhatə edir və əsas diqqət quru əməliyyatına yönəlib. Bildirilir ki, 9 min nəfərlik xüsusi təyinatlı qüvvənin iştirakı ilə həyata keçiriləcək əməliyyat üç istiqamətdən – şimal-qərb, cənub-şərq və Bəhreyn xətti üzrə aparılacaq.
Məlumata əsasən, hücum çərçivəsində İranın strateji hava limanları əsas hədəf kimi seçilib. Bəndər Abbas, Kermanşah, Təbriz və Urmiya şəhərlərində yerləşən hava limanlarına enişlərin planlaşdırıldığı iddia olunur.
Bununla yanaşı, plana 5-15 nəfərlik kiçik təxribat qruplarının daxil olduğu və bu qrupların İranın nüvə obyektlərinə qarşı diversiya əməliyyatları həyata keçirməsinin nəzərdə tutulduğu bildirilir.
“Haman” adının seçilməsi də diqqət çəkir. Bu ad həm Quranda, həm də Tövratda yer alan fiqurla əlaqələndirilir. Qurani-Kərimdə Haman fironun yaxın çevrəsində yer alan və zülm sisteminin iştirakçısı kimi təqdim olunur. Tövratda isə o, Fars hökmdarının vəziri kimi təsvir edilir və sonda öz qurduğu tələnin qurbanına çevrilir.
29-03-2026, 14:56
İranda 226 şagird, 55 müəllim öldürülüb


İranda 226 şagird, 55 müəllim öldürülüb

ABŞ və İsrailin birgə əməliyyata başladığı gündən etibarən İranda ümumilikdə 281 şagird və müəllim həlak olub.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Hücumlar zamanı 226 şagird və 55 müəllim daxil olmaqla, 281 nəfər ölüb",- məlumatda bildirilib.
Qeyd olunub ki, bu hücumlar zamanı ümumilikdə 191 nəfər - 170 şagird və 21 müəllim - xəsarət alıb.
"789 təhsil müəssisəsi zədələnib, onlardan 700-ü orta məktəblərdir" - agentlik bildirib.
Qeyd edək ki, fevralın 28-də Minabdakı qızlar məktəbi ABŞ və İsrailin hava zərbələrinə məruz qalıb. Məktəbə endirilən zərbə nəticəsində həlak olanların sayının 165 nəfəri keçdiyi bildirilib.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Bundan əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.
29-03-2026, 13:37
Suriya hava məkanını bağladı


Suriya hava məkanını bağladı

Suriya hökuməti mülki aviasiya nəzarət orqanı tərəfindən əvvəlcədən təsdiqlənmiş uçuşlar istisna olmaqla, bütün uçuşlar üçün hava məkanını bağlayıb.
Bu barədə TASS "Dəməşq" uçuş məlumat zonasının dispetçer xidmətinə istinadən məlumat yayıb.
"Ölkənin hava məkanı ümumdünya vaxtı (UTC) ilə martın 30-u saat 21:00-dək (Bakı vaxtı ilə martın 31-i saat 01:00-dək - red.) bağlıdır" , - deyə agentliyin həmsöhbəti bildirib.
Suriya hava məkanında məhdudiyyətlər fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı ilə əlaqədar tətbiq edilib.
29-03-2026, 13:29
Pakistan və Əfqanıstan dialoqa başlayır


Pakistan və Əfqanıstan dialoqa başlayır

Pakistan hökuməti martın 31-də Əfqanıstan rəhbərliyi ilə birgə dialoq keçirmək niyyətində olduğunu açıqlayıb.
Görüşün əsas məqsədi iki ölkə arasında son vaxtlar artan gərginliyi səngitmək, təhlükəsizlik və siyasi əməkdaşlıq imkanlarını genişləndirməkdir.
Yüksək səviyyəli rəsmilərin iştirakı ilə keçiriləcək görüşdə sərhəd təhlükəsizliyi, silahlı qruplara qarşı mübarizə, qaçqın problemləri və ikitərəfli ticarət əlaqələri kimi aktual məsələlər müzakirə olunacaq.
29-03-2026, 11:46
İran Bəhreyn və BƏƏ-də sənaye müəssisələrinı vurdu


İran Bəhreyn və BƏƏ-də sənaye müəssisələrinı vurdu

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsraillə əlaqəli hərbi və aerokosmik sənaye müəssisələrini hədəfə alıb.
Bu barədə SEPAH bəyanat yayıb.
"Fars körfəzinin sahilyanı dövlətlərindən İranın sənaye infrastrukturunu hədəf alan ABŞ ilə İsrailə cavab olaraq "Emirates Aluminum" (EMAL) və "Aluminum Bahrain" (ALBA) zavodlarına zərbə endirilib", - məlumatda bildirilib.
Bəyanatda qeyd olunub ki, Birləşmiş Ərəb Əmirliklərində yerləşən EMAL-ın 1,3 milyon ton istehsal gücü var.
"Bəhreyndə yerləşən ALBA isə Amerika sərmayəsi və səhmdarlığı ilə fəaliyyət göstərir", - məlumatda bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!