20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
26-03-2026, 16:26
ABŞ-nin İrana qarşı son zərbə planı: Tramp üçün 4 hərbi ssenari


ABŞ-nin İrana qarşı son zərbə planı: Tramp üçün 4 hərbi ssenari

Pentagon İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyat planları üzərində işləyir.
Axios nəşri ABŞ rəsmilərinə və mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, söhbət son zərbə kimi qiymətləndirilən və həm quru qoşunlarının istifadəsini, həm də intensiv bombardmanı ehtiva edən ssenarilərdən gedir.
Məlumata görə, ABŞ-nin sabiq prezidenti Donald Trump üçün bir neçə alternativ variant hazırlanıb. Bu planlara İranın Fars körfəzində yerləşən və strateji əhəmiyyət daşıyan adalara müdaxilə, onların blokadaya alınması, eləcə də regionda mühüm nəqliyyat marşrutlarının nəzarətə götürülməsi daxildir. Xüsusilə, İranın enerji ixracında mühüm rol oynayan ərazilərin hədəf alınmasının nəzərdən keçirildiyi bildirilir.
Mənbələrin sözlərinə görə, planlardan biri Hörmüz boğazına nəzarəti gücləndirən adalara müdaxiləni, digəri isə İranın neft ixracını həyata keçirən gəmilərin bloklanmasını əhatə edir. Bundan əlavə, strateji baxımdan vacib hesab olunan adaların ələ keçirilməsi də mümkün ssenarilər sırasında göstərilir.
Eyni zamanda, ABŞ hərbçilərinin İran ərazisinin daxilinə yönəlmiş quru əməliyyatları planlaşdırdığı da qeyd olunur. Bu əməliyyatların əsas məqsədinin nüvə obyektlərində saxlanılan yüksək zənginləşdirilmiş uranın təhlükəsizliyini təmin etmək olduğu vurğulanır.
26-03-2026, 16:15
İran mənə yeni Ali Lider olmağı təklif edib - Tramp


İran mənə yeni Ali Lider olmağı təklif edib - Tramp

İran Trampa Ali Lider olmağı təklif edib.
ABŞ-nin prezidenti Donald Tramp İranla bağlı növbəti qalmaqallı açıqlamalar verib.
Tramp iddia edib ki, İran tərəfi ona “Ali Lider” olmağı təklif edib. Onun sözlərinə görə, bu təklifi qəbul etməyib:
“İran mənə ali lider olmağı təklif etdi. Mən isə "yox, təşəkkür edirəm, bunu istəmirəm" dedim”.
Sabiq prezident əlavə edib ki, İran nümayəndələri danışıqlarda tamamilə fərqli və qəribə davranırlar və əslində ABŞ ilə razılaşma əldə etmək üçün yalvarırlar.
O bildirib ki, İran hərbi baxımdan zəiflədiyi üçün razılaşmaya getməyə məcburdur, lakin buna baxmayaraq, rəsmi Tehran ictimaiyyət qarşısında yalnız ABŞ təkliflərini nəzərdən keçirdiyini bildirir.
Tramp bu yanaşmanı sərt tənqid edərək xəbərdarlıq edib ki, İran vaxt itirməməlidir:
“Onlar işi tezliklə ciddiyə almalıdırlar. Əks halda çox gec olacaq. Bu baş verəndən sonra geri dönüş olmayacaq və nəticələr xoş olmayacaq” - o vurğulayıb.
26-03-2026, 15:20
Afrika ölkəsinin 15 vətəndaşı Ukraynada öldürülüb


Afrika ölkəsinin 15 vətəndaşı Ukraynada öldürülüb

Zimbabve hakimiyyəti Ukraynadakı müharibədə iştirak edən vətəndaşlarının itkiləri ilə bağlı açıqlama verib.
Bildirilib ki, Rusiyanın tərəfində döyüşmək üçün cəlb olunan Zimbabve vətəndaşlarından azı 15 nəfəri həlak olub.
Məlumata görə, Ukrayna rəsmiləri ümumilikdə Afrika ölkələrindən 1700-dən çox şəxsin aldadılaraq müharibəyə cəlb edildiyini bildirir. Onların Rusiyanın tərəfində döyüşlərdə iştirak etdiyi qeyd olunur.
26-03-2026, 15:02
Üçdən çox mənzili olanlar əlavə vergi ödəyəcək


Üçdən çox mənzili olanlar əlavə vergi ödəyəcək

Rusiyada 3 və daha çox mənzilə sahib olanlar əlavə vergi ödəmələri olacaq.
Təklifi Rusiya Maliyyəçilər Birliyi hazırlayıb.
Hesab olunur ki, bu addım regional büdcə gəlirlərinin artırılmasına yol açacaq.
26-03-2026, 14:43
Trampdan sərt mesaj: Köməyinizə ehtiyac yoxdur


Trampdan sərt mesaj: Köməyinizə ehtiyac yoxdur

ABŞ Prezidenti Donald Tramp NATO ölkələrini sərt tənqid edib.
Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.
O bildirib ki, NATO ölkələri İranla bağlı vəziyyətdə ABŞ-ə heç bir dəstək göstərməyib. Tramp İranı “dəli ölkə” adlandıraraq, hazırda onun hərbi baxımdan zəiflədiyini qeyd edib.
“ABŞ-nin NATO-dan heç nəyə ehtiyacı yoxdur, amma bu mühüm məqamı heç vaxt unutmayın”, – deyə Tramp vurğulayıb.
26-03-2026, 14:38
Ermənistan dəmir yollarının idarəçiliyi türk dövlətinə verilir


Ermənistan dəmir yollarının idarəçiliyi türk dövlətinə verilir

Ermənistan hökuməti ölkə dəmir yollarının idarəçiliyi ilə bağlı mümkün dəyişikliklərə açıq mövqe sərgiləyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yolunun konsessiya idarəçiliyinin Qazaxıstan şirkətinə verilməsi ehtimalına münasibət bildirib.
O qeyd edib ki, bu məsələ yalnız Rusiya ilə qarşılıqlı razılıq əsasında mümkün ola bilər.
“Əgər Rusiya və Ermənistan arasında qarşılıqlı razılıq əldə olunarsa və Qazaxıstan şirkəti hər iki tərəf üçün məqbul sayılarsa, biz buna etiraz etmərik”, – deyə Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, hazırda bu istiqamətdə konkret danışıqlar aparılmır. Bununla belə, rəsmi İrəvan gələcəkdə Rusiya ilə tərəfdaşlıq razılaşmasına nail olmağı planlaşdırır.

26-03-2026, 14:31
İsrailli nazir SEPAH komandirinin ölümünü təsdiqlədi


İsrailli nazir SEPAH komandirinin ölümünü təsdiqlədi

İsrailin müdafiə naziri İsrael Katz SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsirinin öldürüldüyünü bildirib.
Katz Əlirza Təngsirinin öldürüldüyünü təsdiqləyib.
Qeyd edək ki, Təngsir uzun illərdir SEPAH sıralarında fəaliyyət göstərir və İranın dənizdə asimmetrik müharibə taktikasının formalaşmasında iştirak edib. Onun rəhbərliyi altında SEPAH donanması sürətli hücum katerləri, pilotsuz sistemlər və qeyri-ənənəvi döyüş üsulları ilə diqqət çəkir.

26-03-2026, 13:57
Məşhur rejissorun evi bombalandı


Məşhur rejissorun evi bombalandı

İranda ABŞ və İsrailin hava zərbələri nəticəsində tanınmış kinorejissorun evi zərər görüb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi sosial şəbəkə hesabında məlumat verib
O qeyd edib ki, məşhur rejissor Abbas Kiarostaminin yaşadığı ev bombardmanlar zamanı zədələnib.
Paylaşımı zamanı E. Baqayi bu hadisə ABŞ və İsrailin hücumlarının həm də mədəni irsə yönəldiyini göstərirdiyini deyib. O, sual edib ki, rejissorun evi ABŞ üçün hansı təhlükə təşkil edə bilərdi.
Baqayi vurğulayıb ki, bu cür zərbələr təkcə dövlətə deyil, həm də dərin köklərə malik mədəniyyətə, sivilizasiyaya və kimliyə qarşı yönəlib.
Qeyd edək ki, Abbas Kiarostami İran kinosunun ən tanınmış simalarından biri olub. O, 1997-ci ildə çəkdiyi “Taste of Cherry” filmi ilə Cannes Film Festivalnda “Qızıl Palma budağı” mükafatına layiq görülüb. Bundan başqa rejissorun Close-Up” (1990), “Where Is the Friend’s House?” (1987), “Certified Copy” (2010) filmləri də dünyaca məşhurdur.
Rejissor 2016-cı ildə onkoloji xəstəlikdən vəfat edib.
26-03-2026, 13:10
Yeni silahlar nümayiş olunacaq - İrəvanda


Yeni silahlar nümayiş olunacaq - İrəvanda

Ermənistan Baş naziri Nikol Paşinyan 28 may günü İrəvanın Respublika Meydanında yeni hərbi texnikanın təqdimatının keçiriləcəyini açıqlayıb.
Parad Ermənistanda Birinci Respublika Günündə münasibətilə keiriləcək tədbirlər çərçivəsində nümayiş olunacaq.
Baş nazirin sözlərinə görə, o qədər çox vətəndaş yeni silahları görmək istəyib ki, hökumət texnikanı ictimaiyyətə nümayiş etdirmək qərarına gəlib.
26-03-2026, 11:50
İran yenə qonşusunu vurdu: 2 ölü, 3 yaralı


İran yenə qonşusunu vurdu: 2 ölü, 3 yaralı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə raket qalıqlarının düşməsi nəticəsində 2 nəfər ölüb.
Hökumətin mətbuat xidmətinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən raketin qalıqları şəhər ərazisinə düşüb. Hadisə nəticəsində azı 2 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.
Məlumata görə, İrana məxsus raket qalıqları Sveyhan yolu istiqamətində yerə düşərək bir neçə avtomobilə də ziyan vurub. Hadisə yerinə dərhal təcili tibbi yardım və xilasedici qüvvələr cəlb olunub.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!