28-04-2024, 16:55
Tailandın xarici işlər naziri istefa verdiTailandın xarici işlər naziri Panpri Phitthanukon hökumətdəki dəyişikliklər fonunda istefa verib.
Phitthanukonun sözlərinə görə, onun istefa qərarı hökumətin kadr dəyişikliyi ilə bağlı deyil.
“Hesab edirəm ki, baş nazirin müavini vəzifəsindən uzaqlaşdırılmağımın heç bir nailiyyətimin olmaması ilə əlaqəsi yoxdur. Ümid edirəm ki, Nazirlər Kabinetində bu dəyişikliklər ölkənin idarəçiliyini təkmilləşdirməyə, milli maraqların qorunmasında səmərəliliyi və şəffaflığı artırmağa kömək edəcək, mənə bu hökumətlə işləmək imkanı verdiyinə görə Baş nazirə təşəkkür etmək istərdim”, - istefa ərizəsində deyilir.
O, 2023-cü il sentyabrın 2-dən Tailand Xarici İşlər Nazirliyinə rəhbərlik edib.
28-04-2024, 16:26
Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək - PeskovUkrayna Prezidenti Vladimir Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Zelenskinin prezident kimi legitimliyinin Ukraynada da şübhə altına düşəcəyini söyləyib.
“Mənə elə gəlir ki, Zelenskinin taleyi aydın şəkildə əvvəlcədən müəyyən edilib və çox yaxında elə bir məqam gələcək ki, bir çoxları, o cümlədən Ukraynada onun legitimliyini şübhə altına alacaqlar. İstənilən halda hətta hüquqi baxımdan belə bunu etmək lazım gələcək. O, özünə necəsə haqq qazandırmalı olacaq”, - deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.
28-04-2024, 14:19
Qəzzada ölənlərin sayı açıqlandıİsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 34,5 minə yaxınlaşır.
Bu rəqəmləri Qəzzanın Səhiyyə Nazirliyi teleqramda bildirib.
“İsrailin təcavüzü nəticəsində oktyabrın 7-dən bəri 34 454 nəfər şəhid olub, daha 77 575 nəfər yaralı var”, – məlumatda deyilib.
Qeyd olunub ki, son sutkada anklavda 66 nəfər ölüb, 138 nəfər yaralanıb.
28-04-2024, 13:20
Stokholmda yenə Quran yandırdılarİsveçli fəal Ceyd Sandberq Stokholmda növbəti Quran yandırma aksiyası keçirib.
Aksiya İsveç polisinin müşahidəsi altında keçirilib.
Aprelin 26-da Quran yandırma aksiyası Stokholmun rayonlarının birində olub. Ceyd Sandberq mayın 3-də Malmödə anoloji aksiya keçirəcəyini bildirib.
28-04-2024, 10:26
Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqladıÖtən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
“Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti, üçü Kursk vilayəti, ikisi Belqorod vilayəti, üçü isə Kaluqa vilayəti ərazisi üzərində”, – MN bildirib.
Xatırladaq ki, ötən gün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın ən yeni “Podlyot” radiolokasiya stansiyasına zərbə endirildiyinin görüntülərini dərc etmişdi.
27-04-2024, 22:22
Meral Akşenerin yerinə o seçildiTürkiyənin milliyətçi İYİ partiyasına yeni sədr seçilib.
Partiyanın qurultayında üçüncü tur səsvermə nəticəsində Müsavat Dərvişoğlu yeni başqan seçilib.
İlk iki turda heç bir namizəd mütləq çoxluğu əldə edə bilmədiyi üçün ikinci və üçüncü tur seçkilər keçirilib
Üçüncü turda o, 611 səs, rəqibi Koray Aydın isə 548 səs toplayıb.
Qeyd edək ki, partiyanın əvvəlki sədri Meral Akşener bələdiyyə seçkilərindən sonra siyasətdən gedəcəyini açıqlayıb.
27-04-2024, 22:14
Hakan Fidan yunan həmkarı ilə görüşdü Türkiyənin xarici işlər naziri Hakan Fidan yunan həmkarı Yorgos Yerapetritis ilə görüşüb.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş Böyük Britaniyanın paytaxtı Londonda baş tutub.
Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, regional və beynəlxalq məsələlər də müzakirə olunub.
27-04-2024, 18:07
Ermənistan ordusunda kütləvi istefaErmənistan Ordusunun müqavilə ilə işləyən bir qrup hərbi qulluqçusu istefa verib.
Bu barədə “Yerevan.today” nəşri məlumat yayıb.
Onlar Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı vəziyyətə etiraz olaraq bu addımı atıblar.
26-04-2024, 18:17
Hava hücumuna görə Kiyev xəstəxanaları təxliyə edilirKiyevin Boqatırskaya küçəsində yerləşən iki xəstəxana təcili olaraq təxliyə edilir. Onlardan biri uşaq xəstəxanasıdır.
Bu barədə Kiyev şəhər Dövlət Administrasiyası Telegram kanalında məlumat yayıb. Administrasiyanın məlumatına görə, təxliyə Rusiyanın internet mediasında faktiki olaraq həmin tibb müəssisələrinə hücum elan edildiyi ilə bağlı videonun geniş yayılması səbəbindən başlayıb. Bu xəstəxanalarda guya hərbçilərin olduğu deyilir.
“Bu, tamamilə yalandır və paytaxtın sosial infrastrukturuna hücum üçün istifadə olunan düşmən təxribatıdır. Hazırda Kiyev rəhbərliyi xəstə uşaqları, onların valideynlərini və tibb işçilərini qorumaq üçün əlindən gələni edir. Xəstələr və həkimlər paytaxtdakı digər tibb müəssisələrinə daşınır”, - deyə məlumatda qeyd olunur.
26-04-2024, 17:47
Ermənistan XİN: Bakıdan sülh müqaviləsi ilə bağlı təkliflər almışıqErmənistan tərəfi Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təklif aldığını açıqlayıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bu, sayca 9-cu təkliflər paketidir. Təkliflərlə bağlı detallar açıqlanmayıb.