Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
11-09-2024, 14:35
İrəvan və Vaşinqton arasında saziş


İrəvan və Vaşinqton arasında saziş

Ermənistan Respublikası baş nazirinin müavini Mher Qriqoryan və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistandakı missiyasının direktoru Con Hallelo iki ölkə arasındakı qrant sazişində dəyişiklikləri imzalayıblar.
Nəticədə nəzərdə tutulan hədd iki dəfədən çox artaraq 120 milyon dollardan 250 milyon dollara çatıb.
Həmçinin birgə layihələrin sahələri genişləndirilib. Genişləndirilmiş saziş fəlakət riskinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələri əhatə edəcək.
“Bu dəyişiklik bizim Ermənistanla tərəfdaşlığa sadiqliyimizi göstərir. Biz dəstəyimizi artırmaqla və proqramlarımızı genişləndirməklə Ermənistanın böyüməsinə və uğur qazanmasına kömək edirik”, - Con Allelo bildirib.
11-09-2024, 13:47
NATO-nun yeni baş katibi bu tarixdən vəzifəsinin icrasına başlayacaq


NATO-nun yeni baş katibi bu tarixdən vəzifəsinin icrasına başlayacaq

NATO-nun yeni baş katibi Mark Ruttenin vəzifəsinin icrasına başlamasına həsr olunmuş mərasimi oktyabrın 1-də keçiriləcək.
Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
“Oktyabrın 1-də Yens Stoltenberqin NATO-nun baş katibi kimi səlahiyyət müddəti başa çatacaq, onu Niderlandın sabiq baş naziri Mark Rutte əvəzləyəcək”, - deyə mətbuat xidməti bildirib.
Bu münasibətlə alyansın Brüsseldəki mənzil-qərargahında səlahiyyətlərin verilməsi ilə bağlı rəsmi mərasim və yeni baş katibin mətbuat konfransı keçiriləcək.
11-09-2024, 12:27
Zelenski Krımtatar soyqırımı abidəsinin açılışını edib


Zelenski Krımtatar soyqırımı abidəsinin açılışını edib

Ukrayna prezidenti Volodimir Zelenski birinci xanım Yelena Zelenskaya ilə birlikdə Libidskada Sülh meydanında Krımtatar xalqının soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni açıb.
Açılışda Xorvatiya və Latviyanın baş nazirləri və Litva prezidenti də iştirak edib.
Ukrayna lideri bildirib ki, bu abidə yaxınlarda totalitar sovet quruluşunun cinayətlərini törədən - öldürən, işgəncələr verən və məcburi deportasiya edən sovet təhlükəsizlik işçiləri üçün parkın olduğu yerdə açılıb.
Zelenski xatırladıb ki, 1944-cü ildə Sovet hakimiyyəti Krımda mütləq pislik - soyqırım və deportasiya törədib. Prezident vurğulayıb ki, Krımtatar xalqının soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin açılışı tiranların və diktatorların şübhəsiz ki, itirəcəkləri simvolu kimi çıxış edir.
10-09-2024, 18:48
Ermənistanda güclü partlayış - Ölən və yaralananlar var


Ermənistanda güclü partlayış - Ölən və yaralananlar var

Ermənistanın Razdan şəhərindəki istilik elektrik stansiyasının ərazisində partlayış verib.
Hadisə nəticəsində bir nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Partlayış stansiya daxilindəki mis emalı zavodunun poladtökmə sexində qeydə alınıb.
Əraziyə dərhal yanğınsöndürənlər, xilasetmə qüvvələri və polis cəlb olunub. Nəticədə yaralılar ərazidən təxliyə olunaraq xəstəxanaya çatdırılıb.
10-09-2024, 17:43
Zurabişvili ikinci prezidentlik müddətinə namizədliyini irəli sürəcək


Zurabişvili ikinci prezidentlik müddətinə namizədliyini irəli sürəcək

Gürcüstan prezidenti Salome Zurabişvili ikinci prezidentlik müddətinə namizədliyini irəli sürməyə hazır olduğunu təsdiqləyib.
O, Fransanın “Le Figaro” nəşrinə müsahibəsində bunu bildirib.
“Gürcüstanı Avropa yoluna qaytarmaq üçün ikinci müddət də daxil olmaqla, böyük məsuliyyət götürməyə hazıram. Təklif etdiyim Xartiya qüvvəyə minərsə, mən avropalı tərəfdaşlarımızla danışıqlar aparmağa hazıram”, - Zurabişvili söyləyib.
Qeyd edək ki, parlamentli respublika üsul-idarəsi sisteminə malik Gürcüstanda prezidentlə hökumət arasında kəskin fikir ayrılıqları var və siyasi qalmaqal hökm sürür. Ölkə 26 oktyabrda keçiriləcək parlament seçkilərinə hazırlaşır.
10-09-2024, 17:19
Türkiyə 13 ildən sonra Ərəb Dövlətləri Liqasının toplantısında


Türkiyə 13 ildən sonra Ərəb Dövlətləri Liqasının toplantısında

Bu gün - sentyabrın 10-da Ərəb Dövlətləri Liqası Şurasının Qahirədə fövqəladə sessiyası keçirilir.
Sessiyada rəsmi Ankara xarici işlər naziri Hakan Fidan səviyyəsində təmsil olunur.
Qeyd olunur ki, Türkiyə 13 illik fasilədən sonra ilk dəfə olaraq bu sessiyada iştirak edir.
Gündəmin mövzusu Qəzza məsələsi ilə yanaşı, Türkiyə ilə ərəb ölkələri arasında münasibətlər olacaq.
Körfəz ölkələri ilə əlaqələr də müzakirə olunacaq.
10-09-2024, 16:15
Kənar müdaxilələr İrəvanla Bakının dialoquna mane ola bilər - Erməni deputat


Kənar müdaxilələr İrəvanla Bakının dialoquna mane ola bilər - Erməni deputat

"Üçüncü ölkələrin müdaxiləsi İrəvanla Bakı arasında dialoqa mane ola bilər".
Bunu ölkə parlamentinin deputatı, hakim fraksiyasının katibi Artur Hovhannisyan jurnalistlərə bildirib.
O deyib ki, bu birbaşa dialoqun uğurlu epizodları var.
"Amma təcrübə göstərir ki, bu regionda başqa maraqları olan digər regional dövlətlər söhbətə qarışanda bu, Ermənistan-Azərbaycan prosesinə mənfi təsir göstərə bilər", - erməni deputat söyləyib.
9-09-2024, 22:25
Yaşar Gülər də Gürcüstana getdi


Yaşar Gülər də Gürcüstana getdi

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Gürcüstana səfər edib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
O, Türkiyə – Azərbaycan – Gürcüstan Üçtərəfli müdafiə nazirləri toplantısında iştirak etmək üçün Gürcüstana gedib.
Yaşar Güleri Gürcüstan müdafiə nazirinin müavini Paata Patiaşvili, Türkiyənin Tbilisidəki səfiri Ali Kaan Orbay və digər rəsmi şəxslər qarşılayıblar.
Xatırladaq ki, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov da Batumi şəhərində keçiriləcək Azərbaycan – Gürcüstan – Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstanda səfərdədir.
9-09-2024, 17:43
İsveçdən Ukraynaya 17-ci hərbi yardım paketi


İsveçdən Ukraynaya 17-ci hərbi yardım paketi

İsveç Ukraynaya 443,5 milyon dollar dəyərində hərbi yardım paketi ayırır. Bunu ölkənin müdafiə naziri Pol Conson açıqlayıb.
Paketə daxildir:

- 6 desant hücum gəmisi

- tank sursatları

- zirehli personal daşıyıcısı üçün kamuflyaj

- PUA və qış geyimləri üçün vəsait

- qoruyucu maskalar və avadanlıqlar

Bu, Stokholm tərəfindən Kiyevə verilən 17-ci hərbi yardım paketidir.
9-09-2024, 16:55
Anaklia limanını Çin şirkəti tikəcək, alternativi yoxdur - Baş nazir


Anaklia limanını Çin şirkəti tikəcək, alternativi yoxdur - Baş nazir

"Heç bir alternativ nəzərdən keçirilmir".
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Anaklia limanının tikintisi ilə bağlı deyib.
O əmin edib ki, Gürcüstan Çin konsorsiumu ilə Anaklia limanının tikintisinə dair saziş imzalayacaq.
“Biz xırda detalları aydınlaşdırmalıyıq, bu, adi iş prosesidir, biz bu müqaviləni başa çatdırmaq üçün bir neçə aylıq müddət nəzərdə tutmuşuq”, - deyə İrakli Kobaxidze bildirib.
Xatırladaq ki, Anaklia limanının investoru kimi Çin konsorsiumu seçilib. Eyni zamanda limanın 51%-i dövlətə məxsus olacaq.
Layihənin birinci mərhələsi başa çatdıqdan sonra, baş nazirin sözlərinə görə, Anaklia limanı ildə 600 min konteyner qəbul edə biləcək. Bu, 7,8 milyon ton yük daşıma resursudur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!